Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə73/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   69   70   71   72   73   74   75   76   ...   86

____________Milli Kitabxana____________ 
 
305
çiçəklər, yamyaşıl otlar bir-birinə qarışıb ətrafa məstedici bir 
ətir yayır. Hər  yanda insanın qəlbini fərəhləndirən  təzə, lətif  
bir fəslin rayihəsi duyulur”  (44, 343-344). 
“Daşqın” romanında hadisələr 1920-ci illərdə - “vətəndaş  
müharibəsi” deyilən dövrdə baş  verir. Bu dövrdə Azərbaycan 
milləti müxtəlif cəbhələrə bölünmüş, mövcud siyasi durumda 
qarşı-qarşıya qoyulmuşdu.  Əlbəttə, xalq bu qarşıdurmanın 
maliyyətini dərindən dərk edə bilmirdi, ona sirayət olunan  
stixiyanın icrasına çevrilirdi. Ədəbiyyatşunas alim H.Ənvəroğlu  
yazır: “... romanda müəllifin boyaları yalnız qırmızı və qaradan 
ibarət olmuşdur. Millətin övladlarını düşmən cəbhəyə bölüb, 
qardaşı-qardaşa qarşı qoyan siyasi şəraitin dərindən 
yanaşmadan, tələm-tələsik  romanlaşdırılması  hadisələrin 
birtərəfli və üzdən təhlil edilməsinə, başqa sözlə, qırmızıların 
həmişə haqlı və qalib qüvvə kimi verilməsinə səbəb olmuşdur. 
Romançı mükəmməl bədii xarakterin deyil, daha çox inqilabın 
qələbəsini təmin etmək qayğısına qalmışdır” (33, 150). 
Bununla belə, xalqın anlaşılmaz durumda olmasını, 
çaşqınlığını  “Daşqın” romanında – partizanların   söhbətlərini, 
narazılıqlarnı ifadə edən  epizodlarda da görmək  mümkündür. 


____________Milli Kitabxana____________ 
 
306
Bir çox digər epizodlarda da, əks  tərəfin mövqeyi kimi 
verilsə  də, yəqin ki, həmin dövr oxucusunun düşüncəsini 
silkələyən və suallar doğuran məqamlar vardır. 
Əks cəbhənin təyyarədən buraxdığı vərəqədə: 
“Milli istiqlaliyyət uğrunda mübarizə edənlər
bolşeviklərlə heç bir zaman uzlaşa bilməzlər” (44, 85). 
Və  təbii ki, belə  vərəqəni oxuyandan  sonra sual yarana 
bilərdi:  əgər bolşeviklər milli azadlıq gətirdiklərini deyirlərsə, 
bəs bu “milli istiqlaliyyət” nədir? 
Özünəməxsus cizgiləri olan bəy obrazı – Şəhriyar bəyin 
sözləri: 
“ – Bəsdi bu urusların ayaqları altında tapdalandıq... 
Mən heç vaxt razı ola bilmərəm ki, fağır-füqara allahsız  
urusun əlində yesir olsun”. (44, 88). “Bir adam ki, ac urusun, 
lüt soldatın tərəfin gözləsin, mən ona nə deyə bilərəm?”  (44, 
92). 
M.Hüseyn Borçalı mahalında bir bəyin dilindən səslənən 
sözləri də ( 1921-ci ilin əvvəlllərində) romana gətirməkdən 
çəkinməmişdir: 
“İnqilab fıs çıxdı! Azərbaycan istədi ki, qaz yerişi 
yerisin, amma öz yerişini də yanıldı. Onlar da bu-gün sabah 
sarı urusun dalından dəyəcək! Nərimanın uruslarla davası 


____________Milli Kitabxana____________ 
 
307
düşüb. O deyib ki, neft gərək  bizim olsun. Lenin deyib ki, yox, 
gərək Rusiyaya verəsiniz... Axırda aralarında dava düşüb. 
Nəriman deyib ki, elə olanda onda biz sovetski vlast 
istəmirik...” (44, 232). 
M.Hüseyn ilk iki romanında xalq  həyatının, məişətinin 
mahiyyətinə və məzmununa  nüfuz etməyə səy göstərmiş, atalar 
sözləri və bayatılara da müraciət etmiş, yuxarıda qeyd etdiyimiz 
təbiət təsvirləri ilə yanaşı koloritli məişət lövhələri də verə 
bilmişdir. 
“Bir az bundan əvvəl kənd qadınlarının bəzisi təndirə 
çörək yapır, bəzisi qapının ağzında durub qeybət qırır, bəziləri 
əlvan yaz çiçəkləri ilə  bəzənmiş  xırman yerində göyərti 
toplayır, bəziləri isə qaratikan çəpəri içərisində otlayan arıq 
inəyini sulayırdı” (44, 82). 
Aşıq yaradıcılığını M.Hüseyn olduqca yüksək 
mənalandırır: 
“Xalq özünün həqiqi səsini dinlədikcə  vəcdə  gəlir
həyəcanlanırdı”. “Tərlan, bülbül kimi ötən aşıqların, onlara 
sənət eşqi verən telli sazların qəribə səsindəki qüdrətə heyran 
qaldı. Elin səsi nə qədər qüvvətli idi!” (44, 428-429).  
“Taxta uzanmış  kəndlilər, yuxularına haram qatıb, 
dərin bir maraq içində, bu mahir aşığın dilindən Koroğlunun 


____________Milli Kitabxana____________ 
 
308
sərgüzəştlərini öyrənirlər. Bu nağıl onlara yeməkdən, 
içməkdən və hətta yuxudan belə şirin görünür”. (44, 227). 
Beləliklə, aşıq  havasını “xalqın həqiqi səsi” kimi 
qiymətləndirərkən M.Hüseyn “sosializm çərçivəsi”nə salınmış 
xalq haqqında dövrün ideoloji konsepsiyasından yüksəkdə 
durmurmu? 
“Tərlan” romanında aşağıda verilən parçada isə 
(Şəhribanı xanımla Güləli oğlunun söhbəti)  yazıçının zamana 
ironiyası  göz qabağındadır: 
“Bu dəfə o, nədənsə Füzulidən oxumaq istədi. Gözlərini 
yerə zilləyib dərindən köksünü ötürdü, sonra xanımın 
məhzun-məhzun  gülümsəyən  dodaqlarına  baxdı, yavaş-
yavaş  ah-nalə çəkdi. 
Yoldaş, bəlayi-eşq ilə qıl mübtəla məni... 
         Şəhribani xanım birdən qəhqəhə çəkib güldü. 
 –  Sərvər, bu sözlər hansı şairindir? 
         – Necə? Füzulinin!... 
 – Füzulinin? Onun belə  qəzəli yoxdur. Mən onun 
killiyyatını oxumuşam. O deyir ki, “Yarəb, bəlayi-eşq ilə  qıl 
aşina məni”....Onda yoldaş sözü nə gəzir? 
 – Ay xanım, bu komsomolçular gözümü elə qorxudublar 
ki, allaha and olsun, qorxuram. Bir də Füzuli o vaxt allah 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə