Yaşar rzayev



Yüklə 3,32 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix18.06.2018
ölçüsü3,32 Kb.
#49296
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

____________Milli Kitabxana____________ 
 
321
       “Havanı dolduran taxıl iyi lalə, gülxətmi, çobançiçəyi, 
nərgiz  ətrinə qarışmışdı. Yaz  yağışından sonra yumşalmış , 
ayılmış qara torpaq , boy atıb qurşağa qalxan , başını 
bərkidən sünbüllər , mülayim hava , arxlarda pıçıldaşan 
kəhriz suları – hamısı bir söz deyirdi : bahar , bahar !..” (69, 
52-53). 
 
         “AÇIQ KİTAB”.  AÇIQ GÖRÜNƏN MƏTLƏBLƏR
         Ilk romanlarında (“Dirilən adam”, “Bir gəncin manifesti”) 
həm də satira və yumor ustası kimi görünən Mir Cəlalın bu 
romanında da parodiya və istehza kifayət qədərdir, bu amillər 
həyat həqiqətlərinin ifadəsində güclü bir vasitədir. Gəldiyevin 
dilində tez-tez səslənən “sinfi düşmən”, “ünsür” “sosializm”, 
“dünya revolyusiyası”, “proletariat”, “daklad”, “orqanizovat”, 
“ustanovka”, “kadro”, “sovet gənci”, “kapitalizm qalıqları” və 
s. belə sözlər mahiyyətcə hansı  mənanı daşımalarından asılı 
olmayaraq, özündə parodiya və istehza elementlərini ehtiva 
edir. Hətta Qurd Qədirin cızmaqara şeirini qəzetdə çap etdirmək 
üçün müraciət edəndə  də  Gəldiyev öz fikrini “dünya 
revolyusiyası” ideyası ilə əsaslandırmaq istəyir və qəzetin katibi 
bu zəif şeiri çap etməmək üçün “hərifin öz dili ilə” danışmağa 
məcbur olur: 


____________Milli Kitabxana____________ 
 
322
          “ – Qədir yoldaş, sağlıq olsa, dünya revolyusiyasına 
qədər bu şeiri yaxşı-yaxşı düzəldər, onda baxarıq. 
         Qədir etiraz elədi: 
   – Gec olar, canım. 
  Katib onun üzünə mənalı baxdı: 
   – Necə, dünyada revolyusiya gec olacaq? 
  Gəldiyev özünü itirdi, Qədirə döndü: 

 
Nə danışırsan, – dedi, –  ədə! Siyasi səhvə yol 
verirsən! Şairlərin bir vinti    
boş olar deyərlər, sənin heç deyəsən vintin yoxdur. Gəl! Gəl!” 
(70, 80).  
       Dinin  və dindarlığın qətiyyətlə  rədd edildiyi, “Allahsızlar 
cəmiyyəti”nin bərqərar olduğu bir dövrdə müəllifin bu 
məsələyə parodik münasibətini Kərim Gəldiyevin anası  təzəcə 
vəfat etmiş Rübabə ilə söhbətində belə görürük: 
“ – Siz qəbir üstə getmişsiniz! Bilirsiniz bu nə deməkdir? 
 – Qəbir üstə getmək deməkdir. 
       – Bu, həyatdan üz döndərmək, məzarlardan təsəlli almaq 
meyli, burjua pessimizmi deməkdir.  Proletariata 
yaraşmayan.. Bədbinlik, çürük psixologiya! 
 –  Proletariatın adamı ölməz? Proletariat qəbir üstə 
getməz?  


____________Milli Kitabxana____________ 
 
323
       –  Proletariatın adamı ölməz, qalib gələr!  İkincisi də 
proletariat qəbri geridə qoyar. Proletariat bu cür işlərə qarşı 
mübarizə aparmışdır və aparacaqdır! Proletariat qəbristanlığa 
yox, həyata doğru gedib, gedir, gedəcək və qalib gələcək! 
Bildinmi? Siyasi savad lazımdır, yoldaş!” (70, 93).  
      Mir  Cəlalın parodiyaları  əsərin  əksər epizodlarında, hətta 
epizodun məzmunundan asılı olmayaraq da, gözlənilmədən 
görünür. Ağca xanım vaxtını keçirdiyi növbəti kişilərdən birinə 
– hərbçiyə evlənmək təklifini verəndə, hərbçi deyir: 
        “ – Risk eləməyin, məsləhət görmürəm, səni sevdiyim 
üçün də almaq istəmirəm... Sağlıq olsun, kapitalizm 
əhatəsinin öhdəsindən gələrik, düşməni qovub dənizlərə 
tökərik, onda bu haqda danışmaq olar... (70, 44). 
         Bir çox milli-mənəvi dəyərlərin, o cümlədən tarın, 
muğamatın siyasi rejim tərəfindən keçmişin qalığı kimi qələmə 
verildiyi bir zaman kəsiyində  Səttarzadə filarmoniyada milli 
musiqidən ibarət konsert verir və Mir Cəlal bunu romanda belə 
ifadə edir: 
        “Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar o 
qədər mahnı  eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindən 
muğamatın qovulduğunu düşünür, səbəbini bilmir, 


____________Milli Kitabxana____________ 
 
324
soruşmağa da cürət etmirdilər. Elanda “muğamat” görüb, 
bilet dalınca yüyürmüşdülər” (70, 128). 
        “Konsert” epizodunda da yazıçı öz parodik dəst-xəttindən 
kənarda qalmır. Həmin dövrdə siyasi rejimin alayarımçıq 
yetişdirdiyi, özlərini ziyalı, məlumatlı  və savadlı kimi 
göstərməyə çalışsalar da, əslində milli simalarını itirən,  əsil 
ziyalılığı  təhrif edən  şəxslərə acı gülüşünü  əsirgəmir. Budur, 
konsertə gələn bir neçə nəfərin söhbəti: 
        “ – Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir. 
Onun ucundan gecikirəm. 
  –  Sabir öz hekayələrində bu barədə göstərib. 
  –    Sən Sabiri deyirsən, Füzulinin padval məqaləsini 
oxumuşam. 
  – Hansı məqalədir, adə, gözümə dəyməyib? 
  –  İki arvadlılar barəsində. Ruscasını oxumuşam bizim 
dildə yoxdur. 
          –  Həlbət ki, ruscası yaxşıdır. Bizdə  şair yoxdur ki, o 
kişilərin Plexanov kimi, İvan Qroznı kimi şairləri var. 
   – İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir. 
          –  Gürcüdür  də, Qruziyadandır. Hələ  mən uşaq idim, 
bunların şeirlərini əzbər bilirdim. Nədir o, tülkü ilə qarğanın 
poeması, lap qiyamətdir! 


Yüklə 3,32 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə