- 41 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ki, “həddən çox qazanc” ifadəsinin tam mənası aydın deyildir, amma qazanc
yeganə motiv olmamalıdır. Bu “İslami şəxs”i (Homo İslamicus) “iqtisadi
şəxsdən” (Homo Economicus) fərqləndirir. “İslami şəxs” yaşıl iqtisadiyyatı
anlayan və tətbiq edən şəxsdir, bir sözlə, “yaşıl korporativ sosial məsuliyyəti”
yerinə yetirən fərddir.
1.8. Yaşıl iqtisadiyyatın mənfi tərəfləri varmı?
Hər bir paradiqmanın müxtəlif kriteriyalar üzrə qiymətləndirilməsi
müsbət və mənfi tərəfləri üzə çıxarır. Bu prizmadan yanaşanda yaşıl iqtisa-
diyyat da istisna deyildir. Çünki yaşıl iqtisadi sistemə keçid üçün təşəbbüslər
və proqramlar bir ölkəyə ziyan, digərinə xeyir verə bilər. Təşəbbüslərin
həyata keçirilməsindən öncə düzgün maariflənmə aparılmalı və insanların
yeniliklərə sürətlə adaptasiyası üçün imkanlar yaradılmalıdır. Yaşıl iqtisadiy-
yata keçidin mənfi təsirləri daha çox İEOÖ-ə və təbii resurslarla zəngin olan
ölkələrdə biruzə verə bilər. Təsadüfi deyil ki, yaşıl iqtisadi sistemə keçid əsas
üç dövrü əhatə edir:
-
I dövr - 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların
maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir.
-
II dövr - 2020-2030-cu illəri əhatə edir ki, burada yaşıl iqtisadi sitemin
elementlərinin formalaşdırılması nəzərdə tutulur.
-
III dövr - 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq yaşıl iqtisadi
sistem bəhrə verir və davamlı inkişaf təmin olunur.
I dövrdə buraxılan səhv, digər dövrlərdə sistemin səmərəsini azalda bilər.
Bu haldan isə daha çox İEOÖ narahatdırlar. Çünki İEÖ-in əhalisi insan inki-
şafı indeksinə, xüsusilə, təhsilin səviyyəsinə görə öndədirlər. Nəticədə, İEÖ
ilk pilləni daha uğurla tamamlayıb, II mərhələyə qədəm qoya biləcəyi halda,
İEOÖ birinci dövrdə insan kapitalının qıtlığına görə uğursuzluqla üzləşə
bilərlər. Elə buna görədir ki, bəzi İEOÖ yaşıl iqtisadiyyatın İEÖ-in yeni bir
siyasi oyunu olduğuna güman edirlər. Bu səbəblə İEOÖ-ə, xüsusilə, neft-qaz
kimi təbii ehtiyatlarla zəngin olan ölkələrə daha ehtiyatla yanaşılmalıdır. I
dövrün İEOÖ-də də uğurla başa çatması üçün İEÖ-in dəstəyinə ehtiyac var.
Bu yardım aşağıdakı formalarda özünü göstərə bilər:
- 42 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
- Maariflənmə və islahatlara adaptasiya olunmaq üçün təlimlər, kurslar və
konfranslar təşkil etmək;
- R&D sahəsində əməkdaşlığı genişləndirməklə İEOÖ-i müasir dövrün
ən qiymətli resurslarından olan informasiya ilə təmin etmək;
- KİV-ə yaşıl iqtisadiyyatın təbliğatı istiqamətində maddi dəstək vermək;
- İEOÖ-də su qıtlığı probleminin sistemli şəkildə həllinə yardım etmək;
- Yaşıl iqtisadiyyat üçün potensial sahə olan kənd təsrrüfatına investisiya
yatırmaq;
- Bərpa olunan təbii resurslarla zəngin ölkələrə alternativ enerji
mənbələrinin inkişafı üçün xarici birbaşa və portfel investisiayaları yatır-
maq;
- Yaşıl iqtisadiyyat sahəsində uğurlu və eyni zamanda uyğun praktikanı
belə ölkələrə transfer etmək;
- Təşəbbüskar addımlarda İEOÖ-in iqtisadi durumunu nəzərə almaq və s.
İEÖ iqtisadi cəhətdən zəif olan ölkələrə bu və ya başqa formada yardım
göstərməyəcəyi təqdirdə onların təşəbbüskar tədbirləri uzunmüddətdən
sonra özlərinə də ziyan verə bilər. Çünki yaşıl iqtisadiyyat sistemli olmağı
tələb edir, sistemdə isə bir elementin inkişaf edib digərinin kənarda qalması
sonda sistemin pozulmasına gətirib çıxaracaqdır.
Yaşıl iqtisadi sistemə nail olmaq o demək deyildir ki, bütün problemlər
həll olunmuşdur. Beləki, bəzi problemlər vardır ki, onların həlli hələ də sual
altındadır. Məsələn, küləkdən elektrik enerjisi hasil edilərkən quşların məhv
olması, hibrid vasitələrin istismar müddəti bitdikdən sonra yararsız batare-
yaların ətraf mühit üçün zərəri və s. çağırışlar qalmaqdadır.
Biz yaşıl iqtisadiyyatın mənfi tərəflərini nəzərdən keçirsək də, onun
üstünlükləri çatışmayan tərəflərindən daha çoxdur. Buna görə də yaşıl iqti-
sadiyyata davamlı inkişafa aparan alternativsiz yol kimi önəm verilir.
1.9. Yaşıl iqtisadiyyat və Azərbaycan
Müstəqillik illərində Azərbaycanın neft sənayesinin uğurlu sıçrayışı ilə
yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobaq iqtisa-
di inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi
- 43 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
geriyədönməz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir
komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət
yürüdür.
Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl
əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunmalıdır. Ətraf
mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin
dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Ölkədə 2010-
cu il “Ekologiya ili” elan olunmuş, bu çərçivədə müxtəlif işlər görülmüş, spe-
sifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat
genişlənmişdir. Azərbaycan ətraf mühitin müdafiəsi sahəsində çox sayda
beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inki-
şafına nail olub. Bu sahədə olan qanunvericilik Avropanın hüquqi tələblərinə
uyğun hazırlanıb ki, ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün
zəmin olsun. Rio və Yohannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq
Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata
keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul
edilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi,
insanların su ilə təminatının daha da mükəmməlləşdirilməsi, tullantıların
idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı fəaliyyətlər vardır. 1998-ci
ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin
ətraf mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.
Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağı-
dakı üç əsas istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat
prinsiplərinə müvafiqdir:
- Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün
dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi;
- İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii
sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metod-
lar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji
effektivliyinə nail olunması;
- Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların
qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq
Dostları ilə paylaş: |