Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə14/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   10   11   12   13   14   15   16   17   ...   44

- 41 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ki, “həddən çox qazanc” ifadəsinin tam mənası aydın deyildir, amma qazanc 
yeganə motiv olmamalıdır. Bu “İslami şəxs”i (Homo İslamicus) “iqtisadi 
şəxsdən” (Homo Economicus) fərqləndirir. “İslami şəxs” yaşıl iqtisadiyyatı 
anlayan və tətbiq edən şəxsdir, bir sözlə, “yaşıl korporativ sosial məsuliyyəti” 
yerinə yetirən fərddir. 
1.8. Yaşıl iqtisadiyyatın mənfi tərəfləri varmı?
Hər bir paradiqmanın müxtəlif kriteriyalar üzrə qiymətləndirilməsi 
müsbət və mənfi tərəfləri üzə çıxarır. Bu prizmadan yanaşanda yaşıl iqtisa-
diyyat da istisna deyildir. Çünki yaşıl iqtisadi sistemə keçid üçün təşəbbüslər 
və proqramlar bir ölkəyə ziyan, digərinə xeyir verə bilər. Təşəbbüslərin 
həyata keçirilməsindən öncə düzgün maariflənmə aparılmalı və insanların 
yeniliklərə sürətlə adaptasiyası üçün imkanlar yaradılmalıdır. Yaşıl iqtisadiy-
yata keçidin mənfi təsirləri daha çox İEOÖ-ə və təbii resurslarla zəngin olan 
ölkələrdə biruzə verə bilər. Təsadüfi deyil ki, yaşıl iqtisadi sistemə keçid əsas 
üç dövrü əhatə edir:

I dövr - 2020-ci ilə kimi olan zamanı əhatə edir ki, buraya insanların 
maariflənməsi və insan kapitalının inkişafı kimi tədbirlər daxil edilir.

II dövr - 2020-2030-cu illəri əhatə edir ki, burada yaşıl iqtisadi sitemin 
elementlərinin formalaşdırılması nəzərdə tutulur.

III dövr - 2030-2050-ci illərə təsadüf edir. Bu dövrdə artıq yaşıl iqtisadi 
sistem bəhrə verir və davamlı inkişaf təmin olunur.
I dövrdə buraxılan səhv, digər dövrlərdə sistemin səmərəsini azalda bilər. 
Bu haldan isə daha çox İEOÖ narahatdırlar. Çünki İEÖ-in əhalisi insan inki-
şafı indeksinə, xüsusilə, təhsilin səviyyəsinə görə öndədirlər. Nəticədə, İEÖ 
ilk pilləni daha uğurla tamamlayıb, II mərhələyə qədəm qoya biləcəyi halda, 
İEOÖ birinci dövrdə insan kapitalının qıtlığına görə uğursuzluqla üzləşə 
bilərlər. Elə buna görədir ki, bəzi İEOÖ yaşıl iqtisadiyyatın İEÖ-in yeni bir 
siyasi oyunu olduğuna güman edirlər. Bu səbəblə İEOÖ-ə, xüsusilə, neft-qaz 
kimi təbii ehtiyatlarla zəngin olan ölkələrə daha ehtiyatla yanaşılmalıdır. I 
dövrün İEOÖ-də də uğurla başa çatması üçün  İEÖ-in dəstəyinə ehtiyac var. 
Bu yardım aşağıdakı formalarda özünü göstərə bilər:


- 42 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  Maariflənmə və islahatlara adaptasiya olunmaq üçün təlimlər, kurslar və 
konfranslar təşkil etmək;
-  R&D sahəsində əməkdaşlığı genişləndirməklə İEOÖ-i müasir dövrün 
ən qiymətli resurslarından olan informasiya ilə təmin etmək; 
-  KİV-ə yaşıl iqtisadiyyatın təbliğatı istiqamətində maddi dəstək vermək;
-  İEOÖ-də su qıtlığı probleminin sistemli şəkildə həllinə yardım etmək;
-  Yaşıl iqtisadiyyat üçün potensial sahə olan kənd təsrrüfatına investisiya 
yatırmaq;
-  Bərpa olunan təbii resurslarla zəngin ölkələrə alternativ enerji 
mənbələrinin inkişafı üçün xarici birbaşa və portfel investisiayaları yatır-
maq;
-  Yaşıl iqtisadiyyat sahəsində uğurlu və eyni zamanda uyğun praktikanı 
belə ölkələrə transfer etmək;
-  Təşəbbüskar addımlarda İEOÖ-in iqtisadi durumunu nəzərə almaq və s.
İEÖ iqtisadi cəhətdən zəif olan ölkələrə bu və ya başqa formada yardım 
göstərməyəcəyi təqdirdə onların təşəbbüskar tədbirləri uzunmüddətdən 
sonra özlərinə də ziyan verə bilər. Çünki yaşıl iqtisadiyyat sistemli olmağı 
tələb edir, sistemdə isə bir elementin inkişaf edib digərinin kənarda qalması 
sonda sistemin pozulmasına gətirib çıxaracaqdır.
Yaşıl iqtisadi sistemə nail olmaq o demək deyildir ki, bütün problemlər 
həll olunmuşdur. Beləki, bəzi problemlər vardır ki, onların həlli hələ də sual 
altındadır. Məsələn, küləkdən elektrik enerjisi hasil edilərkən quşların məhv 
olması, hibrid vasitələrin istismar müddəti bitdikdən sonra yararsız batare-
yaların ətraf mühit üçün zərəri və s. çağırışlar qalmaqdadır.
Biz yaşıl iqtisadiyyatın mənfi tərəflərini nəzərdən keçirsək də, onun 
üstünlükləri çatışmayan tərəflərindən daha çoxdur. Buna görə də yaşıl iqti-
sadiyyata davamlı inkişafa aparan alternativsiz yol kimi önəm verilir.
1.9. Yaşıl iqtisadiyyat və Azərbaycan 
Müstəqillik illərində Azərbaycanın neft sənayesinin uğurlu sıçrayışı ilə 
yanaşı qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobaq iqtisa-
di inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi 


- 43 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
geriyədönməz xarakter almışdır. Hazırda Azərbaycan davamlı inkişafın bir 
komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət 
yürüdür.
Azərbaycanda ekoloji sivilizasiyanın əsas komponenti olaraq - yaşıl 
əmək fəaliyyəti, yaşıl təfəkkür və yaşıl həyat tərzi təşviq olunmalıdır. Ətraf 
mühit problemlərinin əhəmiyyətinin qabardılması və ictimai təşəbbüslərin 
dəstəklənməsi yaşıl inkişafın perspektivlərini müəyyənləşdirir. Ölkədə 2010-
cu il “Ekologiya ili” elan olunmuş, bu çərçivədə müxtəlif işlər görülmüş, spe-
sifik sahələr üzrə elektron mənbələr hazırlanmış və əhali arasında təbliğat 
genişlənmişdir. Azərbaycan ətraf mühitin müdafiəsi sahəsində çox sayda 
beynəlxalq konvensiyaları ratifikasiya edib və normativ-hüquqi bazanın inki-
şafına nail olub. Bu sahədə olan qanunvericilik Avropanın hüquqi tələblərinə 
uyğun hazırlanıb ki, ölkədə mükəmməl ekoloji siyasətin yürüdülməsi üçün 
zəmin olsun. Rio və Yohannesburq Yer Sammitlərinin qərarlarına uyğun olaraq 
Azərbaycan ekoloji siyasətin və qanunvericiliyin təkmilləşdirilməsini həyata 
keçirir. Ekoloji tədbirlər sırasında dövlət proqramlarının və qanunların qəbul 
edilməsi, yaxşı idarəçilik prinsiplərinin tətbiqi, Ekologiya və Təbii Sərvətlər 
Nazirliyinin (ETSN) təsis edilməsi, milli park şəbəkələrinin genişləndirilməsi, 
insanların su ilə təminatının daha da mükəmməlləşdirilməsi, tullantıların 
idarəolunması və ətraf mühitin çirklənməsinə qarşı fəaliyyətlər vardır. 1998-ci 
ildə qəbul edilmiş Ətraf Mühit üzrə Milli Fəaliyyət Planı (ƏMMFP) ölkənin 
ətraf mühit prioritetlərini və nəzərdə tutulmuş fəaliyyətləri müəyyən edir.
Siyasi sənədlərdə Azərbaycan dövlətinin ətraf mühit siyasətinin aşağı-
dakı üç əsas istiqaməti müəyyən edilmişdir ki, bunlar da yaşıl iqtisadiyyat 
prinsiplərinə müvafiqdir: 
-  Ətraf mühitin mühafizəsi və çirklənmənin minimuma endirilməsi üçün 
dayanıqlı inkişaf prinsiplərinə əsaslanan müasir üsulların tətbiq edilməsi; 
-  İndiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii 
sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metod-
lar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji 
effektivliyinə nail olunması; 
- Qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların 
qiymətləndirilməsi və həlli yollarının müyyənləşdirilməsi, beynəlxalq 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə