Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə44/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   36   37   38   39   40   41   42   43   44

- 134 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 5.15. Energetika sektorunun daxili istehlakı 2009 (ÜET-nin faizi ilə)
 Energetika sektorunun daxili istehlakı transformasiya proseslərindən 
əlavə olaraq elektrik və istilik enerjisi istehsal etmək üçün istifadə olunan 
enerji miqdarıdır. Buna elektrik və istilik enerjisi istehsalı üçün lazım olan 
avadanlıqların istehlak etdikləri enerjini aid etmək olar. Diaqram 1-də 
Azərbaycanda bu göstəricinin 2007-2011-ci illər üzrə dinamikası verilib. 
2009-cu ildə energetika sektorunun daxili istehlakına görə Azərbaycan 
Fransa, Almaniya, Yaponiya və İtaliya kimi inkişaf etmiş ölkələrdən daha çox 
enerji istifadə edir. Bu ölkələrlə müqayisədə deyə bilərik ki, Azərbaycan bu 
sahədə 40-50% enerjiyə qənaət edə bilər, bu da ÜET-nın 4-5%-i deməkdir.
Enerjinin istehsalı və əhaliyə çatdırılması proseslərində baş verən itkilər 
də Diaqram 1-də öz əksini tapıb. 2011-ci ildə Azərbaycanda energetika sek-
torunda itkilər ümumi enerji təhcizatının 9,1%-ni təşkil edib. Bu itkilərin 
əsas səbəbi elektrik enerjisi paylanmasında texniki itkilər, qaz paylanmasın-
da borulardan sızmalar və əhalinin elektrik və qaz paylayıcı sistemlərə qa-
nunsuz qoşulmalarıdır. 2009-cu ildə OECD ölkələri üzrə itkilər ÜET-nin 
1,2-1,3%-ə bərabər olmuşdu. Bu sahədə Azərbaycanda 80-90% enerjiyə 
qənaət potensialı var. Məsələn Azəriqazdan alınan məlumatlara görə Hacı-
qabul rayonunda qaz paylayıcı sistemdə aparılan yenidənqurma işlərindən 
sonra bu rayon üzrə itkilər 26,3%-dən 1%-ə qədər enmişdir.


- 135 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
İtkiləri minimuma endirmək üçün enerji payılayıcı sistemlərin 
müasirləşdirilməsi və paylayıcı sistemlər üzrə monitorinqlərin aparılması 
və qanunsuz qoşulan abonentlərin cəzalandırılması kimi tədbirlər həyata 
keçirilməlidir. Azərbaycanda elektrik enerjisi ötürülməsində itkilərin 
əsas səbəblərindən biri də əsas elektrik enerjisi istehsal edən stansiyala-
rın daha çox elektrik istehlak edən Bakı və ətrafı rayonlardan xeyli uzaqda 
yerləşməsidir. Son ilərdə ölkənin şərqində tikilən yeni elektrik stansiyaları 
bu problemin həllini sürətləndirir.
Ümumilikdə energetika sahəsində aparılacaq islahatlar nəticəsində 
ümumi enerji təhcizatının 15-20%-i həcmində enerjiyə qənaət etmək müm-
kündür. Bu da 2000-2500 min tne enerjiyə bərabərdir.
5.7. Nəticə və tövsiyyələr
Bu tədqiqatın nəticələri göstərir ki, Azərbaycanda böyük həcmdə 
enerjiyə qənaət potensialı var. Bu potensial əsasən energetika və ev 
təsərrüfatları sahələrində özünü göstərir. Belə ki, yalnız bu iki sektorda ener-
ji səmərəliliyini dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqla 
4000-4200 min tne enerjiyə qənaət etmək mümkündür bu da ümumi enerji 
təhcizatının 30-32%-nə bərabərdir. Qonşu ölkələrin təcrübələri göstərir ki, 
bu potensialın 75-90%-i iqtisadi cəhətdən səmərəlidir və 5-10 il ərzində in-
vestisiyalar özünü ödəyir.
Nəqliyyat sektorunda da 40-45% həcmində böyük enerjiyə qənaət po-
tensialı var. Ev təsərrüfatları və energetika sahələrindən sonra bu sektora da 
diqqət ayırmaq əhəmiyyətlidir. Sənaye sektorunda enerjiyə qənaət potensi-
alı barədə isə daha ətraflı tədqiqat aparmağa ehtiyyac var.
Ümumilikdə enerji səmərəliliyini artırmaq üçün əhalini maarifləndirmə 
işini genişləndirmək lazımdır. Onları enerjiyə qənaət potensialından, eləcə 
də bunun həm ölkə iqtisadiyyatına, həm də ətraf mühitə müsbət təsirləri 
barədə məlumatlandırmaq enerji səmətəliliyini istənilən səviyyəyə çatdırıl-
ması üçün olduqca əhəmiyyətlidir.
 


- 136 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 6. 
Enerji səmərəliliyi: İnstitutsional aspektlər
Dünyanın inkişaf etmiş ölkələri ənənəvi enerji mənbələrinin tükənməsi 
və istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə ala-
raq, ekoloji cəhətdən təmiz alternativ enerji mənbələrindən geniş istifadə 
edirlər. Bu ölkələr sırasında ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, 
Danimarka, İspaniya, Yaponiya və Çin daha qabaqcıl mövqe tuturlar. Bu 
kimi ölkələrdə bərpa olunan enerji mənbələrinin payına ümumi istehsal 
olunan enerjinin 13,5 %-i düşür. 
Azərbaycanda ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji 
mənbələrindən geniş istifadə potensialı var. Buna ölkəmizin əlverişli coğ-
rafi mövqeyi və iqlim şəraiti imkan verir. Bu sahədə aparılacaq işlər böyük 
miqdarda yanacağa qənaət etməklə yanaşı, eyni zamanda ətraf mühitə atılan 
zərərli tullantıların miqdarını da azaldar. 
“Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına görə alter-
nativ (bərpa olunan) enerji mənbələrindən istifadənin sürətləndirilməsi 
məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, institusional mühi-
tin inkişaf etdirilməsi, elmi-texniki potensialın gücləndirilməsi, mütəxəssis 
hazırlığının davam etdirilməsi və enerji istehlakçılarının maarifləndirilməsi 
istiqamətində işlərin aparılması planlaşdırılır. Bu sahədə dövlət tərəfindən 
həyata keçirilən layihələrlə yanaşı,özəl sektorun da bu prosesdə yaxından 
iştirakı təşviq ediləcək, alternativ enerji tariflərinin çevik tənzimlənməsi 
təmin ediləcəkdir. Enerji səmərəliliyinin təmin olunması institutsional isla-
hatların həyata keçirilməsini, idarəetmə sistemlərinin müasirləşdirilməsini 
və yeni keyfiyyət mərhələsinə qaldırılmasını tələb edir. Səmərəli dövlət 
tənzimlənməsi , enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yara-
dan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin 
kompleks inkişafına şərait yaradacaqdır.
Dünya təcrübəsindən istifadə edərək, alternativ və bərpa olunan enerji 
mənbələri hesabına yeni enerji güclərinin yaradılması məqsədi ilə 2004-cü 
il 21 Oktyabrında 462 N-li sərəncam ilə “Azərbaycan Respublikasında alter-
nativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət 
Proqramı” təsdiqlənmişdir. 


- 137 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Dövlət proqramının əsas məqsədi ölkənin təbii potensialından istifadə 
etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji isteh-
salını genişləndirməkdən və ənənəvi enerji resurslarından daha səmərəli 
istifadə edilməsini təmin etməkdən ibarətdir. Bu çərçivədə proqramın qarşı-
sında duran vəzifələri aşağıdakı kimi sıralaya bilərik. 
-  Elektrik enerjisi istehsalında alternativ (bərpa olunan) enerji 
mənbələrinin potensialını müəyyənləşdirmək
-  Bu mənbələri istismara cəlb etməklə, ölkənin enerji resusrlarından 
istifadənin səmərəliliyini yüksəltmək
-  Yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin 
açılmasını təmin etmək
-  Alternativ enerji mənbələrinin hesabına ölkənin enerji gücünün ar-
tırılması və bununla da ölkənin enerji təhlükəsizliyinin təminatının 
yüksəldilməsinə  nail olmaq. 
Dövlət Proqramı çərçivəsində tədbirlərdə iştirak edən bəzi qurumlar:
1.  Azərbaycan Respublikasının Energetika Nazirliyi (EN)
2.  Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi (İSN)
3.  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)
4.  Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (MN)
5.  Azərbaycan Respublikasının Vergilər Nazirliyi (VN)
6.  Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN)
7.  Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (ƏN)
8.  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (KTN)
9.  Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (DGK)
10.  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)
11.  Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi 
(DTAK)
12.  Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi 
(DTXK)
13.  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və 
Su Təsərrüfatı Komitəsi (MSTK)
14.  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ)
15.  Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
16.  Bakı şəhər İcra Hakimiyyəti
17.  Sumqayıt şəhər İcra Hakimiyyəti


- 138 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycan Respublikasının enerji səmərəliliyinin təmin edilməsi, al-
ternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi siyasətinin 
həyata keçirilməsində yuxarıda adları sıralanan dövlət orqanları ilə yanaşı 
yerli və xarici şirkətlər də əhəmiyyətli rol oynayırlar. Daşıdıqları öhdəliklərə 
görə qurumlar bu proses çərçivəsində müxtəlif funksiyaları yerinə 
yetirməkdədirlər. Dövlət Proqramından da göründüyü kimi bu sahədə 
aparıcı rol Nazirlər Kabineti, Energetika Nazirliyi və Ekologiya və Təbii 
Sərvətlər Nazirliyinə məxsusdur. Bu qurumlar əsas tənzimləyici funksiyanı 
yerinə yetirməklə bərabər, Azərbaycan Respublikasının enerji siyasətinin, 
enerji səmərəliliyi və alternativ (bərpa olunan) enerji mənbələrinin istifadə 
strategiyasının müəyyən edilməsi funksiyasını da həyata keçirirlər. Qeyd 
etmək lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi həm də Kioto Pro-
tokoluna əsasən Milli Vasitəçi rolunda çıxış edir. 
Alternativ və bərpa olunan enerji mənbələrinin dövriyyəyə cəlb 
edilməsi və enerji resurslarından istifadənin səmərəliliyinin artırılma-
sı məqsədi ilə 2004-cü il 21 Oktyabr tarixində 462 saylı sərəncam ilə 
Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ 
və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır. 
Agentliyin məqsədi müvafiq sahənin inkişafı və infrastrukturunun ya-
radılması üzrə dövlət siyasətinin işlənib hazırlanmasında iştirak etmək 
və bu siyasətin həyata keçirilməsini təmin etmək idi. 2012-ci il 1 İyun 
tarixində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Ener-
ji Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Agentlikdən fərqli olaraq 
Şirkət artıq Dövlət Siyasətinin təyin edilməsində deyil, birbaşa bərpa olu-
nan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri 
göstərən, bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunma-
sının təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən 
dövlətə məxsus bir şirkət olacaqdır. 
Dövlət tərəfindən təyin edilmiş strategiyanın həyata keçirilməsi yolun-
da aparıcı rol oynayan orqanlar siyahına ARDNŞ, Azərenerji, Bakı Elektrik 
Şəbəkə, Azərsu, Azəriqaz və s. kimi strukturları daxil etmək olar. Bu qurum-
lar müxtəlif sahələrdə enerji səmərəliliyi strategiyasının həyata keçirilməsi 
yolunda işlər görürlər. Bunlara enerji resurslarının istehsalı (hasilatı), 
ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itkilərin və 
sərfin azaldılmasına yönələn tədbirləri aid etmək olar. Bu kimi işlər ayrılıq-


- 139 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
da kiçik görünsə də ümumilikdə enerji səmərəliliyi yolunda atılmış böyük 
addımlardır. 
Nümunə kimi göstərmək olar ki, ARDNŞ-də iqlim dəyişmələrinin azal-
dılması strategiyasının inkişaf etdirilməsi məqsədi ilə 2010-cu ildə Almani-
ya İqtisadi Tədqiqatlar İnstitutu (DİW econ) ilə Ekologiya İdarəsi arasında 
əməkdaşlıq haqqında saziş imzalanmışdır. Bu sazişə əsasən DIW econ ilə 
əməkdaşlıq çərçivəsində “ARDNŞ-də İqlim dəyişmələrinə təsirin azaldılma-
sı Strategiyası” sənədi hazırlanmış və təsdiq edilmişdir. Sənəddə ARDNŞ-in 
struktur bölmələri üçün 2020-ci ilə qədər azaldılma ssenariləri işlənmiş və 
müvafiq tədbirlər daxil edilmişdir.
Strategiya sənədinə daxil edilmiş tədbirlərin həyata keçirilməsini inkişaf 
etdirmək məqsədi ilə 2011-ci ildə həmin təşkilatla əməkdaşlıq davam etdi-
rilmiş və 2011-ci ildə qəbul olunmuş plana uyğun olaraq aşağıdakı layihələr 
üçün qiymətləndirmə işləri aparılmışdır:
•  İnventarlaşdırılma sahəsində monitorinq sisteminin təkmilləşdirilməsi;
•  ARDNŞ-in Ekoloji parkının gələcək inkişaf perspektivləri;
•  Enerji effektivliyinin artırılması və alternativ enerjinin istifadəsi 
sahəsində qiymətləndirmə;
•  Köhnəlmiş kompressorların daha enerji səmərəli yeniləri ilə əvəz 
edilməsi;
•  ARDNŞ-in nəqliyyat sistemində alternativ enerjidən istifadənin 
qiymətləndirilməsi;
•  ARDNŞ-in ərazisində meşə massivinin salınması.
Enerji səmərəliliyi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının ko-
ordinasiyası sahəsində müəyyən çağırışlar qalmaqdadır. Ən əsas məsələ 
səriştəli və ixtisaslı kadrların çatışmamazlığıdır. Buna görə də Azərbaycan 
hökuməti alternativ və bərpa olunan enerji sahəsində mühəndis ixtisasını 
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə 
Dövlət Proqramı”na prioritet ixtisas kimi əlavə edib. 
Enerji səmərəliliyi standartları üzrə dövlət proqramının qəbul edilməsi 
imkan verəcək ki, bu sahədə cavabdeh olan dövlət qurumlarının fəaliyyəti 
daha ölçüləbilən və praktik olsun.
Enerji səmərəliliyi siyasətini aparan dövlət orqanlarının fəaliyyətinin 
daha səmərəli koordinasiya olunması üçün müvafiq idarəetmə islahat-
ları keçirilə bilər. Xüsusilə, təkrarlanan funksiyaların aradan qaldırıl-


- 140 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ması, fəaliyyətlərin bir-birini tamamlaması, yeni vəzifə və öhdəliklərin 
müəyyənləşdirilməsinə ehtiyac var. Təklif edərdik ki, “Azərbaycan - 2020: 
Gələcəyə baxış” İnkişaf  Konsepsiyasına uyğun olaraq bu sahədə ins-
titusional islahatlar aparılsın. İnstitutsional islahatlar aparılarkən dün-
ya təcrübəsinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edərdi. Eyni za-
manda beynəlxalq təşkilatların da idarəetmə islahatlarına cəlb edilməsi 
məqsədəuyğundur. 
Enerji səmərəliliyi istiqamətində institusional islahatlar həm də bu 
sahədə elmi-tədqiqat işi aparan dövlət orqanlarının fəaliyyətinin koor-
dinasiya edilməsini zəruri edir. Şərqi Avropada ilk dəfə “Yaşıl iqtisadiy-
yat” mövzusunda çərçivə tədqiqatı aparan AMEA Azərbaycanda enerji 
səmərəliliyinin araşdırılması istiqamətində dövlət qurumları ilə birlikdə 
fəaliyyət göstərməlidir. Koordinasiya olunmuş tədqiqat istiqamətləri aşağı-
dakılar ola bilər:
•  Ölkədə alternativ enerji mənbələrinin potensialının müəyyənləş-
dirilməsində elmi-tədqiqat işlərinin aparılması;
•  Elektrik enerjisi təchizatında külək enerjisi potensialının öyrənilməsi və 
ondan istifadənin təmin edilməsi;
•  Ölkə ərazisində binaların qızdırılması və isti su təchizatı üçün günəş kol-
lektorlarının tətbiqi;
•  Günəş enerjisi istehsalında istifadə olunan fotoelementlərin faydalı iş 
əmsalının artırılması və onların istehsalına başlanması;
•  Geotermal su mənbələrinin enerjisindən istifadə.
Belə tədqiqat işlərinin aparılması üçün maliyyə mənbəyi dövlət orqan-
larının büdcəsi ilə yanaşı Azərbaycan Respublikasının Prezidenti yanında 
Elmin İnkişafı Fondunun ayırdığı qrant vəsaiti də ola bilər.  
Enerji səmərəliliyində son sözü istehlakçı deməlidir. Buna görə  də 
maarifləndirmə fəaliyyətinin gücləndirilməsi dövlətlə bərabər, həm də 
vətəndaş cəmiyyəti institutlarının işi olmalıdır. Enerji səmərəliliyi sahəsində 
institutsional islahatlar imkan verəcək ki, Azərbaycanda istehlak edilən 
enerjinin və emissiya olunan karbon dioksidin miqdarı İqtisadi Əməkdaşlıq 
və İnkişaf Təşkilatı ölkələri üzrə müvafiq göstəriciyə uyğunlaşdırılsın.


- 141 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Müəlliflər
Vüsal Qasımlı
Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyya-
tın təhlili və qloballaşma məsələləri şöbəsinin müdi-
ridir. O, əmək fəaliyyəti zamanı ANS-Press Nəşriyyat 
Evinin prezidenti və Avropa İttifaqının eksperti olub.  V.Qasımlı 2009-cu 
ildə iqtisadi üzrə fəlsəfə doktoru və 2014-cü ildə isə iqtisad elmləri dok-
toru alimlik dərəcəsini (ilkin seminarda) müdafiə etmişdir. 2013-cü ildə 
V.Qasımlıya dosent elmi adı verilmişdir. V.Qasımlı Azərbaycan Dövlət İqti-
sad Universitetində Xüsusi İstedadlar Qrupu və MBA proqramı üzrə peda-
qoji fəaliyyətlə məşğuldur. O, dünyanın bir sıra nüfuzlu universitetlərində 
- Vaşinqton Universiteti, Kaliforniya Universiteti, Qahirə Amerika Univeris-
teti, Varşava Universiteti, Seulun Hanyan və Hankuk universitetləri və Rio-
de Janeyro universitetində - ictimai mühazirələr oxumuşdur.  2013-cü ildə 
V.Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunda qonaq professor 
kimi çalışmışdır. 2012-ci ildə Dr.Qasımlıya Astana İqtisadi Forumunun və 
Avrasiya Alimlərinin İqtisadi Klubunun mükafatı verilmişdir.
   
Zaur Vəliyev
İqtisad uzrə fəlsəfə doktoru. Dövlət maliyyəsi sahəsində 
ekspertdir. 50-dən artıq məqalə və 4 kitabın müəllifidir. 
2002-2007-ci illərdə İqtisadi İnkisaf Nazirliyi İqtisadi 
İslahatlar Mərkəzində çalışmışdır. 2007-2009-cu illərd 
İqtisadi İnkisaf Nazirliyində “İqtisadi inkişaf siyasəti və proqnozlaşdırma”, 
“Makroiqtisadi proqnozlaşdırma və təhlil” və “İqtisadi siyasət, təhlil və 
proqnozlaşdırma”   şöbəsində sektor müdiri, müdir müavini və şöbə mü-
diri vəzifəsində işləmişdir. 2010-2011-ci illərdə Azərbaycan Respublikası 


- 142 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada ekspert 
kimi fəaliyyət göstərmişdir. 2011-2014-ci illərdə Azərbaycan Respublikası 
Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin “İqtisadiyyatın təhlili 
və qloballaşma məsələləri” şöbəsində işləmişdir.
Mahir Hümbətov
Böyük Britaniyanın Durham Universitetinin Dövlət və 
beynəlxalq əlaqələr və Durham biznes məktəbindən 
magistr (MSc) dərəcəsini, Azərbaycan Dövlət İqti-
sad Universitetindən Beynəlxalq münasibətlər üzrə 
bakalavr (BA), Bakı Dövlət Universitetindən (Türkiyənin 9 Eylül və Mi-
sirin Qahirə Universitetləri ilə birgə) İlahiyyat və ərəb dili üzrə bakalavr 
və magistr (BA və MA) dərəcələrini əldə etmişdir. Beynəlxalq təşkilatlar, 
beynəlxalq maliyyə institutları, enerji iqtisasiyyatı, alternativ enerji, ener-
ji səmərəliliyi, yaşıl iqtisadiyyat, davamlı inkişaf, rəqabətlilik, dövlət-özəl 
əməkdaşlığı, etik investisiyalar, İslam iqtisadiyyatı və maliyyəsi, Orta Şərq, 
İslam dünyası və s. sahələr üzrə ekspertdir. Bir sıra yerli və xarici mətbuatda, 
tanınmış jurnallarda və qəzetlərdə məqalələrin müəllifi və ya müsahibidir. 
Dünyada bir sıra universitetlərdə - Böyük Britaniyanın Durham, LSE, Ox-
ford Universitetlərində, Çexiyanın Çarlz Universitetində, Beynəlxalq Valyu-
ta Fondunun Potensialın Artırılması İnstitutunda, Avstralyanın Müştərək 
Vyana İnstitutunda mühazirələrlə çıxış etmişdir. Bir neçə dövlət qurumun-
da və özəl sektorda iş təcrübəsi vardır. 2012-ci ildən Azərbaycan Respubli-
kası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində çalışır.


- 143 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şahmar Hacıyev
Beynəlxalq iqtisadi və siyasi araşdırmalar üzrə ma-
gistr. Enerji təhlükəsizliyi, enerji-iqtisadiyyat, alter-
nativ enerji mənbələri, yaşıl biznes və yaşıl texnoloji-
ya istiqamətləri üzrə ekspertdir. Bir sıra məqalələrin 
müəllifidir. O, “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici 
ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Çexiya Respublikasının 
Çarlz Universitetində magistr dərəcəsi almışdır. 2006-2009-cu il tarixində 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışmışdır (ARDNŞ). 
2009-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Arasdır-
malar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballasma məsələləri sobəsində 
fəaliyyətini davam etdirir. Şahmar Hacıyev ABŞ-ın “Stratfor” analitik 
mərkəzinin “Biznes və analizin inkişafı”, İsrail Xarici İşlər Nazirliyi yanında 
Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin (MAŞAV) “Yaşıl iqtisadiy-
yat”  və Azərbaycan Diplomatik Akademiyasının “Aİ araşdırmaları üzrə Jean 
Monnet” proqramlarında iştirak etmişdir.
Gülay Nəsibova
Dövlət maliyyəsi üzrə magistr. 2013-cü il oktyabr-de-
kabr  tarixində Azərbaycan Respublikası Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzində təcrübəçi 
kimi fəaliyyət göstərib. Bakalavr təhsilini 2005-2009-cu 
illərdə İqtisadi nəzəriyyə ixtisası üzrə Bakı Dövlət Universitetində almışdır. 
Magistratura təhsilini 2010-2013-cü ildə dövlət maliyysi ixtisası üzrə Anka-
ra Universitetində tamamlamışdır.


Bakı - 2014
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
STRATEJİ ARAŞDIRMALAR MƏRKƏZİ
YAŞIL İNKİŞAF: 
ENERJİ SƏMƏRƏLİLİYİ VƏ 
ALTERNATİV MƏNBƏLƏR

Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə