Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə42/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   36   37   38   39   40   41   42   43   44

- 126 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
saq, Azərbaycanda ev təsərrüfatlarında enerji səmərəliliyinin potensialını 
təssəvür etmək elə də çətin deyil.
5.4. Nəqliyyat Sektoru
Azərbaycanda nəqliyyat sektoru son enerji istehlakına görə ev 
təsərrüfatlarından sonra ən böyük paya sahibdir. Bu sektorda yük daşıması və 
enerji istehlakı son illərdə kəskin artmışdır. Bunun da əsas səbəbi Bakı-Cey-
han neft kəmərinin istifadəyə verilməsi olmuşdur. 2000-2011-ci illər ərzində 
yük daşımasının dinamikası aşağıdakı diaqramda verilmişdir. Hal hazırda yük 
daşımasının 70-75%-i boru kəmərinin payına düşür, bu rəqəm 2006-cı ildə 
5-6% təşkil edirdi. Avtomobillə, dəmir yolu ilə və dənizlə yük daşıması ümumi 
yük daşımasının  müvafiq olaraq 11-12%, 8-9% və 4-5%-ni təşkil edir.
Şəkil 5.7. 2000-2011-ci illər ərzində Azərbaycanda yük daşınması
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Bu illər ərzində sərnişin daşınması isə Diaqram 9-da göstərilmişdir. 
2000-2011-ci illər ərzində sərnişin daşınmasında demək olar ki, sabit artım 
müşahidə olunur. Sərnişin daşıması 80% avtomobil, 9% hava, 8% metro, 3% 
dəmir yolu ilə həyata keçirilir. Avtomobil nəqliyyatı üzrə sərnişin daşınma-
sında isə avtobus və taksilərin payı müvafiq olaraq 95% və 5%-ə bərabərdir.


- 127 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 5.8. 2000-2011-ci illər ərzində Azərbaycanda sərnişin daşınması.
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan enerji 
miqdarı Diaqram 10-da verilmişdir. Göründüyü kimi enerji istehlakında ən 
böyük pay avtomobil benzininə məxsusdur. Enerji istehlakında digər yerləri 
isə dizel yanacağı, ağ neft tipli reaktiv mühərrik yanacağı, elektrik enerjisi, 
mayeləşdirilmiş neft qazları və yanacağın sair növləri tutur.
Şəkil 5.9. 2007-2011-ci illər ərzində nəqliyyat sektorunda istehlak olunan 
enerji miqdarı və enerji resurslarının bölgüsü
Enerji istehlakında əsas payı avtomobil benzini tutduğundan 
Azərbaycanda nəqliyyat sistemində enerji səmərəliliyini artırmaq üçün 
avtomobillərlə bağlı digər göstəriciləri tədqiq etmək və bu sahədəki 


- 128 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
problemləri aradan qaldırmaq lazımdır. Azərbaycanda nəqliyyat sektorun-
dakı problemlərdən bəziləri aşağıdakılardan ibarətdir:
•  Azərbaycanda istifadə olunan avtomobillərin yaşı xeyli çoxdur və enerji 
səmərəliliyi aşağıdır;
•  Şəxsi avtomobillərin sayı sürətlə artır və nəticədə ictimai nəqliyyatdan 
şəxsi avtomobillərə keçid artır;
•  İctimai nəqliyyat sistemindəki problemlər;
•  Əhali enerji səmərəli nəqliyyat vasitələrindən istifadəyə maraqlı deyil və 
istehlakçılar qeyri-səmərəli avtomobillərə daha çox meyl edirlər.
2002-2011-ci illər ərzində Azərbaycanda şəxsi avtomobillərin sayı Di-
aqram 11-də göstərilmişdir. Azərbaycanda istifadə olunan şəxsi avtomobil 
sayı 2002-ci ildə təxminən 350 minə bərabər olmuşdusa, bu rəqəm 2011-ci 
ildə bu rəqəm 850 mini keçmişdir. Qeyd olunduğu kimi şəxsi avtomobillərlə 
bağlı əsas problemlərdən biri ölkədə istifadə olunan avtomobillərin 
əksəriyyətinin yaşının çox olması və enerji istehlakına görə qeyri-səmərəli 
olmasıdır. Diaqram 11-dən də görünür ki, Azərbaycanda istifadə olunan 
avtomobillərin əksəriyyəti MDB ölkələrinin istehsalıdır və bu avtomobillər 
Avropa, Şərqi Asiya və Amerikada istehsal olunan avtomobillərə nisbətən 
qeyri-səmərəlidir. Məlumat üçün qeyd edək ki, Rusiya istehsalı olan 1,3-1,5 
litr mühərrikli VAZ və QAZ markalı avtomobillər Avropa istehsalı bənzər 
avtomibillərə nisbətən 1,5 dəfə daha çox enerji istehlak edir.
Şəkil 5.10. 2002-2011-ci illərdə şəxsi avtomobillərin sayı və istehlak olunduqları regionlar
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi


- 129 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Nəqliyyat sektorunda enerji səmərəliliyini artırmaq üçün aşağıdakı 
təklifləri dəyərləndirmək olar:
1. İctimai nəqliyyat sistemini daha da mükəmməlləşdirmək – son 
dövrlərdə ictimai nəqliyyat sistemində (intellektual idarəetmə də 
nəzərə alınmaqla) bir sıra yeniliklər həyata keçirilir və işlər görü-
lür. Bunlara misal olaraq şəhərdaxili və şəhərlərarası avtobusların 
yenilənməsi, yeni dayanacaqların inşa olunması, bu dayanacaqlarda 
avtobusların iş qrafiklərinin göstərilməsi, eləcə də yeni metro stansi-
yalarının istifadəyə verilməsini və s. misal göstərmək olar. Lakin icti-
mai nəqliyyat sistemində hələ də bir sıra problemlər mövcuddur. Bu 
problemlərin müəyyən edilməsi və ictimai nəqliyyatda xidmətin Av-
ropa ölkələri səviyyəsinə çatdırılması əhalinin bu nəqliyyatlardan daha 
çox istifadəsinə gətirib çıxara bilər.
2.  Ölkəyə idxal olunan və hazırda istifadə olunan nəqliyyat vasitələrinə 
enerji səmərəliliyi və istixanana qazları emissiyası standartları-
nın sərtləşdirilməsi – artıqqeyd olunduğu kimi ölkəyə idxal olunan 
nəqliyyat vasitələrinin böyük bir hissəsi yaşı çox olan və enerjini qeyri-
səmərəli istehlak edən nəqliyyat vasitələridir. Bu sahədə standartların 
tətbiqi və standartlara uyğun olmayan nəqliyyat vasitələrinin idxalına və 
istifadəsinə qadağa və ya yüksək məbləğdə rüsumların təyin olunması bu 
problemin həllini sürətləndirə bilər. Bundan əlavə ölkəyə enerji səmərəli 
nəqliyyat vasitələrinin idxalını stimullaşdırmaq da problemin həllinə 
müsbət təsir göstərə bilər.
3.  Əhalinin maarifləndirilməsi – digər sahələrində olduğu kimi nəqliyyat 
sektorunda da əhalinin maarifləndirilməsi enerji səmərəliliyinin artı-
rılması istiqamətində atılması vacib olan addımlardan biridir. Əhalini 
daha səmərəli nəqliyyat vasitələrindən istifadə və ictimai nəqliyyatdan 
istifadəyə təşviq edilməsi enerji səmərəliliyini arzuolunan səviyyəyə çat-
dırmaq üçün çox əhəmiyyətlidir.
Rusiyada Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankının hesab-
lamalarına görə nəqliyyat sektorunda 41% enerjiyə qənaət etmək mümkün-
dür ki, bunun da 95%-i iqtisadi, 84%-i isə maliyyə cəhətdən səmərəlidir. 
İnvestisiyanın özünü ödəmə müddəti isə 6-7 ilə bərabərdir. Azərbaycanda 
istehlak olunan avtomobillərin böyük əksəriyyətinin Rusiya istehsalı oldu-


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə