Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə36/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   32   33   34   35   36   37   38   39   ...   44

- 106 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 4. 
Enerji səmərəliliyi və fiskal siyasət
4.1.Enerji səmərəliliyinin təmin edilməsində fiskal alətlərin rolu
Hazırda Azərbaycan təbii resursdan böyük həcmdə gəlirlər əldə edir. 
Əldə edilən gəlirlər strateji valyuta ehtiyatlarının əhəmiyyətli şəkildə ar-
tımını (01.09.2013 tarixinə 49.6 mlrd.ABŞ dolları) şərtləndirir. Böyük 
həcmdə vəsaitlər bir tərəfdən, sosial problemlərin həllinə yönəldilirsə, 
digər tərəfdən hökumətin fəal investisiya siyasətini aparmasını (o 
cümlədən, dövlət büdcəsi vasitəsilə) və bununla da ölkədə zəruri infrast-
rukturun yaradılması ilə fiskal siyasətin investisiya yönümlülüyünü təmin 
etməsini göstərir. 
Bütün bu məsələlər bir sıra sualların meydana çıxmasını şərtləndirir. 
Əldə edilən böyük gəlirlər nə dərəcədə səmərəli istifadə edilir? Bu vəsaitlərin 
idarə edilməsi sosial ehtiyacları ödəyirsə hansı nisbətdə və keyfiyyətdə buna 
çatmaq mümkündür? Digər tərəfdən, enerji sektoru bu vəsaitlərin əsas 
maliyyə mənbəyi olmaqla yanaşı cəmiyyət böyük resurs olan enerjidən 
səmərəli istifadə edirmi? Bu halda, hansı yanaşmalar və mexanizmlər möv-
cuddur? Yəni son illərdə ölkəmizdə əhəmiyyətli dərəcədə aktuallaşmış 
“enerji səmərəliliyi” konsepsiyası beynəlxalq təcrübədən hansı dərsləri 
götürə bilər?
Unutmaq olmaz ki, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Kon-
sepsiyanın əhatə etdiyi dovrdə Azərbaycanda orta hesabla bir vahid ÜDM 
istehsalı ucun istifadə edilən enerjinin və emissiya olunan karbon dioksi-
din miqdarı İqtisadi Əməkdaslıq və İnkisaf Təskilatı olkələri uzrə muvafiq 
gostəriciyə yaxınlaşdırılması hədəf kimi müəyyən edilmişdir.
Beynəlxalq təcrübədə enerji səmərəliliyinin təmin edilməsi məqsədilə 
hökumət tərəfindən bir sıra iqtisadi alətlərdən istifadə edilir. Bu alətlər sı-
rasında fiskal (enerji vergiləri, vergi güzəştləri, əmlak vergisi, ƏDV və s.) 
alətlərlərdən istifadə təcrübəsi kifayət qədər geniş yayılmışdır.


- 107 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
4.2. Beynəlxalq təcrübədə fiskal alətlərdən istifadə
  Beynəlxalq təcrübədə aşağıdakı fiskal alətlərdən istifadə edilir:
1. “Enerji vergiləri”. Bir qayda olaraq enerji vergilərinin tətbiqi 
bu və ya digər enerji resursunun qiymətinin bahalaşmasına səbəb olur. 
Nəticədə həmin vəsait bir tərəfdən, büdcə gəlirlərinin həcminin ar-
tımını şərtləndirirsə digər tərəfdən, həmin ödənişlər eynilədə ener-
ji səmərəliliyinin artmasına xidmət etmiş olur. Yəni vergi bu halda iki 
cür enerji səmərəliliyini stimullaşdırır. Misal üçün, bu vergilər ener-
ji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş qrantların alınması 
yönəldilə bilər. 
Bu şəraitdə bir məqama xüsusilə diqqət yetirmək lazımdır ki, enerji 
vergisi yaranan ekoloji fəsadların aradan qaldırılmasına xidmət etmir. 
Sadəcə o xərclərin bir hissəsini qarşılayır. Beynəlxalq təcrübədə Avropa 
Birliyi ölkələri tərəfindən minimal enerji vergisinin tətbiq edilməsi ilə 
bağlı saziş imzalanmışdır. Bu sazişə əsasən 2004-cü ildən başlayaraq AB-
yə üzv dövlətlər ölkə ərazisində (kömür, qaz və elektrik enerjisi) mini-
mal enerji vergi dərəcələri tətbiq etməlidirlər. 
Beynəlxalq təcrübədə ekoloji vergilərin tətbiqi çərçivəsində “ver-
gi dəyişmələri” konsepsiyasından istifadə edilir. Konsepsiyanını 
mahiyyəti ekoloji vergilərin tətbiq edilməsi hesabına digər vergilər üzrə 
vətəndaşların yükünün azaldılmasıdır. Misal üçün, Niderlandda 1996-
cı ildən tənzimləyici enerji vergiləri tətbiq edilir ki, əsas məqsəd bir 
tərəfdən, enerjiyə qənaət və ekoloji fəsadların aradan qaldırılmasıdır-
sa, digər tərəfdən, birbaşa vergilərin üzərindən yükün dolayı vergilərin 
köçürülməsidir. İsveçdə 1989-cu ildən elektrik enerjisindən və yanacaq 
növlərindən tutulan (bioyanacaq və torf istisna olmaqla) ümumi enerji 
vergisi tətbiq edilmişdir . 1991-ci ildən İsveçdə aparılan vergi islahatları 
ekoloji hədəflərə uyğun reallaşdırılır. 2001-ci ildən isə hökumət 2001-
2010-cu illəri əhatə edən (ekoloji hədəfləri) “vergi dəyişmələri” strategi-
yasını qəbul etmişdir.Başqa sözlə desək, vətəndaşın vergi yükü azalmır, 
sadəcə vergi yükünün strukturunda dəyişiklik baş verir.


- 108 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 4.1. Avropa Birliyində enerji vergilərinin ümumi vergilərdə payı, %-lə 
2007
2008
2009
2010
2011
AB-yə üzv olan 27 dövlət üzrə 
orta göstərici
4.5
4.4
4.8
4.8
4.7
O cümlədən:
Bolqarıstan
8.7
9.0
8.9
9.1
9.1
Latviya
5.6
5.7
7.7
7.3
6.9
Sloveniya
5.7
5.8
7.3
7.2
6.9
Litva
5.3
5.0
6.4
6.5
6.1
Çexiya
5.8
5.7
6.4
5.9
6.0
Yunanıstan
5.5
5.3
6.2
6.2
6.0
Lyüksemburq
6.5
6.4
6.0
5.8
5.9
Mənbə: Taxation trends in the European Union, Eurostat, 2013
2. Vergi güzəştləri. Vergi güzəştlərinin tətbiqi daha çox enerjiyə qənaət 
edən avadanlığın idxal rüsumundan azad edilməsi [Bolqarıstan, Slovakiya], 
gəlir (mənfəət) vergisində müəyyən edilən güzəştlər [Fransa (8 min avroya 
qədər 15%), Çexiya, Niderland, Rumıniyada mənfəət vergisi üzrə güzəştlə 
yanaşı, dövlət büdcəsindən faizsiz ssuda] şəxsin enerji səmərəliliyini təmin 
edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq məqsədi daşıyır
1

3. Əmlak vergisi. Xüsusilə Skandinaviya ölkələrində populyar olan 
bu təcrübə daha çox evin 5 standarta uyğunluğu çərçivəsində tətbiq edi-
lir. 1-ci standart evin (əmlak) görünüşü (fasada və s.), 2-ci standart sanitar 
göstəricilər, 3-cü standart  mətbəx, 4-cü standart dogər elementlər (ka-
min, zirzəmi və s.), 5-ci standart bilavasitə enerji səmərəliliyi göstəriciləri 
aid edilir. Misal üçün, evdə kamin varsa enerji səmərəliliyinin azalmasını 
məhdudlaşdıran amil kimi daha böyük dərəcə ilə əmlak vergiyə cəlb edilir. 
4. Əlavə Dəyər Vergisi (ƏDV). ƏDV-nin fiskal alət olaraq differensial 
dərəcələrinin tətbiqi təcrübəsi bu sahəyə investisiya qoyuluşunu stimullaş-
dırmaq məqsədi daşıyır. Misal üçün, Çexiya Respublikası bu istiqamətdə 
1
http://www.energosovet.ru/stat542p15.html


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə