Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

- 109 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
5%-lik, Macarıstan 12%, Slovakiya isə 
10-23% nisbətində aşağı vergi dərəcəsi 
tətbiq edir.
5. Sürətli amortizasiya. Bir sıra 
dövlətlərdə (Niderland, Birləşmiş 
Krallıq, Rusiya Federasiyası) “ekolo-
ji” investisiyalara sürətli amortizasiya 
tətbiq edir. Rusiya təcrübəsinin əsas 
xüsusiyyətlərindən biri odur ki, enerji 
səmərəliliyinə xidmət edən avadan-
lıqların A-dan (ən yüksək) G-yə (ən 
aşağı) qədər səmərəlilik kateqori-
yaları müəyyən edilir. Lakin, sürətli 
amortizasiya təcrübəsi məhz enerji 
səmərəliliyinin təmin ediləməsi ba-
xımından populyar hesab edilmir 
və bir qayda olaraq məhdud zaman 
çərçivəsində istifadə edilir.
Birləşmiş Krallıq  2001-ci ildən avadanlığın sürətli amortizasiyanı tətbiq 
edən proqram qəbul etmişdir. Bunun nəticəsim olaraq 7 mindən 3 milyard 
funt sterlinq dəyərində avadanlıq alınmışdır. 
6. Nəqliyyat və ya yol vergisi (yığım). Bir çox ölkələrdə (Sinqapur, 
Danimarka, Finlandiya, Norveç, Birləşmiş Krallıq və s.) yollarda yaranan 
tıxacların aradan qaldırılması məqsədilə nəqliyyat və ya yol vergisi tətbiq 
edilir. Ən populyar təcrübə Sinqapur nümunəsidir. 1975-ci ildən Sinqapur-
da şəhərin mərkəzi hissəsinə səhər pik saatlarında daxil olan 4 və daha ar-
tıq sayda sərnişini olan avtomobillər üçün yığımlar (1 avro 1 gün və ya 20 
avro aylıq) tətbiq edilir. 1998-ci ilədn bu sistem bir qədər də modernizasiya 
edildi. Avtomobillərdə smart kartlar qoyuldu. Şəhərin mərkəzi hissəsinə 
daxil olan avtomobillər vaxtdan asılı olaraq smart kartlardan istifadə 
etməklə ödəniş edirdilər. Həmçinin avtomobillərin alınması üçün Sinqapur 
hökuməti böyük nisbətdə vergilər tətbiq etdi. Həmçinin, büdcə sektorunda 
Enerji səmərəliliyinin artırılmasına 
yönəldilmiş ən uğurlu təcrübə 
Danimarka nümunəsidir. 70-ci 
illərdə baş vermiş neft böhranına 
cavab olaraqenerji istehlakını 
artırmadan, enerji tutumluğunu 
və karbon dioksid tullantıları-
nın həcmini əhəmiyyətli şəkildə 
azaldaraq ÜDM-i iki dəfə artıra 
bildi. Əsas fiskal rıçaq kimi enerji 
resurslarının istehlakını azaltmaq 
məqsədilə təbii qaz, neft və neft 
məhsullarının vergi dərəcələri artı-
rıldı. Bu islahatların digər müsbət 
nəticələri dövlət borcunun, neft 
idxalının həcminin azaldılması və 
ətraf mühitin mühafizəsi oldu.


- 110 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
çalışan işçilər üçün yolda tıxac yaranmaması məqsədilə hökumət müxtəlif iş 
rejimləri tətbiq etdi Bu sistemin tətbiqi ilə yollarda müşahidə edilən inten-
sivlik (xüsusilədə, pik saatlarında 45%) azaldı.
Eyni təcrübə Londonda da tətbiq edilir. 2003-cü ildən səhər 7:00-dan ax-
şam 18:30-dək şəhərin mərkəzinə daxil olan avtomobillər 5 (2008-ci ildən 8) 
funt sterlinq ödəməlidir. Sistemin tətbiqinə hökumət 200 milyon funt sterlinq 
sərf etsə də artıq birinci il bu məbləğin 80 milyonu geriyə qayıtdı (özünü ödəmə 
birinci il 40%). Nəticədə yollardakı tıxacların həcmi 30% azaldı, avtobuslardan 
istifadə dərəcəsi 14%, metrodan istifadə 1% artdı
2
.AFR-də ictimai nəqliyyatdan 
istifadə edənlərin sayında əhəmiyyətli artım müşahidə edilmişdir.
Eyni zamanda, hibrid avtomobilləri alan sürücülərin nəqliyyat 
vergisindən, həmçinin avtomobillərin park edilməsi xərcindən (ABŞ, Rusi-
ya Federasiyası və s.) azad edilir.  
7. Dövlətin əsaslı vəsait qoyuluşu. Dövlət sektoru tərəfindən ener-
ji səmərəliliyinin artırılması məqsədilə əsaslı vəsait qoyuluşu iki formada 
həyata keçirilir.
I. Cari xərclər üzrə “enerji səmərəliliyi”nin maliyyələşməsi. Cari 
xərclərin strukturunda yer alan enerji səmərəliliyi xərclərinə nümunə kimi 
enerji səmərəliliyinə xidmət edən malların alınması, büdcə sektorunda yer 
alan binaların enerji qənaəti normalarına uyğunlaşdırılması.
II. Büdcə qrantları vasitəsilə maliyyələşmə. Dövlət büdcəsi 
vasitəsilə təsərrüfat subyektlərinə enerji səmərəliliyinin təmin edilməsi 
məqsədilə investisiya layihələrinin reallaşdırılması məqsədilə qrantların 
verilməsi AB-yə üzv olan (İtaliya, Çexiya və s.) bir sıra dövlətlərdə tətbiq 
edilir. Həmçinin, Rusiyanın bir neçə vilayətində (misal üçün, Orenburq) 
bu təcrübə sınaqdan çıxarılır. 
İnvestisiya layihəsi 0-5 nisbətində [
A.icra səviyyəsinə görə: əgər layihə 
70-100% arası icra edilirsə 5, 60-70% − 4, 50-60% − 3, 30-50% − 2, 0-30% 
− 1 bal ilə, 
B.layihənin özünüödəmə müddətinə görə 1 ilə qədər 5, 3 ilə 
qədər 3, 3ildən yuxarı 1 balla, 
C.layihənin vilayətin inkişafına xidmət 
edən sosial səmərəsi 5, bələdiyyənin inkişafına xidmət edən sosial səmərəsi 
3, təsərrüfat subyektinin inkişafına xidmət edən səmərəsi 1 balla, 
D.əgər 
2
Мировой Энергетический Совет и Институт транспортной политики г. Виктории, 2006


- 111 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
layihə büdcəyə vergi ödənişlərinin həcmini 10% artırırsa 5, 5-10% artırır-
sa 3, 5% qədər artırırsa 1 balla] qiymətləndirilir. 
Tədqiqatlar göstərir ki, enerji səmərəliliyinin təmin edilməsinə 
yönəldilmiş təsərrüfat subyektlərinə investisiya qoyuluşunun həcminin 
10% artımı istehsalın enerji səmərəliliyini 4% yüksəldir
3

Cədvəl 4.2. Avropa Birliyi ölkələrində enerji səmərəliliyinin 
dövlət sektorunda artırılması imkanları
                İmkanlar
Nəqliyyat
Avtomobillərin alınması hesabına enerji 
səmərəliliyinin 22% artırılması (AB üzrə)
İctimai binalar
20-30% artırmaq (Danimarka)
20% artırmaq (AFR)
2010-cu ilə 2002-ci illə müqayisədə 17% 
artırmaq
(Yaponiya kommersiya sektoru)
Satınalmalar
21% artırmaq (AFR)
Ofis avadanlığı
34% artırmaq (AB)
Elektrik enerjisi
28% artırmaq (Danimarka)
Dövlət sektorunun məcmu potensialı
20% Avropa Birliyi üzrə
Mənbə:  http://energohelp.net/upload/art165.pdf
8. Məqsədli-proqram və digər strateji sənədlərin qəbulu təcrübəsi.
Bu sahədə daha populyar Bolqarsıtan təcrübəsidir. Bolqarıstanda qəbul 
edilmiş 5 strateji sənəd (Nəqliyyat sektorunda enerji səmərəliliyinin artırıl-
ması milli proqramı, Enerjiyə qənaət edən texnologiyaların kiçik və orta sa-
hibkarlıqda tətbiqi proqramı və s.) müəyyən bir dövrü (2005-2020-ci illər) 
əhatə etsədə hər il bu istiqamətdə yeni bir illik dövlət proqramının qəbul 
edilməsi təcrübəsi mövcuddur
4
. Misal üçün, bir illik qəbul edilən proqram-
lar dövlət və bələdiyyə binalarının termoizolyasiyası məqsədilə auditi və 
sertifikatlaşdırılmasını aparılmasını tələb edir. Bu tədbir “Enerji səmərəliliyi 
haqqında Qanun”un müvafiq maddəsinin icrası məqsədilə məqsədli proq-
ram çərçivəsində icra edilir
5

3
http://www.csr-nw.ru/upload/file_content_262.pdf
4
Углубленный обзор политики Болгарии в области энергоэффективности, 2008
5
http://energodoma.ru/novosti/stati/249-uglublennyj-obzor-politiki-bolgarii-v-oblasti-energoeffektivnosti


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə