Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə38/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   34   35   36   37   38   39   40   41   ...   44

- 112 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
9. İstehlak subsidiyaları. Bu tip subsidiyalar 2 cür olur
6
: a) Vergilərin 
ödənilməsinə qədər (VÖQ) və b) vergilərin ödənilməsindən sonra (VÖS). 
Vergilərin ödənilməsinə qədər olan subsidyaların əsas xüsusiyyəti − isteh-
lakçı enerjinin daşınmasına çəkilən xərcdən az qiymət ödəyirsə bu halda, 
haqqında danışılan subsidiya tətbiq edilir. Misal üçün, yanacaq doldur-
ma stansiyasında  istehlakçı tərəfindən yanacağa görə ödənilən qiymətlə 
beynəlxalq qiymət arsındakı fərq. VÖS = VÖQ + vergi subsidiyaları. Ver-
gi subsidiyaları (VS) enerji daşıyıcılarına tətbiq edilən vergilər səmərəlilik 
həddindən aşağı olduğu təqdirdə tutulur. 
BVF-nin qiymətləndirmələrinə görə Vergilərin ödənilməsinə qədər tutu-
lan subsidiyaların həcmi dünya üzrə 480 mlrd.ABŞ dolları (dünya üzrə ÜDM-
un 0.7%), vergilərin ödənilməsindən sonrakı dövrdə verilən subsidiyaların 
həcmi isə 1.9 trilyon ABŞ dolları (dünya üzrə ÜDM-un 2.7%) təşkil edir. 
Devid Lipton (BVF eksperti) fikrincə
7
  VÖQ  təcrübəsindən imtina 
dünya üzrə tullantılarınn 15-30% azalmasına səbəb ola bilərdi. VÖS imtina-
nın həcmi daha böyük ola bilər. Belə ki, VÖS imtinanın nəticəsində 4.250 
milyon ABŞ dolları həcmində karbon dioksid tullantısının həcmi azalardı.  
10.  Ətraf mühitin çirklənməsinın qarşısını almaq üçün tətbiq 
edilən yığımlar. Bu sıraya ətraf mühitin çirkləndirilməsi üçün xüsusi yığım-
lar, təbbi resurslardan istifadə haqqı, meliorasiyaya görə ödənişlər aiddir.
Maraqlı fakt ondan ibarətdir ki, ekoloji vergilərin tətbiqi nəticəsində ver-
gi siyasətində ciddi dəyişikliklər müşahidə edilmişdir. Avtomobillərin texni-
ki xarakteristikası dəyişmiş və yeni ekoloji səmərəsi olan avtomobillərə olan 
tələb artmışdır. Bu isə enerjiyə qənaət edən avtonəqliyyat vasitələri üçün 
patentlərin sayının artımını şərtləndirmişdir.
4.3. Nəticə
Yuxarıda verilən beynəlxalq təcrübənin təhlili fiskal alətlərdən istifadənin 
aşağıdakı xüsusiyyətlərinin olduğunu göstərir:
6
http://www.imf.org/external/np/fad/subsidies/index.htm
7
http://www.imf.org/external/russian/np/speeches/2013/032713r.pdf


- 113 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
 
 
Haşiyə 
Beynəlxalq təcrübədə istər strateji planlaşdırma, istərsə də indikativ planlaşdır-
manın tətbiqi dövlət büdcəsinin məqsədli proqramlar (və ya Məqsədli Proqram 
Büdcəsi) əsasında tərtibi edilir. Ən-ənəvi metoddan fərqli olaraq məqsədli proq-
ram metodu vəsaitlərin məqsədli istifadəsi, layihələrin müsabiqə yolu ilə seçilməsi, 
nəticələrin monitorinqi və qiymətləndirilməsini şərtləndirir. 
Bu metodun əsas üstünlükləri kimi aşağıdakıları göstərmək olar:
1.  Dövlət cəmiyyətin daha çox ehtiyac duyduğu xidməti proqramlar vasitəsilə 
təqdim edir;
2.  Dövlət büdcəsi xərclərinə daha tənqidi yanaşmaq və xərclərin sosial-iqtisadi 
əsaslandırılması olmadığı halda bir sıra maddələrindən imtina etmək müm-
kündür.
3.  Ayrı-ayrı proqramların icrasına məsul olan dövlət təşkilatlarının məsuliyyəti 
artırılır.  Həmçinin subyektin fəaliyyətinin səmərəliliyi qiymətləndirilir.
4.  Optimal idarəetmə modeli qurulur.
5.  Dövlətin maliyyə fəaliyyətinin real olaraq qiymətləndirilməsi imkanı yaranır. 
•  Enerji səmərəliliyinin təmin edilməsinə yönəldilmiş tədbirləri şərti 
olaraq iki kateqoriyaya ayırmaq olar: təşviqedici (məlumat, maliyyə 
dəstəyi) və məhdudlaşdırıcı (yığım və s.);
•  Təşviqedici tədbirlərin əsas məqsədi daha çox insanın bu prosesə cəlb 
edilməsidir;
•  Vergi güzəştləri daha səmərəli alət hesab edilir və Avropa Birliyi 
ölkələrində kifayət qədər populyardır. Vergi güzəştlərinin tətbiqi daha 
çox enerjiyə qənaət edən avadanlığın idxal rüsumundan azad edilməsi, 
mənfəət vergisində müəyyən edilən güzəştlər, şəxsin enerji səmərəliliyini 
təmin edəcək avadanlığa investisiya qoyuluşunu stimullaşdırmaq 
məqsədi daşıyır;
•  “Enerji vergiləri” daha bir alət olaraq vəsaitin bir tərəfdən, büdcə gəlirlərinin 
həcminin artımını şərtləndirməsiə digər tərəfdən, həmin ödənişlərin 
eynilədə enerji səmərəliliyinin artmasına xidmət etməsi deməkdir;
•  Ayrı-ayrı vergilər üzrə götürdükdə ƏDV üzrə aşağı vergi dərəcələrinin 


- 114 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tətbiqi təcrübəsinə üstünlük verilirsə, əmlak vergisi üzrə əmlakın növündən 
asılı olaraq standartlar üzrə differensial vergi dərəcələri tətbiq edilir;
•  Digər alətlər sırasında məqsədli-proqram büdcəsi və strateji sənədlərin 
qəbul edilməsini göstərmək olar;
•  Digər tərəfdən, bir çox ölkələrin qanunvericiliklərində təsbit edilmiş 
ekoloji vergilər və ya enerji səmərəliliyinə hədəflənmiş vergi və tədiyələr 
ən vacib suala cavab vermir. Bir qayda olaraq vergilər məqsədli xarak-
ter daşımadığı üçün daha çox ümumən xərclərin maliyyələşdirilməsinə 
yönəldilir. Yəni daha konkret olaraq enerji səmərəliliyini təmin edən ava-
danlığın alınmasına yönəldilməsi məqsədəuyğun olardı;
•  Unutmaq olmaz ki, dövlət büdcəsi xərclərinin səmərəliliyi anlayışının 
bu dərəcədə aktuallaşdığı dövrdə enerji səmərəliliyinin tətbiqi büdcə 
xərclərinin rasionallaşdırılmasına və fiskal fəzanın yaranmasına səbəb 
ola bilər.
4.4. Azərbaycanda fiskal alətlərdən istifadənin 
inkişaf perspektivləri
Hazırda Azərbaycan Respublikasının qanunvericiliyində enerji 
aspektindən fiskal güzəştlər aşağıdakılardan ibarətdir:
Hüquqi şəxslərin əmlak vergisi üzrə vergi tutma məqsədləri üçün 
müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
☐   ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən 
obyektlərin;
☐   məhsul ötürən kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və 
enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin.
Azərbaycanda bu halda iki ssenarinin tətbiqi mümkündür.
Birinci ssenari kimi dövlət satınalmalarının tətbiqi və enerji 
səmərəliliyinin təmin edilməsinə hədəflənmiş (hər il hazırlanan Dövlət 
İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən investisiya layihələrinin 
enerji səmərəliliyi istiqamətinə üstünlük verməklə) əsaslı vəsait qoyuluşu-
nun həyata keçirilməsi məqsədəuyğundur. Yəni enerji səmərəliliyinə xidmət 
edən avadanlığın alınması və bu istiqamətdə fəal investisiya siyasətinin 
həyata keçirilməsi nəzərdə tutulur.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə