Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   36   37   38   39   40   41   42   43   44

- 123 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Diaqramda fərqli rənglərlə göstərilmiş 2004, 2005 və 2009-cu illər təbii 
qazın qiymətinin artırıldığı illərdir. Göründüyü kimi 2004 və 2005-ci illərdə 
bu artım əhalinin təbii qaz istehlakına mənfi təsir göstərməyib, yalnız 2009-
cu ildəki artım təbii qaz istehlakında azalmaya səbəb olub. Bunun səbəbi isə 
2005-ci ildən kütləviləşməyə başlayan və artıq tamamlanmaqda olan sayğac-
laşma prosesidir. 2005-ci ildə əhalinin yalnız 8,5%-i sayğacdan istifadə edirdi 
və əhalinin digər hissəsi istehlakdan asılı olmayaraq sabit məbləğdə ödəniş 
edirdilər. Bu səbəbdən 2004 və 2005-ci illərdə qiymət artımının qaz isteh-
lakına neqativ təsiri müşahidə olunmur. Lakin 2009-cu ildə artıq təbii qaz 
abunəçilərinin 99,2%-ində sayğaclaşma prosesi başa çatmışdı və bu ildəki 
qiymət artımı əhalinin təbii qazdan daha səmərəli istifadə etməsinə gətirib 
çıxardı. 2006 və 2007-ci illərdəki azalmanın səbəbi də bu illərdə sürətlənən 
sayğaclaşma prosesidir. Belə ki, bu illərdə sayğaclaşma müvafiq olaraq 33% 
və 81,4% olmuşdur. Hal hazırda isə bu rəqəm 99,8%-ə bərabərdir.
Ev təsərrüfatları üçün enerji səmərəliliyinin əsas göstəricisi hər kv. m ya-
şayış sahəsinə görə istehlak olunan enerji miqdarıdır. Azərbaycanda 2009-
cu ildə bu rəqəm təxminən 26 kne-nə bərabər olmuşdu. Bu göstəricinin 
Avropa ölkələrinin eyni göstəriciləri ilə müqaisəsi aşağıdakı diaqramda 
göstərilmişdir.
Şəkil 5.6. 2009-cu il Azərbaycanda və bəzi Avropa ölkələrində 
yaşayış binalarında bir kv. m-ə düşən enerji istehlakı, kne ilə


- 124 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Sonuncu diaqramdan Azərbaycanda ev təsərrüfatlarının enerji 
səmərəliliyi göstəricisinin Avropa ölkələri ilə müqayisədə xeyli aşağı oldu-
ğu görünür. Azərbaycanın göstəricisinə yaxın göstəricisi olan ölkələr Ru-
muniya, Latviya, Finlandiya, Estoniya kimi iqlimi soyuq olan ölkələrdir. 
Azərbaycanla təxminən eyni iqlim qurşağında yerləşən İtaliya, İspani-
ya və Portuqaliya kimi ölkələrin göstəriciləri isə Avropa üzrə ən yüksək 
göstəricilərdir.
Diaqram 7-yə əsasən demək olar ki, Azərbaycan ev təsərrüfatlarında 
enerji səmərəliliyini Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Avropa 
ölkələrinin səviyyəsinə çatdırsa, o zaman ev təsərrüfatlarında 50%-dən ar-
tıq, başqa sözlə ən azı 1,7 mln. tne miqdarında enerjiyə qənaət edə bilər. 
Bu da Azərbaycanın ümumi son enerji istehlakının təxminən 25%-nə 
bərabərdir.
Azərbaycanda yaşayış binalarında enerji səmərəliliyinin Avropaya 
nisbətən aşağı olmasının əsas səbəblərdən biri Azərbaycanın və Avro-
panın mövcud və yeni inşa olunan binaları arasındakı fərqlərdir. Belə ki, 
Avropa ölkələri enerji ehtiyacını əsasən idxal hesabına ödədiklərindən 
bu ölkələrdə enerji səmərəliliyi ilə bağlı ciddi standartlar tətbiq olunur. 
Yeni inşa olunan binalarda bu standarlara ciddi nəzarət olunur və möv-
cud binalar da əsaslı təmir olunaraq bu standartlara uyğunlaşdırılır. Dünya 
təcrübəsinə görə əhalinin əsas enerji istehlakı, ümumi istehlakın təxminən 
50-60%-i yaşayış sahəsinin qızdırılmasına sərf olunur. Bu səbəbdən Av-
ropada yaşayış binalarında istiliyin itməməsinə xüsusi əhəmiyyət veri-
lir. Buna nail olmaq üçün binalarda xüsusi istilik keçirməyən örtükdən 
və qapı-pəncərə sistemlərindən istifadə olunur. Nəticədə əhali daha az 
enerji sərf etməklə yaşayış sahəsində istədiyi tempraturu saxlaya bilir. 
Azərbaycanda isə mövcud binaların böyük bir hissəsi müstəqillikdən 
əvvəlki dövrdə və qeyd olunan texnologiyalar tətbiq olunmamaqla inşa 
olunmuşdur. Bu binaların qeyri-yaşayış sahələrində pəncərə və qapıların 
yaxşı vəziyətdə olmaması istiliyin itməsini daha da sürətləndirir. Tikinti 
şirkətlərinin yeni inşa etdikləri binalarda enerji səmərəliliyi yüksək olan 
texnologiyadan istifadədə maraqlı olmamaları da enerji səmərəliliyinin 
aşağı olma səbəblərindən biridir. Azərbaycanda ev təsərrüfatlarında enerji 
səmərəliliyinin aşağı olmasın digər bir səbəbi isə aşağı səmərəliliyə ma-


- 125 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
lik elektriklə işləyən alətlərdən istfadə edilməsidir. Azərbaycanda ev 
təsərrüfatlarında enerji səmərəliliyinin artırılmasının qarşısında bəzi 
maneələr dayanır. Əhalinin və tikinti şirkətlərinin enerjiyə qənaət po-
tensialı barədə kifayət qədər məlumatları yoxdur. Enerji səmərəliliyi 
ilə əlaqəli aparılmış tədqiqatların nəticələrini yaymaq və insanları bu 
barədə marifləndirmək bu maneəni aradan qaldırmaq və yüksək enerji 
səmərəliliyinə nail olmaq üçün çox əhəmiyyətlidir. Digər tərəfdən yaşayış 
binalarında enerji səmərəliliyi ilə bağlı standartlara əməl olunmur. Enerji 
səmərəliliyini artırmaq üçün yeni inşa olunan binalarda məcburi standart-
ları tətbiq olunmalı, eləcə də mövcud binalarda monitorinqlər keçirilərək 
standartlara uyğun olmayan binalar müəyyənləşdirilməli və standartlara 
uyğunlaşdırılmalıdır. Qeyd olunan standartlar yeni texnologiyalara uyğun 
hazırlanmalı və periodik olaraq yenilənməlidir. Standartlaşdırma aparıl-
dıqdan sonra binalarda enerji səmərəliliyinə görə qiymətləndirilmələr də 
aparıla bilər ki, bunun nəticəsində əhali mənzil alarkən potensial enerji 
xərcləri barədə məlumatlana bilər. Enerji səmərəliliyinin artırılması-
nın qarşısındakı digər bir maneə isə maliyyə problemləridir. Belə ki, ev 
təsərrüfatları enerji effektiv texnologiyanı tətbiq və istifadə etmək istəsə 
belə, bunun üçün kifayət qədər maliyyə vəsaitinə sahib olmaya bilər. 
Dövlət tərəfindən bu kimi layihələrə güzəştli kreditlərin və subsidiyaların 
verilməsi ilə bu problem həll oluna bilər.
Azərbaycan enerji resursları ilə zəngin bir ölkə olduğundan, ölkəmizdə 
enerji qiymətləri Avropa ölkələri ilə müqayisədə aşağıdır. Buna görə də 
əhali enerji istehlak edərkən qənaət barədə çox da fikirləşmir. Bu səbəbdən 
əhaliyə enerjiyə qənaəti təbliğ edərkən nəticədə qənaət edə biləcəkləri 
maliyyə vəsaiti ilə yanaşı, enerjiyə qənaət etməklə ətraf mühiti və ekologi-
yanı qoruya biləcəklərini də onlara xatırlatmaq lazımdır. Bu siyasət artıq bir 
çox ölkədə özünü doğruldub.
Rusiyada son ilərdə aparılmış araşdırmanın nəticələrinə görə bu ölkədə 
ev təsərrüfatlarında 50% enerjiyə qənaət etmək mümkündür, bu potensia-
lın 80%-dən çoxu iqtisadi, 46%-i isə maliyyə cəhətdən səmərəlidir. Gürcüs-
tanda aparılan başqa bir araşdırmaya görə bu ölkdədə yalnız elektrik lam-
palarını daha səmərəli lampalarla əvəz etməklə ildə 370 GVt saata qədər 
enerjiyə qənaət etmək mümkündür. Bu ölkələrdəki yaşayış binalarının və 
istifadə olunan texnologiyanin Azərbaycandakılarla bənzərliyini nəzərə al-


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə