Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   36   37   38   39   40   41   42   43   44

- 130 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ğunu və nəqliyyat sistemlərimizdəki oxşarlığı nəzərə alsaq Azərbaycanda da 
bu sektorda 40-45% enerjiyə qənaət potensialı olduğunu təxmin edə bilərik.
5.5. Sənaye sektoru
 
Sənaye sektoru son enerji istehlakına görə Azərbaycanda üçüncü 
yerdədir. Bu sektorda ən böyük payı neft sektoru təşkil edir. Azərbaycanda 
sənaye sektorunda istehsal olunan əlavə dəyər Diaqram 12-də göstərilmişdir. 
Göründüyü kimi Azərbaycanda sənaye sektorunda 2007-2011-ci illər 
ərzində sürətli artım müşahidə olunur. Yalnız 2009-cu ildə sənaye sektoru-
nun əlavə dəyərində azalma olmuş, lakin sonrakı illərdə yenidən artım baş 
vermişdir. Bu artımın əsas səbəbi təbii ki, neft-qaz sektorunun inkişafı ilə 
əlaqədardır.
Şəkil 5.11. Azərbaycanda sənaye sektorunda əlavə dəyər (mln. manatla)
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Sənaye sektorunda enerji səmərəliliyinin əsas göstəricisi sənaye sektoru-
nun hər dollar əlavə dəyərinə sərf olunan enerji miqdarıdır. Azərbaycanda 
bu göstəricinin dinamikası aşağıdakı diaqramda göstərilmişdir.
2007-2011-ci illər üzrə Azərbaycanda sənaye sektorunda ener-
ji səmərəliliyində böyük artım müşahidə olunur. 2007-ci ildə bir dollar 
əlavə dəyər üçün 0,06 kne enerji tələb olunurdusa 2011-ci ildə bu rəqəm 
təxminən 0,024 kne-nə bərabər olmuşdu. Azərbaycanın bu göstərici üzrə 
dünya ölkələri arasındakı mövqeyi növbəti diaqramda öz əksini tapmışdır.


- 131 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 5.12. Azərbaycanda sənaye sektorunda enerji 
səmərəliliyinin dinamikası, 2007-2011-ci illər üzrə (kne/$-la)
Göründüyü kimi Azərbaycanda sənaye sektorunda ümumi enerji 
səmərəliliyi göstəricisi əksər dünya ölkələrindən xeyli yaxşıdır. Göstərilən 
ölkələrdən yalnız İsveçrə bu göstərici üzrə Azərbaycandan öndədir.
Şəkil 5.13. Sənaye sektorunda enerji intensivliyi (2009, kne/$ əlavə dəyər)


- 132 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
 Bu siyahıda son yerləri MDB ölkələri - Rusiya, Qazaxıstan, Tacikistan, 
Qırğızıstan, Özbəkistan və Ukrayina tutur. İlk yerləri isə Avropanın inkişaf 
etmiş ölkələri İsveçrə, Danimarka, Norveç tutur. Azərbaycanın bu siyahıda 
ilk yerlərdən birini tutmasının əsas səbəblərindən biri Azərbaycanda sənaye 
sektorunun əsas hissəsini sənayenin digər sahələrinə nisbətən çox da enerji 
tutumlu olmayan neft sektorunun təşkil etməsidir. Məsələn Diaqram 4-də 
verilmiş ümumi enerji səmərəliliyi göstəricisində son yerlərdən birini tutan 
karbohidrogen resurslarla zəngin Səudiyyə Ərəbistanının bu göstərici üzrə 
Avropanın inkişaf etmiş ölkələri ilə təxminən bir səviyyədə olması bunu bir 
daha sübut edir.
Azərbaycanda sənaye sektoru üzrə ümumi enerji səmərəliliyi göstəricisi 
əksər inkişaf etmiş ölkələrdən yaxşı olsa da, qeyri neft sektorunda daha 
ətraflı araşdırma aparılmasına və ayrı-ayrı şirkətlərdə enerji auditlərinin 
keçirilməsinə ehtiyac var. Yalnız bu auditlərdən sonra şirkətlər enerji 
səmərəliliyi barədə dəqiq məlumat əldə edə bilərlər.
Sənaye sektorunda enerji səmərəliliyinin artırılması şirkətlərin məhsulları 
daha az xərclə istehsal etməsinə gətirib çıxaracaq və nəticədə məhsullar bazar-
da daha çox rəqabətliliyə malik olacaq. Lakin özəl sektorda enerji səmərəliliyi 
layihələrinin reallaşmasının qarşısında bir sıra maneələr dayanır. Bunlardan ən 
önəmlisi bu tip layihələrin böyük həcmdə investisiya tələb etməsi və investi-
siyanın özünü gec ödəməsidir. Digər bir maneə isə şirkət rəhbərlərinin bəzən 
enerjiyə qənaətlə bağlı doğru təsəvvürlərinin olmamasıdır.
5.6. Energetika sektorunda enerjiyə qənaət
Şəkildə göstərildiyi kimi son enerji istehlakından başqa ümumi enerji 
təhcizatının əsas hissələri transformasiya sektorunun prosesləri, itkilər və 
energetikanın daxili istehlakından ibarətdir. 
Transformasiya proseslərinə sərf olunan enerji, enerji resurslarını elekt-
rik enerjisinə çevrilməsi zamanı istifadə olunan enerjidir. Azərbaycanda 
2007-ci ildə bu proseslərə sərf olunan enerji ümumi enerji təhcizatının 
29,1%-ni təşkil etmişdisə, 2011-ci ildə bu 23,2%-ə qədər azalmışdır. La-
kin Diaqram 15-dən də göründüyü kimi bu faiz inkişaf etmiş ölkələrlə 
müqayisədə yüksəkdir.


- 133 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Bu siyahıda Qırğızıstan və Ermənistanın digər ölkələrə nisbətən 
transformasiya proseslərində daha az enerji istifadə etməsi bu ölkələrin 
enerji resurslarının olmaması, daha, enerji resursları əvəzinə elektrik 
enerjisi idxal etmələridir. Ermənistanın bundan əlavə elektrik və istilik 
enerjisi istehsalında atom enerjisindən istifadə etməsi bu göstəriciyə 
də təsir göstərir. Diaqramda son yerləri isə əsasən neft-qaz resursları ilə 
zəngin ölkələr tutur.
Şəkil 5.14. Transformasiya sektorunun prosesləri (2009, ÜET-nin faizi ilə)
 
Azərbaycan son illərdə elektrik enerjisi istehsalı sahəsində bir sıra isla-
hatlar həyata keçirdi. Bunlardan ən əhəmiyyətlisi elektrik enerjisi istehsa-
lında neft məhsullarından təbii qaza keçid olmuşdur. Belə ki, təbii qazla 
elektrik enerjisi istehsalı neft məhsullarına nisbətən daha səmərəlidir və 
ekoloji cəhətdən daha təmizdir. Digər islahatlara isə Bakı ətrafında daha 
enerji səmərəli istilik elektrik stansiyalarının tikilməsini və son illərdə 
həyata keçirilən alternativ və bərpaolunan enerji resurslarından istifadəni 
misal göstərmək olar. Diaqram 15-dən görünür ki, Azərbaycan transfor-
masiya proseslərində 20-25% enerjiyə qənaət edə bilər ki bu da, ÜET-nın 
5-6%-nəbərabərdir.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə