Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   36   37   38   39   40   41   42   43   44

- 119 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
tutur. Transformasiya prosesləri təbii enerji resurslarının elektrik və istilik 
enerjisinə çevrilməsi prosesləridir. 
Bu sahədə son illərdə əsasən azalma müşahidə olunmuşdur ki, bu da 
energetika sektorunda aparılan islahatlarla əlaqəlidir. 2011-ci ildə ümumi 
enerji təhcizatında itkilər və energetika sektoru müvafiq olaraq  9% və 7,5% 
təşkil etmişdi. İtkilərin payı son üç il ərzində azalsa da Avropanın inkişaf 
etmiş ölkələriylə müqayisədə hələ də xeyli böyük paya sahibdi.
Azərbaycanda enerji məqsədi ilə son istehlak 2011-ci ildə 7290,4 min 
ton neft ekvivalenti təşkil etmişdi. Enerji məqsədi ilə son istehlakın 2007-
2011-ci illər üzrə dinamikası və bölgüsü Diaqram 2-də göstərilmişdir.
Şəkil 5.2. 2007-2011-ci illər üzrə Azərbaycanda enerji məqsədi ilə son istehlak 
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi
Azərbaycanda ən çox enerji istehlak edən sektor ev təsərrüfatlarıdır. 
Ev təsərrüfatlarının enerji məqsədli son istehlakda payı təxminən 50%-ə 
bərabərdir. Nəqliyyat sektorunun son istehlakda payı artan dinamikay-
la müşahidə olunur. 2011-ci ildə bu pay 27%-ə bərabər olmuşdur. Bunun 
əksinə olaraq sənaye sektorunun payında 2009 və 2010-cu illərdə azalma 
müşahidə olunmuşdur və 2011-ci ildə13%-ə bərabər olmuşdur.


- 120 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
5.2. Azərbaycanın ümumi enerji səmərəliliyi göstəriciləri
Ölkənin ümumi enerji səmərəliliyini dəyərləndirmək üçün dünya 
təcrübəsində onun enerji intensivliyi göstəricisindən istifadə olunur. Ümu-
mi enerji intensivliyi ölkədə istehlak olunan enerji miqdarının onun ÜDM-
na nisbətinə bərabərdir və 1 dollar ÜDM üçün istifadə olunan enerji miq-
darını göstərir.
Azərbaycanın 2000-2011-ci illər ərzində enerji intensivliyi göstəriciləri 
aşağıdakı şəkildə göstərilmişdir. Göründüyü kimi 2000-ci illə müqayisədə 
Azərbaycanda enerji səmərəliliyi göstəricisi xeyli yaxşılaşmışdır. Ener-
ji intensivliyində kəskin azalmanın əsas səbəbi son illər ərzində ÜDM-un 
kəskin artmasıdır. Digər bir səbəb elektrik enerjisi istehsalında tamamilə 
təbii qazdan istifadəyə keçilməsi, sayğaclaşma kimi energetika sektorunda 
aparılan islahatlardır.
Şəkil 5.3. Azərbaycanda ümumi enerji intensivliyi 
(kne son enerji istehlakı/dollar AQP ÜDM)
Azərbaycanın enerji intensivliyinin digər ölkələrin eyni göstəricisi ilə 
müqayisəsi Diaqram 4-də göstərilmişdir. 
Azərbaycan enerji səmərəliliyinə görə dünya ölkələri arasında orta möv-
qeni tutur və dünyanın bəzi inkişaf etmiş ölkələriylə müqayisədə heç də geri 
qalmır. Bu sıralamada son yerləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Qazaxıstan, 
Türkmənistan və Özbəkistan kimi karbohidrogen resursları ilə zəngin olan 


- 121 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
ölkələr tutur. İlk yerlərdə isə İsveçrə, İtaliya və Danimarka kimi Avropanın 
inkişaf etmiş ölkələri qərarlaşır.
Azərbaycanın ümumi enerji istehlakı və səmərəliliyi göstəricilərinin 
Yaponiya, Almaniya, Birləşmiş Krallıq, İtaliya kimi dünyanın inkişaf etmiş 
ölkələri ilə müqayisəsi göstərir ki, Azərbaycanda kifayət qədər enerjiyə 
qənaət potensialı var. Bu potensialın iqtisadiyyatın hansı sahələrində daha 
çox olmasını müəyyənləşdirmək üçün bu sahələri ayrılıqda tədqiq etməyə 
ehtiyac var.
5.3. Ev təsərrüfatlarında enerji səmərəliliyi
2010-cu ildə Azərbaycanda ev təsərrüfatlarının enerji istehlakı 
3409.2 min tne olmuşdur ki, bu da ümumi son enerji istehlakının 46,8%-
nə bərabərdir. Diqram 2-dən də göründüyü kimi son beş il ərzində ev 
təsərrüfatlarının enerji istehlakı son enerji istehlakının təxminən yarısına 
bərabər olmuşdur. Ev təsərrüfatlarında enerji istehlakının 79,6%-ni təbii 
qaz, 14,9%-ni elektrik enerjisi, 5,5%-ni isə digər yanacaq növləri təşkil et-
mişdir. Son beş il ərzində ev təsərrüfatlarının enerji istehlakı növbəti diaq-
ramda göstərilmişdir.
Şəkil 5.4. 2007-2011-ci illər ərzində ev təsərrüfatlarının enerji istehlakı
Mənbə: Azərbaycan Dövlət Statistika Komitəsi


- 122 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Diaqramdan görünür ki, Azərbaycanda ev təsərrüfatları enerji istehlak-
larında elektrik enerjisindən tədricən təbii qaza keçirlər. Belə ki 2007-ci 
ildə elektrik enerjisinin ümumi istehlakda payı 22,1% olmuşdursa, 2011-ci 
ildə bu rəqəm 14,9%-ə qədər geriləmişdi. Bunun əksinə olaraq təbii qazın 
payı 71,3%-dən 79,6%-ə qədər artmışdır. Bundan başqa ev təsərrüfatlarının 
enerji istehlakı 2008-ci ildə 2007-ci ilə nisbətən xeyli artmış sonrakı 2009-
cu il ərzində isə xeyli azalmışdır. Bu dinamikanın səbəbini anlamaq üçün 
Diaqram 6-da verilmiş ümumi istehlakda daha böyük paya sahib olan təbii 
qazın 2000-2011-ci illər ərzində istehlak dinamikasını baxaq.
Şəkil 5.5. 2000-2011-ci illər ərzində Azərbaycanda ev 
təsərrüfatları tərəfindən təbii qaz istehlakı
Mənbə: Azəriqaz SC
Diaqram 6 son illərdə Azərbaycanda təbii qaz bazarındakı islahatları 
özündə əks etdirir. Belə ki, 2000-2005-ci illərdə və 2010-2011-ci illərdə qaz 
istehlakında artım müşahidə olunur. Bu artımların səbəbi əhalinin, yaşayış 
sahələrinin və yeni qazlaşdırılan mənzillərin sayının artmasıdır. 2008-ci ildə 
artım isə digər illərdə müqayisədə kifayət qədər böyükdür ki, təbii qazın 
paylanması və əhaliyə çatdırılmasına qoyulan investisiyalara baxsaq görərik 
ki, bu ildə investisiyanın miqdarı digər illərə nisbətən xeyli çoxdur.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə