Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

- 50 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Təbii ki, “yaşıl” təfəkkürün uşaqlarda elə məktəb yaşlarından formalaş-
dırılması müsbət haldır, amma bugünki durumu nəzərə aldıqda və Avro-
panın İEÖ-nin qabaqcıl təcrübələrini nəzərdən keçirdikdə müəyyən olu-
nur ki, belə pilot layihələr universitetlərdə də reallaşdırıla bilər. Çünki orta 
məktəblərdə belə layihələrin davamlı nəticələr əldə etməsi üçün təhsilin 
növbəti mərhələlərində “yaşıl” təfəkkürün daha da dərinləşdirilməsinə eh-
tiyac var. Azərbaycanda yaşıl iqtisadiyyatın tələbinə uyğun əmək bazarının 
inkişaf etdirilməsi təhsilin bütün pillələrində bu sahəyə diqqət tələb edir. 
İnsanlarımız ciblərinə ziyan edib bahalı ciplərdə gəzməkdə, sağlam-
lıqlarına zərbə vurub həmin avtomobillərin tüstüsünü udmaqda davam 
edərlərsə, müasir dövrdə “sosial fiqur” olub ailəsi və doğmalarına daha az 
zaman ayırmağı üstün tutarlarsa, əlbəttə, biz yaşıl iqtisadiyyatın müsbət 
nəticələrini görə bilmərik. Təbii ki, problemin bu tərəflərinə toxunma-
dan, yaşıl iqtisadiyyatın mahiyyətini və ona haradan, necə başlayacağı-
mızı, məsələnin kökündən həllini anlaya bilmərik. İlk öncə yaşıl həyatın 
mahiyyətini anlamalıyıq ki, onu həyata keçirə bilək. Elə bu səbəbdən irəli 
gələrək, yaşıl iqtisadi sistemə keçidin ilkin mərhələsi beynəlxalq səviyyədə 
2020-ci ilə kimi onun təfəkkürlərdə formalaşmasına həsr olunub. Davam-
lı inkişafa nail olmaq üçün, deməli, bu vəziyyəti dərk edib qəbul etmək, 
nəticədə daha çox maariflənərək “dəbli” həyat tərzindən azad olmağa ehti-
yac vardır və yaxın gələcəkdə Azərbaycan öz milli təhsili ilə bu istiqaməti 
inkişaf etdirən ölkələrdən biri ola bilər.


- 51 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 2. 
ALTERNATİV VƏ BƏRPA OLUNAN ENERJİ MƏNBƏLƏRI
“Sülhü, insan sağlamlığını, ətraf mühiti və istehlakçını əsas tutan davamlı 
enerji siyasətinin vaxtıdır”
Dennis Kusiniç, 2005
2.1. Giriş 
Tarixən iqtisadi inkişaf, əsasən, ənənəvi enerji resurslarından 
istifadə və parnik (istixana) qazları emissiyalarının artımı kimi amillərlə 
səciyyələndirilmişdir. Lakin alternativ (bərpa olunan) enerji mənbələri 
bu anlayışı dəyişməklə yanaşı, davamlı inkişaf konsepsiyasının forma-
laşmasına da təkan verdi.  Qloballaşan dünyada bir çox dövlətlər öz 
siyasətlərini daha çox davamlı inkişafı təmin etmək istiqamətində qu-
rurlar. İqtisadi inkişafın bir modeli olan davamlı inkişafın əsas məqsədi 
ətraf mühiti qorumaqla mövcud resurslardan insanların ehtiyacla-
rı üçün istifadə olunmasını təmin etməkdir. Belə ki, bu resurslardan 
istifadə olunarkən yalnız hazırkı vəziyyətə deyil, eyni zamanda gələcək 
nəsillərin potensial ehtiyaclarına da önəm verilməlidir. Müasir dövrdə 
enerjiyə və enerji resurslarına olan tələbatı nəzərə alsaq, onda davamlı 
enerji siyasətinin nə qədər əhəmiyyətli olduğunu görə bilərik. Davamlı 
enerji siyasətinə toxunarkən bu konsepsiyanın aşağıda göstərilən “əkiz 
sütunları”na diqqət yetirmək önəmlidir:
  Bərpa olunan enerji
  Enerji səmərəliliyi
Alternativ enerji mənbələri(AEM) vasitəsilə alınan enerji insanların istifadəsi 
nəticəsində tükənə bilməz və bu, ətraf mühitin qorunması üçün də olduqca va-
cibdir. Bundan başqa, dünya ölkələri bu enerji mənbələrindən istifadə etməklə, 
ənənəvi enerji mənbələrindən istifadəni azalda bilər, iqtisadi diversifikasiyaya 


- 52 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
şərait yaradar və gələcək enerji təhlükəsizliyini təmin edərlər. Uzunmüddətli   
perspektivdə  inkişafa  nail  olmaq  məqsədilə  yuxarıda  qeyd olunan hər iki amil 
paralel şəkildə inkişaf etdirilməlidir. Enerjidən səmərəli istifadə ona olan tələbatı 
aşağı salmaq istiqamətində mühüm rol oynayır və eyni zamanda, artan təmiz 
enerji ehtiyatları neft, təbii qaz və kömür kimi ənənəvi enerji resurslarından 
istifadəni azaldır
1
. Bunları nəzərə alaraq qeyd edə bilərik ki, davamlı enerji iqti-
sadiyyatında hər hansı uğur əldə etmək məqsədilə səmərəlilik və bərpa olunan 
enerji mənbələrinin inkişafına diqqət yetirmək önəmlidir.
Dünya təcrübəsi də göstərir ki, səmərəlilik və bərpa olunan enerji 
mənbələrinin inkişafı əlavə iqtisadi gəlir əldə edilməsinə təkan verir. Məsələn, 
hər iki sahə sərmayə qoyuluşuna və yeni iş yerlərinin açılmasına stimul yara-
dır, bununla da ölkədə regionların inkişafına böyük təkan verir. Bu səbəbdən 
də bir çox dövlətlər səmərəliliyə və bərpa olunan enerji mənbələrinə iqtisa-
di inkişaf strategiyası kimi dəyər verir. Avropa Komissiyasının Bərpa olunan 
enerji mənbələri Direktivinə nəzər yetirsək görərik ki, bərpa olunan enerji 
mənbələrinin inkişafı çərçivəsində son enerji istehlakında bu mənbələrin payı 
hədəf 20%, nəqliyyatda isə 10% təşkil etməlidir. Bu iki məqsəd Avropa Birliyi-
nin (AB)2020 - İnkişaf Konsepsiyasının əsas hədəflərindəndir
2
.
Cədvəl 2.1. Son enerji istehlakında bərpa olunan enerji mənbələri (%)
    2010
 2011
 2011-2012                      2013-2014   
2020 hədəf
dəyişmə trayektoriyası
AB-27
AB-28
12.5
12.5
13.0
13.0
:
:
:
:
20.0
20.0
Belçika
4.9
4.1
4.4
5.4
13.0
Bolqarıstan
13.7
13.8
10.7
11.4
16.0
Çexiya
9.2
9.4
7.5
8.2
13.0
Danimarka
22.0
23.1
19.6
20.9
30.0
Almaniya
10.7
12.3
8.2
9.5
18.0
1
Bill Prindle et al. “The Twin Pillars of Sustainable Energy: Synergies between Energy Efficiency and Renew-
able Energy Technology and Policy” [pdf] American Council for an Energy-Efficient Economy (ACEEE
№E074), May 2007
2
Commission of the European Parliament, Renewable e nergy progress report, COM (2013) 0175 final,
Brussels: European Commission, 27/ 03/ 2013


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə