Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

- 74 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Azərbaycan Respublikasında alternativ (bərpa olunan) enerji 
mənbələrinin inkişaf sürətini təhlil edərkən, demək olar ki, bu istiqamətdə 
müsbət addımlar atılmışdır və inkişaf özünün ilkin mərhələsindədir. Misal 
olaraq qeyd edilməlidir ki, ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in 
payı 10% (9.8% hidroenerji, 0.2% digər) təşkil etmişdir. Qarşıya qoyulmuş 
əsas hədəf isə bu göstəricini 2020-ci ilə 20% çatdırmaqdır. 
Lakin ölkənin potensialı bir daha göstərir ki, bu sahəyə dövlət və özəl sektor 
tərəfindən investisiyaların daha çox ayrılması vacibdir. Bu istiqamətdə AEM isteh-
salçılarını dəstəkləyən vergi kreditləri, subsidiyalar, sərfəli kreditlər və digər dəstək 
alətlərini özündə əks etdirən yeni qanunvericiliyin yaradılması əhəmiyyətlidir. 
Qəbul olunmuş və olunacaq bütün qanun və qərarlar çox effektli şəkildə 
həyata keçirilməlidir ki, bərpa olunan enerji mənbələrinin inkişafına maneçilik 
törədən amilləri aradan qaldırsın, bu mənbələrin bazarını yaratmaqla, qiymət 
rəqabətliliyinin artırılmasına təkan versin. 
Hazırda qəbul olunmuş bütün önəmli qərarlar Azərbaycanda bu bazarın 
gələcək inkişaf perspektivinin əsasını qoyur. Lakin əsas məsələlərdən biri həmin 
bazarın səmərəli şəkildə inkişaf etdirilməsi, bərpa olunan enerji mənbələrindən 
əldə edilən enerjinin istehlakı və enerji səmərəliyinin stabil inkişaf etdirilməsidir. 
Ona görə də, xüsusilə, bu cür layihələr üzrə nəzərdə tutulmuş müvafiq vergi və 
gömrük güzəştləri qanunvericiliklə qəbul edilməli və dəstəklənməlidir. 
Ölkədə alternativ (bərpa olunan) enerji mənbələrinin inkişafına neqativ təsir 
göstərən amillər aşağıdakılardır:
•  Alternativ və bərpa olunan enerji mənbələrinin inkişafına təkan verən 
güclü hüquqi bazanın, eləcə də dəstək alətlərinin yoxluğu;
•  Alternativ və bərpa olunan enerji mənbələri texnologiyalarının alınması 
və quraşdırılması sahəsində maliyyə və kredit mexanizimlərinin yoxluğu;
•  Alternativ və bərpa olunan enerji mənbələrinin iqtisadi perspekti-
vi barədə əhalinin məlumatsızlığı və qeyd olunan sahənin rəqabət 
qabiliyyətinin aşağı səviyyəsi; 
•  Alternativ və bərpa olunan enerji mənbələrinin texnologiyaları və onla-
rın istismarı barədə məlumatın azlığı;
•  Alternativ və bərpa olunan enerji mənbələri ilə məşğul olan ixtisaslaş-
mış mütəxəssislərin azlığı və qeyd olunan sahə üzrə qanunvericilik sis-
teminin tam formalaşmaması.


- 75 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 3.  
Enerji subsidiyaları
3.1. GİRİŞ
Ayrı-ayrı ölkələr üzrə enerji qiymətləri arasında olan kəskin fərqlər 
və qiymətlərin qeyri-sabitliyi, dolayısıyla qlobal güclər tərəfindən enerji 
qiymətlərinə beynəlxalq nəzarətin çətinliyi enerji subsidiyaları və bunların 
ləğvi məsələsini gündəmə gətirmişdir. Enerji subsidiyalarının enerji ixracat-
çı və idxalatçı ölkələr baxımından ayrı-ayrı qiymətləndirilməsi lazım olan
 
fiskal problemlər, eyni zamanda enerji subsidiyalarının mövcudluğu ilə ar-
tan enerji istifadəsinin ortaya çıxarığı ekoloji
 fəsadlar bu məsələnin aktual-
lığını daha da artırır.  
Enerji subsidiyalarının mövcud olması ölkənin fiskal yükünü artırır, belə 
ki, dövlət xərclərini böyüdür, dolayısıyla dövlət vergiləri və ya dövlət bor-
cunu artırmağa məcbur edir. Bu isə nəticədə əhalinin aşağı gəlir qrupunun 
rifahına mənfi təsir edir.  
Enerji subsidiyaları sadəcə ölkənin fiskal yükünü artırmır, həm də bazar 
mexanizmində mövcud problemlər səbəbindən özəl investisiyalara mane 
olmaqla kölgə iqtisadiyyatını artırır, resursların bölgüsünü əhalinin yüksək 
gəlir qrupunun xeyrinə dəyişir. Belə subsidiyalar fərdi və ölkə səviyyəsində 
enerji istehlakını artırmaqla ekoloji problemləri dərinləşdirir. Hesablamala-
ra əsasən subsidiyaların ləğv edilməsi dünya üzrə CO2 emissiyasını nə az, nə 
çox 13% azalda bilər.  
Enerji subsidiyalarının təsiri ilə daha da artan enerji istifadəsi CO2 emis-
siyasının genişlənməsinə və beləliklə, qlobal istiləşməyə səbəb olmuşdur.  
Qlobal istiləşmənin artması iqlim dəyişikliyinə, buz təbəqələrinin əriməsiylə 
dəniz səviyyəsinin yüksəlməsinə və məhsuldar torpaqların su altında qalma-
sına səbəb olur. CO2 emissiyası 19-cu əsrin əvvəllərinə qədər aşağı sabit 
səviyyədə olmuş, daha sonra davamlı olaraq artmışdır. Səbəb isə 18-ci əsrin 
sonlarında Avropada başlayan sənaye inqilabıdır. İstehsal xərclərini azalt-
maq məqsədilə sənayenin inkişafında əsas istehsal vasitəsi olan xam enerji 


- 76 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
qiymətlərinin aşağı endirilməsi və yanacaq növlərinin ifrat istifadəsi ilə eko-
loji çirklənmə səviyyəsi artmışdır. Dolayısıyla məhdud resurslarla sonsuz 
ehtiyacları ödəməyə çalışan  iqtisadiyyat ətraf mühit məsələsini arxa plana 
keçirmişdir. Bu fəsildə enerji subsidiyaları və bunun iqtisadi-fiskal anlamı, 
enerji subsidiyalarının tətbiqinin səbəbləri, enerji subsidiyalarının hesab-
lanmasında tətbiq olunan qiymət fərqi yanaşmasından bəhs edilmişdir. 
3.2. Enerji subsidiyalarının təsnifatı və hesablanması
3.2.1. Enerji subsidyalarının təsnifatı
Klassik yanaşmada dövlət büdcəsinin kəsirini ixtisar etməyin bir yolu da 
ya aktivləri kəskin şəkildə azaltmaq, ya da gizli öhdəliklərin artırılmasıdır. Ra-
sional dövlət uzun müddətli səmərəlilik üçün bir illik kəsir göstəriciləri ilə 
kifayetlənə bilməz. Dolayısıyla xalis aktivlərdəki inkişaf burada daha vacibdir. 
Əgər xalis aktiv dəyişməz qalarsa, büdcə kəsirinin azalmasından bəhs edilə 
bilməz. Büdcə kəsirinin klassik göstəricilərindən fərqli olaraq (bu yanaşma “axın 
konsepsiyası”nda öz əksini tapmışdır), alternativ konsepsiya - “aktuar kəsir” 
dövlət öhdəlikərinin dəyişməsi və pul bazası əsasında bu şəkildə ifadə edilə bilər:
                  
  
Dta=(Bt-Bt-1)+(Mt-Mt-1)
Burada D, t zamanı ərzində aktuar büdcə kəsiridir. B dövlət borcudur, M 
isə pul bazasıdır. Aktuar və klassik büdcə kəsiri arasındakkı fərq gizli kəsirdir.
1
 
Karas və Misra tərəfindən 32 ölkə üçün gizli kəsir hesablanmışdır. On-
lar böhranlara gizli kəsrin səbəb olduğunu iddia edirlər. Gizli dövlət kəsiri 
dövlət büdcəsində əks olunmayan müxtəlif dövlət fəaliyyətləri zamanı 
meydana gəlir. Məsələn, subsidiyalaşma - dövlət resurslarının özəl sektora 
və ya əhaliyə verilməsi bir nümunədir. Burada bir-birilə əlaqəli 3 fenomen 
fərqləndirilməlidir:
Gizli büdcə subsidiyaları dövlət tərərfindən ayrı-ayrı şəxslərə və firmalara 
edilən nəğd transferlərdir. Gizli subsidiyalara birbaşa büdcə kreditləri, vergi 
istisnaları və ödənilməmiş vergi borcları, büdcədənkənar fondlardan edilmş 
transfertler, firmaların idxal və ixrac kvotalarından qazancları və problemli 
müəssisələrin maliyyələşdirilməsi aiddir.  
1
Lev Freinkman et al., (2003), Quasi-fiscal Activities, Hidden Government Subsidies and Fiscal Adjustment in
Armenia, World Bank Working Paper N 16, səh, 4


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə