Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə23/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   19   20   21   22   23   24   25   26   ...   44

- 68 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 2.4. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialı
Potensialın növü
Gücü (MVt)
Günəş enerjisi
>5000
Külək enerjisi
>4500
Bioenerji
>1500
Geotermal
>800
Kiçik su elektrik stansiyaları
>350
Mənbə: Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi
Azərbaycan günəşli və küləkli günlərin miqdarına görə bərpa olunan 
enerji mənbələrinin potensialı baxımından əhəmiyyətli mövqeyə malik-
dir. Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş 
işığının müddəti il ərzində 2500 saata, Naxçıvan Muxtar Respublikasında 
isə 2900 saata bərabərdir
22
.
Külək enerjisinə gəldikdə isə məlumdur ki, Abşeron yarımadası, Xəzər 
dənizinin sahilboyu əraziləri, Azərbaycanın qərb hissəsi (Gəncə-Daşkəsən) 
və Naxçıvan MR (Şərur-Culfa) böyük potensiala malikdir. Xüsusilə Ab-
şeron yarımadasında külək enerjisi üçün yüksək potensial mövcuddur. 
Küləyin sürəti il boyu 3-7 m/san arasında dəyişir ki, bu da külək generator-
ları üçün mükəmməl hesab edilir. Ümumiyyətlə, ölkədə illik 800 meqavata 
yaxın  külək enerjisi ehtiyatı mövcuddur. Bu enerji isə öz növbəsində ildə 1 
milyon ton şərti yanacağa qənaət etmək deməkdir
23
. Hökumət AEM-dən 
istifadənin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 15 oktyabr 2005-ci il tarixli 187 nömrəli sərəncamı iləkülək 
elektrik qurğularının idxalını gömrük vergilərindən və rüsumlarından azad 
etmişdir.
Bütün bu potensialları nəzərə alaraq, ölkədə külək enerjisinin inkişafı 
istiqamətində külək turbinlərinin quraşdırılması və külək potensialından 
istifadə etməklə enerji istehsalı kimi bir sıra müsbət addımlar atılmışdır. 
2004-cü ildə Caspian Technology şirkəti Bakıdan 55 km məsafədə yerləşən 
22  Trend.az 2011. [Online]İyun 1http://az.trend.az/news/society/1884733.html [Baxılıb 5 sentyabr, 2013]
23  Perspective of use of alternative and renewable energy sources in Azerbaijan. Ministry of Industry and Energy of
the Republic of Azerbaujan [Online] Available at: http://www.osce.org/baku/40012[Accessed 24 August 2013]


- 69 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Yeni Yaşma regionunda pilot layihəsi çərçivəsində ilk külək turbini quraşdır-
mışdır. Bundan əlavə, 2010-cu ildə ölkədə 16 külək turbininin quraşdırılma-
sı işlərinə başlanılmışdır. ABEMDA tərəfindən də Qobustan Poliqonunda 
0.9 meqavat gücündə hibrid sistemi əsasında işləyən 3 ədəd külək turbini 
quraşdırılmışdır
24
.
Şəkil 2.3. Azərbaycanda külək resursunun xəritəsi
Mənbə: 3TIER
Digər mühüm addım Azərbaycan Respublikası Tarif (qiymət) Şura-
sının 6 yanvar 2007-ci il tarixli “Respublika ərazisində elektrik enerjisinin 
tariflərinin tənzimlənməsi” barədə 3 №-li Qərarıdır. Bu qərara əsasən külək 
elektrik stansiyalarının 1 kVt/saat üçün istehsal tarifi 4,5 qəpik (ƏDV ilə) 
miqdarında təsdiq edilmişdir
25
. Lakin yuxarıda göstərilən potensiala baxma-
yaraq,  ölkədə 2011-ci ildə elektrik enerjisində AEM-in payı 10% (9.8% hid-
roenerji, 0.2% digər) təşkil etmişdir. İstehlakın ümumi həcmində isə AEM-
in payı 2,3% təşkil edir və 2020-ci ilədək bu göstəricinin 9,7%-ə çatdırılması 
24  Hüseynov A., 2012 Social Acceptance of Wind energy in Azerbaijan. LAP LAMBERT Academic Publishing
25  Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Respublika ərazisində elektrik enerjisinin tariflərinin
tənzimlənməsi” barədəQərarı № 03 [pdf]. Bakı şəh. 6 yanvar 2007-ci il


- 70 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
planlaşdırılır
26
. Bu baxımdan,AEM-in gələcək potensialı nəzərə alınmaqla 
son illərdə bu istiqamətdə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycanda AEM-in inkişafı istiqamətində ən mühüm addımlardan biri 
Azərbaycan   Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 
oktyabr tarixli 462 №-li sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublika-
sında alternativvə bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə 
Dövlət Proqramı”dır.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır
27
:
 “elektrik enerjisi istehsalında alternativ (bərpa olunan) enerji 
mənbələrinin potensialını müəyyənləşdirmək;
  bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə, ölkənin enerji 
resurslarından istifadənin səmərəliliyini yüksəltmək;
  yeni enerji istehsalı sahələrinin yaradılması hesabına əlavə iş yerlərinin 
açılmasını təmin etmək;
  Azərbaycan Respublikasında ənənəvi enerji mənbələrinin mövcud 
ümumi gücünü nəzərə almaqla, alternativ enerji mənbələri hesabına 
enerji gücünün artırılmasına və bununla da ölkənin enerji təhlükəsizliyi 
ilə təminatının yüksəldilməsinə nail olmaq.”
Dövlət proqramının önəmini nəzərə alaraq və bu proqramdan irəli gələn 
məsələlərin ardıcıl və səmərəli həyata keçirilməsini sürətləndirmək məqsədilə 
2009-cu ildən etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazir-
liyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət 
Agentliyi yaradılmış və faktiki olaraq 2010-cu ildən fəaliyyətə başlamışdır. 
2012-ci ilin 1 iyun tarixində Dövlət Agentliyi ləğv edilmiş və onun əsasında 
alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində 
dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin 
müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri 
yerinə yetirən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji 
Mənbələri üzrə Dövlət Şirkəti yaradılmışdır. Sonradan isə ölkə Prezidentinin 
26  Teleqraf.az 2012. „Alternativenerjininpayıüçdəfəartacaq” [Online] Mart 14. http://gunteleqraf.az/news.
php?id=903#.UiGZXtLItc1 [Baxılıb 27 avqust, 2013]
27  Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 2004-cü il 21 oktyabr tarixli 462 №-li sərəncamı.
«Azərbaycan» qəzetində dərc edilmişdir (22 oktyabr 2004-cü il, № 246)


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə