Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

- 56 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
der bərabərliyi kimi mühüm fundamental dəyərlərin qorunub saxlanılması-
nın qarantlarından hesab olunur. 
2.5. Enerji təhlükəsizliyi 
Enerji təhlükəsizliyi məsələsinə toxunarkən, qeyd etmək lazımdır ki, ha-
zırda bu məsələ dünyada öz aktuallığı ilə seçilir. Enerji təhlükəsizliyi kon-
sepsiyasının dəqiq başa düşülməsi üçün təkcə onu vurğulamaq yetərlidir ki, 
neft və təbii qaz kimi önəmli ənənəvi enerji resursları dünya ölkələri ara-
sında bərabər səviyyədə paylanmayıb. Enerji resursları bir neçə regionda 
toplanıb. Bu isə öz növbəsində dövlətlər arasında əməkdaşlığın və dialo-
qun güclənməsinə öz töhfəsini verir, yaxud da əksinə, bu resurslar uğrunda 
müxtəlif siyasi oyunların formalaşmasını stimullaşdırır. Bu səbəbdən də qlo-
ballaşan dünyada bir çox dövlətlər üçün əsas məqsəd neft və təbii qaz kimi 
resurslardan asılılığı azaltmaq və AEM-i inkişaf etdirməkdir. Enerji istehlakı 
və iqtisadi inkişaf asılılığını nəzərə alaraq deyə bilərik ki, bu mənbələrin inki-
şaf etdirilməsi etibarlı enerji təchizatının formalaşmasına, iqtisadi inkişafa
həmçinin də bir çox dövlətlər üçün “Axilles dabanı”na çevrilən digər ölkədən 
enerji asılılığının aradan qaldırılmasına şərait yaradacaqdır. AEM-in inkişaf 
etdirilməsi əsasən enerji şəbəkələrindən daha uzaq məsafədə yerləşən kənd 
yerlərində və dağlıq ərazilərdə olduqca əhəmiyyətlidir. 
Şəkil 2.1. İsrailin Derriqat Bədəvi kəndində günəş panelləri


- 57 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Məsələn, İsrail Dövlətində ərəb bədəvilərinin məskunlaşdığı mübahisəli 
yaşayış yerlərində elektrik enerjisindən istifadə dövlət tərəfindən təmin 
olunmur. Bu səbəbdən də, bədəvilər günəş panellərindən çox effektli şəkildə 
istifadə etməklə öz enerji ehtiyatlarını tam qarşılayırlar. Günəş panelləri 
vasitəsilə onlar suyun qızdırılmasını, həmçinin istehsal olunan    elekt-
rik enerjisindən istifadə edərək soyuducu, kondisioner, televizor və digər 
önəmli məişət cihazlarının işləməsini təmin edirlər. Bu, bir daha sübut 
edir ki, enerji mənbələrindən asılı olmayaraq, düzgün idarəetmə və coğrafi 
məkanın təsiri nəticəsində sistemin dəqiq seçilməsi və quraşdırılması ener-
ji təhlükəsizliyinin artırılmasına kömək edir. Ona görə də qeyd edə bilərik 
ki, AEM-in ümumi enerji təchizatını diversifikasiya etmək iqtisadiyyatda 
həssas sayılan qiymət dəyişkənliyini aradan qaldırır və bununlada enerji 
təhlükəsizliyini qlobal, regional və lokal səviyyədə artırmağa imkan yaradır
7

2.6.İqlim dəyişikliyi və ətraf mühitə təsirin azaldılması
Hazırda iqlim dəyişikliyi və mədən yanacaqları ehtiyatlarının azalma-
sı planetimizin üzləşdiyi əsas problemlərdəndir. Bu problemlərin həlli 
ənənəvi enerji resurslarından istifadənin azaldılmasını və istixana qazları-
nın (İXQ) atmosferə buraxılmasının dayandırılmasını tələb edir. Proble-
min həlli üçün dünyanın 192 ölkəsinin dövlət nümayəndələri 1997-ci ildə 
Yaponiyanın Kioto şəhərində atmosferə buraxılan və havanın istiləşməsinə 
səbəb olan karbon dioksid və başqa zərərli qazların atılmalarının azaldılma-
sı üzrə beynəlxalq saziş - Kioto Protokolunu imzaladılar. “BMT-nin İqlim 
dəyişmələri haqqında Çərçivə Konvensiyasına dair” bu protokol 2007-ci 
ildə bütünlükdə qüvvəyə mindi. Qəbul olunmuş sənədə əsasən, dünyanın 
sənaye cəhətdən güclü inkişaf etmiş 38 ölkəsi atmosferə karbon qazı atılma-
larını əhəmiyyətli dərəcədə azaldaraq, 2012-ci ilə qədər onların miqdarını 
1990-cı ildə olduğundan da 5,2% az səviyyəyə çatdırmalıdırlar. Bu məqsədlə 
AB ölkələri karbon qazı da daxil olmaqla İXQ-nin atılmalarını 8%, ABŞ 7%, 
Yaponiya isə 6% azaldacaqdır. Protokolun maraqlı tərəfi ondan ibarətdir ki, 
o, həmçinin İXQ emissiyaları üçün kvotalar nəzərdə tutur
8
. Belə ki, kvo-
ta həddini keçməyə məcbur olan ölkələr və ya şirkətlər atılmaları kvotada 
7
ibid
8
IETA: Greenhous Gas Market 2012. New Markets, New Mechanisms, New Opportunities [pdf]


- 58 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
göstərildiyindən daha az olan ölkələrdən və yaxud şirkətlərdən atmosferə 
əlavə atılmalar üçün ödənişli yolla icazə ala bilərlər. Sənəddə əksini tapan 
kvota sistemi İXQ bazarının aktiv formalaşmasına və karbon kreditlərinin 
inkişaf etməsinə təkan verdi. Məsələn, Misirin şimal sahilində yerləşən Af-
rikanın ən iri gübrə zavodu 2010-cu ildə atmosferə buraxılan karbon tul-
lantılarının $25 milyon dəyərində kompensasiyasını təqdim etmişdir. Bu 
kompensasiyalar Almaniyanın sənaye ürəyi sayılan Reyn-Rur bölgəsində 
kömürlə işləyən 5 elektrik stansiyasına satılmışdır
9
.
AEM texnologiyaları digər enerji resursları ilə müqayisədə ətraf mühitə 
daha az zərər vurur, eyni zamanda ümumi İXQ emissiyalarını azaltmaqla, 
etibarlı və davamlı enerji xidmətləri təklif edir. Bu baxımdan, AEM  həm ge-
osiyasi, həm də dəyişən enerji qiymətləri problemlərini azaldaraq, yeni tex-
nologiyaların yaranmasına və yerli iqtisadiyyatın inkişafına zəmin yaradır. 
Yuxarıda göstərilən amillər bir daha sübut edir ki, iqlim dəyişikliyi və ətraf 
mühitə dəyən zərərli təsirləri azaltmaq məqsədilə İXQ emissiyalarının azal-
dılması AEM texnologiyalarına artmaqda olan tələbatın  prioritet hədəfidir. 
2.7.  AEM-in inkişafına mane olan baryerlər 
AEM üzrə qanunvericiliyin və icra işlərinin Dİ strategiyası çərçivəsində 
inteqrasiyası Dİ-nin əsas elementləri və müvafiq məqsədləri arasında qar-
şılıqlı əlaqənin aşkar nəzərə alınmasını zəruri edir. AEM qanunvericiliyi, 
həmçinin layihələrin planlaşdırılması, qurulması və həyata keçirilməsi isə 
xüsusi sosial-iqtisadi və ətraf mühit konktekstindən irəli gəlir. Bu, eyni za-
manda, ətraf mühit üzrə çoxtərəfli razılaşmaları nəzərə almaqla, müəyyən 
cəmiyyətin, yaxud layihə yerinin strateji inkişaf məqsədlərinə uyğun ol-
maq şərti ilə gerçəkləşdirilir.  
2.7.1. Sosial-mədəni baryerlər
10
 
Ənənəvi olaraq, əksər cəmiyyətlər AEM-dən istifadənin ətraf mü-
hit üçün faydalı və səmərəli olması fikrini dəstəkləyirlər. Bu istiqamətdə 
aparılmış bir çox araşdırmalar və rəy sorğuları da yüksək ictimai dəstəyin 
9
PANJA: Carbon Trading in Africa [pdf], Brief 3, March 2012
10  IPCC SREEN: Special Report on Renewable Energy Sources and Climate Change Mitigation [pdf], Final
Release


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə