Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə16/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   12   13   14   15   16   17   18   19   ...   44

- 47 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
xüsusi çəkisinin 40%-ə, külək enerjisinin payını isə 28%-ə çatdırmaq 
planlaşdırılır
25
.
2004-cü ildə Prezident sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji 
Mənbələrinin istifadə olunması üzrə Dövlət Proqramı təsdiqlənib. Sənaye 
və Energetika Nazirliyi və UNDP-nin birgə texniki yardımı ilə kommersi-
ya məqsədli külək enerjisinin istehsalı və bu stansiyaların tikilməsinə olan 
əngəllərin aradan qaldırılması təşviq edilib. 2007-ci ildə Ekologiya və Təbii 
Sərvətlər Nazirliyi Abşeron yarımadasını (1500 MV), Kür çayı vadisini 
(500MV) və Naxçıvanı (70MV) külək turbinlərinin qurulması üçün prio-
ritet elan edib və təklif olunub ki, turbinlər ada və “offşor”neft platforma-
larında qurulsun. Hazırda 2 külək turbini quraşdırılıb və birinci faza üzrə 
ümumilikdə 40 turbinin qurulması planlaşdırılır. 
Külək turbinlərinin idxalı gömrük və əlavə dəyər vergisindən (ƏDV) 
azad olunub ki, külək enerjisi layihələrinin yerinə yetirilməsi stimullaşsın. 
Digər stimullaşdırıcı tədbirlər isə bunlardır: 2010-cu ilin mayında Sənaye 
və Energetika Nazirliyi tərəfindən verilmiş enerjinin alınması üzrə zəmanət 
və Xüsusi İcazə.
Azərbaycan hökuməti atmosferə buraxılan qazların azaldılması 
məqsədilə ictimai nəqliyyatın inkişafına xüsusi diqqət verir. Bakı şəhərində 
metropoliten şəbəkəsinin genişləndirilməsi barədə qərar qəbul edilib və 
2040-cı ilə kimi paytaxt metro stansiyalarının sayının 70-ə çatdırılması plan-
laşdırılır. Bakı şəhərinin yeni Baş planının konsepsiyasına əsasən, şəhərdə 
müasir tramvay nəqliyyatının inkişafı da nəzərdə tutulur.
Kənd təsərrüfatı Azərbaycanda əsas məşğulluq mənbəyidir və iqtisadi 
diversifikasiya üçün vacibdir. Kənd təsərrüfatı həm də ona görə dəyərlidir 
ki, bu sahə ərzaq təhlükəsizliyi və bölgələrdə yoxsulluğun azaldılması baxı-
mından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda ekoloji təmiz əkinçiliyi 
inkişaf etdirmək, onun məhsullarının dünya, xüsusilə Avropa bazarına 
ixracını genişləndirmək üçün imkanlar genişdir. Azərbaycan höküməti 
kənd təsərrüfatına subsidiyalar, lizinq xidmətləri, güzəştli kreditlər və ver-
gi siyasəti formasında yardım edir, geniş əhatəli meliorasiya və irriqasiya 
tədbirləri həyata keçirir. 
25  http://www.muallim.edu.az/arxiv/2010/25/18.htm


- 48 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 1.3.Azərbaycan İqtisadiyyatının Yaşıllaşdırılmasının 
SWOT (GZİT) analizi
Güclü tərəflər (S)
Zəif tərəflər (W)
İmkanlar (O)
Təhlükələr (T)
-Hökümətin yaşıl 
inkişafda maraqlı 
olması;
-Biznesin bu işdə 
marağının az olması;
-Enerji daşıyıcılarının 
qiymətinin artması;
-Bürokratik 
əngəllərin 
yaranması;
-Bir sıra texnoloji 
avadanlıqlara idxal 
güzəştləri;
-Ciddi maliyyə 
resurslarının tələb 
edilməsi;
-Dövlət Neft Fond-
unun vəsaitlərinin 
yaşıl inkişafa 
yönəldilməsi;
-Qanunvericiliyin 
lazımi şəkildə tətbiq 
edilməməsi;
-Gənclərin bu sahəyə 
artan marağı.
-İctimaiyyətin 
məsələnin vacibliyini 
tam şəkildə 
dəyərləndirməməsi;
-Xüsusi yaşıl 
biznes zonasının 
yaradılması;
-Müxtəlif iqti-
sadi maraqların 
toqquşması;
-Xüsusi “yaşıl” tarifin 
müəyyən edilməməsi;
-İqtisadiyyatın 
texnoloji bazasının 
yenilənməsi 
zəruriliyi;
-Korporativ 
idarəetmənin 
qane etməyəcək 
vəziyyəti;
-Bu sahədə peşəkar 
kadrların azlığı;
-Vergi və göm-
rük güzəştlərinin 
tətbiqinin 
genişləndirilməsi.
-Korporativ Sosial 
Məsuliyyətin aşağı 
olması.
-Dövlət özəl 
əməkdaşlığının (PPP) 
inkişafına gərəyin 
olması
GZİT analizdən görünür ki, Azərbaycan yaşıl iqtisadiyyatın inkişa-
fı üçün güclü potensial imkanlara və tərəflərə malikdir. Lakin zəif tərəflər 
və təhlükələr yaşıl iqtisadiyyatın inkişafını məhdudlaşdırır. Hazırda ya-
şıl iqtisadiyyatın sistemyaradan paradiqması - insan kapitalının inki-
şafı Azərbaycanda dövlətin iqtisadi siyasətinin təməlini təşkil edir. Bu 
siyasət çərçivəsində həyata keçirilən kompleks proqramlar (yoxsulluqla 
mübarizə, davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı, ərzaq və ener-
ji  təhlükəsizliyi, təhsil, informasiya və kommunikasiya texnologiyaları və 


- 49 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
s. sahələr üzrə sənədlər) öz nəticəsini verir. İnsan inkişafına dair qərar və 
proqramların qəbul edilməsində və hazırlanmasında respublikada fəaliyyət 
göstərən xarici və beynəlxalq şirkətlər, habelə QHT (Qeyri-Hökümət 
Təşkilatları) və beyin mərkəzləri də iştirak  edir. Hazırda BMT tərəfindən 
yeni minillik  üçün fəaliyyət planları da hazırlanmışdır. BMT-nin üzvü olan 
bütün  ölkələr 2015-ci ildə həmin planın həllinə nail olmalıdırlar. Bu plana 
yoxsulluğu kəskin azaltmaq,bütün gənclərin təhsil almasını təmin etmək, 
gender bərabərliyinə nail olmaq, uşaq və qadın ölümünü azaltmaq,yoluxucu 
xəstəliklərin (QİCS, vərəm, malyariya və s.) və immun çatışmazlığının  
qarşısını almaq, insan alverinə/oğurluğuna qarşı mübarizə, ətraf mühiti 
qorumaq, onun təbii sərvətlərindən səmərəli istifadə etmək və beynəlxalq 
əməkdaşlığı güclədirmək kimi məsələlər daxil edilmişdir.
Azərbaycan davamlı inkişafa nail olmaq üçün beynalxalq səviyyədə də 
aktiv fəaliyyət göstərir və bu sahədə bir çox konvensiyalara (məsələn, Kyo-
to protokolu, ESPO konvensiyası, MARPOL, YUNESKO-nun Ramsar 
konvensiyası, Tehran konvensiyası və s.) qoşulub. Azərbayan Respublika-
sı Konstitusiyasının 148-ci maddəsinə əsasən, beynəlxalq konvensiyalar 
Azərbaycan Respublikasının daxili hüquq sisteminin tərkib hissəsidir, və 
151-ci maddəyə əsasən, Konstitusiya və referendumla qəbul olunan akt-
lar istisna olmaqla Azərbaycan qanunvericiliyinə nisbətən üstün hüquqi 
qüvvəyə malik olmaqla birbaşa tətbiq ediləndir.
Qeyd etmək lazımdır ki, insan potensialına, onun bilik və bacarığına 
əsaslanan davamlı inkişafın əsaslarının tədrisi, bu sahədə məlumatların ali 
məktəblərin bütün ixtisaslarının və orta ümumi təhsil məktəblərinin kurri-
kulumuna daxil edilməsi dünyada ilk dəfə Azərbaycanda həyata keçirilmiş-
dir və bu, bizim ölkənin prioritetidir. Azərbaycan Resrublikası Təhsil Nazir-
liyi bu istiqamətdə ilk əmrini (N 964) 14 sentyabr 2001-ci ildə vermişdir 
və həmin sənəd ilə ümumtəhsil orta məktəblərində davamlı insan inkişafı 
kursunun tədrisinə başlanmışdır. Pilot layihə kimi başlamış bu təşəbbüsün 
müsbət nəticəsi kimi dərs vəsaiti dərc edilmişdir. Bu, dünyada ümumtəhsil 
orta məktəbləri üçün davamlı inkişafa həsr olunmuş ilk dərs vəsaiti idi. 
BMT-nin Baş Qərargahı (Nyu-York) Azərbaycan Respublikası Təhsil Na-
zirliyinin bu təşəbbüsünü innovativ ideya və fəaliyyət kimi üzv olan ölkələr 
arasında yaymış və bu məlumatı öz saytında yerləşdirmişdir.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə