Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə13/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

- 38 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şirkət və dövlət səviyyəsində davamlı inkişaf və yaşıl iqtisadiyyat 
sahəsində atılan praktiki addımlarla tanış olarkən aydın olur ki: şirkətlərin 
bəziləri KSM ilə biznes strategiyasının prinsipləri arasında əlaqə qurur; 
bəziləri yalnız insan amilini və öz istehlakçısının sağlamlığını düşünür; bir 
sıra dövlətlər isə KSM-i özlərinin davamlı inkişaf konsepsiyalarında əsas 
meyar kimi qiymətləndirir. 
Ümumiyyətlə, hər bir şirkət çalışmalıdır ki, yaşıl iqtisadiyyatın inkişafı 
naminə əsas prinsiplərdən biri olan şəffaflıq təmin olunsun və bu məqsədlə 
davamlı inkişaf və KSM sahəsində ayrıca bir hesabat tərtib edilsin. Böyük 
Britaniyada aparılan araşdırmaların nəticələri göstərir ki, FTSE 100 (Finan-
cial Times Stock Exchange İndex) daxil olan şirkətlərin 90 faizi davamlı in-
kişaf və KSM sahəsində ayrıca hesabatnəşr edir
20
.
Nəticə ondan ibarətdir ki, yaşıl iqtisadiyyatda qəhvəyi iqtisadiy-
yatdan fərqli olaraq, özünü sosial məsuliyyətli təqdim etdiyi halda, in-
san sağlamlığı üçün zərərli məhsullar istehsal edən şirkətlərə yer yox-
dur.  Çünki yaşıl iqtisadiyyatda KSM tam anlamıyla maddiyatdan uzaq 
şəkildə qiymətləndirilir. Belə olan halda, şirkətlər etik kodekslərini 
həyata keçirəndə hökümət tərəfindən qanunvericilik baxımından dəstək 
görməlidir və hökumətlər bu köməyi yaşıl fiskal siyasətin vacib alətləri 
vasitəsilə həyata keçirə bilərlər. 
Əhalisinin əksəriyyətinin İslam dininə inandığı ölkələr yaşıl iqtisa-
diyyatda KSM-i tam anlamıyla həyata keçirilməsində geniş potensia-
la malikdirlər. Çünki İslam dini ictimai və əxlaq normaları ilə müəyyən 
edilən xüsusi iqtisadi inkişaf yolunun mümkünlüyü haqqında təsəvvürləri 
ifadə edir və elə yaşıl iqtisadiyyatın da əsas qayəsi bundan ibarətdir. Biz 
bunu İslam iqtisadiyyatının təməl prinsiplərində də görə bilərik ki, ölkələri 
davamlı inkişafa apara biləcək yaşıl iqtisadiyyat son zamanların trendi 
deyil və əslində onun tarixi Müqəddəs Quranın tarixi qədər qədimdir. 
Məzmununa görə ilahi göstəriş əsasında insanların təsərrüfat prosesində 
davranış qaydalarını müəyyən edən İslam iqtisadiyyatı formasına görə 
sərvət və nemətlərin istehsalında, bölgüsündə və istifadəsində ədalətli 
fəaliyyəti ehtiva edir. İslam iqtisadi sistemində əsas məqsədlər kimi aşağı-
dakıları göstərmək olar:
20  http://europa.eu/abouteuropa/index_en.htm


- 39 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
  Bütün cəmiyyət üzvlərinin rifahını yaxşılaşdırmaq;
  Faydalı fəaliyyəti təmin etmək;
 
Hər bir kəs üçün iqtisadi potensialdan istifadə etməyə bərabər şərait ya-
ratmaq;
  Yoxsulluğu aradan qaldırmaq;
  Əldə olunmuş sərvət və nemətlərdən sədəqə vermək.
Bu prinsiplər yaşıl iqtisadiyyatın bütün tələblərini onun istənilən 
dövründə ödəyir. Məsələn, sədəqənin inkişaf etməkdə olan ölkələrdə (İEÖ) 
əhəmiyyətinə nəzər salaq. İEÖ-də təhsilə qrantlar, ianələr və s. formada 
maliyyə yardımı göstərməklə insan kapitalının inkişafına nail olmaq müm-
kündür. 
İslam iqtisadiyyatı təkcə “təmiz” aktivlərə vəsait qoyuluşu və faizlərdən (ri-
badan) qaçma demək deyil, həmçinin cəmiyyətin yalandan, dələduzluqdan 
və sosial gərginlik yarada biləcək münasibətlərdən qorunmasıdır. İlk ba-
xışda İslam iqtisadiyyatı paradoks kimi görünə bilər, çünki o sələmçiliyi, 
ənənəvi bank sisteminin təməl sütunu olan faizlərin yığılmasını qadağan 
edir. İslam qanunları həmçinin insanlara iqtisadiyyatın haram sahələrindən 
– spirtli içkilər, qumar oyunları, silah ticarəti, pornoqrafiya və s. - gəlir əldə 
etməyi, həmçinin onlarla bağlı hər növ investisiyaları qadağan edir. Bu 
sahələrin verdiyi ziyan onun xeyrindən dəfələrlə çoxdur. Çünki bu industri-
yaların iqtisadiyyatda həcminin izafi şəkildə artması qeyri-sağlam, depressi-
yaya düşmüş və pozğun bir cəmiyyətə gətirib çıxarır. Məsələn, bir çox gənc 
nəsil nümayəndələri spirtli içkilərə aludə olarsa, bu daha sonra məktəblərdə 
və universitetlərdə bir çox problemlərə, o cümlədən,təhsildən yayınmaya, 
cinayətkarlığa və əxlaqsızlığa səbəb ola bilər. Statistikaya əsasən, hər il Av-
ropada 300 mindən çox insan ancaq spirtli içkilərdən istifadə nəticəsində 
həyatını dəyişir
21
. Amma yenədə unudulmamalıdır ki, biz milyonlarla gəlir 
gətirən industriyalar barəsində danışırıq. Accenture şirkətinin 2011-ci ildə 
dərc edilmiş bir hesabatına əsasən, dünyada spirtli içki sənayesinin gəlirləri 
900 milyard, strip klub sənayesinin gəlirləri 75 milyard, pornoqrafiya 
sənayesinin gəlirləri 57 milyard, kazino sənayesinin gəlirləri isə 102 milyard 
ABŞ dolları təşkil etmişdir
22

21  http://www.accenture.com/us-en/pages/index.aspx
22  F.Nomani and A.Rahnema, Islamic Economic Systems, London & New Jersey, Zed Books Ltd, 1994.


- 40 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Şəkil 1.3. 2011-ci ildə dünyada müxtəlif iqtisadiyyat sektorlarının gəlirləri 
Əgər maliyyə qurumları bu tip “pis əmtəə və xidmətlərə” sərmayəni 
azaldıb alternativ enerji kimi cəmiyyətə faydalı başqa sahələrə vəsait yatı-
rımını artırsalar, bu cəmiyyətin inkişafına daha müsbət təsir göstərərdi. 
Deməli, bu tip “pis əmtəə və xidmətlər”ə invesitisiya yatırımını qadağa edən 
İslam maliyyəsi milyardlarla vəsaitin qənaəti və onun müsbət istiqamətdə 
xərclənməsi üçün şərait yaradır.
Quran Allahın yerdə və göylərdə olan bütün şeyləri insana boyun 
əydirdiyini, Allahın quruda, suda və səmada olan hər şeyi insan üçün ya-
ratdığını bildirir. Allahın yaratdıqlarından necə faydalanmağın və gələcək 
nəsilləri də, nəzərə almaqla onlardan ağıllı bir şəkildə necə istifadə 
etməyin məsuliyyəti insanın öz üzərinə düşür. İnsanlar hər cür zənginliyə, 
yeməyə, içməyə layiqdirlər, lakin onlar hər cürə israfçılıqdan uzaq olma-
lıdırlar. “Ey Adəm oğulları, hər ibadət vaxtı gözəl libaslarınızı geyinin, ye-
yin, için, lakin israf etməyin. Çünki Allah israf edənləri sevməz” (Əl-Əraf 
surəsi, ayə 31).
Normal iqtisadi məntiqə görə istənilən yolla həddən çox qazanc əldə 
edib onun əvəzini cəmiyyətə qaytarmamaq arzu olunan deyil. Baxmayaraq 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə