Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə9/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   5   6   7   8   9   10   11   12   ...   44

- 25 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
vergi növünə eyni zamanda CO2 vergisi də deyilir
12
. Karbon vergisi “yaşıl” 
subsidiyaların çatışmazlıqlarını nisbətən kompensasiya edir. Beləki, karbon 
vergisi “qəhvəyi iqtisadiyyat” əsasında formalaşan bir alət olduğuna görə 
onun əsas məqsədi gəlir götürmək və təbii resurslardan istifadənin qarşısını 
almaq deyil, əksinə qlobal çirklənməni azaltmaq və təbii resursları qorumaq-
dır. Bu vergi növü ətraf mühitə ziyan verən sahələrə tətbiq olunduğu üçün 
dövlət büdcəsinə ziyan vurmur və həm də yoxsulluq probleminə də müsbət 
təsir göstərir. Başda Skandinaviya ölkələri olmaqla, Hollandiya, İngiltərə və 
Almaniya kimi dövlətlər digər vergi yüklərini azaldıb ətraf mühitlə əlaqəli 
olan vergi yükünü çoxaltmaqla bu balansı qoruyub saxlaya bilirlər. Bu vergi 
növü Azərbaycan şəraiti üçün də məqsədəuyğundur və eləcə də, Azərbaycan 
Respublikasının Konstitutsiyasının 39 və 94-cü maddələrinin rəhbər tut-
duğu “çirkləndirən özü ödəyir prinsipi”nin həyata keçirilməsinə də kömək 
edir. Hazırda AB-nin Emissiya Ticarəti Sisteminə (EU-ETS) keçməsi ilə 
bu vergi növünün əhəmiyyəti bir qədər azalmış kimi görünsə də, bir çox 
iqtisadçılar (Nobel mükafatlı Qari Bekker daxil olmaqla) karbon vergisini 
dəstəkləyirlər. Vergi vasitəsilə mübarizə, həm təbii ekosistemlərin və həm də 
biomüxtəlifliyin qorunması üçün effektiv yol ola bilər.
Yuxarıda verilən bütün izahatları ümumiləşdirsək aşağıdakı sistemi ala bilərik:
Şəkil 1.1. Davamlı inkişafın yol xəritəsi
12  What ‘s a Carbon Tax, www.carbontax.org


- 26 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Ölkələri və atılan addımları nəzərdən keçirərkən aydın olur ki, davamlı 
inkişafa görə ən təşəbbüskar region Avrozonadır və bu məqsədlə Avropanın 
2020-ci ilə kimi olan konkret  hədəfləri aşağıdakılardır:
  20-64 yaşlı əhalinin 75%-i işlə təmin edilməlidir;
  AB-də ÜDM-in 3%-i tədqiqat və inkişafa (R&D) investisiya edilməlidir;
  İqlim dəyişkənliyi və enerji istehsalı qoyulan hədəflərə uyğunlaşdırılma-
lıdır;
  Ümumi təhsil müəssisələrini bitirənlərin və ali və ya ekvivalent təhsil 
müəssisələrinin 30-34 yaşlı məzunları müvafiq olaraq ən az ümumi 
əhalinin 10% və 40%-i təşkil etməlidir.
  Yoxsulluq riski ən az - 20 milyon insanı əhatə etməlidir. 
Göründüyü kimi yaşıl iqtisadiyyatın mühüm hədəflərindən biri 
məşğulluğun təmin edilməsidir.
1.5. Yaşıl iqtisadiyyat və məşğulluq
Rio+20 zirvəsi müəyyən etdi ki, yaşıl iqtisadiyyatın inkişafı ilə 
məşğulluğun artımı arasında düz mütənasiblik mövcuddur. Beləki, ya-
şıl iqtisadiyyat multiplikator rolunu oynayaraq altı sahənin, yəni kənd 
təsərrüfatı, balıqçılıq, meşə təsərrüfatı, emal sənayesi (məsələn, yüngül 
və yeyinti sənayesi), bərpa olunan enerji təsərrüfatı və turizmin inkişafını 
zəruri edir ki, bu da yeni iş yerlərinin açılması üçün imkanlar yaradır. Bu 
sektorların inkişafı diversifikasiyalaşdırılmış iqtisadi siyasət yürütməyə 
də imkan verir. Məsələn, Azərbaycanda turizmin inkişafı üçün  ölkənin 
iqtisadi gücü və coğrafi mövqeyi baxımından böyük imkanları vardır. 
Turizmin inkişafı isə dalğa effekti yaradaraq sadalanan sahələrdə işgüzar 
canlanma yaradır və məşğulluğu artırır. Sahələrin bir-birilə əlaqəli inkişafı 
onların defolta uğrama risklərini zəiflədir. Təsadüfi deyildir ki, məhz, Rio 
+20 zirvəsi də iqtisadiyyatın bu altı sektorunu yaşıl iqtisadiyyat üçün açar 
səhələr hesab etmişdir. 


- 27 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Rio+20 hesabatına görə hazırda yaşıl iqtisadiyyatda çalışanların sayı 
10 milyon nəfərdir və onun 5 milyonu bərpa olunan enerji  sektorunda 
çalışır.  Aşağıdakı qrafikdə  Avropada yalnız külək enerjisi sektorunda ça-
lışanların sayı göstərilmişdir: 2010-cu ildə bu rəqəm 238 min 135 nəfər 
olmuşdur və 2030-cu il üçün hədəf bu göstəricini 794 min 79 nəfərə çat-
dırmaqdır.
Ümumiyyətlə, belə bir sual ortaya çıxır: yaşıl iqtisadiyyat əgər ətrafa zi-
yan vurmayan yeni iş yerləri vəd edirsə onda bunlar hansılardır? Cavab üçün 
sahələri belə qruplaşdırmaq olar: yüksək səviyyəli biliyə və intellektə sahib 
olan şəxslər, həmçinin müəyyən peşə-ixtisas sahibləri və kənd təsərrüfatı 
istehsalçıları. Martinez Fernandez və başqaları (13) birbaşa və dolayı ola-
raq insan fəaliyyətinin ətraf mühit üzərindəki mənfi təsirlərini azaltmağa 
istiqamətlənən hər hansı bir işi yaşıl iş olaraq qəbul edirlər
13
. Xüsusilə, son 
zamanlar qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün yaşıl sektorlarda 
çalışanları “yaşıl boyunluqlular” (green-collar workers) adlandırmağa baş-
ladılar. 
Şəkil 1.2. Avropada külək enerjisi sektorunda çalışanların məşğulluğa təsiri
Mənbə:http://www.ewea.org/
13  Apollo Alliance, Green-Collar Jobs in America’s Cities, United States, 2008.


- 28 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Cədvəl 1.2. Yaşıl iqtisadiyyat 
Yaşıl iqtisadiyyat sahələri
Yaşıl işlər
Tikinti
elektrik və istilik sistemində işçi, dülgər, 
inşaat operatoru, izolyasiya işçiləri, sənaye 
yük maşını sürücüləri, inşaat mühəndisləri
Nəqliyyat
inşaat mühəndisləri, dəmir yolu işçiləri, 
elektrik, qaynaqçılar, dəmirçilər, mühərrik 
birləşdiriciləri, istehsal köməkçiləri, avtobus 
sürücüləri, nəqliyyat üzrə məmurlar, lokomo-
tiv mühəndisləri, dəmiryolu konduktorları
Ağıllı şəbəkə texnologiyası (Smart Grid)
kompüter proqramı mühəndisləri, elektrik 
və texniki mühəndislər, qaynaqçılar, inşaat 
işçiləri, sənaye mühəndisləri, təmirçilər
Külək enerjisi
mühəndislər, dəmir-polad işçiləri, elektriklər, 
inşaat operatorları, sənaye yük maşını 
sürücüləri, sənaye istehsal müdirləri, istehsal 
nəzarətçiləri
Günəş enerjisi
elektrik mühəndisləri, elektrik, mexaniklər, 
qaynaqçılar, dəmirçilər, inşaat operatorları, 
su təsisatçıları, tikinti müdirləri
İnkişaf etmiş bioenerji
kimya mühəndisləri, kimyaçılar, kənd 
təsərrüfatı işçiləri, sənaye yük maşını 
sürücüləri, meşə nəzarətçiləri
“Yaşıl boyunluqlular”ın sahib olduqları peşə və bilik bacarıqlarıaşağıdakı 
kateqoriyalara bölünürlər:
•  Sadə, təkrarlanan bilik və bacarıqlar (məsələn, surətçıxarma aparatı ilə iş);
•  Texniki bacarıqlar (dizayn, İKT sahəsində peşə bacarıqları və s.);
•  İnkişaf  etmiş  və  elmi  biliyə  əsaslan  bacarıqlar  (biznesin  planlaşdırıl-
ması, keyfiyyətə nəzarət, insan resurslarının planlaşdırılması, intellek-
tual mülkiyyətin idarə edilməsi, maliyyə menecmenti, təhlükəsizlik 
əməliyyatlarının aparılması, daha çox xarici dil bilmək və s.)
•  Sahibkarlıq  qabiliyyəti  (motivasiya,  qrupla  işləmək  qabiliyyəti,
təşəbbüskarlığı qiymətləndirmə, yaşıl məhsullara adaptasiya və s.)
•  Yaşıl işlər nəinki məşğulluğu təmin edir, həm də insanların sosial-iqti-
sadi rifahını yüksəldir. Appolo Alliance-a görə əgər bir iş ətraf mühiti 
yaxşılaşdırarkən işçisinə ödəniş etmirsə, ya da aşağı gəlirli işçiləri yüksək 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə