Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

- 23 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  yol çəkilişi xərclərinin daha da ixtisar edilməsi;
-  ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayının artması;
-  günəş enerjsi təsərrüfatının fəaliyyəti nəticəsində su qızdırıcılarının miq-
darının iki dəfəyə qədər artımı və bu sektorda yeni iş yerlərinin yaradıl-
ması (məsələn, Almaniya Ətraf Mühit Agentliyinin (GEA) hesabatına 
görə 2003-cü ildə bu verginin tədbiqi nəticəsində Almaniyada 250 min 
yeni iş yeri açılmışdır.);
-  bu vergi növü Almaniyanın əsas məqsədlərindən olan 2020-ci ilə 
kimi CO2 emissiyasının  40%-ə qədər azaldılmasına (1990-cı illərlə 
müqayisədə) nail olmağa və iqlim mühafizəsi üzrə maarifləndirməyə 
yardım edir
4

Barbadosda ətraf mühit vergisi günəş enerjisi ilə fəaliyyət göstərən su 
qızdırıcılarının təchizatına böyük köməklik göstərir. Barbados və İndone-
ziya ətraf mühit vergilərindən daxil olan gəlirləri ölkənin yoxsul əhalisinin 
inkişafına dəstək üçün yönləndirir. 
İordaniya subsidiyaları işsizlik və yoxsulluğun aradan qaldırılması ilə 
mübarizə aparan, məsələn, dövlət işçilərinin əmək haqqlarının artırılması 
kimi proqramların həyata keçirilməsi zamanı tədbiq edir və bu yardımı aşağı 
və orta gəlirli ev təsərrüfatı subyektlərinə də aid edir
5
.
Yeni Zelandiyada isə kənd təsərrüfatına dotasiya sırf ətraf mühitin 
qorunması deyil, daha çox davamlı inkişafa nail olmaq üçün verilir və bu 
istiqamətdə islahatlar davam edir
6
.
“Yaşıl” artıma yönəlmiş iqtisadi stimul paketlərinin həcminə və 
səmərəliliyinə görə Asiya ölkələrindən Cənubi Koreya və Çin daha öndədir. 
Beləki, Çində “yaşıl” sektorların inkişafı üçün təşviqat paketi ÜDM-in cəmi 
3%-ni təşkil edir və bu məbləğ 2020-ci ilə kimi 1,8 milyon yeni iş yerlərinin 
yaradılmasına yönəldilir. Çin 2020-ci ilə kimi ÜDM-in 3 %-ni yüksək sürətli 
qatar, külək və günəş enerjisi, eləcə də səmərəli işıqlandırma sisteminin inki-
şafına sərf etməyi qərara alıb. Müqayisə üçün qeyd edək ki, ABŞ-nın “yaşıl” 
təşviqat üçün xərcləri ÜDM-in 0,7%-ni, AB-nin xərci isə ÜDM-in 0,2%-ni 
təşkil edir
7

Yaşıl fiskal siyasət davamlı inkişafın təmin edilməsi üçün zəruri olan is-
lahatdır. Uğurlu yaşıl fiskal siyasət isə ənənəvi iqtisadiyyatda bəzən mövcud 
4
http://www.unep.org/greeneconomy/EventsConferences/tabid/105555/language/en-US/Default.aspx
5
World Bank (2010), Subsidies in the Energy Sector: An Overview
6
Vitalis, V. (2006), “Subsidy Reform in the New Zealand Agriculture Sector”
7
http://www.unep.org/documents.multilingual/default.asp?DocumentID=624&ArticleID=6548&l=en&t=long


- 24 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
olan büdcə konsilidasiyasına səbəb olmur
8
, çünki o, bölüşdürülmüş təsirlər 
və səmərəlilik arasındakı tarazlığa söykənir. Burada əsas məsələ qəhvəyi iq-
tisadiyyatın mövcudluğunu nəzərə alıb yaşıl fiskal siyasətdə düzgün iqtisadi 
aləti seçməkdir. Əks halda bu, “yaşıl şirkətlərin” müflisləşməsinə gətirib çı-
xaracaqdır. Beləki, “yaşıl” subsidiyalardan alət kimi istifadə edərkən xarici 
mühit amilləri (qloballaşma, beynəlxalq rəqabət, daxili bazar konyukturası, 
xüsusilə, istehlakçı psixologiyası və s.) nəzərə alınmalıdır, yoxsa nəticələri 
gözlənilməz ola bilər. Məsələn, ABŞ höküməti 2011-ci ilin avqustunda günəş 
panellərinin istehsalı ilə məşğul olan “Solyndra” şirkətinin müflisləşməsini 
rəsmi elan etdi. Səbəb isə çox sadə idi: şirkət ucuz Çin məhsulları ilə rəqabət 
edə bilmir. Barak Obamanın rəhbərliyi altında “yaşıl” təşviqat proqramının 
tətbiqi nəticəsində əldə olunan kreditə federal zəmanət alan ilk şirkətlərdən 
biri olan “Solyndra”nın müflisləşməsi tənqidçilərə səbəb verdi ki, həmin sti-
mullaşdırma proqramının texniki-iqtisadi tərəflərini yenidən araşdırsınlar 
və çatışmayan tərəfləri müəyyən edib proqramı daha da təkmilləşdirsinlər
9
.
Başqa bir misal: İsveç son 3 il ərzində adambaşına “ekomobiley” (eta-
nolla işləyən xüsusi nəqliyyat vasitələri) satışında vergi güzəştləri, belə 
avtomobillərin alıcıları üçün pul bonusları və avtomobil sığortası güzəştləri 
şəklində möhkəm dövlət subsidiyalarına görə dünya lideri olmuşdur. Buna 
baxmayaraq, 2010-cu ildə yalnız bu nəqliyyat sayəsində CO2 emissiyası 100 
min ton artmışdır
10
. Çünki hər avtomobilə düşən CO2 emissiyasının miq-
darının azaldılmasına baxmayaraq, ümumi qət olunan kilometrlərin miqda-
rı artmışdır, yəni güzəştli şərtlər daxilində insanlar belə avtomobillərdə daha 
çox səyahət etmişdilər. Bu halı iqtisadi ədəbiyyatlarda Cevons paradoksu  
11
(rebound effect) adlandırırlar.
Artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilmiş yaşıl fiskal siyəsətin 
digər bir aləti karbon vergisidir (və ya karbon emissiyası üzrə vergi). Karbon 
vergisi qlobal istiləşmə və iqlim dəyişikliyinin ən əhəmiyyətli mənbələrindən 
biri olan və neft, kömür və təbii qaz kimi yanacaqların yanmasından mey-
dana gələn karbon emissiyasını azaltmaq məqsədiylə alınan bir vergidir. Bu 
8
Beynəlxalq borc əməliyyatlarında, birbaşa borclu olan dövlətin borcu olan təşkilat və ya dövlətlə razılaşaraq,
borcun vədəsinin daha da uzadılması prosesinə verilən addır. Xalq arasında “Borcumu nə inkar edirəm,
nə də ödəyirəm” kimi izah olunur. Konsolidasiya qərarı alan bir dövlət, o an üçün bu borcların faizini belə
ödəyə bilməyəcək vəziyyətdə olur və irəlidəki illərdə özünü düzəldib borclarını bağlasa belə, konsolidasiya
əməliyyatı, o ölkənin beynəlxalq kredit qeydini və prestijini aşağı salır.
9
http://www.latimes.com/news/opinion/la-ed-solyndra-20110902,0,7758497.story
10  http://www.treehugger.com/files/2011/03/cleaner-cars-make-people-drive-more.php
11  Cevons paradoksu: texnoloji tərəqqi nəticəsində hər hansı bir resursun istehlak səmərəliliyinin artması elə
həmin resursa qarşı olan tələbatı daha da artırır.


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə