Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

- 29 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
bacarıq tələb edən peşələrə aparan bir karyera imkanı yaratmırsa, o işin 
yaşıl iş olaraq qəbul edilməsi mümkün deyildir.
İndi isə yaşıl iqtisadiyyatın əmək bazarına təsirini üç zaman kəsiyində 
nəzərdən keçirək:

Qısa müddət ərzində - daha çox karbon emissiya edən sektorlarda 
iş yerlərinin ixtisarını yaşıl sektorda yeni iş yerləri kompensasiya edəcəkdir. 
Bunun üçün texnoloji inkişaf yaşıl iqtisadiyyat prinsiplərinə əsaslanan sek-
torların rəqabət qabiliyyətinin artırılmasını təmin etməlidir. Enerji sekto-
rundakı islahatlar struktur işsizliyə yol aça bilər. Bu dövrdə işini itirən insan-
ların məşğulluq problemi dərhal həll oluna bilməz. Çünki belə işçilər inkişaf 
edən və yenilənən sektorlarda tələb olunan bacarıqlara hələ sahib deyildirlər. 
Xüsusilə, əmək qüvvəsinin yaşlı seqmentinin yeni iş yerlərinə cəlb olunması 
uzun bir zamanı əhatə edə bilər. 

Orta müddət ərzində - yaşıl iqtisadiyyata dair islahatlar nəticəsində 
ixtisara düşmüş və yeni yaradılmış iş yerlərinin təsiri iqtisadiyyatda ümumi 
şəkildə yayılmağa başlayacaqdır. Tənzimləmə siyasəti şirkətləri daha effek-
tiv enerji istehsalı üsullarından istifadə etməyə yönəldəcəkdir. Nəticədə, 
ənənəvi enerji qiymətləri yüksələcək, bərpa olunan enerji texnologiyaları 
rəqabət gücünü artıracaq ki, bu da yaşıl sektorlarda məşğulluğun çoxalma-
sına səbəb olacaqdır. Beləliklə, məşğulluğun artımı iqtisadi inkişafa dolayı 
yolla təsir göstərəcəkdir və burada neqativdən pozitivə doğru irəliləyiş ola-
caqdır
14
.

Uzun müddət ərzində - yeni texnologiyaların inkişaf etdirilməsi, 
innovasiya yönümlü sərmayə yatırımlarının artımı və sürətli inkişaf fürsəti 
yaranacaqdır. Çünki yenilik və texnoloji dəyişiklik iqtisadi inkişafın təməl 
prinsiplərini ifadə edir. Yeni texnologiyalara uyğunlaşma ehtiyacı sektorları 
ikinci yenilik dalğasına aparacaqdır. Uzunmüddətli dövrdə kreativ destruksiya 
iqtisadiyyatda məhsuldarlığı artıracaq. Bu dövr ərzində ixtisaslı işçi qüvvəsinə 
tələbat da artacaqdır. Nəticə olaraq, uzun dövrdə yaşıl iqtisadi sistemin aparılan 
islahatlar nəticəsində ixtisara düşmüş ənənəvi iş yerlərinin sayı ilə müqayisədə 
daha çox iş yaratma potensialı olduğu mülahizəsi özünü doğruldur.
Yaşıl peşələrin ən əhəmiyyətli xüsusiyyəti isə onun insanın təbiəti ilə 
həmahəng olmasıdır. Bunun mənası özünü gündəlik tələbatı ödəyə biləcək 
14  CEDEFOP-ILO, Skills for Green Jobs, European Synthesis Report, 2010.


- 30 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
gəlir, sosial təminat, həmkarlar ittifaqının məqsədli fəaliyyəti, sağlamlıq 
zəmanəti, karyerada irəliləmə fürsəti və gender bərabərliyinin təminatında 
göstərir. Yaşıl iş yerləri insan qüruruna toxunmadan ona yaşamaq haqqını 
daha düzgün istifadə etməyə imkan yaradır. Belə yanaşma öz növbəsində 
sivil dünyada hər hansı bir ölkənin uğurunun və gücünün göstəricisidir. Ona 
görə də ölkələr xüsusilə, insan kapitalının inkişafına fikir verməlidirlər ki, da-
vamlı inkişafa ən optimal yol olan yaşıl iqtisadiyyatı tətbiq edə bilsinlər. 
Məşğulluq strategiyası mövcud təhsil proqramlarının keyfiyyətinin 
yüksəldilməsini və yeni proqramların tədbiqini zəruri edir. Danimarka, Al-
maniya və Estoniya kimi ölkələrdə buna ciddi fikir verilir. Almaniyada bəzi 
universitetlər artıq yaşıl iqtisadiyyatı bir kurs kimi tətbiq etməyə başlamış-
dır və hətta, şirkətlər kadr siyasətində üstünlüyü belə akademik kursların 
məzunlarına verirlər. Yaşıl iqtisadiyyatla bağlı kurrikulum yalnız universitet 
tələbələrinə, xüsusi kurslar və treyninqlər isə çalışanlara və bu istiqamətdə bi-
lik və bacarıqlarını artırmaqda maraqlı olan insanlara tətbiq edilməklə daha 
yüksək nəticə verir. İri şirkətlər isə yeni sistemə adaptasiya olunmaq üçün 
çalışmalıdırlar ki, öz işçilərinə bu iqtiqamətdə təlimlər keçsin, ya da onların 
maariflənməsində təşəbbüskar addımlar (məsələn, konsaltinq şirkətlərinin 
yaşıl iqtisadiyyatın etik davranışları üzrə xidmətlərinə müraciət və s.) atsın. 
Deməli, biliyə əsaslanan inkişaf və onun başlıca amili olan insan poten-
sialı davamlı inkişafın ən vacib şərtidir. Bunu təmin etmək üçün müxtəlif 
ixtisas sahiblərinin və hər bir vətəndaşın davamlı insan inkişafı sahəsində 
biliklərə yiyələnməsi və müvafiq bacarığa nail olması vacibdir. BMT və 
YUNESKO-nun 2005-2014-cü illəri davamlı inkişaf sahəsində təhsil onil-
liyi elan etməsi bu məqsədə xidmət edir. 
Davamlı insan inkişafının planlaşdırılması və həyata keçirilməsi, 
gələcəksiz inkişafın qarşısını almaqdan ötrü bir sıra prinsiplərə riayət 
edilməsi olduqca əhəmiyyətlidir. Tələbələrin diqqəti davamlı inkişa-
fın təmin edilməsində xüsusi əhəmiyyət daşıyan aşağıdakı vacib şərtlərə 
yönəldilir və şərtlər korporativ siyasətin formalaşması üçün də çox 
əhəmiyyətlidir:

 Ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə edilməsi 
layihələrinin planlaşdırılması və həyata keçirilməsində çağdaş və gələcək 
nəsillərin maraqlarının nəzərə alınması;


- 31 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-   Təbii ehtiyatlardan istifadə etdikdə onların davamlı işlədilməsini təmin 
edən prinsip və texnologiyaların istifadəsi;
-  İnkişafın planlaşdırılmasına və həyata keçirilməsinə aid dövlət 
sənədlərinin hazırlanması və icrası zamanı davamlı inkişaf 
 
prinsiplərinin əsas meyar kimi qəbul edilməsi;
-  Ətraf mühitin keyfiyyəti və təbii ehtiyatların istifadəsi ilə əlaqədar 
layihələrin müzakirəsi və qərar qəbul edilməsi prosesində ictimaiyyətin 
iştirakının genişləndirilməsi;
-     Hazırkı və gələcək nəsillərin sağlamlığının və uzunömürlülüyünün təmin 
edilməsi və bunlara hər hansı potensial təsir barədə məlumatların əhaliyə 
çatdırılması;
-    Davamlı insan inkişafı sahəsində müxtəlif: qlobal, regional, ölkə, bölgə, 
bələdiyyə, məhəllə, ev və s. səviyyələrdə əməkdaşlığın təşkil edilməsi. 
Bu prinsiplərə əsaslanan inkişafın planlaşdırılması və idarə edilməsi 
2002-ci ildə Yohannesburqda keçirilmiş Dünya Sammitinin qərarlarında da 
öz əksini tapmışdır.
Davamlı inkişaf sahəsində irəli sürülən məqsədlər bu prosesin bütün 
iştirakçılarının səfərbərliyini tələb edir. Bunlara fərdi sektorda fəaliyyət 
göstərən şirkətlər və korporasiyalar da aiddir.
 
1.6. Yaşıl iqtisadiyyat və beyin mərkəzləri
Beyin mərkəzləri elm və siyasət arasında bir körpüdür. Ona görə də 
onlar ancaq tədqiqatla məşğul olmur, həmçinin təbliğat fəaliyyəti də 
göstərirlər. Bir beyin mərkəzi olaraq strateji araşdırma mərkəzləri dövlətlər 
və onların cəmiyyətləri arasında bir güvənilən körpü rolunu oynayırlar. 
Onlar ilk olaraq insanları müəyyən formada maarifləndirməlidirlər. Çün-
ki dayanıqlı inkişafın əsasında birinci növbədə insan kapitalı durur və bu 
gün dünya ölkələri çoxillik davamlı inkişaf proqramlarını hazırlayıb qəbul 
etmişlər. Strateji araşdırma mərkəzlərinin əsas məqsədlərindən biri də bu 
proqramlar çərçivəsində insan kapitalını inkişaf etdirməkdir. Strateji araş-
dırma mərkəzləri həmçinin öz tədqiqatları ilə davamlı inkişafa mane ola 
bilən problemləri üzə çıxarır və onun həlli yollarını elmi əsaslandırılmış 
şəkildə göstərərək, həm də bu prosesi müşahidə etmiş olurlar. Məhz be-


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə