Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   2   3   4   5   6   7   8   9   10   ...   44

- 20 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Xüsusi İqlim Dəyişikliyi 
Fondu (Special Climate 
Change Fund-GEF)
QƏMİ (GEF) qurumları
50 milyon ABŞ dolları və 
müştərək maliyyələşdirmə 
üzrə 649 milyon ABŞ 
dolları
Təmiz Texnologiya Fondu
Dünya Bankı və digər 
çoxtərəfli inkişaf bankları
4,936 milyard ABŞ dolları
Strateji İqlim Fondu (Stra-
tegic Climate Fund-SCF) 
– İqlim Sabitliyi üçün Pilot 
Proqram (Pilot Program 
for Climate Resilience)
Dünya Bankı və digər 
çoxtərəfli inkişaf bankları
1,1 milyard ABŞ dolları
SİF-Meşə İnvestisiya 
Proqramı (SCF-Forest 
Investment Program)
Dünya Bankı və digər 
çoxtərəfli inkişaf bankları
639 milyon ABŞ dolları
SİF-Aşağıgəlirli 
Ölkələrdə Bərpaolunan 
Enerji Sahəsinin 
Genişləndirilməsi 
Proqramı (SCF-Program 
for Scaling-Up Renewa-
ble Energy in Low Income 
Countries)
Dünya Bankı və digər 
çoxtərəfli inkişaf bankları
392 milyon ABŞ dolları
Meşə Karbon 
Əməkdaşlığı İmkanı (For-
est Carbon Partnership 
Facility)
Dünya Bankı, İnter-
Amerika İnkişaf Bankı 
(IADB), BMT-nin İnkişaf 
Proqramı
385 milyon ABŞ dolları
Mənbə: http://www.climatefundsupdate.org/listing,  http://www.unep.org/
Hazırda yaşıl iqtisadiyyatın inkişafı üçün təhlillər, araşdırmalar və yatı-
rımlar əsasən aşağıdakı sahələri əhatə edir:
-  Bacarıqların inkişafı (capacity building): treyninqlər, məsləhət 
xidmətləri, texniki yardımlar və s. (61%);
-  Maliyyələşdirmə xidməti: qrantlar, layihələrin maliyyələşdirilməsi və s. (37%);


- 21 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  Elmi araşdırmalar xidməti: əsas bilik bazaları və s. (27%);
-  İnformasiya xidməti:informasiya mübadiləsi, maariflənmənin inkişafı, 
elmin idarəedilməsi və s. (64%);
-  Texnologiya transfer xidməti: texnologiya mübadiləsi və s. (14%). (3)
Deməli, yaşıl iqtisadiyyat proqramları tərəfindən daha çox dəstəklənən 
sahə informasiya sektoru (64%) və daha az dəstəklənən sahə isə texnologiya 
transferi sektorudur ki, bu da cəmi 14% təşkil edir. Bu göstəricilərə əsasən 
demək olar ki, elmi araşdırmalara daha çox dəstək olmalıdır ki, nəticədə 
texnologiya transferi daha sürətlə həyata keçirilsin. Çünki yaşıl iqtisadiyya-
ta nail olmaq üçün ölkələrdə müasir və elmi əsaslara söykənən texnologi-
yalara ehtiyac vardır, xüsusilə, bu ehtiyac bərpa olunan enerji resurslarının 
istifadəsi zamanı daha qabarıq şəkildə önə çıxır.
Müxtəlif mənbələrin qiymətləndirmələrinə əsasən 2020-ci ilə kimi 
sırf iqlim dəyişkənliyinin azaldılması məqsədilə bərpa olunan enerji 
mənbələrinə qoyulacaq investisiyaların həcmi təqribən hər il 500 mil-
yard ABŞ dolları təşkil edəcəkdir. Belə investisiya yatırımlarının effektiv 
nəticələri ölkələr tərəfindən yaşıl iqtisadiyyata yönəlik fiskal siyasətdən 
asılıdır.
1.4.Yaşıl iqtisadiyyatda fiskal siyasət
Yaşıl iqtisadiyyatın inkişafında fiskal siyasətin rolu önəmlidir.Beləki, 
hər bir ölkənin özünəməxsus fiskal alətləri və islahatları vardır; müxtəlif 
sahələrdə yanacaqdan istifadəyə görə vergi güzəştləri, israfçı və ekoloji 
cəhətdən zərərli şəkildə fəaliyyyət göstərən sahələri daha təmiz fəaliyyətə 
təşviq edən subsidiyalar, təmiz texnologiya və davamlı istehsal fəaliyyəti ilə 
məşğul olan sektorlara  maliyyə güzəştlərinin köməyi ilə dəstək və s. Bütün 
bunları ümumiləşdirsək yaşıl fiskal siyasətdə istifadə oluna biləcək alətlərin 
aşağıdakı variantlarının mövcudluğunu görə bilərik:
-  ekoloji vergi islahatları və alətləri (məsələn, karbon vergisi, vergi 
güzəştləri və ixtisarları);
-  intensiv çirkləndirməyə görə cərimə;
-  ekoloji performansın mükafatlandırılması üçün yaşıl subsidiyalar 
(məsələn, feed-in tarifi), qrantlar, kreditlər;


- 22 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
-  ekoloji cəhətdən zərərli fəaliyyətlərə subsidiyaların verilməsinin aradan 
qaldırılması;
-  birbaşa dövlət xərcləri (məsələn, ekoloji təmiz infrastruktur və ya  təmiz 
texnologiya üçün tədqiqat və inkişaf (R & D) fəaliyyətinin təşkili)
-  dolayı dəstək (məsələn, ictimai zəmanətlər və s.).
Böyük Britaniya yaşıl iqtisadiyyatın inkişafı üçün bu istiqamətdə FİT (Feed-
in-Tarrifs scheme) adlı güzəştli tarifdən istifadə edir. Bu tarifin mahiyyətinə görə, 
əgər kimsə tutaq ki, öz evinin damında günəş paneli və ya külək enerjisi turbi-
ni yerləşdirərsə, həmin şəxslərə bu subsidiya növü tədbiq olunur. Bu alternativ 
enerjinin şəxsi istehlak və ya hər hansı bir şəbəkəyə ixracından asılı olmayaraq 
həmin vətəndaşa bu hər iki halda müyyən məbləğdə pul ödənilir və üstəgəl abo-
nent hər ay ödəməli olduğu enerji xərclərindən azad olur, çünki o artıq ekoloji 
cəhətdən həm təmiz, həm də bərpa olunan enerjidən istifadə edir
3
.
Kanada höküməti feed-in tarifləri  ilə yanaşı, yaşıl məhsullar istehsal 
edən firmalara maliyyə yardımını vençur kapitalı (venture capital) verməklə 
göstərir. Banklar və kredit qurumları adətən kredit riskinin minimum oldu-
ğu sahələrə üstünlük verirlər və belə olan halda “yaşıl” firmaların kredit al-
maq imkanları məhdudlaşır. Çünki “yaşıl” firmalar qəhvəyi bazar prinsipləri 
əsasında formalaşmış iqtisadi sistemdə fəaliyyət göstərdiyinə görə bu cür 
risklərin ola bilmə ehtimalına daha yaxındırlar. Buna görə hökümət bu 
öhdəliyi öz üzərinə götürmüşdür, lakin hökumət riskin ən az olması üçün 
eyni vaxtda bir neçə firmaya sərmayə qoyur ki, iflasa uğramış firmaların düş-
düyü zərər uğur qazanmış firmalar hesabına ödənilsin. Amma yenə də bu 
cür maliyyə yardımı dövlət üçün risklidir. 
Almaniyada isə yaşıl iqtisadıyyatın inkişafı üçün ekoloji vergi (Eco Tax) 
islahatından istifadə olunur ki, onun da nəticələri bunlardır:
-  enerjiyə qənaət və ondan daha səmərəli istifadə;
-  kükürd yanacağından pulsuz istifadə;
-  bərpa olunan enerji mənbələrinə daha çox investisiya;
-  enerjiyə qənaət edən məhsulların istehsalının inkişafı (məsələn, yana-
caqdan səmərəli istifadə edən avtomobillərin istehsalı);
-  yeni istehsal edilən avtomobillərin yanacaq istehlakının 20%-ə qədər  
azaldılması;
3
http://www.energysavingtrust.org.uk/Generating-energy/Getting-money-back/Feed-In-Tariffs-scheme-FITs_


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə