Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   2   3   4   5   6   7   8   9   ...   44

- 8 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
Ön söz
Azərbaycan Respublikası sürətlə yeniləşir və ölkə inkişaf templərinə 
görə, bir sıra istiqamətlərdə dünya və regional liderə çevrilib. Sənaye, 
kənd təsərrüfatı, xidmət sahələrinin diversifikasiyası, planlaşdırma və 
idarəetmənin optimallışdırılması, fasiləsiz yeniləşən texnoloji tərəqqi 
ölkədə iqtisadi və sosial irəliləyişin və ümumiyyətlə davamlı inkişafın uğu-
runun təzahürüdür. Əldə edilmiş nailiyyətlər bir çox beynəlxalq təşkilatların 
rəsmi hesabatlarında da əksini tapıb.
Qısa zaman kəsiyində qazanılan uğurların kökündə ölkə Prezidenti İl-
ham Əliyev tərəfindən reallaşdırılan və insan potensialına, innovativ texno-
logiyalara əsaslanan inkişaf strategiyası durur. Bu strategiya inkişaf prosesi-
nin hər bir mərhələsindəiqtisadi və sosial prioritetlərin ardıcıllığının düzgün 
müəyyən edilməsinə, qlobal və milli maraqların qarşılıqlı surətdə təmininə 
yönəldilmiş fəaliyyətdən keçir. Göstərilən strategiyaya əsaslanaraq ölkə Pre-
zidenti İlham Əliyev bu günlərdə 2014-cü ili «Sənaye ili» elan etdi. Əslində, 
bununla dövlət başçısı Azərbaycan Respublikasının inkişafının növbəti 
hədəfini açıqladı. 
Bəllidir ki, hər hansı bir fəaliyyət mütləq enerjidən istifadəyə əsaslanır. 
Sənayedə enerjidən səmərəli istifadə olduqca əhəmiyyətlidir. Enerjinin 
daha səmərəli istifadə, onun effektivliyinin artırılması iqtisadi əhəmiyyət 
daşıdığı kimi, ekoloji baxımdan da çox vacibdir. Beynəlxalq miqyasda prio-
ritet sayılan iqlim dəyişikliklərinin qarşısının alınmasında daha az enerjidən 
istifadə edilməsi və onun daha təmiz mənbələrdən alınması qlobal məqsəd 
kimi müəyyənləşdirilib. Bu, eyni zamanda digər qlobal problem olan da-
vamlı inkişaf və ekoloji sivilizasiyaya keçidin vacib şərtidir.
Enerjidən istifadə səmərəliliyinin bir neçə əsas göstəricisi məlumdur. 
Onların biri və beynəlxalq təşkilatlar tərəfindən daha çox istifadə edilən 
göstərici hər hansı bir ölkədə və yaxud iqtisadi fəaliyyət sahəsində bir va-
hid enerjinin istifadəsi nəticəsində sənayedə, kənd təsərrüfatında və yaxud 
xidmət sahələrində yaranmış Ümum Daxili Məhsulun (ÜDM-un) dəyəridir.
Azərbaycan Respublikasında enerjinin səmərəli istifadə edilməsi 
istiqamətində uğurlu fəaliyyət həyata keçirilməkdədir və bu sahədə önəmli 
nəticələr əldə edilib. Ölkədə son on ildə ÜDM-un hər bir vahidinin isteh-


- 9 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
salı üçün enerji sərfi sürətlə azalıb. Göstərilən fakt davamlı inkişaf və yaşıl 
iqtisadiyyatın ən önəmli göstəricilərindən sayılan bərpa olunan və bərpa 
olunmayan ehtiyatlardan səmərəli istifadənin bariz təsdiqidir. Beynəlxalq 
təşkilatların 2013-cü ildə dərc edilmiş hesablamalarına görə, ölkədə miq-
darca hər bir kq neftdəki enerjinin istifadəsi nəticəsində 2011-ci ildə dəyəri 
7,22 ABŞ dolları olan məhsul istehsal edilib və yaxud xidmət göstərilib. Eyni 
zamanda nəzərə alınmalıdır ki, həmin beynəlxalq təşkilatların 2003-cü ilin 
nəticələrinə görə hazırlanmış və dərc edilmiş hesabatlarında bu rəqəm yal-
nız 2,1, 2005-ci ildə isə 2,7 ABŞ dolları təşkil edirdi. Dünya Bankı tərəfindən 
həyata keçirilmiş təhlillər və onların əsasında dərc edilmiş rəsmi hesabatlar 
göstərir ki, Azərbaycanda bu rəqəm əksər neft və qaz ixrac edən ölkələrin 
göstəricilərindən daha yüksəkdir. Sözügedən göstəriciyə görə, Azərbaycan 
enerji resursları ixrac edən ölkələr qrupunda yalnız Norveçdən geri qalır.
Son on ildə Azərbaycanda ÜDM-n hər bir vahidinin istehsalı üçün sərf 
edilən enerjinin səmərəliliyi 300%-dən çox artıb. Hazırda ölkədə ener-
ji istifadəsinin səmərəliliyi dünya üçün hesablanmış göstəricilərdən daha 
yüksəkdir. Məsələn, Dünya Bankının 2013-cü ildə təqdim etdiyi beynəlxalq 
statistikaya görə, 2003–2011-ci illər arasında dünyada orta hesabla hər bir 
kq neftdə olan enerji ekvivalentinin istifadəsi nəticəsində istehsal olunmuş 
ÜDM-nin dəyəri 4,93 ABŞ dollarından 6,19 ABŞ dollarına qədər yüksəlib. 
Azərbaycanda isə eyni mənbələrə görə, həmin dövrdə bu rəqəmlər müvafiq 
olaraq 2,26 (2003 il) və 7,22 (2011 il) ABŞ dolları təşkil edib. Göstərilən 
dinamika Azərbaycanda enerji mənbələrindən səmərəli istifadə sahəsində 
ardıcıl siyasətin həyata keçirilməsindən xəbər verir. 
Lakin enerji istifadəsinin səmərəliyinin daha da artırılması milli və qlo-
bal prioritet təşkil edir. Təqdim olunmuş «Yaşıl inkişaf : enerji səmərəliliyi 
və alternativ mənbələr» kitabı ölkədə enerji istifadəsinin səmərəliliyinin 
artırılmasına yönəldilmiş yeni və çox ciddi bir addım kimi qiymətləndirilə 
bilər. Kitab eyni zamanda Azərbaycanda yaşıl təfəkkürün formalaşdırılması, 
enerji səmərəliliyinin təmini və alternativ mənbələrin inkişafı baxımından 
olduqca dəyərli və zamanında işıq üzü görən nəzəri və praktiki əhəmiyyəti 
olan bir əsərdir. 
Hazırkı əsərdə enerjinin səmərəli istifadəsinə aid iki ən əsas istiqamət 
təhlil edilir: mövcud olan enerji mənbələrindən daha səmərəli istifadə və 


- 10 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yeni alternativ enerji mənbələrinin səfərbər edilməsi yolları. Bu məlumatlar 
həm bütövlükdə ölkə üçün, həm də ölkənin fərqli regionları üçün ayrıca ve-
rilib. Göstərilən bilgilər bu səpkidə ilk dəfə təqdim olunub. Belə təqdimatın 
üstünlüyü ondadır ki, həmin bilgilərdən enerji istifadəsi səmərəliliyinin ar-
tırılması və bərpa olunan enerjinin istifadəsi üçün bilavasitə regional proq-
ramların tərtibi və eyni zamanda iqtisadiyyatın hər hansı bir sahəsinin in-
kişafının planlaşdırılması zamanı istifadə edilə bilər. Kitabdakı məlumatlar 
Azərbaycanın hazırkı inkişaf mərhələsinin məqsədi olan sənayələşdirmə 
prosesində enerjidən daha səmərəli istifadə, həmçinin enerji səmərəliliyinin 
idarə edilməsi sahəsində insan potensialının formalaşdırılması üçün 
əhəmiyyətli vasitədir. Əsərdə davamlı inkişafın yol xəritəsi, külək, günəş re-
sursları xəritələri, yaşıl iqtisadiyyat üzrə əsas qurumlar və onların fəaliyyət 
istiqamətlərinin təsvirinə geniş yer verilib. Həmçinin mövcud beynəlxalq 
təcrübənin təhlili, eyni zamanda elmi analizlər üçün əvəzsiz mənbə olan 
və həm dünya, həm də Azərbaycan miqyasında göstərilən istiqamətlərdə 
durumu, olduqca önəmli statistik bilgiləri əks etdirən cədvəllər, aparılan 
müqayisələr əsərin həm elmi, həm də praktiki əhəmiyyətini daha da artırır 
və insan potensialının inkişafına təsir göstərir. Qeyd etmək lazımdır ki, bu 
bilgilər Azərbaycanda həm iqtisadi, həm də ekoloji təhlükəsizlik məsələləri 
ilə əlaqəli şəkildə təqdim edilmişdir.
Müəlliflərin əldə etdiyi nəticələr də ölkədə gerçəkləşdirilən dövlət 
siyasətinin, «Azərbaycan 2020 : Gələcəyə baxış» İnkişaf Konsepsiyasının 
məntiqinə tam uyğundur və olduqca maraqlıdır. Bütövlükdə əsəri, araşdırı-
lan məsələlərə köklü nəzəri-praktiki yanaşma nəzərə alınaraq, Azərbaycanda 
iqtisadiyyatın yaşıllaşdırılması, alternativ (bərpa olunan) enerji 
mənbələrindən istifadənin stimullaşdırılması, bu sahədə mütəxəssislərin ha-
zırlanması və enerji istehlakçılarının maarifləndirilməsinə yönəlik mühüm 
addım kimi dəyərləndirmək olar.
Urxan Ələkbərov,
Azərbaycan Respublikasının Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının rektoru, Akademik 


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə