Yaşil iNKİŞAF: enerji SƏMƏRƏLİLİYİ VƏ alternativ məNBƏLƏR 2 yaşil iNKİŞAF



Yüklə 3,03 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix04.11.2017
ölçüsü3,03 Kb.
#8645
1   2   3   4   5   6   7   8   9   ...   44

- 14 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
FƏSİL 1. 
Yaşıl iqtisadiyyat
1.1. Nəyə görə yaşıl iqtisadiyyat?
Müasir iqtisadi inkişaf bir tək makroiqtisadi göstəricilərin səviyyəsi, 
tələb-təklif və ya iqtisadiyyatın başlıca problemi hesab edilən “nə?”, “kimin 
üçün?”,“necə?” suallarına cavab tapmaqla müəyyən olunmur. Son qlobal 
maliyyə böhranını misal gətirərək sübüt etmək olar ki, müasir iqtisadi in-
kişafda makro və mikro iqtisadi göstəricilərdən savayı digər təbii amillərə 
yer yoxdur. Onda müasir iqtisadi nəzəriyyə əsrlər boyu klassikaya çevrilmiş 
olan iqtisadi modelleri baş vermiş böhranlarla inkar edib nəyi zəruri hesab 
etməlidir? Müasir iqtisadi inkişaf sırf insan, insan şüuru, onun intellekti, 
mədəniyyəti, məntiqi və savadını tələb edir. Daha aydın desək, insan təbiəti 
və onun azad qərarları iqtisadi nəticə və ictimai hadisələri bir-birinə bağla-
yan bir körpüdür ki, bu da iqtisadiyyatın bütövlüyünü tamamlayır və onun 
inkişafını dayanıqlı edir. 
Davamlı inkişaf anlayışının təməlində yaşadığımız dünyanın iqtisadi və 
sosial rifahı durur. Bugün dünyada insanın yaşaması üçün bütün növ mal və 
xidmətlərin istehsalı sağlam ekosistemlər sayəsində mümkündür. Təsadüfi 
deyildir ki, bugün bütün dünya ölkələri məhz dayanıqlı inkişafa nail ol-
mağın yollarını axtarıb onu həyata keçirməyə çalışırlar. Bununla əlaqədar 
olaraq, davamlı inkişaf konsepsiyası meydana gəlmişdir və onun əsas ide-
yası da sosial-iqtisadi və ekoloji inkişafın qarşılıqlı bağlılığı üçün şərait və 
mexanizmlərin yaradılması, təbii mühitin problemlərinin sosial-iqtisadi 
proseslərlə vəhdətdə baxılmasıdır. Davamlı İnkişaf Konsepsiyası keyfiyyətcə 
yeni yanaşma olub özündə aşağıdakı 3 əsas problemin həllini birləşdirir:
1)  iqtisadiyyatın davamlı miqyası həyat təminatının ekoloji sisteminə mü-
vafiq olmalıdır.
2)  resursların və imkanların təkcə indiki nəsil üçün deyil, həmçinin gələcək 
nəsillər, eləcə də  insanla digər bioloji növlər arasında ədalətli bölgüsü 
(distribution) aparılmalıdır.


- 15 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
3)  təbii kapitalı adekvat olaraq nəzərə alan resursların zamanda effektiv böl-
güsü (allocation) keçirilməlidir.
Beləliklə, davamlı inkişaf konsepsiyası 5 əsas prinsipə əsaslanır:
1.   Bəşəriyyət həqiqətən inkişafa davamlı və uzunmüddət mövcud olmaq xa-
rakteri verə bilər. Bununla da o hazırda mövcud olan nəslin tələbatlarına 
cavab verər və eyni zamanda gələcək nəsillərin öz tələbatlarını ödəmək 
imkanları qorunub saxlanıla bilər.
2.   Təbii resursların istismarı sahəsindəki məhdudlaşmalar nisbi xarakterli-
dir. Onlar texnika və sosial təşkilin müasir səviyyəsi ilə, eyni zamanda 
biosferin insan fəaliyyətinin nəticələrini aradan qaldırmaq qabiliyyəti ilə 
əlaqədardır. 
3.  Bütün insanların adi tələbatlarını ödəmək və hamının gələcək yaxşı 
həyata olan ümidinin reallaşdırılmasına şərait yaradılması zərurət olma-
lıdır. Bunsuz uzunmüddətli və davamlı inkişaf sadəcə olaraq qeyri-müm-
kündür. Ekoloji və digər fəlakətlərin yaranmasının başlıca səbəblərindən 
biri dünyada adi hadisəyə çevrilmiş səfillikdir. 
4.   Böyük vasitələrə (kapital və maddi) malik olanların həyat tərzini plane-
tin ekoloji imkanları ilə, xüsusilə enerji istehlakı ilə uzlaşdırmaq lazımdır. 
5.  Əhali artımının sayı və tempi yerin qlobal ekosisteminin dəyişməyə 
meylli istehsal potensialı ilə uzlaşdırılmalıdır. Davamlı inkişafın dinamik 
xarakteri xüsusi qeyd edilməlidir.
Biz bu prinsipləri diqqətlə nəzərdən keçirsək görərik ki, iqtisadiyyat tam, 
bütöv bir halda, yəni, özündə sosial və ekoloji tərəfləri də birləşdirməklə in-
san amilini və onun gələcəyini önə çıxarır. Bunu praktikada tətbiq etmək 
üçün bir çox dünya ölkələri özləri üçün davamlı inkişaf konsepsiyaları ha-
zırlamışlar. Belə proqramların hazırlanması, elmi konfransların keçirilməsi, 
elmi-texnoloji tədqiqatların aparılması zamanı aydın olmuşdur ki, biz bu cür 
inkişafa “Yaşıl iqtisadiyyat” modelini tətbiq etməklə nail ola bilərik.
1.2.Yaşıl iqtisadiyyat nədir?
Yaşıl iqtisadiyyat (green economy) paradiqmasına zidd olan qəhvəyi 
iqtisadiyyat (brown economy) termini, resursların daha çox istifadəsi, aşa-
ğı enerji səmərəliliyi, dayanıqlı olmayan enerji qaynaqlarından asılılıq və 


- 16 -
YAŞIL İNKİŞAF: ENERJİ SƏMƏRƏLİLİYİ VƏ ALTERNATİV MƏNBƏLƏR
yüksək dərəcədə iqlim riskinə əsaslanır
1
. Belə ki, havanın, suyun çirkləndiyi, 
yaşıllıqların azaldığı indiki vaxtda get-gedə mühüm əhəmiyyət qazanan yaşıl 
iqtisadiyyat, məhsulları yaşıl paketlərə qoyaraq daha yüksək qiymətlərə sat-
maq deyil, hər addımı “davamlılıq” şüuruyla - ekosistemi və bizdən sonrakı 
nəsilləri düşünərək - atmaq və bizimlə birlikdə təbiətdəki bütün canlıların 
əsas həyat haqqlarına sahib çıxmaqdır.
OECD, UNEP kimi beynəlxalq təşkilatlar “yaşıl böyümə” və ya “yaşıl 
iqtisadiyyat”ı ekoloji təhlükəsizliyi təmin edən mal və xidmətlərin istehsal 
və istehlakını, həmçinin yaşıl inkişafa yatırılan investisiyaları nəzərdə tu-
taraq bir anlayış olaraq təyin edirlər. Bu baxışda ekoloji davamlılıq təmin 
edilərkən iqtisadi inkişaf, gəlir artımı, məşğulluq və yoxsulluğun azaldılması 
düşünülür. 
Avropa Birliyi isə yaşıl iqtisadiyyatın davamlı istehsal-istehlak, enerji 
səmərəliliyi və bərpa olunan enerji istifadəsi ilə yeni iş imkanlarının yaradılma-
sı və insan rifahının artırılması ilə yaxından əlaqəli olduğunu müəyyən edir
2

Yaşıl iqtisadiyyat, əslində yeni iqtisadiyyat anlayışı olaraq da ifadə edilə 
bilər və ya klassik iqtisadiyyatın təməllərinə insan və təbiət faktorlarının 
əsaslı bir şəkildə əlavə olunması kimi də təyin oluna bilər. İnsanın və təbiətin 
dəyərinin bilinməsi, insanların rifahını yüksəldib yoxsulluğun azaldılması, 
məhdud təbii ehtiyatların effektiv və optimal şəkildə istifadə edilməsi bu 
yeni iqtisadi anlayışın təməlini meydana gətirir.
Hazırda yaşıl iqtisadiyyat anlayışının nəyi əhatə etdiyinin dəqiq olaraq 
müəyyənləşmiş və hamı tərəfindən qəbul edilən tərifi yoxdur. Bu səbəblə, 
ayrı-ayrı ölkələr özlərinin xüsusi şərtləri çərçivəsində fərqli təriflər ortaya 
qoyurlar. Əslində bu günkü dövrdə yaşıl iqtisadiyyatın anlaşılması və ona 
müvafiq addımların atılmasının dövlətdən-dövlətə fərqlənməsi normaldır. 
Çünki iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin (İEÖ) insan kapitalı ilə in-
kişaf etməkdə olan (İEOÖ) və ya yeni sənayeləşmiş ölkələrin (YSÖ) insan 
kapitalı arasında keyfiyyət baxımından böyük fərq vardır və bu fərq müvafiq 
ölkələrin yaşıl iqtisadiyyatla bağlı atdıqları addımlarda da özünü göstərir. 
Qeyd olunanları ümuləşdirəndə aydın olur ki, davamlı inkişaf iqtisadi, 
ekoloji və ictimai inkişaf sütunlarının təməli olan yaşıl iqtisadiyyata əsaslanır. 
1
UNEP, Annual report, 2009.
2
http://www.unep.org/greeneconomy/AboutGEI/WhatisGEI/tabid/29784/language/en-US/Default.aspx


Yüklə 3,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə