Nəzarət Departamenti-PY/TMM Təlimi
Sanksiyalar və aktivlətin dondurulması –Uyğunluqlar və eskalasiya
Müştərinin adı Konsolidasiya edilmiş Siyahıdakı şəxsin adına uyğun gəldikdə, bu, çox vaxt
“yanlış pozitiv”dir (məs, müştərinin adı eyni, yaxud oxşardır, lakin o, eyni şəxs deyildir).
Ad uyğunluqlarının hansı halda real olduğunu müəyyən etmək və müvafiq olduğu təqdirdə
aktivləri dondurmaq üçün maliyyə institutlarının prosedurları olmalıdır.
Özünüqiymətləndirmə sualları:
· Ad uyğunluğunun real olub-olmadığını müəyyən etmək üçün maliyyə institutu hansı addımları
atır? (məs, maliyyə institutu ad, doğum tarixi, ünvan, yaxud digər müştəri məlumatları kimi
müəyyənedici informasiyaya baxırmı?)
· Pozuntu halı olduğu təqdirdə, aydın prosedur vardırmı? (Buraya, məs, yuxarı rəhbərliyin,
Xəzinədarlığın yaxud FSA-nın xəbərdar olunması və Şübhəli Fəaliyyətə dair Hesabata nəzər
yetirilməsi daxil ola bilər).
YAXŞI təcrübələrə dair nümunələr
-
“Yanlış pozitiv”lərin müəyyən edilməsi üçün
kifayət qədər resurs vardır.
PİS təcrübələrə dair nümunələr
-Maliyyə institutu maliyyə sanksiyaları rejiminin
pozulması ilə bağlı Aktivlərin Dondurulması
Orqanını məlumatlandırmır:
bu, cinayət əməli ola bilər.
- Pozuntu halından, habelə Aktivlərin Dondurulması
Orqanını xəbərdar etmək öhdəliyini yerinə
yetirdikdən sonra maliyyə institutu pozuntu halı
ilə bağlı tənzimləyicini
məlumatlandırıb- məlumatlandırmamaq
məsələsini nəzərdən keçirir.
- Konsolidasiya edilmiş Siyahı ilə uyğunluq müəyyən
edildikdən sonra hesab dondurulmamışdır. Əgər,
nəticədə, təhkim olunmuş şəxs tərəfindən saxlanılan,
mülkiyyətdə olan, yaxud nəzarət edilən vəsaitlərlə iş
aparılırsa, yaxud təhkim edilmiş şəxsə təqdim edilirsə,
bu, cinayət əməli ola bilər.
- Resursların olmaması maliyyə institutuna uyğunluq
hallarını
adekvat şəkildə təhlil etməyə mane olur.
- Potensial hədəf uyğunluqlarının yanlış pozitiv
olması
hesab edildikdə,
audit izləməsi həyata
keçirilmir.
61
Nəzarət Departamenti-PY/TMM Təlimi
Sanksiyalar və aktivlərin dondurulması – Silahlar və onların yayılması
Xarici siyasət məqsədlərinə nail olmaq üçün hökumət maliyyə sanksiyaları ilə bir arada ticarətin müəyyən
növləri üzərində nəzarət həyata keçirir. Nüvə, radioloji, kimyəvi, yaxud biloji silah proqramlarında istifadə
üçün mal və xidmətlərin ixracına ciddi nəzarət olunur. Maliyyə institutlarının sistemləri və nəzarətləri
üzləşdikləri proliferasiya – yayılma risklərini ünvanlamalıdırlar.
Özünüqiymətləndirmə sualları:
·
·
·
Maliyyə institutunuz yüksək riskli ölkələrlə ticarəti maliyyələşdirirmi? Maliyyələşdirirsə, əks
tərəflər və mallar üzrə
əlavə ehtiyat tədbirləri tətbiq edilirmi? Şübhə qaldığı təqdirdə, ticarətin
qanuni olması ilə bağlı ixracatçılardan sübut aranırmı?
Maliyyə institutunuzun yüksək riskli ölkələrdən müştəriləri yaxud belə yerlərdən olan fiziki və
hüquqi şəxslərlə əməliyyatlar aparmaq tarixçəsi vardırmı? Vardırsa, maliyyə institutu sanksiya
vəziyyətinin bu cür əks tərəflərə hansı şəkildə təsir göstərə biləcəyini nəzərdən keçiribmi və
müvafiq qaydaların onlara necə təsir edəcəyini onlarla müzakirə edibmi?
Yüksək riskli yurisdiksiyalarla hansı digər bizneslər həyata keçirilir və silahların yayılmasına
aidiyyatı olan tranzaksiyalarla bağlı risklərin məhdudlaşdırılması üçün hansı tədbirlər həyata
keçirilir?
YAXŞI təcrübələrə dair nümunələr
- Bank müştərilərinin yüksək riskli yurisdiksiyalara
mal ixrac edib etmədiyini müəyyən etmişdir və
tranzaksiyalarla bağlı gücləndirimiş yoxlama həyata
keçirir, məs, mallara ixrac məhdudiyyətlərinin
olmasını, yaxud son istifadəçilərin narahatlığa səbəb
ola biləcəyini müəyyən edir.
PİS təcrübələrə dair nümunələr
- Maliyyə institutu qəbul edir ki, müştərilərin
narahatlığa səbəb olan ölkələrə mal satması ixracın
qanuniliyi baxımından yoxlanılacaqdır və
bununla bağlı müştərilərdən sübut
tələb etmir.
- Sığortaçı AB Qaydaları 961/2010-un onun
müştəriləri ilə əlaqələrinə təsir edib-etmədiyini
müəyyən etməyib.
- Şübhə olduğu təqdirdə, bank müştəridən müvafiq
dövlət orqanlarından əldə edilmiş lazımi sənədlərin
nümayiş etdirilməsini tələb edir.
- Maliyyə institutu bilir ki, onun müştəriləri yüksək
- Dövlət müştərilərindən birinə qarşı
Terrorizmlə Mübarizə Akti 2008-ə müvafiq
olaraq tədbir gördüyü təqdirdə maliyyə institutu
bu vəziyyətə necə reaksiya verməyi
nəzərdən keçirmişdir.
riskli yurisdiksiyalardakı fiziki və hüquqi şəxslərlə
iş birliyi aparır, lakin həmin müştərilərlə müvafiq
qaydaların olması və onlara təsiri ilə bağlı
ünsiyyət aparmır.
62