26
G
əlin, Vətən mövzusunu axıradək davam etdirək: Əsl
V
ətəni sevən şəxs istənilən və ya tələb olunan an bu yolda
canından keçməyə hazır olmalıdır. Qorxmadan, çəkinmədən,
heç bir t
ərəddüd etmədən öz düşüncə və hərəkətlərini, hətta
psixoloji durumunu V
ətənin mənafeyi naminə düzəltməli və
ya c
əmləməlidir. Bu sahədə konkret addımını atmaq üçün o,
özünü ist
ənilən an hazır vəziyyətə gətirməyi bacarmalıdır.
Biz h
ər birimiz bu torpağın övladı kimi bəşəriyyəti
l
ərzəyə salan ölüm adlı qorxunc bir bəlanın üzünə həmişə dik
ba
xmalıyıq. Əlimizə silah alıb Vətən adlı qüdrətli məkanın
müdafi
əsi üçün canımızdan belə keçməyə hazır olmalıyıq.
V
ətən sevgisindən qaynaqlanan bu söhbətimizdə şair
t
əbim gedikcə yüksəlməyə başladı. Mənim bu mövzuya aid
yazdığım bir qəzəlin qəlbləri riqqətə gətirən incə ruhlu sətirləri
yavaş-yavaş yadıma düşdü:
Borcluyuq biz hamımız verməyə bir can Vətənə,
Ed
ərik istəsə hər an onu qurban Vətənə.
G
əzmişik çöllərini, dağ və düzənliklərini,
Bu göz
əllikdə görüb olmuşuq heyran Vətənə.
Yeni saldıqca şəhər, kəndləri etdikcə abad,
Açmışıq düşməni ram etməyə meydan Vətənə.
G
əzir azad, dolaşır dünyanı şan-şöhrətimiz,
Verilib söz dem
əyə bir belə dövran Vətənə.
Biz bu gün şad yaşayır, güclü cəmiyyət qururuq,
Baş əyir “Kaspi” kimi bir böyük uman Vətənə.
Dar gününd
ə hayına çatmağa bizlər dayanıb,
Qoymarıq kimsə yaza məhvinə fərman Vətənə.
27
Könlünü şad elə, Zakir, demə təkdir obamız
Yaraşır ta ki, qədimdən ulu Şabran Vətənə.
V
ətənə aid ediləm məhəbbət hissləri heç vaxt solmayan
çiç
əyə bənzəyir. Yunan şairi Lukuanın (e.ə.120-180) belə bir
deyimi var: “V
ətəndən əziz heç nə yoxdur.” Dahilərin daha bir
m
əşhur kəlamı da var ki, qürbət eldən adama vətən ola bilməz.
M
ən Vətəndən uzaqlarda səfərdə olarkən bu məşhur fikri
d
əfələrlə ciddi sınaqdan çıxardım. Nəticədə baxıb gördüm ki,
bu h
əqiqətən də belədir. Vətəndən kənara çıxan kimi elə bil
qanadı sınmış quşa dönürəm. Uçmaq istəyirəm, lakin uçmağa
gücüm, qüvv
ətim, bir sözlə hünərim çatmır. Son illərdə
yazdığım bir qəzəllə düşüncələrimi bədii şəkildə sizinlə gaha
aydın tərzdə bölüşmək istəyirəm:
Yüz il yaşayıb yığma ögey varı Vətənsiz.
Dad verm
əyəcək bağlarının barı Vətənsiz.
Qürb
ətdə günün xoş, dadasan naz ilə nemət
Günd
ən-günə rəngin olacaq sarı Vətənsiz.
Dünyanı gəzib, ən uca yerlərdə dolaşsan,
Çox tez
əriyər dağlarının qarı Vətənsiz.
Yad eld
ə tapıb cəm eləsən başına dostlar,
Tez -tez itir
ərsən belə dostları Vətənsiz.
Aldanma havaya, suları şərbət olana,
V
əsf eyləmə çöllərdəki gülzarı Vətənsiz.
Kef ç
əkmək üçün özgə vilayətlərə uysan,
Düz olmayacaq vaxtının ilqarı Vətənsiz.
28
Zakir, n
ə qədər olsa da hər yanda gözəllər,
G
əl seçməginən sən özünə yarı Vətənsiz.
Az
ərbaycan dünyanın ən dibər güşələrindən biridir.
Bu m
əkan öz yeraltı və yerüstü təbii sərvətlərinin zənginliyinə
v
ə müxtəlifliyinə görə Qafqazda birinci yeri tutur. Hələ çox
q
ədim dövrlərdən bu ölkə ərazisini özünə daimi məskən
seçmiş çox nadir, endemik flora, və fauna növləri mövcuddur.
Onlar bu
ərazinin təbii qiymətini daha da artıraraq onu sanki
c
ənnətə döndərib. Dünyada fəaliyyət göstərən 11 növ iqlim
qurşağının 9-nun Azərbaycanda mövcud olması bu ölkənin
z
əngin quru, su, dəniz ekosistemlərinin yüksək tərzdə forma-
laşması üçün böyük zəmin yaradıb.
Respublikanın ərazisi 86,6 min kv. km-dir. Bu ərazinin 12
%-
ni meşələr, 1,7 %-ni su hövzələri, 55,1 %-ni kənd təsərrü-
fatına yararlı torpaqlar, o cümlədən 30,2 %-ni otlaq və
biç
ənəklər, 31,2 %-ni isə sair torpaqlar təşkil edir.
Az
ərbaycan cənubdan 765 km İran İslam Respublikası ilə,
15 km Türkiy
ə ilə, şimaldan 390 km Rusiya ilə, qərbdən isə
1007 km Erm
ənistanla həmsərhəddir. Xəritədə bu cazibədar
m
əkan 44 və 52 dərəcələr üzrə şərq uzunluq dairəsində, 38 və
42 d
ərəcələr üsrə şimal en dairəsində yerləşir.
Az
ərbaycanın ən yüksək gölü Sarısu (67,0 kv.km)
gölüdür. X
əzər dənizinin sahəsi 400000 kv.km, dərinliyi 1025
m-dir. X
əzərin Azərbaycan sektorunda ən enli sahənin
uzunluğu isə 456 km-ə bərabərdir.
X
əzər dənizinin sabahı bu günündən daha parlaq
görünür. Qonşu İran İslam Respublikası gələcəkdə Xəzər
d
ənizini Hind okeanı ilə birləşdirən su kanalı çəkməyi
n
əzərdə tutub. Əyər bu plan həyata keçərsə Xəzər dənizi
dünya okeanı ilə qovuşacaq. Bütün bunlar Azərbaycanın
iqtisadi inkişafına da müsbət təsir edəcəkdir.
Az
ərbaycan haqqında söhbətimiz geniş mövzudur. Əyər
29
h
əmin mövzu hərtərəfli yazılsa heç yüz cildlik kitaba da
sığmaz. Lakin bu məkandan söz düşmüşkən onun öz gözəlliyi
il
ə hamını, xüsusilə yerli və xarici tutistləri heyran edən
z
əngin, heç bir yerdə təkrarlanmayan, füsunkar təbiətindən
qısaca da bir neçə söz demək lap yerinə düşər.
Ən yüksək dağ zirvəsi Bazardüzü (4466 m), ən böyük
adası Pirallahı (14,4 kv.km), ən böyük çayı isə Kürdür (cəmi
uzunluğu 1515 km-Azərbaycan ərazisində isə 906 km-dir).
Respublikamız haqqında qısa məlumat:
Respublikamızın yaranma tarixi 28 iyun 1918-ci ildən
hesablanır. 18 oktyabr 1991-ci ildən hər il müstəqillik günü
bayram edilir. 30 yanvar 1992-ci ild
ən Avropa Təhlükəsizlik
v
ə Əməkdaşlıq Təşkilatına qoşulub. 02 mart 1992-ci ildən
BMT-nin, 24 sentyabr 1993-cü ild
ən MDB-nin, 17 yanvar
2001-ci ild
ən Avropa Şurasının üzvüdür.
Ölk
əmizdə yaşayan əhalinin sayı isə 01 yanvar 2015-ci il
tarix
ə 9593.0 min nəfər olub.1 kv.km-ə düşən əhalinin sıxlığı
111 n
əfərdir. Əhalinin ümumi sayından 2152,7 min nəfəri və
ya 22,44 %-ni
əmək qabiliyyətli yaşınadək, 6616 min nəfəri
v
ə ya 68,97 %-ni əmək qabiliyyəti yaşında olan əhali, 823,9
min n
əfər və yaxud 8,59 %-ni isə əmək qabiliyyəti yaşından
yuxarı olan əhali təşkil edir. Respublika üzrə əhalinin illik təbii
artımı 114855 nəfər olmuşdur.
İnzibatı xəritəyə baxış. 01.01.2015-ci il vəziyyətinə
Az
ərbaycan Respublikasının inzibatı ərazi vahidlərinin sayı
bel
ədir: Muxtar respublika-1, iqtisadi rayonlar- 10, rayonların
sayı- 66, şəhərlər- 78, şəhər rayonları-14, qəsəbələr 261, kənd
ərazi dairələri 1727, kənd yaşayış məntəqələri 4249.
İlin iqtisadi mənzərəsinə nəzər. Respublika üzrə 2014-cü
ild
ə 58997,8 milyon manatlıq ümumi daxili məhsul istehsal
edilmişdir. O cümlədən həmin ildə istehsal edilən sənaye
m
əhsulu 32110,3 milyon manat, kənd təsərrüfatı, meşə və
balıqçılıq təsərrüfatı məhsulları 5432,1 milyon manat təşkil
Dostları ilə paylaş: |