Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə175/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   171   172   173   174   175   176   177   178   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

562 


 

Dilşad Mehdiyeva 

Úàâèä ùàããûíäà õàòèðÿëÿðèìäÿí  

áèð éàðïàã 

 

ər insanın ömür tarixçəsi var. Bu tarixin məzmunluluğu, 

zənginliyi, həyat yolunda insanın məhz kimlərlə rast-

laşdığı, kimlərlə ünsiyyət saxladığı, kimlərin təsiri altında olduğu 

ilə müəyyənləşir. Əgər həyatına epizod şəklində, təsadüfən deyil, 

uzun müddətə daxil olan insan bütöv bir xalqın fəxri, böyük və 

mürəkkəb bir dövrün mədəniyyət və ədəbiyyat bayraqdarlarından 

biridirsə, onun təsiri də keçici və ötərgi olmur. Bu mənada mən 

Hüseyn Cavid haqqında bu kiçik qeydlərimi xatirə adlandırmı-

ram. Çünki o, mənim üçün (yəqin ki, onun bir sıra başqa tələbə-

ləri üçün də) zaman keçdikcə bizdən uzaqlaşan, uzaqlaşdıqca da 

tədricən unudulan və dumanlı, pərakəndə xatirəyə çevrilən bir 

şəxs olmayıb. Yox. Mənə səmimiyyətlə inanın: o, həmişə bizimlə 

olub və bizimlədir, nümunəvi ziyalı  hərəkətləri və  ədaları 

gözlərimizin qarşısındadır, sakit, təmkinli, bizim üçün doğmadan-

doğma sözləri qulaqlarımızdadır, sevimli simasını  nəzərlərimiz 

bugünün ədib və alimlərinin arasında axtarır. 

Mən Hüseyn Cavidin xarici görkəmi, xasiyyət və xarakteri

şən və ya qəmli anlarındakı  dəyişiklikləri, ona haqsız hücumlar 

zamanı bizim yaxından-uzaqdan müşahidə etdiyimiz həyəcanları 

haqqında yazmayacağam. Yalnız Hüseyn Cavidin bir müəllim 

kimi gənc nəslə, tələbələrə, xüsusilə  qızlara münasibəti,  ədəbiy-

yatı onlara necə  aşılaması  və bu zaman onun güddüyü məqsəd 

haqqında öz fikirlərimi oxucularla bölüşdürmək istəyirəm. 

1924-cü ildə mən Gəncədən Bakıya gəlib Ali Pedaqoji İnsti-

tuta daxil oldum. Tbilisidən, Qazaxdan, Şəkidən olan rəfiqələ-

rimlə çox tez mehribanlaşdıq və bu səmimiyyət bizim bütün 

ömrümüz boyu davam etdi. Bizi bir-birimizə bağlayan ümumi 




Úàâèäè õàòûðëàðêÿí 

563 


cəhətlərdən biri ədəbiyyata məhəbbət idi. Eşitdik ki, türk ədəbiy-

yatından bizə Cavid əfəndi dərs deyəcək. Hüseyn Cavid haqqında 

eşitmişdik. Belə bir insanın mühazirələrini dinləyəcəyimiz biz 

ədəbiyyat həvəskarlarını hədsiz sevindirdi. 

Çox tez bir müddətdə, heç bir sorğu-sualsız, heç bir imta-

hansız müəllimimiz ədəbiyyat həvəskarlarını tanıdı, bundan sonra 

o, öz mühazirələrini məhz həmin həvəskarların gözlərinə baxa-

baxa, sanki ancaq onlar üçün oxuyurdu. Sonradan bu, çox səmi-

mi, çox yaxın bir ünsiyyətə çevrildi. Biz Hüseyn Cavidin evinə 

gedib-gəlməyə başladıq. O zaman onun ailəsi Kommunist küçə-

sində, indiki Ali Sovet binasının üçüncü mərtəbəsində yaşayırdı. 

Şairin həyat yoldaşı Mişkinaz xanım bizi öz doğma balalarından 

ayırmazdı. 

Dram teatrının lojasında bizim qrupun iki daimi yeri vardı. O 

zaman teatrın repertuarında H.Cavidin pyesləri  əsas yer tuturdu. 

Biz bu tamaşaları buraxmazdıq. Bu əsərlərin hər sətri, hər mono-

loqu bizim, necə deyərlər, iliyimizə-qanımıza işləmişdi. Tamaşa-

lardan sonra biz Cavid əfəndidən uzun müddət ayrılmazdıq. Bir 

dəfə  “Şeyx Sənan”  əsərinə baxandan sonra (Xumar rolunu 

Mərziyə xanım Davudova oynayırdı) Cavid əfəndiyə dedik: 

– Cavid əfəndi, Xumar xarici görkəmcə Mişkinaz xanıma çox 

oxşayır. 

– Təkcə xarici görkəmcə yox, –dedi, –həm də mənəviyyatca! 

Yoxsa mən Xumarı belə məsum, belə sevimli yarada bilməzdim. 

Və o da sizi istəyəndə ağladıb, güldürə bilməzdi. 

H.Cavid öz ailəsinə, öz balalarına çox bağlı adam idi. 

Məhz H.Cavidin “Şeyx Sənan”  əsərinin təsiri altında biz 

gənclər arasında ateizm meylləri qüvvətləndi. Mən hətta kom-

somol komitəsində dini xurafatla mübarizə bölməsinə  rəhbərlik 

etməyə başladım. 

Bir müddətdən sonra Cavidə qarşı hücumlar başlandı. Biz ona 

qarşı hər iradı ürəkağrısı ilə qarşılayırdıq. Bu elə vəziyyət aldı ki, 

Cavidin yaradıcılığını  və  şəxsiyyətini kəskin  şəkildə müdafiə 

etdiyinə,  əks cəbhənin adamlarını alçaqlıqda və vicdansızlıqda 




Úàâèäè õàòûðëàðêÿí 

564 


ittiham etdiyinə görə onlar institut komsomol komitəsində olan 

tərəfdarlarının fitvası  və köməyi ilə  məni komsomoldan xaric 

etdilər. Lakin tez bir zamanda komsomolun mərkəzi komitəsinin 

işə qarışması nəticəsiidə mən komsomola bərpa olundum. 

Məni və Cavid pərəstişkarları olan rəfiqələrimi həddən artıq 

incidən,  əsəbiləşdirən və buna görə  də  çılğın hərəkətlərə sövq 

edən o idi ki, şairə hücumda fəallıq göstərənlərin əksəriyyəti əs-

lində əsl milli mədəniyyətdən, milli ədəbiyyatdan tamamilə uzaq, 

deyərdim ki, əqidəsi də şübhəli adamlar idi. Onlar əslində özlərini 

yenilik tərəfdarları kimi göstərib cılız  şəxsiyyətlərini gözə sox-

maq üçün dəridən çıxırdılar. Öz xalqının tarixinə asanlıqla qələm 

çəkməyə hazır olan belələri ümumiyyətlə, şüar edib başları üstünə 

qaldırdıqları yeniliyin özünün də  nədən ibarət olduğunu bilmir-

dilər.  İnanın ki, o adamlar indi də yada düşəndə insanda nifrət 

hissi boğur. 

Cavidə qarayaxanlar onu qeyri-proletar şairi adlandırırdılar. 

Cavid əfəndi bizi həmişə sakitləşdirər və deyərdi:  

– Ədəbi əsərdə onlara fəhlə lazım deyil, mazutlu fəhlə paltarı 

lazımdır, onları insan xarakteri yox, insan mənəviyyatı yox, quru 

şüarlar maraqlandırır. Mən o fəhlələr arasından elə Şeyx Sənanlar, 

elə Xumarlar tapacağam ki... 

Lakin bunun üçün ona imkan və vaxt vermədilər. 

Burada mənim albomuma Hüseyn Cavidin yazdığı şeirdən bir 

bəndin fotosurətini vermək istəyirəm (o zaman ədəbiyyatsevər 

gənclər arasında belə albomlar dəb idi): 

Almazlar, incilər qarşımda söndü,  

Gözəllər yanımda xəyala döndü,  

Büllur qəhqəhələr susmuş göründü,  

Susmuş kamançalar ilhama gəldi. 

Bəli, Hüseyn Cavid büllur qədəhlər arxasında harınlayıb qəh-

qəhələr çəkən bir sinfi taxtdan salıb, uzun əsrlər susmuş qəm ka-

mançalarında yeni şərqilər çalan bir xalqın ilhamı, ümman şairi 

idi. 

1980 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə