Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə171/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   167   168   169   170   171   172   173   174   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

550 


Cavidin çox sevdiyi, sənətkarlıq qüdrətinə  pərəstiş etdiyi 

yazıçılardan biri F.M.Dostoyevski idi. Çəliyini döşəməyə, bar-

mağını mizə döyəcləyərək onun haqqında hərarətlə, daxili inamla 

elə danışırdı ki, biz böyük rus yazıçısının əsərlərini oxumadığımız 

halda onu müəllimimizin gözü ilə görür, duyğusu ilə duyur və 

sevirdik. 

Sonralar F.M.Dostoyevskinin əsərlərini oxuduqca, onun 

yaradıcılığı ilə bilavasitə tanış olduqca mən inandım ki, Cavidin 

təlqini tamamilə əsaslı imiş. “Zavallı insanlar”, “Cinayət və cəza”, 

“Alçaldılmış  və  təhqir edilmiş insanlar”, “Axmaq” və “Karama-

zov qardaşları”  əsərlərinin müəllifi, inandım ki, mahir psixoloq, 

müdrik insan, böyük insanpərvərdir, insan aşiqidir. 

Bizi valeh edən bir keyfiyyətin, heç gözləmədiyimiz bir 

xasiyyət cizgisinin də şahidi olduq. Böyük faciənəvis dərs prose-

sində, söhbət əsnasında bəzən qəşəng bir yumorist olurdu, duzlu-

məzəli, gülməli ifadələrlə danışırdı. Mən onun nadir hallarda 

acıqlı,  əsəbi, qəzəbli olduğunu xatırlayıram. Amma əsəbi və  qə-

zəbli olanda halı-təbiəti tamam dəyişir, müvazinətini itirir, saxlan-

maz olurdu. Mən Cavidin bir neçə dəfə əsəbiləşib adi, mülayim, 

təmkinli halından çıxdığını görmüşəm. Belə bir təsadüf haqqında 

bir az sonra vacib bir fikir ilə  əlaqədar olaraq demək istəyirəm. 

Ümumiyyətlə isə biz Cavid müəllimi  şən,  şux, həlim təbiətli, 

ciddi mövzuda danışdığı zaman belə yeri gəldikcə  lətifədən, 

zarafatdan, yumordan çəkinməyən xoşxasiyyət bir müəllim kimi 

tanıdıq. Tanıdıqca ona alışdıq, gündən-günə daha çox sevdik. 

O illərdə teatr texnikumu Kommunist küçəsində Elmlər 

Akademiyası ilə üzbəüz binada yerləşirdi. H.Cavidin mənzili də 

bura yaxın bir yerdə, indiki Ali Sovetin Rəyasət heyəti yerləşdiyi 

binanın üçüncü mərtəbəsində

*

 idi. Buna görə biz onu bu ətrafda 



tez-tez görürdük: dərsə  gələndə, evə gedəndə, habelə bir ailə 

başçısı kimi məişət və  təsərrüfat işləri ilə  məşğul olanda. Mən 

Cavid müəllimi dəfələrlə  əlində neft qabı neft almaq üçün 

                                                 

*

 İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun binası. – R.M. 




Úàâèäè õàòûðëàðêÿí 

551 


Ə.Qarayev küçəsi ilə Qasım  İsmayılov küçələrinin tinindəki 

dükana tərəf yollandığını, yaxud onun hamı ilə  bərabər orda 

dayanıb səbir ilə öz növbəsini gözlədiyini görmüşəm. O, heç bir 

vaxt, heç yerdə özünün şöhrətindən istifadə eləməz, camaatdan 

fərqlənməyinə razı olmazdı. O, həyatda, məişətdə, iclasda, məc-

lisdə son dərəcə təvazökar və iddiasız dolanardı. Bir dəfə mən bir 

iş üçün onun tapşırığı ilə evə, onun yanına getdim. İçəri girəndə 

onu dərin xəyala dalmış, yarı uzanmış vəziyyətdə yazan gördüm. 

Otağa nəzər saldım, heyrətləndim. O indiki cavan ziyalıların 

yaşadığından çox-çox sadə və kasıb şəraitdə yaşayırdı. 

Texnikum tələbələrinin yaşayışı, güzəranı, maddi vəziyyəti 

onu maraqlandırır və düşündürürdü. Görünür, zü məhrumiyyət və 

ehtiyac içində oxuduğu və yaşadığı üçün ehtiyacın nə demək 

olduğunu yaxşı bilirdi. Onun böyük tələbkarlığı, təhsil-təlim işinə 

ciddi münasibəti ilə yanaşı biz tez-tez onun qayğıkeşliyinin, meh-

riban rəftarının şahidi olurduq. O, şagirdlərin bir qisminin ancaq 

təqaüdlə dolandıqlarını bilirdi. Belələrinə qiymət yazarkən istər-

istəməz güzəştə gedirdi, təqaüddən kəsilməsinlər deyə üzlərini 

danlasa da qiymətlərini bəzən layiq olduqlarından artıq yazırdı və 

belə uyğunsuzluğa, bu “məcburiyyətə” özü də həm acıyır və həm 

də gülürdü. Amma belə “uyğunsuzluğa” yol verən Cavidlə bu 

rəftara, belə qərara gülən Cavid arasında ziddiyyət görünmürdü. 

Cavidi yaxşı tanıyanlar, yaxından bələd olanlar onun adi 

görkəmi, sadə dolanışığı ilə mürəkkəb və zəngin təbiəti arasındakı 

nadir ahəngi, bu əcaib əksliyin qəribə vəhdətini tezliklə duyurdu. 

İlk baxışda onun varlığında diqqəti cəlb edən, adamı maraqlan-

dıran, düşündürən bir şey tapmaq çətin idi. Ortaboylu, dolubə-

dənli Caviddə adətən bir sakitlik və sükunət duyulurdu. Yeriyən-

də  də sakit-sakit yeriyir, oxumaqdan, yazmaqdan yumrulanmış 

umuzlarını sanki əlindəki çəlik üzərində  gəzdirir, ağır və  ləng 

addımlarla o qədər ehmallı  tərpənirdi ki, uzaqdan baxan onun 

yerişini və duruşunu bir-birindən çətin fərqləndirə bilirdi. O, 

oturanda, var-gəl edəndə belə əl ağacından ayrılmırdı. Onun çox 

vaxt yerə, yaxud uzağa, naməlum bir nöqtəyə dikilmiş  nəzərləri 




Úàâèäè õàòûðëàðêÿí 

552 


ilk anda tamam rahat və sakit görünürdü. Amma diqqət yetirəndə 

gözlük ardından şəvə kimi parlayan zil qara gözlərinin gur işığını, 

adamın qəlbinə  işləyən iti şüasını, almas kəsərini, qaçılmaz 

nüfuzunu dərhal duyurdun. Onun sükunətində, sadə sakit 

görkəmindəki, mis-tunc rəngli simasındakı heykəl vüqarını  və 

səbatını, mənəvi böyüklüyünü və böyük zəkasını da duyurdun. 

Mən hər dəfə onu xatırlayanda onun başqa bir sənətkar haqqında 

yazdığı tanış  kəlmələr fikrimdə canlanır, xəyalımda səslənir: “O 

sadə, pək sadə bir insandır. Fəqət, o sadəlikdə bir böyüklük var ki, 

sənət feyzindən məhrum olanlar onu idrakdan acizdirlər. Onun 

özünəməxsus mümtaz bir zəkası  və  kəskin bir istedadı var. O 

istedad yalnız sənət üfüqlərində parlar...”

*

 

Cavidin böyük istedadı, mümtaz zəkası doğrudan da yalnız 



sənət üfüqlərində parlamışdır. Onun istedadını, bir sıra başqa 

sənətkarlar haqqında danışanda söylədiyimiz kimi, “çoxcəhət-

lidir” sözü ilə  səciyyələndirmək olmaz. O, ancaq şairdir və dra-

maturqdur. Sənətin tarixini, nəzəriyyəsini gözəl bilsə də nəzəriyyə 

ilə  məşğul olmamışdır.  İnqilabdan  əvvəl az miqdarda fəlsəfi-

publisistik məqalələr yazıbsa bu da ani, epizodik xasiyyət daşı-

mışdır. Onun nəsr əsərləri yoxdur. Tərcüməçilik də eləməmişdir. 

Pedaqoji fəaliyyətinə, müəllimliyinə  gəlincə  mən deyərdim ki, 

Cavidin istedadı bu sahədə də o qədər parlamamışdır. Lakin mən 

bu xüsusda nisbətən geniş yazmalıyam. Çünki onu ilk dəfə 

müəllim kimi tanımışam və xatirələrim də daha çox həmin 

şagirdlik illərimə aiddir. 



*   *   *  

Hər müəllimin özünəməxsus dərs üslubu, metodu, öz dəst-

xətti, pedaqoji rəftarı olur. Cavid müəllimin məşğələləri orijinal 

tərzdə keçir, başqa müəllimlərin dərslərindən fərqlənirdi. O, dərs 

deyərkən də  şair və dramaturq olaraq, sənətkar olaraq qalırdı. 

Odur ki, bizim dərslərimiz məşğələdən çox hər dəfə onunla 

maraqlı-məzmunlu görüşə  bənzəyir, sənətkarla sənət maraqlıla-

                                                 

*

 Fikir Abbasmirzə Şərifzadəyə aiddir. – Tərtibçi. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə