Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə168/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   164   165   166   167   168   169   170   171   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

539 


Hərdənbir Cavid əfəndi məni dram teatrına  əsərlərinin 

tamaşasına dəvət edərdi. Belə günlər mənim üçün bayram gün-

lərinə çevrilərdi. Axşamın düşməsini səbirsizliklə gözləyərdim ki, 

gözəl sənət aləminə  qərq olum. Belə gecələrdən birini xatırla-

yıram. Teatra üçümüz getdik: Cavid əfəndi, Mişkinaz xanım və 

mən. Bizə müəllif lojasında yer verdilər. “İblis” əsərinin tamaşası 

gedirdi.  İblis rolunda Azərbaycanın məşhur artisti Abbas Mirzə 

Şərifzadə çıxış edirdi. Məşhur artistlərdən Mərziyə xanım Davu-

dova və Kazım Ziya da tamaşada iştirak edirdilər. “İblis” faciəsi-

nin dərin məzmunu, şeirin gözəl ahəngi böyük artistlərin ifasında 

daha da canlanıb mənə unudulmaz təsir bağışlayırdı. Qırmızı 

mantiyaya bürünmüş halda alovlar içərisindən çıxan  İblis, onun 

fitnəkarlıqları, sarsıdıcı qəhqəhələri ömürlük yadımda qalmışdı. 

Mənim fikrim, diqqətim o dərəcədə səhnəyə cəlb olunmuşdu 

ki, Cavid əfəndinin lojadan nə vaxt çıxdığını  və böyük bir qutu 

pirojna ilə nə vaxt qayıtdığını hiss etmədim. Qutunu bizim qaba-

ğımıza qoyub dedi: 

– Tamaşaya baxdıqca bu qutuya da arabir əl atın. 

Çavid əfəndi olduqça diqqətli, həssas və nəvazişkar bir insan 

idi. Onun bizə göstərdiyi bu diqqət qəlbimdə xoş bir hiss 

oyatmışdı. 

Cavid  əfəndi atam ilə dramaturgiya, poeziya haqqında öz 

planlarından söhbət edərdi. Atam poeziyanı, dramaturgiyanı çox 

sevərdi; onların söhbəti olduqca canlı bir tərzdə gedərdi. Puşkin 

və Lermontovun şeirlərinin çoxunu atam əzbər dedikcə  hər ikisi 

onların dərin mənasını  təhlil edər, gözəlliyinə qiymət verərdi. 

Atam deyərdi ki, Cavid əfəndi rus dilinin incəliklərini çox də-

rindən başa düşür. Atam Cavid əfəndinin şairlik istedadına böyük 

qiymət verməklə  bərabər, qeyd edərdi ki, Cavid əfəndi böyük 

dramaturq, şair olmaqla bərabər, həm də filosofdur. 

Cavid  əfəndi təbiətən olduqca optimist

*

, həyatı sevən, ürək-



dən sevinməyi bacaran bir insan idi. Adətincə maraqlı insanlarla 

münasibət saxlamağı sevərdi. 

                                                 

*

 Nikbin. 




Úàâèäè õàòûðëàðêÿí 

540 


Bizim anadan olan günlərimiz  ənənə üzrə  hər il qeyd olu-

nardı. Belə günlər biz uşaqlar üçün böyük şadlığa çevrilərdi. 

Çünki bütün qohumlarımız yığışıb bizə  gələr, birlikdə  şənlə-

nərdik. Çox vaxt bizə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, 

Hənəfi Terequlov və Hüseynqulu Sarabski də  gələrdi. Hüseyn 

Cavid, Mişkinaz xanım və onların uşaqları – oğlu  Ərtoğrul

**

  və 


qızı Turan da bizim əziz qonaqlarımız olardılar. 

Cavid əfəndi, atam, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev 

bir yerdə  əyləşib onları maraqlandıran mövzulardan: maarif və 

mədəiiyyətin respublikada inkişafından, yaradıcılıq planlarından, 

təzə çıxan kitablardan söhbət edərdilər. Üzeyir Hacıbəyov, Müs-

lüm Maqomayev pianoda operalardan ariyalar çaldıqları və Tere-

qulov ilə Sarabski o ariyaları oxuduqları vaxt Cavid əfəndinin 

üzünə mülayim bir təbəssüm qonardı; onun musiqidən böyük bir 

həzz aldığı görünərdi. Həqiqətən Hənəfi Terequlovun baritonal 

bas səsi və Sarabskinin tenoru misilsiz gözəlliyə malik idi. 

Cavid  əfəndigilə  də tez-tez dostları  yığışar, söhbət edər və 

axşamı xoş keçirərdilər. Belə günlərdən birində (1926-cı il, yaxud 

1927-ci il idi) onların evinə yığışan qonaqların arasında Bülbülü 

də gördüm. O, hələ lap cavan idi. Həyat yoldaşı Zeynəb xanımla 

və onun evində yaşayıb tərbiyə alan İsmayıl Eloğlu ilə birlikdə 

gəlmişdi. Bizim də ailəmizi dəvət etmişdilər və bizim hamımız o 

axşam Cavid əfəndinin evində qonaq idik. Bütün axşam Bülbülün 

gözəl səsi eşidilirdi

*

. Cavid əfəndi kefi çox kök halda Bülbülün 



oxuduğu mahnılara, segaha qulaq asır, olduqca həzz aldığı hiss 

olunurdu. O, İsmayıl Eloğluna müraciət edərək xahiş etdi ki, o da 

oxusun. İsmayıl da bir neçə xalq mahnısını mülayim səslə oxudu. 

Oxuyub qurtardıqdan sonra Cavid əfəndi onu təriflədi və onun 

oxumağından xoşu gəldiyini bildirdi. Onun nə  qədər diqqətli və 

həssas insan olduğunu mən bir daha yəqin etdim. Onun tərifli 

sözləri cavan müğənniyə ürək verib, özünə inamını artırdı. 

                                                 

**

 Əslində Ərtoğrol. – R.M. 



*

 Bülbül 1920-ci illərdə  “Şeyx Sənan” tamaşasında Kor Ərəbin mahnısını ifa 

etmişdi. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

541 


Yazıçı  və  şairlər tez-tez Cavid əfəndigilə  gələrdilər. Seyid 

Hüseyni, Yusif Vəzir Çəmənzəminlini və Mikayıl Müşfiqi mən 

orada çox görmüşəm. Cavid əfəndinin hələ cavan şair olan Müş-

fiqə  səmimi münasibəti aydın hiss olunardı. Onunla uzun-uzadı 

söhbət edər,  şeirlərinə qulaq asardı. Görünür, böyük sənətkar 

Müşfiqin şairlik istedadını görüb ona lazımi məsləhətlər verirdi. 

Cavid  əfəndi öz ailəsində gözəl, diqqətli həyat yoldaşı, 

qayğıkeş ata idi. Uşaqların tərbiyəsilə Mişkinaz xanımla birlikdə 

məşğul olar, onlarda yaxşı keyfiyyətlərin inkişafına çalışardı. 

Ərtoğrulun məktəbdəki müvəffəqiyyətləri xüsusi qeyd olunardı. 

O, sinifdən sinfə keçəndə Cavid əfəndi böyük tort alıb uşaqları 

qonaq çağırardı. Mişkinaz xanım stola özü bişirdiyi  şirniyyatları 

düzərdi. Cavid əfəndi və Mişkinaz xanım uşaqlarla birlikdə stolun 

ətrafında oturar, onlara lazımi diqqət göstərərdilər. 

Dərslərimi gecə evdə tam sakitlik olanda hazırlamağı sevər-

dim. Xüsusən bu sakitlikdə məsələləri yüngüllüklə həll edərdim. 

Dərslərimi hazırladığım otaq Cavid əfəndigilin otağı ilə üzbəüz 

idi. Mən bu gecəçağında Çavid əfəndinin stol arxasında oturub 

yazdığını müşahidə edərdim. Qapılarımız açıq olduğundan otağın 

içərisi görünərdi. Otağın ev avadanlığının olduqca sadə olmasına 

baxmayaraq, o çox səliqə ilə  yığılmışdı. Otaqda bufet, yemək 

stolu, iki uşaq çarpayısı  və kiçicik bir yazı masası yerləşmişdi. 

Uşaq çarpayıları üzbəüz divarlara yaxın qoyulmuşdu və biri yazı 

masasına toxunurdu. Bu balaca yazı masasının üstünə çoxluca 

kitab, jurnal yığılmışdı, boş yer görünmürdü. Otaq zəif bir işıqla 

işıqlanırdı; daha doğrusu, elektrik lampası yandırılmadığından 

evə  işıq verən stolun üzərində kiçicik neft lampası qoyulmuşdu. 

Uşaqların gözünə  işıq düşməsin deyə lampa kitablar ilə  əhatə 

olunmuşdu və balaca bir küncü işıqlandırırdı. Uşaqlar oyanmasın 

deyə Cavid əfəndi həmin zəif işıq ilə kifayətlənirdi. Cavid əfəndi 

yanını stola söykəyib çox vaxt dəftəri dizləri üstünə qoyub 

yazardı. Görünür, çıraqla üzbəüz oturmağa stolun aşağı taxtaları 

mane olurdu. Onun fikri yaratdığı əsərlərə o qədər aludə olardı ki, 

ozünün narahat vəziyyətini hiss etməzdi. Ancaq onu da deyim ki




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə