Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə170/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   166   167   168   169   170   171   172   173   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

546 


məti barəsində  məlumat verdi. Sonra biz Cavid əfəndinin  şeir-

lərindən parçalar oxuduq və  “İblis” faciəsindən bir parça gös-

tərdik. Onu da deyim ki, göstərdiyimiz parçada iştirak edən kişi 

rollarını da qızlar aparırdı. Çox da tələbkar olmayan tamaşaçılar 

bizim oyunumuzu hərarətlə qarşıladılar. Bununla onlar 

“aktyorları” daha yaxşı oynamağa ruhlandırırdılar. Reyhan xanım 

Axundovanın (Topçubaşovanın) rəhbərliyi altında hazırladığımız 

rəqslər hamının xoşuna gəldi. 

Nəriman Nərimanov gecəyə  gəlməmişdi. Lakin onun həyat 

yoldaşı Gülsüm xanım gecədə iştirak edirdi. Biz əmin idik ki, o, 

gedib bizim keçirdiyimiz “Cavid gecəsi” barəsində öz təəssürat-

larını Nəriman Nərimanova danışacaqdı. 

Gecə bitdi. Sürəyya Talıbxanbəyli Cavid əfəndiyə lentlər ilə 

bəzədilmiş  təravətli çiçək təqdim etdi. Bu təqdim musiqi təra-

nələri altında gurultulu alqışlarla qarşılandı. Hüseyn Cavid cavab 

olaraq söylədiyi kiçik nitqdə bütün bu alqışlara və ehtiramlara 

qarşı səmimi təşəkkürünü bildirdi. 

1981-1982 



Úàâèäè õàòûðëàðêÿí 

547 


 

Mehdi Məmmədov 

Áþéöê äèëÿêëÿð, áþéöê  

öìèäëÿð øàèðè 

 

emuar (xatirə) janrında yazıl-



mış bir kitabın üstündə bir 

dəfə gözəl epiqraf oxudum: “Xatirələr 

faydalı olsun deyə  səmimi yazılmalı, 

gerçəkliyə  tən gəlməlidirlər”. Bu kiçik 

cümlədə böyük həqiqət var. Həqiqət də 

var, nəsihət də. Hələ düzünə qalsa, bəzi 

müəlliflərə məzəmmət də var. Axı xatirə 

yazanların bir qismi aşkar xəyala qapılır, 

mübaliğəyə yol verir, istər-istəməz mət-

ləbdən ayrılır, bəzən də özlərini xatirə 

predmetinə çevirirlər. Belə ifrat həvəsdənmi, yoxsa zəiflikdənmi, 

yaxud xətadanmı yaxa qurtarmaq, görünür ki, həmişə asan olmur. 

Çətindir. Xüsusilə görkəmli sənətkarların,  şöhrəti özündən 

sonra yaşayan və qat-qat artan şəxsiyyətlərin haqqında yazmaq, 

özü də olub-keçənləri olduğu kimi yada salmaq, ötən hadisələri 

dürüst bəyan eləmək, böyük bir şəxsiyyətin zəngin surətini düz-

gün  əyan eləmək çətin, həm də  məsuliyyətli işdir. Doğrusu, bu 

işdə  nə  təcrübəm var, nə  də  səriştəm. Belə  təkliflərdən bu vaxta 

qədər saxlanmışam. Amma bu dəfə əksinə –  saxlanmaq fikrindən 

saxlanmıram. Hüseyn Cavnd haqqında yazmaq istəyirəm. 

Yaza biləcəyəmmi? Bilmirəm. Lakin buna ehtiyac duydu-

ğumu yaxşı bilirəm. Bir də,  şagirdlik borcum qətiyyətimi artırır, 

mənəvi övladlıq haqqım məni ürəkləndirir. Yuxarıda xatırladığım 

epiqraf isə məni ehtiyatlı olmağa, dəqiq xatırlamağa çağırır. 

Xatırlamaq istədiyim illərdən az keçməmişdir. Mən yarım əsr 

bundan  əvvəlin  əhvalatından söhbət açmalıyam. Azərbaycan 




Úàâèäè õàòûðëàðêÿí 

548 


Dövlət Teatr texnikumunda oxuduğum illərdən, Hüseyn Cavidin 

bizə ədəbiyyat tarixindən dərs dediyi günlərdən... 

 

*   *   *  

...Hüseyn Cavid! 

Elə adlar vardır ki, onları  eşidəndə  təqdim və  tərif gərək 

olmur. Onlar nə əlavə izahata, nə köməkçi bir əlamətə, nə də fəxri 

ada, nişana, təmtəraqlı ünvana möhtac görünmürlər. Rütbələr, 

vəzifələr, mənsəblər də onları bəlirtmir, bəzəmirlər. Əksinə, bəlkə 

onlar tutduqları yeri, mənsəbi, daşıdıqları rütbəni, vəzifəni bəzə-

yir, ucaldırlar. Belə adların, bu cür adamların şöhrəti təbii, hörmə-

ti qanuni olur. Belə şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz, 

etimad isə misilsizdir. Onlara qarşı xalqın rəğbəti az qala pərəstiş 

rəsminə çevrilir. Onların yazdıqları, dedikləri insanı saflaşdıran, 

ucaldan, nəcibləşdirən təsir və təlqin qüvvəsi kəsb edir. 

20 və 30-cu illərdə Azərbaycan  ədəbiyyatının iki böyük nü-

mayəndəsi belə  təlqin qüvvəsinə malik idi: Cəfər və Cavid! 

Onların nə  fəxri adı, nişanı, nə  mənsəbi, nə  də  vəzifəsi vardı. 

Oilar dramaturq idilər. Pyeslər yazırdılar. 

Cəfərin pyesləri o vaxt repertuarda daha çox yer tuturdu, tez-

tez oynanırdı. Cavidin dramları, faciələri isə 30-cu illərin başlan-

ğıcında səhnədən demək olar ki, çıxmışdı, daha doğrusu, çıxarıl-

mışdı. Nəzəriyyə aləmindəki hərc-mərclik, saxta sosioloji tənqid, 

o vaxt qılıncının dalı da, qabağı da kəsən “proletkultçuluq” və 

proletkultçular Cavidin əsərlərinin səhnədən sıxışdırılıb çıxa-

rılmasında az iş görmürdü. Haqqında danışdığım illərdə oynanılan 

ancaq “Knyaz” faciəsi idi ki, onun da səhnə həyatı uzun sürmədi. 

Bir də  “Şeyx Sənan” gah oynanır, gah saxlanırdı  və  hər dəfə 

müəllifin istəmədiyi bir təshihə, bir islaha məruz qalırdı. 

Lakin bütün bunlara, belə  kəc, cahil rəftara baxmayaraq, 

Cavid də Cavid olaraq qalır, özünün sənətkar vüqarını itirmirdi. 

Müxtəlif nəsildən olan tamaşaçılar, oxucular onun səhnədə get-

məyən əsərlərini belə oxuyur, əzbərdən bilir, sevirdilər. Müəllifin 

özünü də dərin hörmətlə, atəşin məhəbbətlə sevirdilər. Ona qarşı 



Úàâèäè õàòûðëàðêÿí 

549 


irəli sürülən bir sıra tənqidi fikirlər haqlı olduqları üçün haqq 

üzünə  də qarşılanırdı. Haqsız hücumlar isə ancaq qəzəb oyadır, 

ancaq pərəstişkarların sayını  və onların məhəbbətini, sədaqətini 

artırırdı. Belə ki, gəncliyin, ziyalıların, xalqın Cavidə  bəslədiyi 

rəğbət, hörmət, məhəbbət o vaxtlar doğrudan da az qala pərəstiş 

rəsminə çevrilirdi. 



*   *   *  

Mən 1931/32 tədris ilində Hüseyn Cavidi onun şöhrətinin 

belə gur şölə saçdığı günlərdə ilk dəfə  dərs otaqlarında gördüm. 

Gördüm, amma gözlərimə inanmadım. Çünki mənim təsəvvürüm-

dəki Cavidlə,  əsərlərini oxuya-oxuya xəyalımda nəhəng surətini 

yaratdığım o qiyabi şəxsiyyətlə indi burda gördüyüm gerçək 

Cavid arasında kəskin təzad, ziddiyyətli bir təzad var idi. Təsəv-

vürümdəki tamam qeyri-adi, heç kəsə  bənzəməyən ecazkar bir 

sənətkar, bir sehrkar, gerçəklikdə gördüyüm isə heç kəsdən seçil-

məyən adi, lap adi bir şəxs idi. Nə mən, nə də tələbə yoldaşlarım 

onun görkəmində, geyimində, davranışında, rəftarında başqala-

rından, o biri müəllimlərdən fərqli bir əlamət görmədik. 

Onu adiləşdirən, sadələşdirən bir də onun danışıq tərzi, ləfzi, 

ifadəsi idi. Əsərlərindəki yüksək poeziyaya, nadir lirika və incə 

şeiriyyata, axıcı misralara, gözəl və gözlənməz qafiyələrə, mürək-

kəb, bəzən də  qəliz ifadələrə alışanlar elə bil həyatda, məişətdə 

onun mürəkkəb bir dillə, yaxud şeirlə, nəzmlə danışacağını gözlə-

yirdilər. Amma o, ən sadə, ən adi bir tərzdə, hamının danışdığı və 

başa düşdüyü bir dildə, tamam müasir leksikonda danışır,  şirin-

şirin söhbətlər eləyirdi. Mən onun tanınmış ədiblər haqqında şirin, 

maraqlı söhbətlərini yaxşı xatırlayıram. Ədəbiyyatın tarixindən və 

nəzəriyyəsindən sistemli tərzdə  və ardıcıl surətdə danışmasa da, 

ədəbi hadisələr və şəxsiyyətlər haqqında elə hərarətlə, elə ehtiras-

la bəhs edirdi ki, biz onu saatlarla yorulmadan dinləyirdik. To-

xunduğu məsələlərə, səciyyələndirdiyi  şəxsiyyətlərə öz münasi-

bətini heç vaxt gizlətməzdi. Buna görə onun kimi xoşlamadığını, 

kimi sevib əzizlədiyini, yüksək qiymətləndirdiyini biz dərhal və 

aşkar duyurduq. O, sevdiklərini sevdirməyi bacarırdı. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   166   167   168   169   170   171   172   173   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə