Úàâèäè õàòûðëàðêÿí
556
misal göstərirdi. Misal üçün o, “Hind qızı” pyesini ingilis
müstəmləkəçiliyini qəzəblə ifşa eləyən parlaq ideyalı əsər kimi
qiymətləndirir və deyirdi: “Halbuki, orda heç bir şüar-çağırış,
“yavan təbliğat” yoxdur. Rayçaran və sürücü kimi hindli obrazları
siyasi mübarizə ilə məşğul olmur və bu xüsusda danışmırlar.
Amma bunun əvəzində mübarizə arzusu, fikri və əzmi tamaşa-
çıların qəlbində oyanır, mübarizə şüuru tamaşa salonunda fəal-
laşır. Cavid bizim dərslərimizdə Əbdülhəqq Hamidin “Əşbər”
façiəsini də yaxşı bir misal kimi tez-tez xatırladırdı. O belə hesab
edirdi ki, makedoniyalı İsgəndərin cahangir və hərbçi xarakterini,
qanlar-qurbanlar, fəlakətlər bahasına yürütdüyü siyasəti ifşa üçün
bu əsərin finalındakı iki cümlə kifayətdir. İsgəndər yandırıb,
xaraba qoyub işğal etdiyi şəhəri və şəhər qapısından asılan
cənazələri Aristotelə göstərib qürurla soruşur:
İsgəndər – Ərəstu! Nədir bu?
Ərəstu – Zəfər və ya heç!..
Klassik irsə bəsit, cahil, vulqar münasibət bəslənən o illərdə,
“Rapp” və “Azapp” cəngavərlərinin keçmişin böyük sənətkar-
larını irtica və gerilik damğası ilə damğaladığı o illərdə Dosto-
yevskinin yaradıcılığından danışmaq, onun əsərlərində huma-
nizm, yaxud mütərəqqi fikirlər axtarmaq, bəşəriyyətin taleyinə
qayğı göstərmək hər adamın işi deyildi. Cavid belə məqamda
böyük rus yazıçısının bəyüklüyünü həssas qəlblə duyur və onun
haqqında məhəbbətlə danışırdı. Dostoyevskinin əsərlərində irtica,
mistika görənlər onu qəzəbləndirirdi. Cavid 1934-cü ildə yazıçı-
ların birinci qurultayından qayıdandan sonra
*
M.Qorkinin məru-
zəsində Dostoyevskiyə verilən qiymətlə də heç cür razılaşa bilmir,
bunu ədalətsiz rəftar hesab edirdi. Cavidin dediyinə görə, Fyodor
Dostoyevski insana bəslədiyi eşqin, ehtiramın naminə həyatın
*
Həmin qurultay Moskvada keçirilmişdi. Cavid qurultayda iştirak etməmişdi.
– Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
557
dibsiz qaranlıqlarına, insan qəlbinin dərin guşələrinə baş vurur,
cəmiyyəti və zehniyyəti bürüyən zülməti sənətin şüaları ilə kəsir.
Cavidin dediklərini xatırlayanda indi mən daha dərin inamla deyə
bilərəm ki, o böyük rus yazıçısını həqiqətən gözəl duyur, onun
insanpərvər ideyalarını düzgün dərk edir, buna görə də M.Qor-
kinin məruzəsindən sonra Dostoyevskinin rus ədəbiyyatı tari-
xindən silinməsini dözülməz hal hesab edirdi.
ÜİK(b) partiyası Mərkəzi Komitəsinin sovet ədəbiyyatı haq-
qında 1932-ci ilin aprelində qəbul elədiyi məşhur qərarından
(Sovet yazıçılarını vahid sovet ədəbiyyatı platformasında birləş-
dirmək haqqındakı qərardan) sonra mətbuat orqanlarının ayrı-ayrı
sol tənqidçilərin, sabit “Azapp”çıların Hüseyn Cavidə münasibəti
xeyli dəyişmişdi. Cavidi inkar edənlər indi onun təsdiqi ilə
məşğul olur, sənətkarlığını yüksək qiymətləndirirdilər. “Hücum”
jurnalında çıxan bir məqalə çoxumuza həm qəribə, həm təəc-
cüblü, həm də xoş gəldi. Müəllif yazırdı: “H.Cavid olduqca böyük
sənətkar və söz ustadıdır. “İblis” müəllifi şeirin musiqisi və gözəl-
liyi etibarilə Puşkinin əsərlərini xatırladır. İblisin monoloqları öz
şiddətli həyəcanı və qüvvəsi ilə hər bir oxucunu özünə bağlayır”.
Cavid indi Azərbaycan Sovet Yazıçıları İttifaqının fəal üzvü-
lərindən, onun ağsaqqal nümayəndələrindən hesab olunurdu.
Teatr da görünür ki, Cavidlə öz münasibətlərini bərpa eləmək,
yaxşılaşdırmaq fikrinə düşmüşdü. “Şeyx Sənan” pyesini 1932-ci
ilin sonunda yeni quruluşda tamaşaya qoymaq üçün hazırlıq
gedirdi. Tamaşanı hazırlamaq dörd rejissora – R.Təhmasibə,
R.Darablıya, İ.Hidayətzadəyə və Ə.Şərifova tapşırılmışdı (ümumi
bədii rəhbərliyi səhv etmirəmsə teatrın direktoru Əhməd Trinç öz
öhdəsinə götürmüşdü).
Bu hadisə ilə əlaqədar olaraq mən Cavidin ədəbiyyat dərs-
lərində ətrafında tez-tez söhbət açdığı və açmağa çalışdığı bir
nəzəri-estetik problemi və ona dair müəllimimizin dediklərini də
yaxşı xatırlayıram. Bu da ədəbiyyatda, başlıca olaraq drama-
turgiyada janr problemidir. O illər bu dolaşığa düşmüş, dolaş-
dırılmış problemlərdən biri idi. Bir sıra başabəla nəzəriyyəçilərin
Úàâèäè õàòûðëàðêÿí
558
“kəramətindən” belə bir “nəzəriyyə” yaranmışdı ki, müasir teatrda
komediya ola bilməz, güya ona görə ki, “sovet cəmiyyətində nəyə
və kimə güləcəksən?!” Faciə də ola bilməz. Ona görə ki, sovet
tamaşaçılarını bədbinliyə düşürmək və ağlatmaq yaramaz. Görü-
nür, bu “nəzəriyyəyə” istinad və riayət edərək teatrın rəhbərliyi
Caviddən tələb edirdi ki, “Şeyx Sənan” bu dəfə yeni quruluşda
tamaşaçılara göstəriləndə onun qəhrəmanları əsərin sonunda
ölməsinlər, qaçıb qurtarsınlar. Müəllif isə buna razılıq vermirdi.
Neçə gün davam edən mübahisələr Cavidi cana doydurmuşdu. Bir
gün texnikuma dərsə gələndə biz onu haldan-təbiətdən çıxmış,
rəngi ağarmış, son dərəcə əsəbi vəziyyətdə gördük (yuxarıda
dediyim kimi belə hal, görkəm onun üçün heç də xas deyildi). Bir
neçə yerdən cırılmış “Şeyx Sənan” pyesini mizin üstünə tullayıb
əyləşdi, bir əlini çəliyinə, o birini geniş alnına söykəyib uzun
sükuta daldı. Sonra sanki öz-özü ilə danışır kimi dodaqaltı qırıq
cümlələrlə dilə gəldi:
– Başa sala bilmirəm... Qandıra bilmirəm ki, komediya ko-
mediyadır... Faciə də faciə... Başa düşmürlər ki, faciə faciə kimi
də bitməlidir... Getdim, axtardım, tapdım... Axırda Marksdan da
misal göstərdim, amma yenə başa sala bilmədim ki, bilmədim...
“Cahilləşmiş beyinlər!” deyib çıxdım.
O, başını qaldırıb, sinfi gözdən keçirdi. Uzun müddət özünə
gələ bilmədi. Çox susdu. Hiss olunurdu ki, indi ürəyində danışır.
Özü ilə danışır. Onun dərs deyə-deyə sanki özü ilə danışdığını
mən ara-sıra sezirdim. Onun öz dərslərində söylədiklərinin, dediyi
fikirlərin hamısını dərk eləməyə, açığını desəm, biz o vaxt hazır
deyildik. Amma biz onları eşitməli idik. Düşünürəm ki, Cavid ya
bunu vacib hesab edirdi, yaxud özünün dediklərini deməyə və
eşitməyə özü ehtiyac hiss eləyirdi. Həmin gün də biz onun
dediklərinin hamısını axıra qədər başa düşmədik. Marksdan nəyi
axtarıb tapdığını isə əlbəttə heç cür bilmədik. Lakin üstündən illər
keçəndən sonra mən Moskvada teatr institutunda təhsil alarkən
Marksın, Engelsin estetikaya və ədəbiyyat nəzəriyyəsinə dair
yazdıqlarını oxuyanda, onların komediya və faciə janrlarına
verdikləri şərhi, tərifi öyrənəndə Cavidin sözləri yadıma düşdü.
Dostları ilə paylaş: |