Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə169/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   165   166   167   168   169   170   171   172   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

542 


Cavid  əfəndi mənim onu müşahidə etdiyimi, oturub dərs oxu-

mağımı görməzdi. Gündüzlər onların evinə gedəndə o, heç bir 

vaxt soruşmazdı ki, niyə mən dərslərimi gecə hazırlayıram. Mən 

inanıram ki, ilham saatlarında mən onun bir dəfə də olsun nəzə-

rinə çarpmamışam. Arabir Cavid əfəndi yerindən qalxıb dəhlizdə 

qoyulan əlüzyuyana yaxınlaşar, üzünü sərin su ilə yuyar və sonra 

yenə də işinə davam edərdi. Belə vaxtlarda mən hiss edirdim ki, 

o, özünün təzə bir əsərini yaradır. Belə vaxtlarda fikrimdən keçən 

o olurdu ki, görün böyük sənətkarın böyük və dahiyanə  əsərləri 

necə də kiçiçik, hətta üstündə yer olmayan bir masanın ətrafında 

yaranır. 

Mən dərslərimi hazırlayıb qurtarandan sonra yatmağa 

gedərdim. İlhama gəlmiş şair isə gecənin keçməsinə baxmayaraq, 

sənət aləminə qərq olub yazmaqda davam edərdi... 



1980 


Úàâèäè õàòûðëàðêÿí 

543 


 

Kövkəb Səfərəliyeva 

Úàâèä ýåúÿñè 

 

922-ci il. Keçmiş Marinski gim-



naziyasının  əsasında yaradılmış 

3 nömrəli sovet məktəbi. Bu məktəb üç 

növbəliydi. Hər partada üç-dörd şagird 

oturardı. Qışda sinif otaqları soyuq 

olardı. Böyük tənəffüsdə  hərəmizə 100 

qram çörək verilərdi. 

Çar hökuməti dövründə bizi öz 

doğma  ədəbiyyatımızla tanış etməzdi-

lər. Təbiidir ki, Azərbaycanda Sovet ha-

kimiyyəti qurulduqdan sonra bizim 

doğma  ədəbiyyatımıza marağımız qat-qat artdı.  İndi böyük min-

nətdarlıq hissilə xatırladığım  ədəbiyyat müəllimimiz  İbrahim 

Axundzadə bizi dahi Azərbaycan sənətkarlarının  əsərlərilə tanış 

edər, əsərlərini bizə sevdirərdi. Deməliyəm ki, o zamanlar bizim 

məktəbdə oxuyan azərbaycanlı qızlar çox az idi. Cəmi beş nəfər. 

Biz xüsusilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin yaradıcılığı 

ilə çox maraqlanardıq, şeirlərindən parçalar əzbərlərdik. 

Məktəbdə  ədəbiyyat müəllimimizin təşəbbüsü ilə  ədəbiyyat 

dərnəyi yaratdıq, ədəbi gecələr keçirməyə başladıq. Birinci ədəbi 

gecə Mirzə  Ələkbər Sabirin, ikincisi isə Hüseyn Cavidin yara-

dıcılığına həsr olundu. M.Ə.Sabirin xatirə gecəsindən sonra bizə 

dedilər ki, sizi Xalq Komissarlar Şurasına çağırırlar. Məlum oldu 

ki, bizi Xalq Komissarlar Şurasının sədri Nəriman Nərimanov 

yoldaş öz yanına çağırır. Ancaq nə üçün? Bu, heç birimizə aydın 

deyildi. 

Biz, qızlar onun kabinetinə yaxınlaşarkən həyəcanımız daha 

da artdı. Kabinetə girərkən özümüzü o qədər itirdik ki, Nəriman 

Nərimanov yoldaşa ağıllı-başlı salam da vermədik. Lakin o, bizi 




Úàâèäè õàòûðëàðêÿí 

544 


çox səmimi qarşıladı. Hamımızı diqqətlə nəzərdən keçirdi. Sonra 

dedi: 


– Eşitmişəm ki, Sabirə həsr olunmuş xatirə gecəsini siz təşkil 

etmisiniz? Sizə bu ideyanı kim verdi? Bunu sizə kim tapşır-

mışdı?.. 

Biz etiraf etdik ki, heç kim. Bu, bizim öz təşəbbüsümüzlə 

olmuşdu. Böyük Sabirə məhəbbətimizdən irəli gəlmişdi. 

Nəriman Nərimanov bizi diqqətlə dinlədi. Sonra bizə mənalı-

mənalı baxdı və dedi: 

– Qoçaq qızlar, bilirsinizmi siz nə eləmisiniz? Siz çox böyük 

və xeyirxah iş görmüsünüz!.. 

Nəriman Nərimanovun bu sözləri nə  qədər səmimiyyətlə  və 

bir qədər də həyəcanla dediyini indi də xatırlayıram. 

O, bizim təşəbbüsümüzü bəyəndi. Ona yüksək qiymət verdi. 

Sonra məsləhət gördü ki, növbəti  ədəbi gecəmizi görkəmli 

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr edək. 

Nəriman Nərimanovun səmimi sözləri, qayğısı  və  təşəbbü-

sümüzü bəyənməsi bizi daha da ürəkləndirdi. Biz “Hüseyn Cavid 

gecəsi”nə daha inamla və  həvəslə hazırlaşmağa başladıq. Onun 

şeirləri, dram əsərləri ilə daha yaxından tanış olandan sonra biz 

başa düşdük ki, Nəriman Nərimanov nə üçün bizim diqqətimizi 

məhz Hüseyn Cavidə cəlb etmişdi. Yeni sosializm quruculuğunda 

biz onun əsərlərindən çox şey öyrənə bilərdik: insanpərvərlik 

ideyaları, ədalətsiz müharibələrə nifrət, humanizm, qadın hüquq-

suzluğuna qarşı üsyankar çıxış, ümumbəşəri problemlər. Bunlar 

hər bir oxucunu maraqlandıran məsələlər idi. Şairin qadınlara həsr 

etdiyi bir şeir isə məni çox tutmuşdu: 

Qadın! Ey sevgili həmşirə, oyan!  

Ana! Ey nazlı qadın, qalx!  

Uyuyan... Ana övladını bəslər, böyüdür,  

Anasız millət, əvət öksüzdür.  

Sənin aləmdə vəzifən, hissən  

Nə böyük, həm ağırdır, bilsən?! 



Úàâèäè õàòûðëàðêÿí 

545 


Biz Hüseyn Cavidə  həsr edilmiş gecədə  həm onun şeir-

lərindən, həm də dram əsərlərinin birindən parçalar göstərmək 

qərarına gəldik.  Şeirlərindən parçalar söyləmək nisbətən asan, 

dram əsərlərindən bir parça göstərmək isə çox çətin idi. Biz bunu 

rejissorsuz edə bilməzdik. 

Bəxtimiz gətirdi, Çox keçmədi ki, rəfiqəmiz Hənifə xanım o 

zaman məşhur olan rejissor və aktyor Abbas Mirzə  Şərifzadəyə 

ərə getdi. Onu bizim məktəbə  gətirdi. Niyyətimizi A.M.Şərifza-

dəyə bildirdik. Qərara gəldik ki, gecədə  “İblis” mənzum faciə-

sindən bir parça göstərək. Lakin aramızda  İblis rolunu oynayan 

“aktyor” yox idi. Ona görə də həmim faciənin dördüncü pərdəsin-

dən  İblis səhnəyə  çıxana qədərki yeri seçdik. Buna baxmayaraq, 

yenə  həmin parçanı göstərməkdə biz olduqca çətinlik çəkirdik. 

Sevimli rejissorumuz Abbas Mirzə Şərifzadə bu işdə bizə kömək 

etdi. Biz obrazların öhdəsindən imkan daxilində  gəlməyə hazır-

landıq. Onun məşq zamanı “İblis”dən göstərdiyi parçalar bizi lap 

heyran edirdi. Abbas Mirzə  Şərifzadə göstərəcəyimiz parçada 

müəllif fikirinin açılmasında, hərəkətlərimizin və sözlərimizin 

təbii və inandırıcı alınmasında bizə çox kömək elədi. 

Hüseyn Cavid gecəsinin keçirilməsi yaxınlaşdıqca bizim 

həyəcanımız da artırdı. Açıq deyim ki, heç biz Sabir gecəsində 

belə  həyəcan keçirmirdik. Hüseyn Cavidin gecədə  iştirak edəcə-

yini eşidəndə isə həyəcanımız daha da çoxaldı... 

Gecənin proqramı hazırlanmışdı.  İpək lentlər üzərində  zərif 

hərflərlə “Cavid gecəsi” sözləri yazılmışdı. Gecənin iştirakçıları 

lentləri döşlərinə vurmuşdular. 

Cavid gecəsi 1922-ci il martın 27-də keçirildi. Gecə keçirilən 

sinif otağı o qədər də böyük deyildi. Otaq gecədə iştirak edənləri 

tutmadı. Gecəyə  gələnlər ayaq üstündə durmalı oldular. Bir 

çoxları isə səhnəyə yaxın olan pənçərələrdə oturdu.  

Hüseyn Cavid öz həyat yoldaşı Mişkinaz xanımla gecəyə 

gəlmişdi. Onlar ön sırada oturmuşdular. 

Gecə başlandı. Sürəyya Talıbxanbəyli azərbaycanca və rusca 

Hüseyn Cavidin tərcümeyi-halı və Azərbaycan ədəbiyyatına xid-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə