V fəsil. Əmlak kirayəsi müqaviləsi
biq edilir) tələblərindən çıxış edərək AR Mülki Məcəlləsinin müvafiq
norması tətbiq olunmalıdır.
AR Mülki Məcəlləsinin 694-cü maddəsinin tələbləri kirayəçiyə
münasibətdə xüsusilə aktualdır. Belə ki, məhz kirayəçi müqaviləyə
vaxtından əvvəl xitam vermək istəyərsə, AR Mülki Məcəlləsinin
690-cı maddəsində müəyyən olunmuş formada bildiriş verə bilər.
Əgər ləğvetməyə dair bildiriş həmin müddətdə verilməzsə, o zaman
ümumi qaydalar tətbiq edilir və kirayəçi müvafiq xəbərdarlıq
müddətlərini gözləməlidir. Kirayəyə verən isə münasibətlərdə
kirayəçi tərəfindən heç bir pozuntuya yol verilmədiyi təqdirdə onsuz
da vaxtından əvvəl (kirayəçinin xidməti və ya təhsillə bağlı
müddətləri bitməmiş) müqavilənin ləğv olunmasını tələb edə bilməz.
Müqavilənin müddəti bitdikdən sonra isə artıq AR Mülki
Məcəlləsinin 694.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bir ay
sonra müqavilənin ləğvinə dair bildiriş verə bilər. Əgər ləğvetməyə
dair bildiriş həmin müddətdə verilməzsə, o zaman ümumi qaydalar
tətbiq edilir və kirayəyə verən müvafiq xəbərdarlıq müddətlərini
gözləməlidir.
Kirayəyə verən tərəfindən müqavilənin vaxtından əvvəl ləğv
olunması isə yenə də sosial kirayə müqaviləsində olduğu kimi,
kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi
təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə
yetirilmədikdə, habelə
-
kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya)
kommunal xidmətlərə görə haqq ödəmədikdə;
-
kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər
yaşayış sahəsini dağıtdıqda və ya korladıqda;
-
kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən
qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm
olaraq pozulduqda;
-
yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə xüsusi
təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin
147
Rüfət Göyüşov
tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər (bax. AR Mənz.Məc.,
mad. 100.3).
Müqavilənin forma və məzmununa münasibətdə tələblər AR
Mənzil Məcəlləsinin 99-cu maddəsində göstərilmişdir. Belə ki,
xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin
predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin
hüquq və vəzifələri müəyyən edilməklə yazılı formada bağlanılır.
Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin
ailə üzvləri göstərilir.
Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel
tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Xidməti yaşayış sahələrinin kirayə müqaviləsi. Xidməti
yaşayış sahələri vətəndaşlara ayrıca mənzil kimi verilir. Xidməti
yaşayış sahələri verilən vətəndaşların kateqoriyaları dövlət mənzil
fonduna münasibətdə - Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı, bələdiyyə mənzil fonduna münasibətdə -
bələdiyyə tərəfindən müəyyən edilir (bax. AR Mənz.Məc.,
mad.103.2.1, 103.2.2).
Xidməti yaşayış sahələrinin təyinatı AR Mənzil Məcəlləsinin
92-ci maddəsində müəyyən olunur. Belə ki, xidməti yaşayış sahələri
əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və
bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda
qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə,
habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və
qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan
şəxslərə verilir. Odur ki, xidməti yaşayış sahəsinin kirayə
müqaviləsinin müddəti qeyd olunan maddədə göstərilən əmək,
qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin
əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın
xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi
üçün əsasdır.
148
V fəsil. Əmlak kirayəsi müqaviləsi
"Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası"
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 may 2010- cu il
tarixli 86 №-li Qərarı ilə təsdiq olunmuşdur.
Yataqxanalarda yaşayış sahələrinin kirayəsi müqaviləsi.
Yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət
keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur
(bax. AR Mənz.Məc., mad.93.1).
AR Mənzil Məcəlləsinin 104.2-ci maddəsində müəyyən olunmuş
qaydaya əsasən, yataqxanalarda yaşayış sahəsinin kirayə müqaviləsi
əmək münasibətləri, xidmət keçdiyi və ya təhsil aldığı müddətləri
əhatə edir. Əmək münasibətlərinin, təhsilin xitamı, habelə
xidmətkeçmədən azad edilmə yataqxanalarda yaşayış sahəsinin
kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır.
Yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış
sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir.
Manevr fondu yaşayış sahələrinin kirayə müqaviləsi. AR
Mənzil Məcəlləsinin 94-cü maddəsinə əsasən. Manevr fondu yaşayış
sahələri aşağıdakı şəxslərin müvəqqəti yaşaması üçün nəzərdə
tutulur. Bu kateqoriya şəxslərə sosial kirayə müqaviləsi əsasında
yaşadıqları yaşayış sahələrinin yerləşdiyi binanın əsaslı təmiri və (və
ya) yenidən qurulması ilə əlaqədar həmin vətəndaşlar, ipoteka ilə
yüklü edilmiş yaşayış sahələrinə tutmanın yönəldilməsi nəticəsində
yaşayış sahələrini itirmiş vətəndaşlar, fövqəladə hallar nəticəsində
yeganə yaşayış sahələri yaşayış üçün yararsız hala düşmüş
vətəndaşlar və qanunvericiliklə nəzərdə tutulan hallarda digər
vətəndaşlar aiddir.
Manevr fondu yaşayış sahələri adambaşına düşən yaşayış
sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir (bax. AR
Mənz.Məc., mad. 105.1). Manevr fondu yaşayış sahəsinin kirayə
müqaviləsi aşağıdakı müddətləri əhatə edir:
- binanın əsaslı təmiri və yenidən qurulması başa çatanadək olan
müddət;
149
Dostları ilə paylaş: |