Rüfət Göyüşov
nin itirilməsi (sökülməsi), yaşayış sahəsində tənha yaşayan
kirayəçinin vəfatı ilə bağlı xitam verilir.
Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi. Xüsusi
təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin anlayışı AR Mənzil
Məcəlləsinin 99.1-ci maddəsində aşağıdakı kimi verilmişdir; "Xüsusi
təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi
təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından
çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun
səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı
ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın
(kirayəçinin) sahibliyinə və istifadəsinə verir.
Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin AR Mənzil
Məcəlləsinin 91-ci maddəsində göstərilən növlərindən çıxış edərək
xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsini aşağıdakı
kimi təsnifləşdirmək olar.
-- xidməti yaşayış sahələrinin kirayə müqaviləsi;
-
yataqxanalarda yaşayış sahələrinin kirayə müqaviləsi;
-
manevr fondu yaşayış sahələrinin kirayə müqaviləsi;
Əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış
sahələri və məcburi köçkünlərin və qaçqın statusuna malik olan
şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri
verilməsi və onlardan istifadənin qayda və şərtləri müvafiq
qanunvericiliklə müəyyən edilir. Ayrı-ayrı kateqoriyalardan olan
vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri isə kirayə deyil,
əvəzsiz istifadə müqavilələri əsasında verilməsinin qayda və
şərtlərinin xüsusi qanunvericiliklə müəyyən edilməsi nəzərdə tutulur.
Xüsusi təyinatlı yaşayış sahələrinin kirayəsi müqaviləsinin
əlamətləri:
Birincisi, AR Mənzil Məcəlləsinin 91.2-ci maddəsinə görə,
xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil
fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsi
144
V fəsil. Əmlak kirayəsi müqaviləsi
nin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin
sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid
edildikdən sonra yol verilir.
İkincisi, sosial kirayə müqaviləsinin predmetindən fərqli olaraq
xüsusi təyinatlı yaşayış sahələrinin kirayəsi müqaviləsinin predmeti
özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz (bax. AR
Mənz.Məc., mad.91.3). Sosial kirayə müqaviləsinin predmetinin
mülkiyyətçisi dəyişə bilər, o, kirayəçi tərəfindən ikinci əldən kirayəyə
verə bilməz.
Üçüncüsü, xüsusi təyinatlı yaşayış sahələri Mənzil Məcəlləsində
müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış
sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir (bax. AR Mənz.Məc.,
mad.98.2).
Dördüncüsü, sosial kirayə müqaviləsində olduğu kimi, xüsusi
təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin
adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və
ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış
sahələrinin kirayə müqavilələri əsasında verilir. Lakin bura ayrı-ayrı
kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz
istifadə müqavilələri əsasında verilən yaşayış sahələri aid deyildir
(bax. AR Mənz.Məc., mad.98.1).
Beşincisi, sosial kirayə müqaviləsindən fərqli olaraq, xüsusi
təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış
sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz
(bax. AR Mənz.Məc., mad.98.4).
Altıncısı, sosial kirayə müqaviləsindən fərqli olaraq, xüsusi
təyinatlı yaşayış sahələrinə aid olan xidməti yaşayış sahəsinə və ya
yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına
keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə)
orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə
verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına
145
Rüfət Göyüşov
səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya
təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi
verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış
sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara
şamil edilmir (bax. AR Mənz.Məc., mad. 101.2).
Yeddincisi, sosial kirayə müqaviləsindən fərqli olaraq xüsusi
təyinatlı yaşayış sahələrinin kirayəsi müqaviləsi müddətli
xarakterlidir. Belə ki, bu müqavilədə müddət əmək, qulluq və ya
seçkili vəzifədə qalma, təhsil alma müddətləri ilə əhatə olunur.
Səkkizincisi, sosial kirayə müqaviləsində olduğu kimi, xüsusi
təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı
yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edə bilər (bax. AR
Mənz.Məc., mad. 100.2).
AR Mülki Məcəlləsinin 694.1-ci maddəsində müəyyən olunmuş
qaydaya əsasən, yaşayış otağı xidməti münasibətlərin mövcudluğu
nəzərə alınmaqla kirayəyə verildikdə kirayə müqaviləsi üzrə hüquq
münasibətlərinin istənilən iştirakçısı xidməti münasibətlərə xitam
verilənədək və ya xitam verildikdən bir ay sonra müqavilənin ləğvinə
dair bildiriş verə bilər. Bu halda ləğvetmə onun bildirildiyi aydan
sonrakı ayın axırında qüvvəyə minir. Əgər ləğvetməyə dair bildiriş
həmin müddətdə verilməzsə, ümumi qaydalar tətbiq edilir.
Ümumi qaydalar dedikdə, əmlak kirayəsi müqaviləsinin ləğv
edilməsi ilə əlaqədar AR Mülki Məcəlləsinin 691-ci maddəsində
müəyyən olunan ləğv etməyə dair xəbərdarlıq müddətləri nəzərdə
tutulur. Bu məsələ ilə əlaqədar AR Mülki Məcəlləsinin 694.1 və AR
Mənzil Məcəlləsinin 100.2-ci maddələrinin ziddiyyəti aşkardır. Odur
ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının
Konstitusiya
Qanununun
2.5-ci
maddəsinin
(Azərbaycan
Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks
etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə
Azərbaycan Respublikasının Mülki Məcəlləsi tət
146
Dostları ilə paylaş: |