ƏLAVƏLƏR
“Beynəlxalq xüsusi hüquq haqqında”
Azərbaycan Respublikasının Qanunu
I
fəsil. Ümumi müddəalar
Maddə 1. Qanunun tətbiqi dairəsi və tətbiq edilməli hüququn
müəyyən edilməsi
1.1.
Bu qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq
olunmalı hüquq normalarmı müəyyən edir.
1.2.
Xarici elementli mülki-hüquqi münasibətlərə tətbiq olunmalı
hüquq bu qanımla bərabər, həm də digər müvafiq qanunvericilik
aktlan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə
tərəflərin razılığı əsasında müəyyən edilir.
1.3.
Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin
razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə
müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli
gəlməlidir.
1.4.
Xarici ölkələrin hüquq normalanmn tətbiqi onların yalnız
ümum-hüquq xarakteri əsas götürülməklə məhdudlaşdırıla bilməz.
1.5.
Bu qanunun məhkəmə tərəfindən tətbiq olunmalı hüquqim
müəyyən edilməsi barədə müddəalarını belə səlahiyyətləri daşıyan
digər orqanlar da tətbiq etməlidirlər.
Maddə 2. Xarici hüququn məzmununun müəyyən olunması
2.1.
Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq nonna-
lannm məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi
praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri
tədbirləri görməyə borcludur.
2.2.
Bu qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş həı;əkət- lər
nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses
iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsas-
319
ƏLAVƏLƏR
landırınaq üçün istinad etdikləri hüquqi nonnaları təsdiqləyən
sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası
qanunvericiliyini tətbiq edir.
Maddə 3. Geriyə istinad və ya üçüncü dövlətin hüququna istinad
3.1.
Bu qanunun müddəalarına uyğun olaraq xarici hüquqa hər
hansı istinad bu maddədə nəzərdə tutulan hallar istisna edilməklə,
müvafiq xarici ölkənin maddi hüququnun tətbiqini nəzərdə tutur.
3.2.
Bu qanunun 9-cu və 10-cu maddələrində nəzərdə tuRılan
münasibətlər,
habelə
ailə-vərəsəlik
hüquq
münasibətləri
tənzimlənərkən xarici hüququn tətbiqi zamanı
Azərbaycan
Respublikası hüququna geriyə istinad və ya üçüncü ölkənin
hüququna istinad qəbul olunur.
Maddə 4. Xarici hüququn tətbiqinə
məhdudiyyət
Azərbaycan Respublikasının Konstitusiyasına və referendumla
qəbul edilmiş aktlanna zidd olan xarici hüquq normaları Azərbaycan
Respublikasında tətbiq edilmir.
Maddə 5. İmperatİv normaların tətbiqi
5.1.
Bu qanuna görə tətbiq olunmalı hüquqdan asılı olmayaraq
müvafiq münasibətləri tənzimləyən Azərbaycan Respublikası
hüququnun İmperatİv nonnalan tətbiq edilir.
5.2.
Bir Ölkənin hüququ tətbiq edilərkən bu ölkənin hüququna
görə işin halları (mahiyyəti) ilə sıx bağlılığı olan digər ölkənin
İmperatİv nonnalarına, müqavilədə əsas götürülən hüquqa istinad
etmədən onlann tətbiqinin mümkün olduğu dərəcədə üstünlük verilə
bilər. Belə normalara üstünlük verilməsi barədə qərar qəbul edilərkən
onların təyinatı və xarakteri, habelə tətbiqinin nəticələri nəzərə
alınmalıdır.
Maddə 6. Bir neçə hüquq sistemi olan dövlətin hüququnun
tətbiqi
Bir neçə hüquq sisteminin qüvvədə olduğu dövlətin hüququnun
tətbiq ediləcəyi hallarda, bu dövlətin hüququ həmin hüquq
sistemlərindən hansının tətbiq olunacağım müəyyən edir.
Belə tətbiq
qaydası müəyyən olunmadıqda, işin halları ilə daha sıx bağlı olan
hüquq sistemi tətbiq edilməlidir.
320
“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 7. Retorsiyalar (xüsusi məhdudiyyətlər)
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
Azerbaycan Respublikası vətəndaşlanna və hüquqi şəxslərinə
münasibətdə retorsiyalar tətbiq edən dövlətlərin vətəndaşlanna və
hüquqi şəxslərinə cavab tədbiri kimi analoji məhdudiyyətlər müəy^
yən edə bilər.
Maddə 8. Qanunu üstələmənin qeyri-qanuniliyi
Tərəflərin bu qanunun tətbiq olunmalı hüquq haqqında müəyyən
etdiyi qaydaları üstələyərək müvafiq münasibəti digər hüquqa tabe
etməyə yönələn razılaşma və digər hərəkətləri qeyri-qanuni hesab
olunur. Belə hallarda tətbiqi bu qanunla müəyyən olunan müvafiq
ölkənin hüququ tətbiq edilir.
II
fəsil. Şəxslər
Maddə 9. Fiziki şəxsin istinad etdiyi qanun
9.1.
Vətəndaşı olduğu ölkənin hüququ fiziki şəxsin istinad etdiyi
qanun hesab edilir. İki və daha çox vətəndaşlığı olan şəxs üçün isə
həmin vətəndaşın daha sıx əlaqəli olduğu ölkənin hüququ onun
istinad etdiyi qanun sayılır.
9.2.
Vətəndaşlığı olmayan şəxsin daimi yaşadığı ölkənin hüququ
onun istinad etdiyi qanun hesab edilir.
9.3.
Qaçqının sığınacaq aldığı ölkənin hüququ onun istinad etdiyi
qanun hesab edilir.
Maddə 10. Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti
10.1.
Fiziki şəxsin hüquq və fəaliyyət qabiliyyəti onun istinad
etdiyi qanunla müəyyən olunur.
10.2.
Əqdlər və vurulmuş ziyan nəticəsində əmələ gələn
öhdəliklər barəsində fızİki şəxsin fəaliyyət qabiliyyəti əqdin
bağlandığı və ya vurulmuş ziyanla bağlı öhdəliyin yarandığı ölkənin
hüququ ilə müəyyən edilir.
321