ƏLAVƏLƏR
10.3.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab
edilməsi və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması
məhkəmənin mənsub olduğu ölkənin
hüququna əsasən həyata
keçirilir. Maddə 11. Fiziki şəxsin xəbərsiz itkin
düşmüş hesab
olunması və ya onun ölmüş elan edilməsi Fiziki şəxsin xəbərsiz itkin
düşmüş hesab olunması və ya onun ölmüş elan edilməsi
həmin işə
baxan məhkəmənin mənsub olduğu ölkənin hüququna tabedir.
Maddə 12. Hüquqi
şəxsin istinad etdiyi qanun
Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi
qanun hesab olunur.
Maddə 13. Hüquqi
şəxsin hüquq qabiliyyəti
13.1.
Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla
müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və
filialına da şamil edilir.
13.2.
Xarici hüquqi şəxs onun orqanının (filialının) və ya
nümayəndəsinin əqd bağladığı Ölkənin hüququna uyğun olaraq
qadağan edilən həmin əqdi bağladığına görə səlahiyyətinin
məhdudlaşdırıl- masına etiraz edə bilməz.
Maddə 14. Şəxsin adı
14.1.Fiziki şəxsin adı, ondan istifadə və onun müdafiəsi fiziki
şəxsin İstinad etdiyi qanunla müəyyən olunur.
14.2.
Hüquqi şəxsin, onun filial və nümayəndəliyinin adı, ondan
istifadə və onun müdafiəsi hüquqi şəxsin istinad etdiyi qanunla
müəyyən olunur.
Maddə 15.
Milli rejim
Xarici hüquqi şəxslər, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə
bərabər müvafiq olaraq mülki hüquq və fəaliyyət qabiliyyətinə
malikdir. Qarşılıqlı olaraq cavab tədbiri kimİ bu qaydadan istisnalar
müəyyən edilə bilər.
322