ƏLAVƏLƏR
325.3,
Əgər gəminin inşa edilməsi haqqında müqavilədə başqa
hal nəzərdə tutulmayıbsa, inşa edilməkdə olan gəmiyə hüquqlar
gəminin inşa üçün qəbul edildiyi və ya inşa edildiyi dövlətin qanunu
ilə müəyyənləşdirilir.
Maddə 326. Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti
326.1.
Gəmi heyəti üzvlərinin hüquqi vəziyyəti və gəminin
istismarı ilə bagh olan gəmi heyəti üzvlərinin arasında yaranan
münasibətlər gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu ilə
müəyyənləşdirilir.
326.2.
Gəmi sahibinin və xarici vətəndaş olan gəmi heyəti
üzvlərinin münasibətlərini tənzimləyən müqavilədə başqa hal
nəzərdə tutulmadıqda, gəmi sahibi və gəmi heyəti üzvləri arasında
olan münasibətlər gəminin bayrağı altında üzdüyü
dövlətinin qanunu
ilə tənzimlənir. Gəmi sahibi və gəmi heyəti üzvlərinin tətbiq edilən
qanunun əmək müqaviləsini seçmələri gəmi heyəti üzvlərinin əmək
şəraitinin pisləşməsinə səbəb olmamalıdır.
Maddə 327. Batmış əmlaka hüquqlar
327.1.
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsində batmış əmlaka hüquqlar Azərbaycan
Respublikasının qanunu ilə müəyyənləşdirilir.
327.2.
Açıq dənizdə batmış gəmilərə, onların yükünə və digər
əmlakına gəminin bayrağı altında üzdüyü dövlətinin qanunu tətbiq
edilir.
Maddə 328. Ticarət gəmiçiliyi sahəsində bağlanmış
müqavilələrdən yaranan münasibətlər
328.1.
Dənizlə yük daşınması müqaviləsindən, yedəkləmə
müqaviləsindən, dəniz agentliyi müqaviləsindən, dəniz sığorta
müqaviləsindən, dəniz vasitəçiliyi müqaviləsindən, taym-çarter və
ber- bout-çarterdən yaranan münasibətlər müqavilədə tərəflərlə nəzər
330