“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu
Maddə 23. Şəxsi qeyri-əmlak hüquqları
Şəxsi qeyri-əmlak hüquqlarına, onların
müdafiəsinə
hüquqlann həyata keçirildiyi ölkənin hüququ tətbiq edilir.
bu
V
fəsil. Müqavilə öhdəlikləri
Maddə 24. Müqavilə iştirakçılarının razıhğı ilə hüququn
seçUməsi
24.1.
Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin
müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi,
xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının
nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun
köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə
tənzimlənir.
24.2.
Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün,
həm də
onun ayn-ayn hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər.
24.3.
Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o
cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə
bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə İlə əlaqədar tətbiq
olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər.
24.4.
Müqavilə ilə bağlı ölkənin imperativ normalannın tətbiq
edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır.
Maddə 25. Tərəflərin razılığının olmadığı halda müqaviləyə
tətbiq olunan hüququn seçilməsi
25.1.
Müqavilə tərəfləri arasında həmin müqaviləyə tətbiq
edilməli hüquq barədə razılıq olmadığı halda, müqaviləyə aşağıda
göstərilən tərəflərin təsis olunduğu, yaşadığı və ya əsasən fəaliyyət
göstərdiyi ölkənin hüququ tətbiq edilir:
25.1.1.
alqı-sätqı müqaviləsində - satıcının;
25.1.2.
bağışlama
müqaviləsində - hədiyyə edənin;
25.1.3.
əmlak kirayəsi müqaviləsində - kirayə verənin və ya
kirayəçinin;
25.1.4.
əvəzsiz istifadə müqaviləsində - əvəzsiz istifadəyə verən
şəxsin;
325
“Beynəlxalq xüsusi hüquq haqqında" Azərbaycan Respublikasının Qanunu
VI
fəsil. Müqavilədən kənar öhdəliklər
Maddə
26.
Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklərə
tətbiq edilən hüquq
26.1.
Ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər üzrə
tərəflərin hüquq və vəzifələri ziyanı ödəmək haqqında tələbin irəli
sürülməsi üçün əsas olan hərəkətin və ya dİgər vəziyyətin baş verdiyi
ölkənin hüququ ilə müəyyən edilir.
26.2.
Xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliklər
üzrə tərəflərin hüquq və vəzifələri tərəflər eyni dövlətin vətəndaş- lan
və ya hüquqi şəxsləridİrsə, həmin dövlətin hüququ ilə müəyyən
edilir.
Maddə 27. İstehlakçıya dəyən ziyana görə məsuliyyət
27.0.
Malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar
istehlakçıya dəyən ziyanın Ödənilməsi haqqında tələbə istehlakçının
seçimi əsasında:
27.0.
1. istehlakçımn yaşadığı və ya adətən olduğu ölkənin
hüququ;
27.0.
2. İstehsalçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və
ya yaşadığı
ölkənin hüququ;
27.0.
3. istehlakçının malı aldığı və ya ona xidmət göstərildiyi
ölkənin hüququ tətbiq olunur.
Maddə 28. Əsassız varlanma
28.1.
Əsassız varlanma nəticəsində yarammş öhdəliklərə belə
varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq olunur.
28.2.
Özgənin əmlakına edilən qəsd nəticəsində yaranan əsassız
varlanmaya qarşı iddiaya qəsdin baş verdiyi ölkənin hüququ tətbiq
edilir. Əsassız varlanma anlayışı Azərbaycan Respublikasının
hüququ ilə müəyyən edilir.
327