Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə28/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   24   25   26   27   28   29   30   31   ...   60

 
58
- Necə, artilleriya da bu sahəni tərk edir?- deyə Zvonaryov təəccübləndi. 
- Fok əmr verib ki,  bütün topları  yığışdırmalı, mühəndislər isə  səngərdəki sipərləri 
söküb, materiallardan mövqeyimizin başqa sahələrində istifadə etməlidir. 
- Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər  şeydən  əvvəl yeni istehkam 
düzəltsin. 
- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq hücuma keçsinlər. 
- Bu barədə generalı təcili xəbərdar   etmək   lazımdır, - Zvonaryov qərara gəldi və geri - 
Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa  Şıxlinski təklif etdi ki, ora 
şəxsən özü getsin. 
  
Çox narahat olmayın. Mənim briqada komandirim   polkovnik İrman qərara gəlib ki, sağ 
cinahdakı batareyaları Fokun əmrinin  əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən 
şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə dostlarıq, bir-birimizi yek 
kəlmədən başa düşərik. Fok necə  əmr verirsə versin, mənim zabit olduğum podpolkovnik 
Laperovun batareyası Kondratenkonun diviziyasını köməksiz qoyub getməyəcək, - deyə 
Şıxlinski coşmuş halda dilləndi. - Romanovskinin sağdakı batareyasından iyirmi altıncı polkun 
qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan hər şeyi deyərəm. 
Siz isə birbaşa Yençeyevskinin yanına gedin”. 
Əliağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci rus yazıçısı Trofim Borisov 
olmuşdur. Uzaq Şərq həyatından maraqlı elmi və  bədii  əsərlər yazan T.Borisov sonu faciə ilə 
bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə Vladivostokda “Port-arturçular” adlı sanballı 
bir roman nəşr etdirmişdir. Müəllif sıravi  əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus 
ustalıqla ön plana çəkir. Böyük hərarət və məhəbbətlə xalqımızın mərd oğulları Əliağa Şıxlinski 
və  Səmədbəy Mehmandarov haqqında söhbət açır.  İlk gündən  Şıxlinskinin batareyasında 
döyüşən Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xasiyyətini daha dəqiq 
işıqlandırmışdır..  
“Səhər saat onda batareyanın baş zabiti kapitan Əliağa Şıxlinski kazarmaya gəldi. Onun 
iri, uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının 
tükləri qabaqdan azca seyrəlmişdi. Çatma qaşları bir qədər yuxarı dartılmışdı. Qonur gözlərində 
sevinc işığı vardı. Balaca ağ  əllərinin ağ barmaqlarını arxasında tutmuşdu.  Şıxlinski hamı ilə 
görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını oxudu: 
  
- Antonov Valentin Pavloviç. 
  
- Mən, - deyə o, cavab verdi. 
- Sən azsavadlısan. 
Əsgər dolaşıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.. 
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük şəhərdən gəlibsən, amma heç bir təhsilin 
yoxdur. Siz niyə oxumayıbsınız? 
Morozovun sifətinə yüngül qızartı çökdü. 
Şıxlinski sıranın önündən keçib, əlində yeni çağırılmışların siyahısı olsa da, gülümsəyə-
gülümsəyə bir-bir onları familiyasını, adını, atasının adını çəkdi. 
- Ancaq biz gözləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımızı doğruldacaqlar...   
Pribaltika quberniyalarındakı  və  Mərkəzi Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı 
deyil, artilleriyaçı yaxşı biliyə malik olmalıdır. - Kapitan Şıxlinskinin sifətinə bir ciddilik çökdü.  
Gickahı   tarıma çəkildi, ançaq gözlərində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla 
söhbət edə-edə onlara göstəriş verirdi: Başını düz tut, sağ çiynini əymə, - deyə kapitan  
Pudovkin”  müraciət etdi. - Sən məhkəmə palatasında çoxmu işləyibsən?   İki il? Bəs ona kimi 
harada işləyibsən? 
- Prikazçik işləmişəm. Ancaq mənim əsas   işim balıqçılıqdır. 
- Sənin xəttin yaxşıdırmı? 
  
- Mirzəliyi istəmirəm, zati-aliləri... 
- Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı yazmağa    mirzə 
də lazımdır... Abramoviç   Moisey İosifoviç! Sən usta-çilingərsən?.. 


 
59
“Yaddaşa bax, yaddaş belə olar. Siyahını bircə dəfə oxuyan kimi hamının ad-familiyasını, 
atasının adını necə də dəqiq yadında saxladı, - deyə Pudovkin fikrə getdi”. 
Port-Arturdakı oktyabr döyüşlərində podpolkovnik Əliağa  Şıxlinskinin qəhrəmanlığını 
əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin 
salnaməsi” almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yeddinci səhifəsində bu 
barədə oxuyuruq: 
“Müqəddəs Georgi ordenli süvari dumasının təqdimatına  əsasən  əlahəzrət imperator 
3/1X-1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun müdafiəsində  şücaəti ilə 
fərqlənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç nömrəli istehkamı  və bu istehkamın digər 
qurğularını artilleriya ilə bacarıqlı müdafiə etmiş, dördüncü Şərqi Sibir atıcı artilleriya 
briqadasının podpolkovniki Əliağa  Şıxlinskini dördüncü dərəcəli  şəhid və müzəffər Georgi 
ordeni ilə  təltif etmişdir. Podpolkovnik Əliağa  Şıxlinski bu döyüşdə böyük şücaət göstərmiş, 
ixtiyarında olan yarımbatareyanın nişançıları  həlak olduğundan çox vaxt topları  şəxsən özü 
tuşlayaraq düşmən artilleriyasını  dəfələrlə susmağa məcbur etmiş  və adı  çəkilən istehkamlara 
yaxınlaşmağa can atan yapon piyadalarını geri oturtmuşdur...”. 
General-leytenant  Əliağa  Şıxlinskinin birinci dünya müharibəsindəki hərbi fəaliyyəti 
Aleksandr Stepanovun iki hissəli “Zvonaryovlar ailəsi” romanında daha geniş işıqlandırılıb. Hələ 
nə rus, nə  də Azərbaycan  ədəbiyyatında həmyerlimizin obrazı bu əsərdəki qədər dolğun və 
hərtərəfli verilməyib. Bu irihəcmli romanda general Əliağa  Şıxlinski mərd bir sərkərdə kimi 
oxucuya təqdim olunur. O, Port-Arturdakı silahdaşları ilə indi də almanlara qarşı vuruşur. 
“... Bu yaxınlarda general Əliağa  Şıxlinski burada olmuşdu. Siz onu Port-Arturdan 
tanımalısınız. İndi o, böyük knyaz Sergey Mixayloviçin sərəncamındadır. 
- Şıxlinski yaxşı yadımdadır. Orada kapitan idi. Ayaqlarından ağır yaralanmışdı, odur ki, 
yaponlar onu Rusiyaya buraxmışdılar. Generallığında rast gəlməmişəm.    Bu müddətdə dəyişib-
dəyişmədiyini deyə bilmərəm. - Boreyko cavab verdi. 
Koçarovski rişxəndlə: 
  
- Sizcə belə çıxır ki, o da başqa   generallar   kimi   ağıl sarıdan geriləyib? - dedi. 
  
- Zati-aliləri, rəyindən daşındırmağa    curət etmərəm. 
-  Əhsən  Şıxlinskiyə,  əzmkar, başbilən adamdır, həm də böyük diplomat, knyaz kimi 
adamla dil tapa bilib. Hə,  Şıxlinski deyirdi ki, Ali komandanın qərargahı  nəzdində 
komandanlığın gücləndirmə vasitəsi olacaq ağır artilleriya yaratmaq istəyirlər. 
Boreyko: 
- Yəni almanların qırx santimetrlik dəmiryol platformalarında gəzdirilən topları kimi? 
Belələrini Novogeorkiyevsk ətrafında uzaqdan-uzağa görmüşdüm. Özü də  ən yaxşı 
istehkamlarımızı necə alt-üst elədiklərinin şahidi olmuşdum, - dedi. 
- Yox, elə deyil! Qərb cəbhəsində bizim müttəfiqciyəzlər olmazınca güclü toplar tətbiq 
etmişlər, on iki düyünlü qaubitsa da, uzaqvuran toplar da. Bizlərdə də nəhəng toplardan ibarət bir 
sıra divizionlar yaradılır... 
... Əliağa Şıxlinskidən bu barədə eşidən kimi, sizin batareyanız yadıma düşdü... 
... Bir neçə gündən sonra batareya şose yolu ilə irəliləyərkən Koçarovski ilə rastlaşdı. 
Generalı iki zabit də müşayiət edirdi. Boreyko əvvəl onları tanıya bilmədi. 
Kapitan “farağat” əmri verib atını Koçarovskiyə sarı sürdü. General yanındakı atlıya işarə 
etdi və Boreyko Əliağa Şıxlinskini tanıdı. 
- Əliağa! - Sevincindən qışqıran Boreyko tez də   özünu   ələ alıb əlavə etdi. - Zati-aliləri! 
  
- Köhnə dostlar üçün mən həmişəki kimi Əliağayam. Xahiş edirəm, elə belə də deyəsiniz. 
Batareya gecələmək üçün düşərgə salanda, hər iki general yenə  də Boreykoya baş 
çəkdilər. Boreyko Novokeorgiyevsk hadisələrini  ətraflı danışdı.  Şıxlinski qulaq kəsilib 
bloknotunda nə isə yazırdı. 
- Bütün danışdıqlarınız olduqca ibrətamizdir. Komandanlığa da beləcə çatdıracağam, - 
deyə Şıxlinski öz mülahizələrinə yekun vurdu...”. 
  
* * * 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə