12
Nikolaz Barataşvili, Maiko Orbelianiyə yazdığı məktubunda Qönçəbəyimlə tanışlığını
belə təsvir edir: “İndi Naxçıvanda yeni bir şer var. Bu, on səkkiz yaşlı Qönçəbəyimin şerləridir.
Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var.
Təsəvvür edin, gözəllikdə lap Orlovun
arvadına oxşayır. Ərindən çox yanıqlıdır. İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on
iki yaşı olanda zorla ərə veriblər. Onların əhvalatı bir romandır. Şerlərində öz halına ağlayır.
Yazılarından birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə
söhbət edəm. Ancaq qorxuram ərim orada olsun.
Bu şeri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını bilir. Yenə bir
mahnı var. Çox xoşagələndir. Belə düşünürəm ki,
bunu Cəfər də bilir, Səttar da. Onlara rast
gələndə deyərsən ki, bu mahnıları oxusunlar”.
Ey mənim məzar çiçəkli bağçam,
Gülüstan qoynunda fəvvarə vuran.
Sularla həmsöhbət olmaq istərəm,
Qorxuram ki, ərim çıxa o yandan.
Gözəl və fitri istedada malik olan Qönçəbəyim 1837-ci il martın on beşində atası Ehsan
xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur. İki yüzə qədər azərbaycanlı uşağın təhsil
aldığı bu məktəbin hamisi, əvvəlcə general-mayor Ehsan xanın özü, sonralar isə onun iki oğlu-
kapitan İsmayıl xan və general-mayor Kəlbalı xan olmuşlar. Bu
vətənpərvər, ziyalı oğullar ata-
baba mülkünü on iki il müddətinə məktəb üçün pulsuz istifadəyə verməklə yanaşı, hər il
Naxçıvan qəza məktəbinin nəfinə gümüş pulla iki yüz manat ianə də hədiyyə etmişlər.
Təəssüf ki, ailə səadətində Qönçəbəyimin bəxti üzünə gülməmişdir. Onu 1844-cü ildə
sevmədiyi Şamil xana ərə vermişlər. Ömrünü sərxoşluqla keçirən Şamil xana könül verməmiş,
ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa bilmədiyi mayor İbrahim xanın həsrətilə
yaşamışdır.
Bizə sək rəqiblər deyirlər asi
4
,
Mövlayə bağladıq yəni ixlası,
Mən Bəyiməm İbrahimin butası,
Gizlin deyil aşkarə, de gəlsin.
Fərəhləndirici haldır ki, təkcə naxçıvanskilər nəsli Azərbaycan
hərb tarixinə beş general
bəxş etmişdir. Nəvə Kəlbalı xanın oğlu Hüseyn xan Naxçıvanski də general-leytenant olmuşdur.
O, rus ordusunda tam artilleriya generalı rütbəsinəcən yüksəlmişdir.
HÜSEYN XAN NAXÇIVANSKİ
Hüseyn xana qədər bu nəsildə üç general olmuşdur. - Ehsan xan, Kəlbalı xan və İsmayıl
xan. Sonuncu haqqında əlimizdə çox az məlumat var. O, 1819-cu ildə anadan olub, 1908-ci ildə
səksən doqquz yaşında doğma vətəni Naxçıvanda vəfat edib. Kəngərli tayfasındandır.
Onun haqqında daha bir qısa məlumata hərbi Sovet Ensiklopediyasının birinci cildində
rast gəldik. Orada yazılır ki, Bəyazid şəhəri 1877-78-ci illərdə rus qoşunları tərəfindən
mühasirəyə alınanda, iyirmi üç gün ağır döyüşlər getdi. Bu döyüşlərə rəhbərliyi polkovnik
İsmayıl xan Naxçıvanski edirdi. Onun köməkçiləri kapitan Ştokviç və poruçik Tomaşevski idi.
Ordudan general-leytenant rütbəsində tərxis olunan İsmayıl xan Ehsan xan oğlu
Naxçıvanski vətənində quruculuq, abadlıq işləri ilə məşğul olmuşdur. O, Naxçıvan şəhərinə su
4
A
s i - üsyan edən, itaət etməyən
.
13
çəkdirmiş, kəhrizlər qazdırmış və bu gün tarixi abidə kimi qorunan günbəzli hamamı
tikdirmişdir. Oğlu Əman xana məşhur şairə Xurşidbanu Natəvanın qızı Xanbikə xanımı alıb
Qarabağ xanlığı ilə qohum olmuşdur.
Bizdə olan bu qısa məlumatlardan burda ona görə istifadə etdik ki, bəzi tədqiqatçılar
Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu səhv ordan irəli gəlir ki, bir çox mənbələrdə hər
ikisinin adı “Xan Naxçıvanski” yazılır. Zadəgan nəslindən olduqlarına görə sağlıqlarında da
onlara hörmət əlaməti olaraq “xan” deyə müraciət edirmişlər. Hətta Əliağa Şıxlinski
“Xatirələrim”in yüz əlli beşinci səhifəsində Hüseyn xanın birinci dünya müharibəsindəki
fəaliyyətindən danışanda yazır: “General Xan Naxçıvanskinin komandası altında olan bizim
süvarilərimiz alman süvarilərini darmadağın etmişdilər”.
İsmayıl xan Hüseyn xanın doğma əmisidir. Rus ordusunda əvəzedilməz
xidmətləri olan
Hüseyn xana, sonralar Cəmşid xan Naxçıvanskiyə hərb sənəti, yüksək sərkərdəlik bacarığı irsən
keçmişdir.
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi
təsvir edirlər. İlk dəfə mən onun şəklinə 1916-cı ildə çap olunmuş “Niva” jurnalının yeddinci
nömrəsində rast gəldim.
Rus-yapon və birinci dünya müharibəsindəki fəaliyyətini müxtəlif arxiv sənədlərindən
öyrəndim. İlk gəncliyi və təhsil illəri haqqında isə Naxçıvanda yaşayan tarix elmləri namizədi
İbrahim Bağırov məlumat verdi.
İbrahim müəllimin məlumatına görə general Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun
iyirmi səkkizində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj
korpusu
məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı ziyalı yaşayırdı. Onların
arasında xan nəslindən olanlar çoxluq təşkil edirdilər. İmperatorun şəxsi himayəsində olan
korpus məktəbini Hüseyn xan 1881-ci ildə əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda
xidmət edən kornet Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur.
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn xan
Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. Rus-yapon müharibəsi
başlayana qədər o, İranın “Şire-Xorşid” ordeninin ikinci və dördüncü dərəcəsi ilə (bahalı almazla
bəzədilmiş), zabitlərə məxsus “Rumın ulduzu” ilə, Avstriyanın “Dəmir xaç”, ikinci dərəcəli
“Stanislav”, dördüncü dərəcəli “Muqəddəs Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın
“Döyüş xidmətlərinə görə” ordenləri ilə təltif olunur. Nizami orduda sərkərdəlik qabiliyyətinə
görə, Hüseyn xan 1903-cü il aprelin altısında polkovnik rütbəsi alır.
İnqilabdan əvvəlki
qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn xan
haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər-istəməz belə qənaətə gəlirsən ki,
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı zirvəni fəth etmişdisə,
Hüseyn xan Naxçıvanski də süvari birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı.
1904-cü ildə rus-yapon müharibəsi başlananda Naxçıvanski əksəriyyəti qafqazlılardan
təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Polkovnik Hüseyn xanın alayı
1905-ci il yanvarın on dördündə Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə
gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü sürətli hucuma
keçərək onları kənddən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam
Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərinin qızğın
həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı göstərdiyi döyüş
məharətinə görə üstü yazılı qızıl silah, dördüncü dərəcəli “Müqəddəs Georgi”, bantlı “Müqəddəs
Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur.
Birinci dünya müharibəsinə qədər imperatorun xüsusi
qoşununda xidmət edən Hüseyn
xan Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor rütbəsi verilmişdir.
Müasir rus hərbi tədqiqatçısı Fyodor Nesterov “İllərin əlaqəsi” (1984-cü il) tarixi-
publisistik əsərində əlahəzrətin sadiq generalları sırasında artilleriya generalı N.İ.İvanovun,
general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını fəxrlə çəkir. O yazır ki, çar II
Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə