16
komandirlik etdiyi süvari polku könüllü olaraq sovet ordusu tərəfinə keçdikdən
sonra Birinci
fəhlə-kəndli polku adlandırılaraq XI Ordunun tərkibinə daxil edilir. Cəmşid Naxçıvanskinin özü
isə ilk Azərbaycan birləşmiş komanda məktəbinin müavini, az sonra isə rəisi təyin olunur. Ordu
komandiri kimi ilk günlərdən ləyaqətlə xidmət edən C.Naxçıvanskiyə həmişə müsbət
xasiyyətnamələr verilmişdir.
İstedadlı sərkərdənin sovet hökumətinə sədaqət və məhəbbəti, yüksək hərbi biliyi XI
Ordunun komandanı Levandovski, hərbi İnqilab Şurasının üzvü S.Orconikidze, Azərbaycan
hərbi-Dəniz Xalq Komissarı Əliheydər Qarayev tərəfindən yüksək qiymətləndirilmişdir.
1921-ci il martın on dördündə ordu komandanı Levandovskinin Cəmşid Naxçıvanskiyə
verdiyi xasiyyətnamədə oxuyuruq:
“Korpus da daxil olmaqla bütün hissələrə operativ, taktiki cəhətdən komandanlıq etməyə
tam layiqdir... Sakit,
təmkinli, fəal və təşəbbüskardır... Azərbaycan MİK-in və Zaqafqaziya
MİK-nin tərkibinə seçilmişdir. Diviziya komandirliyi vəzifəsinə tam uyğundur”.
İyirmi birinci il dekabrın on doqquzunda milli diviziya yaratmaq işindəki fəallığına görə
Naxçıvanskiyə Azərbaycan hərbi Dəniz Xalq Komissarlığı təşəkkür elan etmiş və mükafat olaraq
ona gümüş dəstəkli qılınc hədiyyə verilmişdi. O, yeni yaradılan Azərbaycan dağ-atıcı
diviziyasına komandir təyin olundu.
General-mayor Akim Abbasov vaxtilə Naxçıvanskinin komandir olduğu diviziyada
xidmət edib.
- Cəmşid Naxçıvanski qətiyyətli komandir idi. Onun gözəl cizgili siması, səliqəylə yana
ayrılıb daranmış qara saçları və qalın qaşları altında açıq, aydın baxışları indi də gözümün
önündədir. O, yaraşıqlı qaməti, hərbçilərə məxsus dəyanəti ilə müasirlərindən seçilirdi. Biz-
Cəmşid Naxçıvanskinin diviziyasında xidmət edənlər, ondan hərbi peşənin sirlərini öyrənmiş
komandirlər onu iftixarla xatırlayırıq. Biz bu gün də keçmiş ənənələrə görə onu “Xan
Naxçıvanski”, döyüş təxəllüsünə görə “Şamo” deyə yad edirik. Xanlar
rayonu ərazisindən iki
kilometr cənub-şərqdə yerləşən dağı biz komandirlər və qızıl əsgərlər, həmçinin yerli sakinlər
komandirimizə ehtiram əlaməti olaraq “Xan Naxçıvanski dağı” adlandırırdıq. Cəmşid komandir
məntəqəsini bu dağda qurmuşdu. Buranın relyefi elədir ki, həmin dağdan ətrafın geniş ərazisi,
Azərbaycan diviziyasının təlim meydançaları aydın görünürdü.
Cəmşid Naxçıvanski hərtərəfli hərbi mütəxəssis idi. O, siyasi cəhətdən hazırlıqlı və
inqilab işinə sədaqətli zabit idi.
Məhz bu yüksək keyfiyyətlərinə görə 1923-cü ildə hərbi İnqilab Şurasının əmri ilə
Cəmşid Qızıl Ordunun ali komanda heyəti kursuna dinləyici qəbul olunur. Bu kursu
müvəffəqiyyətlə bitirən Naxçıvanski 1931-ci ildən M.V.Frunze adına hərbi Akademiyanın
xüsusi qrupunda təhsilini davam etdirir. Buranıda fərqlənmə diplomu ilə başa vuran Cəmşid
Naxçıvanski xalq müdafiə komissarının əmri ilə müəllim saxlanılır.
Həmin dövrdə C.Naxçıvanskiyə verilmiş attestasiya sənədində oxuyuruq:
“C.Naxçıvanskiyə əvvəllər verilən müsbət rəylər öz qüvvəsində saxlanılsın. O, hər
cəhətdən inkişaf etmişdir. Cəmşid Naxçıvanski
hərbi təlimlərdə, operativ taktiki əməliyyatlarda
özünü bacarıqlı sərkərdə kimi göstərmişdir. C.Naxçıvanskidən korpus komandiri kimi də istifadə
etmək olar... O, təmkinli, sakit təbiətlidir, tükənməz enerjiyə malikdir, təşəbbüskardır, gözəl
inzibatçıdır, yaxşı təşkilatçılıq qabiliyyəti vardır...”.
Bu da hərbi Akademiyanın kurs rəisi və komissarı, sonralar Sovet İttifaqı marşalı Boris
Şapoşnikovun həmin attestasiyanın təsdiqi barədə rəyi:
“Cəmşid Naxçıvanskinin attestasiyası ilə razıyam, atıcı diviziyasının komandiri
vəzifəsinə münasibdir”.
Vaxtilə süvari qoşunun qızğın pərəstişkarı olan Cəmşid orduda
bu qoşun növünə vətəndaş
müharibəsinin təəssüratı ilə həddən artıq qızğın münasibət bəsləyənlərin birinci olaraq əleyhinə
çıxanlardan idi. O, Akademiyanın dinləyicilərini köhnəlmiş şablonlardan tezliklə azad olmağa
çağırırdı; sübut edirdi ki, gələcək müharibədə cinahların dövrələnməsi üstünlük təşkil edəcək;
döyüş meydanlarında o kəs qalib gələcək ki, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətini
17
təmin edə biləcək, döyüşün idarə olunmasına yaradıcı şəkildə yanaşmağı öyrənəcək. Toxum
münbit zəminə düşmüşdü. Lakin bu toxumun cücərməsi...”
5
Bəli, nadanlar, şər və iftira düşkünləri bu toxumun cücərməsinə imkan vermədilər. Onun
tərbiyə edib yetişdirdiyi müdavimləri S.Biryuzov, A.A.Qreçko, P.F.Batisti marşal rütbəsinə
çatdılar. Özü isə günahsız məhv edildi. Onun fəaliyyətinə verilən xasiyyətnamələrlə, rəylərlə
tanış olandan sonra Cəmşid Naxçıvanskinin “xalq düşməni” çıxmasına inanmaq çox çətindir. Bu
ağa qara demək kimi bir yalandır. Ona görə də polad kimi əyilməyən Cəmşidi sındırdılar. Lakin
o, istintaqda heç bir yalanı boynuna almayıb. Özünün günahsız dostlarını satmayıb, nə xalqının,
nə də nüfuzlu nəslinin adını ləkələməyib.
İllər keçdi. Başqaları kimi sonralar ona da bəraət verildi. Vaxtilə haqqında
ürək dolusu
danışa bilmədiyimiz bu görkəmli komandir haqqında gənc nəslə məlumat vermək üçün imkan
yarandı. İndi onun adına Bakıda ixtisaslaşdırılmış internat məktəb və küçə var. Boya-başa çatdığı
Naxçıvanda isə ev muzeyi açılmışdır.
Bakı Dövlət Universitetinin müəllimi, hüquq elmləri doktoru, professor Əyyub Əsgərov
vaxtilə yetmiş yeddinci Azərbaycan atıcı diviziyasının sıralarında zabit kimi xidmət edib.
O, istedadlı sərkərdə Cəmşid Naxçıvanskinin son günlərinin şahidi olub:
1937-ci ilin payızında Leninqradda keçirdiyim məzuniyyətdən geri qayıdırdım.
Moskvada hərbi kursda oxuyan yoldaşlarımla görüşmək uçün Frunze adına akademiyaya getdim.
Yaxın dostum və akademiyanın müdavimi Hacıbaba Zeynalovun qonağı oldum. Həmyerlilərimiz
Cəlil Əliyev, Əhmədəli Əliyev, Bəhram Şıxıyev, Fərhad Şahbazov və başqaları ilə də burada
görüşdüm.
Bir gün Hacıbaba Zeynalovun otağında şama toplaşmışdıq. Bu vaxt C.Naxçıvanski otağa
girdi. Biz hamımız ayağa qalxıb ehtiramla, rəsmi təzim edərək onu salamladıq.
Görkəmli
sərkərdə hər birimizlə ayrı-ayrılıqda görüşdü. Üz-gözündə xoş təbəssum cilvələnirdi... O, 77-
ci Azərbaycan atıcı diviziyasında xidmət etdiyimi bildikdə mənimlə söhbətə başladı. Azərbaycan
xalqının həyatı ilə yaxından maraqlandı, diviziyanın siyasi döyüş hazırlığı sahəsində əldə etdiyi
uğurlar barədə yeni məlumatları çox diqqətlə dinlədi və ürəkdən sevindi. O, Vətənin müdafiə
qüdrətini daim möhkəmləndirməyin, dövrün tələblərinə uyğun olaraq, yüksək bilikli kadrların
hazırlanmasının, xüsusilə yeni texnikaya yiyələnməyin vacib olduğunu bildirdi. Sonra: Oğul,
bizim xalqımıza yaxşı hazırlıqlı kadrlar lazımdır, - dedi. Gedərkən hamıya müraciət edərək: -
Bu ali hərbi məktəb-akademiya əsl siz gənclərin yeridir, sizin üçündür, əfsus ki, bizim
nümayəndələrimiz burada çox azdır. Üzünü mənə döndərib: - Çalışın,
qoçaq olun, mən elə sizi
də burada görmək istərdim, - deyib xoş arzularla bizdən ayrıldı.
GENERAL FƏRƏC BƏY AĞAYEV
1958-ci ildə Şamaxıdakı dördsinifli ali ibtidai məktəbdə yüz qırx dörd nəfər buraxılış
imtahanı verirdi. Onlardan otuz iki nəfəri azərbaycanlı idi. Burada zadəgan, ruhani, rəiyyət
silkinə məxsus uşaqlar təhsil alırdılar. İmtahan verənlər arasında uzun illər çar ordusunda xidmət
edən praporşik Səlim bəyin oğlu Həsən bəy Məlikov da vardı. Buraxılış imtahanlarını qeyri-adi
bir müvəffəqiyyətlə verən Həsən bəy fitri istedadı ilə hamını heyran qoydu. İmtahanda
iştirak
edən Qafqaz təhsil dairəsinin müdiri baron Aleksandr Pavloviç Nikolai, Həsən bəy Məlikovun
padşahlıq hesabına birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına məmnuniyyətlə razılıq
verdi.
Lakin məktəbin direktoru üzrxahlıq edib:
- Aleksandr Pavloviç, - dedi, - cəsarət edib haqqında hüzurunuza tərif dolu tələbnamələr
yazdığım şagird Həsən bəy Məlikov, bax budur. Özünüz onun biliyinin şahidi oldunuz.
5
Akselrod. Göstərilən oçerk
.