Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   2   3   4   5   6   7   8   9   ...   60

 
12
Nikolaz Barataşvili, Maiko Orbelianiyə yazdığı  məktubunda Qönçəbəyimlə tanışlığını 
belə təsvir edir: “İndi Naxçıvanda yeni bir şer var. Bu, on səkkiz yaşlı Qönçəbəyimin şerləridir. 
Xan qızıdır. Olduqca gözəl və vüqarlı görkəmi var. Təsəvvür edin, gözəllikdə lap Orlovun 
arvadına oxşayır. Ərindən çox yanıqlıdır. İndi ərindən ayrılıb, çalışır ki, boşansın. Yazıq qızın on 
iki yaşı olanda zorla ərə veriblər. Onların  əhvalatı bir romandır.  Şerlərində öz halına ağlayır. 
Yazılarından birində deyir ki, mənim gözəl bağçam, istəyirəm gəlib sənin fəvvarən və güllərinlə 
söhbət edəm. Ancaq qorxuram ərim orada olsun. 
Bu şeri tərcümə edib göndərəcəm. Mənə belə gəlir ki, Səttar bu mahnını bilir. Yenə bir 
mahnı var. Çox xoşagələndir. Belə düşünürəm ki, bunu Cəfər də bilir, Səttar da. Onlara rast 
gələndə deyərsən ki, bu mahnıları oxusunlar”. 
 
Ey mənim məzar çiçəkli bağçam, 
Gülüstan qoynunda fəvvarə vuran. 
Sularla həmsöhbət olmaq istərəm, 
Qorxuram ki, ərim çıxa o yandan. 
 
Gözəl və fitri istedada malik olan Qönçəbəyim 1837-ci il martın on beşində atası Ehsan 
xanın Naxçıvanda açdığı qəza məktəbində oxumuşdur. İki yüzə qədər azərbaycanlı uşağın təhsil 
aldığı bu məktəbin hamisi, əvvəlcə general-mayor Ehsan xanın özü, sonralar isə onun iki oğlu-
kapitan İsmayıl xan və general-mayor Kəlbalı xan olmuşlar. Bu vətənpərvər, ziyalı oğullar ata-
baba mülkünü on iki il müddətinə  məktəb üçün pulsuz istifadəyə verməklə yanaşı, hər il 
Naxçıvan qəza məktəbinin nəfinə gümüş pulla iki yüz manat ianə də hədiyyə etmişlər. 
Təəssüf ki, ailə  səadətində Qönçəbəyimin bəxti üzünə gülməmişdir. Onu 1844-cü ildə 
sevmədiyi Şamil xana ərə vermişlər. Ömrünü sərxoşluqla keçirən Şamil xana könül verməmiş, 
ondan boşanmışdır. Könül verib sevdiyi, lakin qovuşa bilmədiyi mayor İbrahim xanın həsrətilə 
yaşamışdır. 
 
Bizə sək rəqiblər deyirlər asi
4

Mövlayə bağladıq yəni ixlası, 
Mən Bəyiməm İbrahimin butası, 
Gizlin deyil aşkarə, de gəlsin. 
 
  
 
Fərəhləndirici haldır ki, təkcə naxçıvanskilər nəsli Azərbaycan hərb tarixinə beş general 
bəxş etmişdir. Nəvə Kəlbalı xanın oğlu Hüseyn xan Naxçıvanski də general-leytenant olmuşdur. 
O, rus ordusunda tam artilleriya generalı rütbəsinəcən yüksəlmişdir. 
 
 
HÜSEYN XAN NAXÇIVANSKİ 
 
Hüseyn xana qədər bu nəsildə üç general olmuşdur. - Ehsan xan, Kəlbalı xan və İsmayıl 
xan. Sonuncu haqqında əlimizdə çox az məlumat var. O, 1819-cu ildə anadan olub, 1908-ci ildə 
səksən doqquz yaşında doğma vətəni Naxçıvanda vəfat edib. Kəngərli tayfasındandır. 
Onun haqqında daha bir qısa məlumata hərbi Sovet Ensiklopediyasının birinci cildində 
rast gəldik. Orada yazılır ki, Bəyazid  şəhəri 1877-78-ci illərdə rus qoşunları  tərəfindən 
mühasirəyə alınanda, iyirmi üç gün ağır döyüşlər getdi. Bu döyüşlərə  rəhbərliyi polkovnik 
İsmayıl xan Naxçıvanski edirdi. Onun köməkçiləri kapitan Ştokviç və poruçik Tomaşevski idi.  
Ordudan general-leytenant rütbəsində  tərxis olunan İsmayıl xan Ehsan xan oğlu 
Naxçıvanski vətənində quruculuq, abadlıq işləri ilə məşğul olmuşdur. O, Naxçıvan şəhərinə su 
                                                 
4
 
A s i - üsyan edən, itaət etməyən
.
 


 
13
çəkdirmiş, kəhrizlər qazdırmış  və bu gün tarixi abidə kimi qorunan günbəzli hamamı 
tikdirmişdir. Oğlu  Əman xana məşhur  şairə Xurşidbanu Natəvanın qızı Xanbikə xanımı alıb 
Qarabağ xanlığı ilə qohum olmuşdur. 
Bizdə olan bu qısa məlumatlardan burda ona görə istifadə etdik ki, bəzi tədqiqatçılar 
Hüseyn xanla İsmayıl xanı qarışıq salırlar. Bu səhv ordan irəli gəlir ki, bir çox mənbələrdə hər 
ikisinin adı “Xan Naxçıvanski” yazılır. Zadəgan nəslindən olduqlarına görə sağlıqlarında da 
onlara hörmət  əlaməti olaraq “xan” deyə müraciət edirmişlər. Hətta  Əliağa  Şıxlinski 
“Xatirələrim”in yüz əlli beşinci səhifəsində Hüseyn xanın birinci dünya müharibəsindəki 
fəaliyyətindən danışanda yazır: “General Xan Naxçıvanskinin komandası altında olan bizim 
süvarilərimiz alman süvarilərini darmadağın etmişdilər”. 
İsmayıl xan Hüseyn xanın doğma əmisidir. Rus ordusunda əvəzedilməz xidmətləri olan 
Hüseyn xana, sonralar Cəmşid xan Naxçıvanskiyə hərb sənəti, yüksək sərkərdəlik bacarığı irsən 
keçmişdir. 
Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanskini müasirləri sərt, nüfuzlu bir general kimi 
təsvir edirlər.  İlk dəfə  mən onun şəklinə 1916-cı ildə çap olunmuş “Niva” jurnalının yeddinci 
nömrəsində rast gəldim. 
Rus-yapon və birinci dünya müharibəsindəki fəaliyyətini müxtəlif arxiv sənədlərindən 
öyrəndim.  İlk gəncliyi və  təhsil illəri haqqında isə Naxçıvanda yaşayan tarix elmləri namizədi 
İbrahim Bağırov məlumat verdi. 
İbrahim müəllimin məlumatına görə general Hüseyn xan Naxçıvanski 1863-cü il iyunun 
iyirmi səkkizində anadan olub. Atası on beş yaşlı Hüseyn xanı Peterburqdakı Paj korpusu 
məktəbinə oxumağa göndərir. O vaxtlar Peterburqda çoxlu naxçıvanlı ziyalı yaşayırdı. Onların 
arasında xan nəslindən olanlar çoxluq təşkil edirdilər.  İmperatorun  şəxsi himayəsində olan 
korpus məktəbini Hüseyn xan 1881-ci ildə əla qiymətlərlə bitirir. Çarın xüsusi süvari qoşununda 
xidmət edən kornet Naxçıvanski beş il keçməmiş podporuçik rütbəsi ilə təltif olunur. 
Sonralar Qafqazda və Rusiyanın müxtəlif şəhərlərində hərbi xidmətdə olan Hüseyn xan 
Naxçıvanski nümunəvi zabit kimi ali orden və medallara layiq görülür. Rus-yapon müharibəsi 
başlayana qədər o, İranın “Şire-Xorşid” ordeninin ikinci və dördüncü dərəcəsi ilə (bahalı almazla 
bəzədilmiş), zabitlərə  məxsus “Rumın ulduzu” ilə, Avstriyanın “Dəmir xaç”, ikinci dərəcəli 
“Stanislav”, dördüncü dərəcəli “Muqəddəs Aleksandr”, “Müqəddəs Anna”, Bolqarıstanın 
“Döyüş xidmətlərinə görə” ordenləri ilə  təltif olunur. Nizami orduda sərkərdəlik qabiliyyətinə 
görə, Hüseyn xan 1903-cü il aprelin altısında polkovnik rütbəsi alır. 
İnqilabdan  əvvəlki qəzetlər, müxtəlif arxiv sənədləri öz səhifələrində Hüseyn xan 
haqqında az da olsa məlumat verib. Onlarla tanış olanda istər-istəməz belə qənaətə gəlirsən ki, 
Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov artilleriya sahəsində hansı zirvəni fəth etmişdisə, 
Hüseyn xan Naxçıvanski də süvari birləşmələrinə komandanlıqda həmin zirvədə dayanırdı. 
1904-cü ildə rus-yapon müharibəsi başlananda Naxçıvanski  əksəriyyəti qafqazlılardan 
təşkil olunmuş ikinci Dağıstan süvari alayına komandanlıq edirdi. Polkovnik Hüseyn xanın alayı 
1905-ci il yanvarın on dördündə Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə 
gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü sürətli hucuma 
keçərək onları  kənddən vurub çıxartmışlar. Bu güclü döyüş  səhnəsi məşhur rəssam 
Mazurovskinin yağlı boya ilə işlədiyi rəsmdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərinin qızğın 
həmləsi və polkovnik Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir. 
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı göstərdiyi döyüş 
məharətinə görə üstü yazılı qızıl silah, dördüncü dərəcəli “Müqəddəs Georgi”, bantlı “Müqəddəs 
Vladimir” və “İgidliyə görə” ordenləri ilə təltif olunmuşdur. 
Birinci dünya müharibəsinə  qədər imperatorun xüsusi qoşununda xidmət edən Hüseyn 
xan Naxçıvanskiyə 1907-ci il martın otuz birində general-mayor rütbəsi verilmişdir. 
Müasir rus hərbi tədqiqatçısı Fyodor Nesterov “İllərin  əlaqəsi” (1984-cü il) tarixi-
publisistik  əsərində  əlahəzrətin sadiq generalları  sırasında artilleriya generalı N.İ.İvanovun, 
general qraf Kellerin və general Xan Naxçıvanskinin adlarını  fəxrlə  çəkir. O yazır ki, çar II 
Nikolay manifestə qol çəkib hakimiyyətdən imtina edəndə belə, bu əsilzadə generallar əlahəzrətə 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə