Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə2/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   2   3   4   5   6   7   8   9   ...   60

 
5
şöhrət qazanmışdılar. Onlar döyüşə girərək ölümə nifrət əlaməti olaraq atlarının boynuna qırmızı 
kaporlar taxardılar ki, düşmən tərəfindən tez gözə çarpsınlar” 
Başqa bir mənbə isə Kəngərlilərin Ərəbistandan gəlməsini inkar edir. Rus tarixçisi Viktor 
Qriqoryev Sankt-Peterburqda çap etdirdiyi “Naxçıvan əyalətinin statistik təsviri” kitabında yazır 
ki, Kəngərli tayfaları Türkiyə ərazisindəki Diyarbəkirdən Naxçıvana gəliblər. Onlar doqquz yüz 
iyirmi ev olublar. Kəngərlilər döyüşkən, işgüzar, uzun müddət aclığa dözən adamlardılar, 
hərbçidirlər. Qonaqpərvər, dostluqda möhkəm, lakin çox məğrur və qürurludurlar. 
Hələ 1806-10-cu illərdə Zaqafqaziya Rusiya ilə birləşəndə Qarabağ hakimi İbrahimxəlil 
xana general-leytenant, oğlu Məmmədhəsən ağaya, Mehdiqulu xana və  Cəfərqulu ağaya isə 
general-mayor rütbəsi verilmişdir. Şəki hakimi Cəfərqulu xan Şəkinski də general-leytenant idi. 
Bunlar xanlıqlara başçılıq edən  əsil-nəcabətli  şəxsiyyətlər idi.. Çar üsul-idarəsi yerli hakimlərə 
ona görə ali rütbə vermişdi ki, məhz onların vasitəsilə yerli əhalini özlərinə tabe etsinlər. 
Gənc oxucu, əgər sən akademik M.V.Neçkinanın “Qriboyedov və dekabristlər” kitabını 
mütaliə etsən, onun iki yüz qırx dördüncü səhifəsinə diqqət yetir. Orada oxuyacaqsan ki, 
qarabağlı Rüstəm bəy Fransa imperatoru Napoleon Bonapartın  şəxsi yavərlərindən biri olub. 
Napoleonla birgə  İspaniya, Misir yürüşlərində  iştirak edib. Qeyri-adi igidliyinə görə Vaqram 
döyüşlərində şəxsən imperatorun özü onu Fransanın ali hərbi Legion ordeni ilə təltif edib. 
Napoleon Bonapart Moskvaya hücum edəndə qarabağlı Rüstəm bəy  əsir alınıb. Az sonra 
Qarabağa qayıdıb. Sonralar onu general Aleksey Yermolov Qafqaz canşinliyində öz yanına işə 
dəvət edib. Ömrünün axırına kimi general Yermolovun yanında işləyib. 
Bizə belə  gəlir ki, Rüstəm bəyin  ən aşağı rütbəsi polkovnik olub. Fransa imperatoru 
Napoleonun  şəxsi yavəri kimi məsul vəzifə daşıyan, general Aleksey Yermolov kimi iliyinə 
qədər hərbçi olan adamın dəvəti ilə canişinliyə hərbi işə cəlb edilən Rüstəm bəyin aşağı rütbəsi 
ola bilməzdi. 
Bu, Azərbaycan hərb tarixində açılmamış maraqlı  səhifələrdən biridir. Görəsən, igid 
azərbaycanlı  bəyi yüz yetmiş il bundan əvvəl Avropaya hansı yollarla gedib çıxıb? Bu igid 
eloğlumuzun müəmmalı, indiydək naməlum hərbi həyatı  nə vaxt öyrəniləcək? Axı, Napoleon 
kimi sərkərdə hər yoldan ötənə belə bir fəxri ordeni verməzdi. 
Vaxtilə onlar necə yaşamışlarsa, bu gün bizim borcumuz onları elə  də xatırlamaqdır. 
Həyatın qəribə çalın-çarpaz cığırları var. Bu cığırlar yola qovuşana qədər min bir çətinliklərdən 
keçir. Hər oğul bu çətin cığırlardan keçib hamar yola çıxa bilmir. Biz bu yola çıxıb xalqımızın 
inkişafı  uğrunda sidq-ürəklə çalışanları, torpağımızın hər qarışı  uğrunda can qoyanları 
alqışlayırıq. 
Bir sərkərdə  oğlumuzun açılmamış  həyat səhifəsinə  mən qədim Gəncədəki  İmamzadə 
məscidinin həyətində rast gəldim. Məzarın mərmər başdaşında solmaqda olan yazını oxuyanda 
unudulmuş igidin xatirəsi qəlbimi göynətdi. Orda yazılmışdı: “İkinci Qafqaz istehkamçı, 
batalyonunun komandiri polkovnik İlyas bəy Ağalarov. Təvəllüdü: yeddi iyun 1860-cı il. On 
səkkiz mart 1913-cu ildə həlak olub”.  İllərin tufanı mərmər qəbir daşından onun sonuncu izini 
də silib aparır. 
“Hər bir insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər bir başdaşı 
altında bütöv bir dunya tarixi yatır”. 
Qax rayonundakı  mərkəzi qəbiristanlıqda general Həsən xanın başdaşındakı yazıları 
oxuyarkən Henrix Heynenin bu müdrik sözlərini xatırladım. 
General-mayor Həsən xan burda dəfn olunub. Kimdi Həsən xan, daha hansı döyüşlərdə 
iştirak edib, hansı xidmətlərinə görə general-mayor rütbəsinə layiq görülüb? Qəbir daşındakı 
qısaca yazıdan başqa yerli əhali də heç nə bilmir. Təəssüf ki, biz “başdaşı altındakı bütöv bir 
dünya tarixindən” bu günə kimi xəbərsizik. 
Bakıda  İçərişəhərdəki Mirzə  Şəfi küçəsində bir ağbirçək ana yaşayır. Gövhər xanım 
Usubova ömrünün səksən ilini çoxdan arxada qoyub. Onunla tez-tez görüşurəm. Hər dəfə  də 
inqilabdan əvvəl yaşayıb-yaratmış, xalqımıza misilsiz xidmət göstərən ziyalı babaları haqqında 
iftixarla söhbət açır: 


 
6
- Mənim  əmilərim, dayım, babalarım təkcə  həkim, müəllim, din xadimi olmayıblar. 
Onların arasında hərbçi də olub, - deyir Gövhər xanım. 1858-ci ildə poruçik Paşa ağa Əmiraslan 
ağa oğlunun adına verilmiş bir sənədin əslini mənə bağışlayır. 
Sənəddə göstərilir ki, 1856-cı il avqustun iyirmi altısında imperator II Aleksandr 
müsəlman süvari alayının döyüşçüsü Paşa ağa Əmiraslan ağa oğluna poruçik rütbəsi verilməsi 
şəxsən özü imzalamışdır. Bu fakt ona görə qeyri-adidir ki, milyonlarla əsgər və zabit heyəti 
içərisində eloğlumuz öz qəhrəmanlığı ilə necə seçilirdisə, ona verilən rütbəni imperiyanın birinci 
şəxsi - imperator II Aleksandr imzalamışdır. 
İnqilabdan  əvvəl Tiflisdə “Kavkazskiy kalendar” adlı illik bir məcmuə çap olunurdu. 
Onun səhifələrində o dövrün görkəmli ziyalılarının, hərbçilərin ünvanı  və rütbəsi göstərilirdi. 
1873-74 cü illərin  “Kalendar”ında Qafqaz Əlahiddə Ordusunda xidmət edən müxtəlif rütbəli 
oğullarımızın da adları  çəkilir.  Əksəriyyətinin adına ilk dəfə rast gəldiyimiz üçün onları sizə 
təqdim edirik. General-mayor Yusif bəy Həsən bəy oğlu Ağalarov, Nikolay Nikolayeviç Ağayev 
(şuşalı general Fərəc bəy Ağayev),  İsrafil bəy Yadigarov, Cəfər ağa  Şəmşəddin ağa oğlu, 
polkovnik Ağa xan Şirvanlı,  İsmayıl xan İsgəndər xan oğlu Xoyski, Həsən xan Mirzəağa bəy 
oğlu, Səlim bəy Yusif bəy oğlu, Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov, Əhməd ağa Cəfərqulu 
ağa oqlu Bakıxanov, Cavad xan Şirvanlı, Mirzə İbrahim bəy, Kəlbalı xan Ehsan xan oğlu, Rəşid 
xan Mehdili, mayor Mirzə Xudadat bəy Vəkilov, kazak leyb-qvardiyasının kornetləri  Şahrux 
Mirzə, Xanbaba xan,
1
 Məmmədəli Mirzə, Əbdülsəməd Mirzə və Nəsrulla Mirzə. (Bəhmən Mirzə 
Qacarın oğlanlarıdır. Onun yeddi oğlu rus ordusunda xidmət etmişdir). 
Xalqımızın tarixi nə  qədər zəngin olsa da, lakin hələ  də qaranlıq səhifələr çoxdur. Bu 
“qaranlıqlar”a işıq salmağın, hər şeyi olduğu kimi yazmağın vaxtı çoxdan çatıb. Axı, bugünkü 
tarix, dünənkinin üzərində dayanır və  təbiidir ki, dunənki “qaranlıqlar” bu gün açılmasa sabah 
daha yeni “qaranlıqlar”a körpü olacaq. 
Otuzuncu illərin tuthatutları, qansızlıqları bizi elə vahiməyə salıb ki, ilan vuran ala 
çatıdan qorxan kimi, türk kəlməsindən qorxmuşuq. Dil və din qardaşlarımıza arxa çevirmişik
ona görə ki, milli bütövluyümüz olmayıb. Əsrlərin, illərin dolanbaclarında görkəmli oğullarımızı 
itirə-itirə  gəlmişik. Azərbaycan Rusiyaya birləşdirildikdən sonra türklərə dostluğumuzu, 
qardaşlığımızı danmışıq. Hətta iş o yerə çatıb ki, məcburən dədə-baba familimizi də dəyişmişik. 
Səbəbi də o olub ki, ad-famillərimiz türk ad-famillərinə oxşayır. Pasportlarımızda “milliyyəti” 
sözünün qarşısında “türk” yazılardı. Sonra bu kiminsə xoşuna gəlmədi. Yuxarıdan gələn hansısa 
gizli tapşırığa əsasən pasportlarımız dəyişdirildi. 
... Bütün bunlara baxmayaraq nə yaxşı ki, Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan 
qan birliyi qırılmadı. 
... Klassik şairimiz S.Ə.Şirvaninin “Təzxirə”sində “Osman bəy və Ömərbəy” adlı kiçik 
bir fəsil var. Şair burda iki şirvanlı, qardaşın igidlikdə, sərkərdəlikdə tayı-bərabəri olmadığını 
iftixarla yazır: 
“Osman bəy şəhri Şamaxının xanzadələrindəndir. Qardaşı Ömər bəy ilə o cənab dövləti-
əliyyeyi-Rusiyyədə sahibmənsəb və sahibvəzifə kimsənələrdən olmuşlar. Onlar kimi əhlikəmal 
və sahibcəmal və sahibzövq kimsənələr daireyi-Şirvanə  gəlməmişdir. Hər ikisinin təbi olmağı 
məşhurdur və zikrixeyr ilə adları  hər dildə  məzxurdur. Cənab Ömər bəyi qayətdə xoşəhval və 
xoşməzaq deyirlər. 
... Əlhəq bu iki qardaş kimi, yeganə daireyi-cahana gəlməmişdir. Tarixi hicrətin... də və 
tarixi məsihiyyənin... sənəsində Sultan - Rumun Fransa imdadıyla Rusiyyə ilə davaları olduqda 
Ömər bəy ləşkəri-Rusda sərləşkər idi. Ləşkəri-rus mülki-Karsda olan zamanlar Ömər bəy 
dövləti-Rusiyyədən rugərdan (incik düşən, üz döndərən - Ş.N.) olub, əsgəri-Rumə mülhəqq oldu. 
Dövləti-Rum Ömər bəy məzkuru həman öz mənsəbi və nişanı ilə qəbul edir və məvacib qərar 
qılıb, özlərinə sərəsgər etmşidir. Əlan məaliki-Rumda “Yaranan Ömər paşa” ismiylə məşhurdur. 
                                                 
1
 Xanbaba xan M.F.Axundovun qızı Nisə xanımın həyat yoldaşı idi. (- Ş.N.).
  
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə