Generallari


GENERAL HƏSƏN BƏY AĞALAROV



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə14/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   10   11   12   13   14   15   16   17   ...   60

 
30
GENERAL HƏSƏN BƏY AĞALAROV 
 
8 avqust   1944-cü il. Bu gün qəzet 
buraxdıq... 
Vətəndən gələn hədiyylər arasında  
rus ordusunun general-leytenantı Əliağa  
Şıxlinskinin “Xatirələrim” kitabına rast  
gəldim. Bu qoca generalın kitabı mənə çox  
gözəl təsir bağışladı. O bu kitabı ölümündən 
 bir qədər əvvəl diktə etmişdir. Ancaq hərbi 
 tariximiz üçün böyük əhəmiyyəti var. Azərbaycanın 
belə generalları çox olmuşdur. Hanı onların adı? 
Niyə onlar haqqında yazılmır? 
 
Məmməd Aranlı “Cəbhə   gündəliyi” 
 
Bir dəfə Azərbaycan Dövlət Tarix Muzeyində axtarış aparanda heç vaxt görmədiyim bir 
general  şəklinə rast gəldim. Maraqlanıb kimliyini soruşdum. Muzeyin elmi işçisi Saraxanım 
Cavanşirova dedi ki, bu yaxınlarda  əldə etmişik, haqqında çox az məlumatımız var. Deyilənə 
görə, portret yüz qızıl pula işlənib... 
General-mayor Həsən bəy Ağalarovun portreti naməlum rəssam tərəfindən çəkilib. 
Portretin hündürlüyü səksən beş, eni isə yetmiş santimetrdir. Yeni tarix fondunda saxlanan bu 
portretə zərli çərçivə o qədər gözəl yaraşıq verir ki, tamaşaçı bir müddət ondan ayrıla bilmir. 
“Qafqaz hərbi-tarix muzeyi”nin 1913-cü ildə nəşr etdiyi altı yüz otuz bir nömrəli “Soraq 
kitabçası”nı səhifə-səhifə vərəqləyirəm. Bu kitabçada inqilabdan əvvəlki yüksək rütbəli zabitlər 
və generallar haqqında məlumatlar var. Siyahı üzrə iki yüz qırx dördüncü bölmədə general-
mayor Həsən bəy Ağalarov, haqqında az da olsa məlumata rast gəlirəm. 
Həsən bəy Ağalarov 1812-ci ildə Tiflisdə zadəgan ailəsində anadan olub. O, 1830-cu ildə 
kadet korpusunu bitirdikdən sonra Qafqaz müsəlman-süvari polkunda xidmət edir. Az sonra 
bölük komandiri Həsən bəy Ağalarovun fərasəti və hərbi işdəki nizam-intizamı general-leytenant 
knyaz Vasili Osipoviç Behbudovun diqqətini cəlb edir. Ona görə də general, poruçik Həsən bəy 
Ağalarovu qərargah işləri üzrə ən yaxın köməkçisi təyin edir.  
 1833-cü ilin noyabrında azərbaycanlılardan ibarət Qafqaz süvari diviziyası Varşavaya 
ezam olunanda onun sıralarında general İsmayıl bəy Qutqaşınlı, Abbasqulu ağa Bakıxanovun 
kiçik qardaşı general-mayor Cəfərqulu ağa Bakıxanov, kapitan Həsən bəy Ağalarov da vardı. 
1840-cı ildə ştabs-kapitan rütbəsində olan Həsən bəy əla xidmətinə görə üçüncü dərəcəli 
müqəddəs Stanislav ordeni ilə  təltif olunur. 1849-cu ildə onun alayı Debreçin şəhəri uğrunda 
gedən döyüşlərdə macarların bir rotasını darmadağın edib dörd topunu alanda polkovnik Həsən 
bəy Ağalarov döyüşdə göstərdiyi igidliyə görə dördüncü dərəcəli “Müqəddəs Georgi ordeni”nə 
layiq görülür. 
1852-ci ildə isə polkovnik Həsən bəy Ağalarov Qafqaz müsəlman süvari polkunun 
komandiri təyin olunur. Bir il sonra Krım müharibəsi başlananda Qafqaz oğulları da silaha 
sarıldılar. Xüsusi döyüş dəstələri yaradıldı. “1853-56-cı il Şərq müharibəsinin təsviri” kitabının 
müəllifi A.F.Qeyrot yazır ki, təkcə gəncəlilərdən ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların 
ümumi sayı min nəfər cəsur atlılardan ibarət idi. Bu süvarilər hansı cəbhəyə göndərilirdisə, ordan 
igidlik və rəşadətləri haqqında xoş sözlər eşidilirdi. 
1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda döyüşlərdə general-mayor İlya 
Orbelianinin komandanlığı altında qafqazlılar mərdlik və mətanətlə döyüşürdülər. Bu döyüşlərdə 
gürcü Kavtaradzenin və azərbaycanlı  Ağalarovun  əsgərləri xüsusilə  fərqlənirdilər. Bütün 
hücumları  dəf edən rus və azərbaycanlı döyüşçülərin sarsılmaz dəyanəti düşməni qorxuya 
salacaq dərəcədə heyrətləndirdi. 


 
31
Tarixçi A.F.Qeyrot kitabının 191-192-ci səhifələrində Bayandur kəndi yaxınlığında 
gedən ölüm-dirim vuruşmasında mərd babalarımızın hünərindən iftixarla söhbət açır: 
“Orbeliani dəstəsi gözlənilmədən 40 topdan atılan güclü atəşlə qarşılandı. Rus 
artilleristləri dərhal cavab atəşi atdılar, lakin qüvvələr bərabər deyildi. Güclü top atəşi və düşmən 
süvarilərinin hücumu başlandı.  İkinci Azərbaycan süvari dəstələri top atəşi ilə müdafiə olunan 
düşmən atlılarının güclü hücumuna məruz qaldı. Tixotski özünün draqun diviziyası ilə vaxtında 
azərbaycanlı döyüşçülərin köməyinə çataraq düşməni cəhdlə  əzməyə başladılar. Draqun 
diviziyasının və Azərbaycan atlılarının zərbələri altında  əzilən düşmən süvariləri qaçmağa üz 
qoydular”. 
1857-ci ildə general-mayor rütbəsinə layiq görülən Həsən bəy Ağalarov Qafqaz əlahiddə 
ordusunun zabiti kimi ömrünün axırına qədər döyüşən hissələrdə  hərbi borcunu şərəflə yerinə 
yetirmişdir. 
General Həsən bəy Ağalarovun sənədləri ilə tanış olduqda görürük ki, o, Tiflisdə yaşayan 
mütərəqqi fikirli Azərbaycan ziyalıları ilə dostluq etmişdir. O zaman canişinlikdə müşavir və 
tərcüməçi işləyən Ağabəy Yadigarovla, general-mayor İsrafil bəy Yadigarovla, general İsmayıl 
bəy Qutqaşınlı ilə böyük dramaturq Mirzə  Fətəli Axundovla və görkəmli  şairimiz Qasım bəy 
Zakirlə yaxından əlaqə saxlamışdır.   
Məşhur  şairimiz Qasım bəy Zakir 1850-ci ildə nahaq böhtana  düşüb, sürgün ediləndə 
general Həsən bəy Ağalarov şairi xilas etmək üçün xeyli çalışmışdır. Zakir bir şerində  xeyirxah 
insan, cəsur bir əsgər kimi yad edir: 
 
Həvadisi-dövran gərdişi-fələk, 
Salmışdı binəyə kəbki
8
 yepələk: 
Tülək tərlan kimi, qafil Həsən bəy, 
Şığıyıb çənginə götürdü bayaq. 
 
 
 
YADİGAROV QARDAŞLARI 
 
Talışinskilər nəslindən də general olduğunu eşitmişdim. Bakıda onlardan heç kimi tapa 
bilməyib, Lənkərana yollandım. Lənkəranda öyrəndim ki, general Mirkazım bəy Talışxanovun
9
 
nəvələrindən biri Rəna xanım Axundzadə Bakıda yaşayır. Generalın sorağıyla Rəna xanımın 
qonağı oldum. 
Rəna xanım Axundzadənin ötən  əsrə  məxsus ailə albomundakı üç şəkil diqqətimi cəlb 
elədi.  Şəklin birində Birinci dünya müharibəsi illərində qoca bir general səngərdə  təsvir 
olunmuşdu. Ancaq şəxsiyyəti məlum deyildi. Albom sahibi dedi ki bəlkə də Əliağa Şıxlinskidir, 
dəqiq bilmirəm. Bu mülki geyimdə olan da Yadigarovdur. Axı, bizim nəsil Borçalı 
Yadigarovlarla qohum olub. Hansı Yadigarovdur, onu da bilmirəm. Bu səkkiz nəfərin təsvir 
olunduğu  şəkildə isə babam Mirkazımxan ailəsi ilədir. Bunların hamısı  mənim yaşımdan çox-
çox əvvəl yaşamış adamlardır. 
Şəkillərin üzünü çıxartdırmaq üçün Rəna xanımdan icazə istədim. Səngərdə təsvir olunan 
generalın  Əliağa  Şıxlinski olmasını heç bir qohumu - nə xalq yazıçısı  İsmayıl  Şıxlı, nə  də 
Gövhər xanım Usubova təsdiq elədi. Həqiqətən də  şəkildəki generalın  Şıxlinskiyə oxşarlığı 
demək olar ki, yox idi... Sonralar məlum oldu ki, Birinci dünya müharibəsi illərində təsvir olunan 
general da elə Mirkazım bəy Talışxanovdur. 
Yadigarovlar Borçalının Təkəli kəndindən olublar. Bu əsilzadə nəslin üç oğlu haqqında 
məndə az-çox məlumat vardı. Onların hər üçü hərbçi olub. Rusiya-İran, Rusiya-Türkiyə və Rus-
                                                 
8
 
Kəbki – kəklik
 
 
9
 İnqilabdan əvvəlki sənədlərin hamısında generalın ad-familiyası belə göstərilir. 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə