Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə11/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   7   8   9   10   11   12   13   14   ...   60

 
24
Bakıxanov onu ayağa qaldırır: 
- Mən sənin günahından keçirəm. Amma ağılla iş görməyi unutmayın, hər  şeydən tez 
qəzəbnak olmayın. Bəlkə mən general yox, adi adamam. Uşaqlarımı yetim, gözüyaşlı qoymağı 
özünüzə necə rəva bilirdiniz?! 
Bu, podpolkovnik Arnold Zissermandan düz yüz il sonra Abbasqulu ağa Bakıxanovun 
general olmasını təsdiq edən ikinci faktdır. 
Ensiklopedik biliyə malik olan Abbasqulu ağa Bakıxanov ötən  əsrin  əvvəllərində 
Qafqazda yaşayan qabaqcıl ziyalılarla yaxın dost olmuşdur. A.S.Qriboyedov, V.K.Küxelbeker, 
N.N.Muravyov, S.A.Sankovski, Şərq dillərinin,  Şərq tarixinin bilicisi kimi tanınmış polkovnik 
Abbasqulu ağadan fəxrlə söhbət açırlar. 
Hələ 1829-cu ilin oktyabrında  Ərzurum döyüşlərində A.Bakıxanovla birgə  fəaliyyət 
göstərən dekabrist yazıçı A.Bestucev-Marlinski Abbasqulu ağanın tatar (azərbaycanlı - Ş.N.) 
süvarilərinin cəsarətli mayoru kimi öz ləyaqətinə görə bütün zabitlərdən qat-qat yüksəkdə 
dayandığını “hərbi antikvar” hekayəsində məhəbbətlə təsvir edir: 
“Bu an qapılar açıldı və bizim tatar süvarisinin cəsur mayoru Abbasqulu ağa daxil oldu. 
O, yüksək dərəcədə savadlı və nəcib bir şəxsdir”. 
Rus-türk müharibəsindən sonra mayor Abbasqulu ağa Bakıxanovun döyüş xidmətləri 
layiqincə qiymətləndirilib. 1829-cu il iyunun 24-də Xorto kəndi ətrafında və həmin il sentyabrın 
27-də Bayburt altındakı döyüşlərdə göstərdiyi igidliklərə görə Bakıxanov imperator tacı ilə 
bəzədilmiş ikinci dərəcəli müqəddəs Anna ordeni ilə təltif olundu. 
Onu da xatırladaq ki, Bakıxanov ordudakı iyirmi beş illik nümunəvi xidmətində 
imperiyanın ən yaxşı yeddi orden və medalı ilə təltif olunub. Müqəddəs Anna ordeninin ikinci 
(iki dəfə) və üçüncü dərəcəsi ilə, üçüncü dərəcəli Stanislav ordeni ilə, müqəddəs Vladimir 
ordeninin dördüncü dərəcəsi ilə  və 1829-cu ildə  İran hökumətinin  ən yüksək “Şire-Xorşid” 
ordeni ilə mükafatlandırılmışdır. 
Abbasqulu ağa Bakıxanov 1835-ci ildə  hərbi qulluqdan istefaya çıxıb Qubadakı doğma 
kəndi  Əmsarda elmi və  bədii yaradıcılıqla məşğul olur. Altı il sonra Y.A.Qolovinin xahişi ilə 
yenidən həqiqi xidmətə çağrılır. 1845-ci ildən isə Məkkə səfərinə yola düşür. 
A.Bakıxanov Məkkə  səfərinə yola düşməzdən  əvvəl çarın qəbulunda olur. Tədqiqatçı 
F.Qasımzadə, K.Məmmədov,  Ə.Əhmədov və müxtəlif arxiv sənədləri də, sübut edir ki
Abbasqulu ağa Bakıxanovun hərbidən tərxis olunması haqqında  ərizəsinə  şəxsən imperator 
birinci Nikolayın özü baxıb. İmperator ona ömürlük maaş verilməsinə və lazım gələrsə, yenidən 
hərbi qulluğa geri çağrılmaq şərtilə   hələlik   məzuniyyətə   çıxmasına sərəncam vermişdir. 
Abbasqulu ağa Bakıxanov Peterburqda olarkən Dövlət  Şurasında baş katib köməkçisi 
kimi məsul vəzifədə işləyən Nikolay İvanoviç Pavlişşevlə dostlaşmışdı. Varşavada isə feldmarşal 
qraf Paskeviçin şəxsi qonağı olmuşdu. Yenə Peterburqda Puşkinlər ailəsinin sevimli qonağı idi. 
Bir sözlə, Bakıxanov hara səfərə gedirdisə, onu yüksək mədəniyyətinə, ensiklopedik biliyinə 
görə ali cəmiyyətlərdə çox hörmətlə qarşılayırdılar. 
 
Bir neçə ay Varşavada qalmışam, 
Hər cür eyşü-işrətdən kam almışam. 
Çox adamla tanış oldum, mötəbər, 
Həvəs əhli, hər bir işdən baxəbər 
Şəxslərlə məclislərdə - oturdum, 
Hər mədəni cəmiyyətə baş vurdum. 
 
Eldə, obada ağız-ağız gəzən bir əhvalat da subut edir ki, Abbasqulu ağanı imperator 
şəxsən tanıyıb. 
... Bakıxanov Peterburqda olanda imperator birinci Nikolayın qonaqlıq məclisinə  dəvət 
olunur. Çara və arvadına çatdırırlar ki, Qafqazdan gələn qonağın ömründə dilinə içki dəyməyib. 
İmperatorun arvadı qürrələnərək söyləyir ki, mən Abbasqulu ağaya şərab içirdərəm. O, bir qədəh 
şərabı  qızıl podnosa qoyur və özü gətirib Bakıxanova təqdim edir. Padşahın arvadının  şərab 


 
25
təqdim etməsi qonaq üçün ən yüksək hörmət sayılırmış. Abbasqulu ağa ayağa qalxıb podnosdan 
qədəhi götürür və üzünü imperator birinci Nikolaya tutaraq deyir: 
- Ey mənim həşəmətli hökmdarım, siz deyirsiniz bu şərabı için, allahım deyir içmə, 
hansınızın sözünə baxım? 
Çox dindar olan çar birinci Nikolay bir anın içində: - Əlbəttə, allahın - söyləyir. 
Abbasqulu ağa Bakıxanov qədəhi qaytarıb padşah arvadının əlindəki podnosa qoyur. 
Çar üsul-idarələri qarşısında öz xalqını müdafiə etdiyinə, xüsusilə, 1837-ci il Quba 
üsyanına görə Abbasqulu ağa Bakıxanovun başı çox ağrılar çəkdi. Qardaşı  Cəfərqulu ağa 
vəzifədən çıxarılıb Bakıya sürgün olundu, əmisi oğlu və qaynı Əlipaşa ağa qiyamçılar tərəfindən 
öldürüldü, üsyançılar kütləvi həbs olundu. Onlardan 42 nəfəri hərbi-siyasi məhkəmədə 
mühakimə olunmaq üçün Bakıya göndərildi. Həmin illərdə  Əlahiddə Qafqaz ordusunun 
komandanı baron Q.V.Rozenin fitvası ilə Bakıxanovun “qol-qabırğası” sındırıldı. 1837-ci ilin 
oktyabrında usyan iştirakçılarını istintaq etmək üçün qraf Vasilçikov Qubaya ezam olundu. 
Baron Rozen Peterburqa göndərdiyi tamamilə məxfi məktubunda yazırdı: “Bakıxanovlar 
ailəsini Rusiya hökumətinə qarşı xainlikdə təqsirləndirmək üçün əlimizdə heç bir sübut yoxdur
amma nəinki Bakıxanovlar, hətta hər hansı bir müsəlman haqqında qəti demək olmaz ki, səmimi 
qəlbdən bizə bağlıdır. Kim qəti deyə bilər ki, həmin bu ailə başqa bir şəraitdə düşmənlərə 
qoşulub əleyhimizə çalışmayacaq?..”. 
Quba üsyanında Bakıxanovlar ailəsini və şəxsən Abbasqulu ağanı günahlandırırdılar. Ona 
görə də “Quba sakini, podpolkovnik Abbasqulu ağa bəzi izahatlar” üçün zati-alilər (baron Rozen 
- Ş.N.) tərəfindən Tiflisə çağrılmışdı. 
A.Bakıxanovu Qubadan, xalqdan belə uzaqlaşdırdılar. Abbasqulu ağa da bütün bu ağrı-
acıları unutmaq üçün dostu qraf feldmarşal Paskeviçin yanına, Varşavaya səfər etdi. Qafqaza 
qayıtmaq istəmədiyini və onun nələr çəkdiyini yaxşı duyan Paskeviç dostuna kömək etmək üçün 
təşəbbüs göstərdi. O, xarici işlər naziri qraf K.V.Nesselrodeyə  rəsmi məktubla müraciət etdi: 
“İran müharibəsində Abbasqulu ağanın fəaliyyətindən çox razı idim. Fars dilində mükəmməl 
biliyi və yorulmadan çalışmağı bizim üçün faydalı oldu. İran dövləti ilə məktublaşmamız onun 
əlindən keçirdi və beləliklə, iranlılarla  əlaqələrimizdən,  İranda yürütdüyümüz siyasətdən 
xəbərdar idi. Abbasqulu ağanı mütləq qulluğumuzda saxlayıb Qafqaz müsəlmanlarına 
göstərməliyik ki, hökumətimiz bizə can-başla xidmət edənlərin qədrini bilir, bir daha qətiyyətlə 
bildirirəm ki, Bakıxanov Xarici İşlər Nazirliyinin sərəncamında qalmalıdır. 
Xarici  İşlər Nazirliyində  işə düzəlmək üçün yeddi ay Varşavada, iki ay da Peterburqda 
gözləyən Abbasqulu ağa Bakıxanov uzunmüddətli məzuniyyət götürüb 1834-cü ildə Qafqaza 
qayıdır. O, vəzifənin puçluğuna, “hər yüksək mədəni cəmiyyətin saxtalığına” və müqəvva kimi 
gəzən fraklı məmurların boş-boş danışıqlarına, ağlasığmaz vədlərinə nifrət edərək yazırdı: “Bir 
çox qəribə  işlər və saysız təəccüblü  əsərlər gördüm. Hər bir ölkədə, hər bir işdən bilik və 
təcrübəmi artırdım. Get-gedə cəhalətim azaldı. Yavaş-yavaş xəyalət və təsəvvüratımın puçluğu 
aydınlaşdı  və gördüm ki, dünyanın yüksək mənsəbləri çox alçaqdır və bizim əziz saydığımız 
tədbirlər bir sərxoşun ağıl sınamasına bənzər; çünki mal və dövlət hər halda puç olacaq, ixtiyar 
və iqtidar əldən gedəcəkdir... Şəxsi ləyaqət olmadan, nəsəb və sülalə şərafəti qürbətdə naməlum, 
Vətəndə isə  məzəmmətə  məruzdur. Bunları  təkyə etmək mənasızdır, etibar ediləcək və 
arxalanacaq bir dövlət varsa, o da hər halda elm və ədəbdən ibarətdir.” 
 
 Qalan ömrü keçirərəm firavan, 
 Şükr edərəm allahıma hər zaman. 
       Qüdsi, xoşdur Əmsar adlı məskənin, 
       Şəhərlərdən çox üstündür öz kəndin. 
 
  
 
 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə