Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə10/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   6   7   8   9   10   11   12   13   ...   60

 
22
 
Biri Qüdsi ləqəb Abbasqulu bəy,  
Diyari-nəzmü şerə padişahdır. 
 
Firidun bəy Köçərli 
 
 
ŞAİR, ALİM, GENERAL BAKIXANOV 
 
Abbasqulu ağa artıq çoxdan rus ordusunda  
xidmətdədir və onu tanıyanların hamısı  
bilir ki, atasının ümidləri tamamilə 
 doğrulmuşdur. İndi o, Avropa mədəniyyətinə  
daha yaxından bələd olmaq üçün və maraqlandığına görə 
Rusiyanı səyahət 
 edir. 
 
Y.N.Ozeretskovsk dekabrist yazıçı. 
 
Abbasqulu ağa Bakıxanov general olmuşdurmu? Bu sual  çoxlarını düşündürür. 
“Azərbaycan gəncləri”ndə  mənim “General Bakıxanovlar” adlı  məqaləmdən   sonra bu sualla 
tez-tez mənə müraciət edirlər. Vaxtilə bir tədqiqatçı arxiv materiallarında rast gəldiyi “General 
A.Bakıxanov”u Abbasqulu ağa bilib və bu barədə mətbuatda çıxış etmişdi. Sonralar məlum oldu 
ki, həmin   general Qüdsinin kiçik   qardaşı   Abdulla ağa Bakıxanovdur. Hər ikisinin adının baş 
hərfi “A” ilə başladığına görə  tədqiqatçı onları  səhv salmışdı. Amma Bakıxanovlar nəslinin 
nümayəndəsi Məmmədrza Bakıxanov ata-babalarının söhbətlərinə istinad edərək inadla deyirdi 
ki, Abbasqulu ağa Bakıxanov da general olub. Əldə heç bir sənəd olmadığına və inqilabdan 
əvvəlki ədəbiyyatlarda bu barədə hələlik yazılı mənbə tapılmadığına görə bu fikrə inanmaq çətin 
idi. 
Lap bu yaxınlarda azərbaycanlı generallar haqqında tədqiqat apararkən Azərbaycan 
Dövlət Tarix Muzeyinin kitabxanasından mütaliə üçün bir kitab aldım: Arnold Zisserman 
”İyirmi beş il Qafqazda”. Bir əsrdən çox rəflərdə qalan bu kitabın vərəqləri az qala bir-birinə 
yapışmışdı. Səhifələrindən hiss etmək olurdu ki, bu qiymətli kitab çoxdan istifadəsiz qalıb. 
Kitabın adından göründüyü kimi müəllif düz iyirmi beş il - 1842-ci ildən 1867-ci ilə kimi 
Qafqazda hərbi xidmətdə olub. Poruçik kimi xidmətə başlayan A.Zisserman podpolkovnik 
rütbəsinə  qədər yüksəlib. Gəncədə, Qazaxda, Qubada, Dərbənd və Teymur Xan-Şurada hərbi 
qərargahda işləyib. İlisu sultanlığındakı komendantlıqda xüsusi işlər rəisi olub. 
Arnold Zissermanın beşcildlik monumental əsəri 1879-cu ildə Sankt-Peterburqda nəfis 
tərtibatla çap olunub. Kitabın ikinci cildinin əlli üçüncü səhifəsində maraqlı bir fakta rast gəldik. 
Müəllif yazır: “... Kiçik bir keçiddən sonra biz Gülüllü kəndində düşərgə saldıq. 1842-ci ildə 
knyaz Arqutinski Qazıkumık xanlığını hiddətləndirən, öz dairə  rəisləri podpolkovnik 
Snaksaryovu başqa zabitlərlə birgə əsir tutan dağlıları burada qırmışdı. O vaxtlar hələ general-
mayor rütbəli knyaz Arqutinski Samur dəstəsi adlanan və  Cənubi Dağıstanda hərbi  əməliyyat 
rayonuna malik çox da böyük olmayan polkun rəisi idi. Knyaz Moisey Zaxaroviç Arqutinskinin 
məşhurlaşmasında və yüksək mənsəbə çatmasında başlıca rol oynamış  həmin xəbər bütün 
Qafqaza yayılmışdı. Gülüllü hadisəsi barədə bir əsgər mahnısının nəqəratı hələ də yadımdadır: 
“ay lülü, ay lülü, ələ keçdi Gülüllü, general Abbasqulu itirdi bir cüt tufli” və i. a. Sonra müəllif 
mötərizədə yazır: “General-mayor Abbasqulu ağa Bakıxanov, rus rəisliyi tərəfindən Quba 
aristokratı  mənsəbinə yüksəlmişdir. O, Rusiyaya sədaqətli olmuşdur. Arqutinskinin böyük 
istəklisi idi və  həmişə  də  dəstə süvarilərinə  rəis təyin edilirdi. Çünki süvarilər  əksəriyyətlə, 
müstəsna hallarda isə, qala bütünlüklə yerli milislərdən ibarət olurdu, yalnız bir neçə yüz Don 
kazakı əlavə edilirdi. O, (Bakıxanov - Ş.N.) yaxşı adam idi”. 


 
23
İyirmi beş il Əlahiddə Qafqaz Ordusunun tərkibində  hərbi yürüşlərdə müvəffəqiyyətlə 
iştirak etmiş Abbasqulu ağa Bakıxanovun “hərbi xidmət kitabçası” ilə tanış olaq. 
Məlumdur ki, A.Bakıxanov Qafqazın baş hakimi general A.P.Yermolovun təşəbbüsü ilə 
Tiflisə  hərbi qulluğa dəvət olunmuşdu. 1819-cu il dekabrın 20-dən Baş  qərargahın 
dəftərxanasında Şərq dilləri üzrə mütərcim kimi xidmətə başlayan Bakıxanova doqquz ay tamam 
olar-olmaz - sentyabrın 4-də praporşik hərbi rütbəsi verilir. Tam altı il sonra poruçik rütbəsi ilə 
təltif olunur. Bakıxanov ona görə altı il bu rütbədə qalmışdır ki, həmin illərdə  Gəncədə, Car-
Balakəndə, Qubada tez-tez çar üsul-idarəsinə qarşı  kəndli üsyanları olurdu. Yerli məmurlar 
tərəfindən incidilən, ağır vergilərdən imtina edən yoxsul kəndlilərin tərəfini saxlayan Abbasqulu 
ağa Bakıxanovdan baş hakim Yermolovun xoşu gəlmirdi. Azərbaycanlı  bəyin, ağanın, xanın 
qanuni hüququnun sıxışdırılması, torpağının  əlindən alınıb komendantlara verilməsi bir ziyalı 
kimi, əsilzadə kimi Abbasqulu ağa Bakıxanovu bərk narahat edirdi. Yermolovun bu cür qəddar 
əməllərinin  şahidi olan A.S.Qriboyedov yazır ki, Yermolov yerli əhalinin gözünu “dəyənəklə, 
dar ağacı  və  hər cür edam cəzası ilə, yanğınlarla qorxudurdu. İtaət etməyənləri asmaqla, 
kəndlərini odlamaqla mütiləşdirirdi”. 
1825-ci il mart ayının 28-də general-feldmarşal İ.F.Paskeviç Əlahiddə qafqaz korpusunun 
komandanı  təyin olunduqdan sonra A.Bakıxanovun hərbi rütbəsi sürətlə artmağa başlayır, 
Bakıxanova hörmət və  məhəbbətlə yanaşan Paskeviç Qars, Ərzurum, Axalsixi yürüşlərinə onu 
da aparırdı. Paskeviç gələndən beş ay sonra Abbasqulu ağa Bakıxanov ştabs-kapitan rütbəsi alır. 
On ay sonra kapitan, səkkiz ay sonra mayor, 1832-ci il martın doqquzunda podpolkovnik, on 
ildən sonra da - 1842-ci ildə polkovnik kimi yüksək rütbəyə layiq görülür. 
Abbasqulu ağa Bakıxanovun “hərbi xidmət kitabçası” burda qurtarır. Bundan sonra heç 
bir qeyd-filan yoxdur. 
Sual olunur, oxucunun yüz iyirmi il bundan əvvəl Qafqazı qarış-qarış  gəzərək, kitab 
yazmış podpolkovnik Arnold Zissermana inanmağa haqqı varmı? Cəsarət edib, elə bəri başdan 
“bəli” deyirik. Ona görə ki, Zisserman hərbçi idi. O, hərbi rütbələri səhv sala bilməzdi. Axı, 
Arnold Zissermana nə düşmüşdü ki, yalan yazsın. Bakıxanov onun nə  həmməzhəbi idi, nə  də 
yaxın dostu, sirdaşı. 
... Deyilənlərə görə
6
 Abbasqulu ağa Bakıxanov Məkkəyə gedərkən məhərrəm ayı imiş. 
Məkkəyə böyük təntənə  və  dəbdəbə ilə gedənlərdən biri də  İran vəliəhdi imiş. Aşura gününü 
onlar Məkkənin bir günlük məsafəsində qarşılayırlar. Vəliəhd öz çadırının önündə iri hərflərlə 
yazdırıb vurdurubmuş: 
 
Bu sərbazü əsas şahzadə, 
Olaydı kaş o dəmdə Kərbəladə! 
 
6
  
Abbasqulu ağa çadırın yanından keçərkən yazıya gözü sataşır, oxuyur və altında yazır: 
 
Büsati-cəng olan saət qaçardı, 
Qoyardı sərvəri-dini aradə! 
 
Bunu vəliəhdə  xəbər verirlər. Abbasqulu ağanı tutub vəliəhdin çadırına aparırlar. 
Qəzəblənmiş  vəliəhd Abbasqulu ağanın qətlinə  fərman verir. Abbasqulu ağa namaz qılmaq 
arzusu ilə  vəliəhddən xahiş edir ki, bir neçə  dəqiqəliyə öz çadırına getməyə ona icazə versin. 
Namaz sözünü eşidən vəliəhd ona icazə verir. Abbasqulu ağa öz çadırına gəlib, general paltarını 
geyir və  vəliəhdin çadırına yollanır. Bakıxanovu çar generalı paltarında görən vəliəhd özünü 
itirir, Abbasqulu ağanın ayaqlarına döşənir: 
- Qurban olum, ağa, günahımdan keç! 
                                                 
6
 Əhvalat professor K.Məmmədovun “Azərbaycan yazıçılarının həyatından dəqiqələr” kitabından götürülüb.  
Bakı, 1979-cu il. 
 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə