2
Rəyçi: Azərbaycan SSR Elmlər Akademiyasının
müxbir
üzvü Qaraş Mədətov
Redaktoru: Tahirə Muxtarova
Nəzirli Ş.Ə.
N 50 Azərbaycan generalları. B.; Gənclik, 1991, 208 səh.
Yazıçı-jurnalist Şəmistan Nəzirlinin oxuculara təqdim olunan “Azərbaycan generalları” kitabı
uzun illər aparılan axtarışların və gərgin zəhmətin bəhrəsidir. Tarixi sənədlərin şahidliyi ilə
yazılan bu əsərdə indiyədək adı heç yerdə çəkilməyən inqilabdan əvvəlki general oğullarımızın
əvəzsiz xidmətləri qələmə alınıb. Kitabda ilk dəfə ötən əsrdə döyüşkənliyi ilə ad-san qazanmış
Kəngərli, Qazax, Gəncə, Qarabağ və Borçalı süvari alaylarının, həmçinin Sovet dövründə
fəaliyyət göstərən azərbaycanlı generalların qəhrəmanlığından söhbət açılır. Azərbaycan
Demokratik Hökumətinin hərb tarixinə parlaq səhifələr yazmış S.Mehmandarovun,
Ə.Şıxlinskinin, İ.Vəkilovun, İ.Usubovun misilsiz xidmətlərindən bəhs olunur.
3
KİTABIN İÇİNDƏKİLƏR
Ön söz
4
Tarixdə ad qoyub qəhrəmanlarım
General Naxçıvanskilər
10
Kəlbəli xan Naxçıvanski
10
Hüseyn xan Naxçıvanski
12
Cəmşid xan Naxçıvanski
14
General Fərəc bəy Ağayev
17
General-leytenant Ərəblinski
19
General Bakıxanovlar
21
Şair, alim, general Bakıxanov
22
General Həsən ağa Bakıxanov
28
General Abdulla ağa Bakıxanov
28
General
Həsən bəy Ağalarov
30
Yadigarov qardaşları
31
General Mirkazım bəy Talışxanaov
37
General Əsəd bəy Talışxanaov
39
Qəribə tale
40
Uzun ömrün səhifələri
46
Yaralı söhbət
51
Solmayan şöhrət
54
General Səməd bəy Mehmandarov
78
Şamaxı tərlanı
89
General Hacıbaba Zeynalov
91
General Heybət Heybətov
94
General Əjdər Xaspoladov
100
General
Kamil Məmmədov
103
Düşdü qılınc kimi ortadan Araz..
General Cəfər Məmmədzadə
107
İgidi qılınc yox, qeyrət yaşadar
İki sərkərdə
111
Port-Artur qəhrəmanları
113
İlk səma şahinimiz
115
İkinci Azərbaycan təyyarəçisi
119
İntizarın
sonu
121
Yanlış da bir naxışdır
126
4
ÖN SÖZ
Mənim də əlimdən, bu gəlir ancaq,
Səni keçmişinlə eləyim tanış.
Başuca yaşamaq istəsən əgər,
Bax, gör babaların necə yaşamış.
Bulud Qaraçorlu Səhənd
GƏNC OXUCU! XIX əsrin ortalarından bəri Azərbaycan hərb tarixinin bir hissəsini
özündə əks etdirən “Azərbaycan generalları
” kitabı sənin üçün yazılıb. Burda ulu sərkərdələrimiz
Cavanşirin, Babəkin,
Koroğlunun, Şah İsmayıl Xətainin, Səttarxan və Bağır xanın döyüş
ənənələrini davam etdirən, silahını paslanmağa qoymayan general oğullarımızın həyat yolu ilk
dəfə toplu halında sənə təqdim olunur.
Hələ qədimdən Azərbaycanda elə nəsillər, elə qəbilələr olub ki,
onlar öz döyüşkənliyi ilə
təkcə Qafqazda yox, hətta Avropada da tanınıblar. Naxçıvanda Kəngərlilər, Bakıda
Bakıxanovlar, Qazaxda Şıxlinski və Vəkilovlar, Borçalıda Yadigarovlar, Şəkidə Çələbilər,
Gəncədə Cavadxanlar, Qarabağda Cavanşirlər, Lənkəranda Talışinskilər və başqaları kimi el
qeyrəti çəkən, ana torpağın, başı üstünü təhlükə alanda birləşib ayağa qalxan, onun hər qarışı
uğrunda canlarından keçən oğullar yetişib.
Tarixi
sənədlər şahiddir ki, onların arasında yüksək rütbəli hərbçilər - generallar da olub.
O vaxtkı tarixi şəraitə görə, onların bəziləri hərbçi kimi, döyüşkən igid kimi ad - san qazansalar
da yüksək hərbi rütbə ala bilməmişlər. Bu isə çarizmin qatı müstəmləkəçilik siyasətindən və
türkdilli xalqlara inamsızlığından irəli gəlirdi.
Qafqaz Əlahiddə Ordusunun komandanı general-feldmarşal İ.F.Paskeviç 1826-cı ildə
Peterburqa göndərdiyi raportda birinci və üçüncü Azərbaycan alaylarının igidliyini, döyüşlərdə
qeyri-adi şimşək sürətilə fərqlənən Qarabağ və Qazax suvarilərinin
mərdliyinə valeh olduğunu
qeyd edirdi.
“Onlar bütün döyüşlərdə çox böyük cəsarətlə vuruşurlar. Hücumlarda isə irəlidə
gedirlər... bayraqların, topların və əsirlərin çoxunu onlar zəbt etmişlər”.
Azərbaycan alaylarının igid döyüşçüləri yerli xanların, bəylərin övladlarından təşkil
olunmuşdu. 1829-cu ildə torpağımızı yadellilərdən qoruyan dörd süvari alayı yaradılmışdı.
Birinci alay qarabağlardan, ikinci alay şirvanlılardan və şəkililərdən, üçüncü alay Gəncə, Qazax,
Şəmşəddin və borçalılardan dördüncü alay isə İrəvan azərbaycanlılarından və naxçıvanlılardan
təşkil olunmuşdu. Naxçıvandakı, qədim, Kəngərli qəbiləsinin igidlərindən
isə xüsusi-beşinci alay
yaradılmışdı. Onlar öz döyüşkənliyi ilə daha çox fərqlənirdilər. “Kavkaz” qəzeti 1890-cı il 6
noyabr tarixli nömrəsnndə bu barədə yazırdı:
“Döyüşkənliyi ilə bütün Qafqazda məhşur olan Kəngərlilər Zaqafqaziya sakinlərindən
geri qalmaq istəməzdilər. Onlar ağa və bəylərinin rəhbərliyi ilə xüsusi süvari dəstələri təşkil edib,
bütün döyüşlərdə bizim qoşunlarla çiyin-çiyinə mərdliklə vuruşdular”.
Yeri gəlmişkən, 1913-cü ildə çap olunmuş “Qafqaz hərbi-tarix muzeyinin sorğu
kitabı”ndakı bir qeyd igid Kəngərlilərin təkcə Qafqazda deyil, bütün Şərqdə şöhrət tapmasından
xəbər verir:
“Kəngərli süvarilərinin bayrağı yaşıl olub. Əfsanəyə görə ilk Naxçıvan xanı xəlifə Murad
özünün Kəngərli qəbiləsi ilə Ərəbistandan köçüb gəlmişdir. Bu qəbilə Araz çayının sahilinə
gələrək Naxçıvanda xanlığın əsasını qoymuşdur. Kəngərli suvariləri
bütün Şərqdə cəsurluğu ilə