Generallari



Yüklə 1,25 Mb.
Pdf görüntüsü
səhifə15/60
tarix01.08.2018
ölçüsü1,25 Mb.
#60469
1   ...   11   12   13   14   15   16   17   18   ...   60

 
32
yapon müharibələrində qeyrətlə vuruşub ad-san qazanıblar.  İnqilabdan  əvvəl rus hərb tarixçisi 
M.İ.Boqdanoviç və hazırda Moskvada yaşayan həmyerlimiz, polkovnik, tarix elmləri doktoru 
Hacımurad  İbrahimbəyli bu qardaşlardan birinin - İsrafil bəy
10
 Yadigarovun döyüş 
şücaətlərindən iftixarla bəhs etmişdir. Qazax, Borçalı aşıqları İsrafil bəyin Qars və Ərzurumdakı 
qeyri-adi qəhrəmanlığı haqqında dastan da qoşublar. 
1853-cü ildə Krım müharibəsi başlananda podpolkovnik İsrafil bəy Yadigarov 
azərbaycanlılardan ibarət min nəfərlik süvari müsəlman briqadası komandirinin müavini 
olmuşdur. Bir il sonra Kürək dərə döyüşlərindəki hərbi məharətinə görə ona polkovnik rütbəsi 
verilir. Borçalılardan ibarət könüllü yığma ovçu” döyüşçülər təşkil edən  İsrafil bəy ordunun 
tərkibində ikinci süvari Azərbaycan alayı təşkil edir. 
1854-cü il avqustun 19-da döyüşən ordu korpusunun komandanı  Əlahiddə Qafqaz 
korpusunun komandanına göndərdiyi bir məlumatda yazırdı: 
“Bu gün möhkəm və  dəhşətli bir hücum oldu. Düşmən müdafiə olunmağa cəhd 
göstərirdi. Lakin onlar polkovnik İsrafil bəy Yadigarovun süvarilərinin hücumuna davam gətirə 
bilmədilər. Düşmənin sol cinahı yarıldı. Draqunlar, kazaklar, ikinci Azərbaycan süvariləri və 
gürcü drujinası sürətlə irəli atılıb onları döyüş səhnəsindən sildilər”. 
Arxiv sənədləri göstərir ki, 1855-ci ilin iyul ayında polkovnik İsrafil bəy Yadigarov Şəki 
və  Şamaxı könüllülərindən təşkil etdiyi süvari alayla Qars üzərinə olan qəti hücumda bir neçə 
dəfə fəal iştirak etmişdir. Bu müharibədə qeyri-adi qəhrəmanlığa görə təltif olunan 350-dən çox 
azərbaycanlı arasında polkovnik Yadigarov da vardı. Onun döyüş xidmətləri dördüncü dərəcəli 
müqəddəs Georgi ordeninə layiq görülmüşdü. 
Polkovnik, tarix elmləri doktoru Hacımurad İbrahimbəyli Krım müharibəsində rus hərbi 
xadimlərinin xidmətindən danışarkən haqlı olaraq yazır: 
“Krım müharibəsi dövründə milli Qafqaz hərbi xadimləri içərisindən çıxmış hərbi rəisləri 
Rusiyanın  şöhrətli hərbi xadimləri ilə bir sırada yanaşı qoysaq, səhv etmərik. Onların sırasına 
azərbaycanlı general-mayor İsmayıl bəy Qutqaşınlını, Mənsur ağa Vəkilovu, polkovnik İsrafil 
bəy Yadigarovu, polkovnik Ağayevi, kürd podpolkovniki Cəfərağa  Əlibəy ağa oğlunu, gürcü 
generalı Andronikaşivilini, kabardin polkovniki Sultan Qazi Gərayı, osetin polkovnik 
Kondukovu, Dudarovu və başqalarını aid etmək olar”. 
İndiyədək heç bir arxiv sənədində inqilabdan əvvəlki hərbi-tarixi  əsərlərdə polkovnik 
İsrafil bəy Yadigarovun general-mayor rütbəsi alması haqqında məlumata rast gəlməmişik. Bu 
barədə əlimizdə bircə tutarlı fakt var
11
. Onu da ilk dəfə Azərbaycan SSR EA Tarix İnstitutunun 
baş elmi işçisi, tarix elmləri doktoru Tofiq Vəliyev üzə çıxarıb. T.Vəliyev SSRİ Mərkəzi Dövlət 
Tarix Arxivindən və XIX əsrin dövri mətbuatından topladığı yeni materiallar əsasında yazdığı 
“Naməlum səhifələr” məqaləsinin (“Ədəbiyyat və incəsənət” qəzeti, 16 yanvar 1981-ci il) bir 
yerində qeyd edir ki, məhkəmə materiallarından müəyyən olur ki, Əlimərdan bəy 
(M.C.Topçubaşovun atası - Ş.N.) Borçalı  ağalarından birinin qızını almışdı. Çox güman ki, 
sonralar onun II İrakli sarayına düşməsində arvad qohumlarının böyük rolu olmuşdur. Mirzə 
Cəfər Topçubaşovun dayısı  uşaqlarından saray müşaviri Ağa bəy və general-mayor İsrafil bəy 
Yadigarovlar, Hüseyn ağa Abbas bəy oğlu və Əsmət xanım Vəzirova onun “varisləri” sifəti ilə 
qalmış mal-dövlətə iddiaçı idilər”. 
Yadigarovlar haqda araşdırmalar aparsaq görərik ki, tariximizin müxtəlif qatlarında bu 
nəslin oğullarının layiqli izi var. 
Əvəzsiz tarixçimiz Abbasqulu ağa Bakıxanov məşhur “Gülüstani-İrəm”  əsərində 
Yadigarovlar nəslinin ulu babasından söhbət açır: 
... “Fətəli xan, Azərbaycan və  bəlkə  də, bütün İran işlərin” intizama qoymaq xəyalı ilə 
Gürcüstan valisi İrakli xanla görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da Sadıq bəy 
                                                 
10
 Arxiv sənədlərindən və borçalıların söhbətlərindən məlum olur ki, iki İsrafil bəy Yadigarov olub. Baba və  
nəvə ( - Ş.N.).  
 
11
 Sonralar “Kabkazckij calendar” məcmuəsinin 1873-74-cü il nömrələrində İsrafil bəy Yadigarovun general-mayor 
rütbəsi alması faktına rast gəldim. ( - Ş.N. ) 


 
33
Yadigar oğlunu səfir sifətilə  Fətəli xanın yanına göndərdi. O, qədim valilər nəslindən yadigar 
qalıb... Onun oğul və nəvələri indi də Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxada (Şəkidə 
- Ş.N.) xanın hüzuruna gəlib, hədsiz lütf və mərhəmətə nail oldu”. 
1978-ci ilin oktyabrında Tbilisidə ezamiyyətdə olanda akademik Paata Vissarionoviç 
Ququşvili ilə görüşdüm. Gürcüstanda onu bizim böyük şairimiz Səməd Vurğunun yaxın dostu 
kimi tanıyırlar. Söhbətimiz istər-istəməz iki qardaş xalqın qədim dostluğundan, onların 
yadellilərə qarşı birgə mübarizəsindəa düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar 
Tiflisə hücum edəndə Gürcüstanda yaşayan Azərbaycanlılar da şah ordusuna qarşı  şücaətlə 
vuruşublar. Onlardan biri Sadıq bəy Yadigar oğlu idi, biri də Xudu bəy Borçalinski. Xudu bəy 
Borçalinski II İraklinin ən yaxın dostu olub. Ən çətin anlarda belə II İrakli Xudu bəyə inanıb. 
Hətta bir gürcü sərkərdəsini qoşun başçılığından azad edib, əvəzində Xudu bəyi təyin edir. Bizim 
gürcü tədqiqatçıları indi də bu əhvalatı qeyri-adi bir fakq kimi danışırlar. Xudu bəy də 
Yadigarovlardandır. 
Mən 1928-ci ildə “Gürcü kitabı” (1629-1929-cu illəri əhatə edir) adlı əsərini yazanda bu 
fakta arxivdə rast gəldim. 
Xalqımıza təmənnasız bir sevgi bəsləyən ağsaqqal akademik Paata Vissarionoviç 
sevinclə: 
- Hə, yadıma bir fakt da düşdü, - deyib söhbətinə davam etdi. - Ağa Məhəmməd  şah 
Qacar Tiflisə yeriməmiş II İrakliyə  hədələyici bir məktub göndərir. Qacar məktubunda yazıb 
tələb edir ki, 1783-cü ildə ruslarla bağladığı müqaviləni pozsun. Əgər əmrimi yerinə yetirməsən 
onda mənim qoşunum Gürcüstanda rus və gürcü qanından Kür kimi bir çay axıdacaq. 
II  İrakli hiss edir ki, onun ölkəsinə çox güclü və  dəhşətli fəlakət gəlir. Ona görə  də 
ailəsini salamat qalmaq üçün Tuşetə göndərməli olur. Bu vaxt çətin dağ yolları ilə II İraklinin 
arvadı Darecan xanımı  və  uşaqlarını müşayiət edən Xeyransa xanım Yadigarova və bir neçə 
başqa azərbaycanlı qadın olub. Bu fakta mən “Kavkaz” qəzetinin 1854-cü ildə  nəşr olunmuş 
nömrələrində rast gəlmişəm. 
Azərbaycan Dövlət Tarix Muzeyinin arxivindən  əldə etdiyimiz bir sənəd 1846-cı ilə 
məxsusdur. Həmin ilin may ayında Qafqaz canişini knyaz M.S.Vorontsov raportla çar I Nikolaya 
bildirir ki, Lori dərəsindəki kəndlərin Sadıq bəy Yadigarovun ixtiyarında qalmasına icazə versin. 
M.S.Vorontsovun raportu: 
“Əvvəllər Körpülü kəndində köçərilərin müvəqqəti məskunlaşmasına baxmayaraq, gürcü 
çarları İrakli və Georgi tərəfindən bu kəndin Sadıq bəy Yadigarova bağışlanması haqqında ona 
fərman təqdim olunmuşdu. Bununla bərabər çarlar ətrafdakı xristian və Azərbaycan kəndlərini 
də onlara bağışlamışdı və indiyədək də həmin kəndlər Yadigarovların tamamilə ixtiyarındadır”. 
Dekabrın altısında imperator M.S.Vorontsova cavab məktubunda yazır ki, Lori 
dərəsindəki torpaqların Gürcüstanda yaşayan  əsilzadə azərbaycanlıların ixtiyarında qalmasına 
etiraz etmir. 
Nə İsrafil bəyin, nə Sadıq bəyin, nə də Həsən bəy Yadigarovun fotoşəklinə indiyədək rast 
gələn olmayıb. Bəs Rəna xanımın göstərdiyi  şəkildəki mülki geyimli hansı Yadigarov idi?  
Təkəli kəndindən Bakıda yaşayan bir neçə  ağsaqqal və  ağbirçəklə görüşdüm.  Şəkli kimə 
göstərdimsə tanıyan olmadı. Borçalıya getdim. Təkəlinin qocaman sakinləri Hüseyn Eyyubovla, 
Əli Qurbanovla görüşdüm. Ötən  əsrin səksəninci illərində  şəkildə  əbədiləşən Yadigarovu heç 
kim tanımadı. 
Vaxtilə Borçalı mahalının adlı-sanlı  nəsillərindən biri olan Yadigarovlardan indi bu 
obada bir nəfər belə qalmayıb. Otuz yeddinin qara günləri bu nəslin oğullarını pərən-pərən salıb. 
Amma qeyrətli Yadigarov qardaşları haqqında qocaların sinəsi dastana sığışmayan əhvalatlarla 
doludur. Gümrüdən (indiki Leninakan şəhəri - Ş.N.) Sınıq körpüyə, Borçalıdan isə Cəlaloğluya 
(İndiki Stepanavan şəhəri - Ş.N.) qədər olan torpaq sahələri Yadigarovların ixtiyarında olub. 
İkimərtəbəli, on iki otaqlı Yadigarovların  şəxsi evi indi kəndin orta məktəbidir. Kənddəki 
dəyirmanı, məscid binasını da bu qardaşlar tikdiriblər.  İndi dəyirmandan çörəkxana kimi, 
məsçiddən isə mədəniyyət evi kimi istifadə olunur. 


Yüklə 1,25 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə