102
Atamın özünəməxsus qəribə taleyi vardı. O, 1901-ci il fevralın 22-də Göyçayda kasıb
kəndli ailəsində anadan olmuşdu. Çox erkən yaşlarında atasını itirmişdi. Acından
ölməmək üçün
rus keşişinin evində qulluqçuluq edir, samovar qaynadır, ev yığışdırır və başqa xırda-para işlərlə
məşğul olur. Atam keşiş evində rus dilini öyrənərək ibtidai təhsil alır. Anasının vəfatından bir
qədər sonra o, Bakıya gedir, işə düzəlir və gənclərin inqilabi hərəkatında fəal iştirak edir.
1919-cu ilin payızında o bir qrup qabaqcıl gənclə oxumaq üçün Moskvaya - Leninin
yanına göndərilir. Onlar Moskvaya vətəndaş müharibəsi cəbhələrindən keçərək sınıq-salxaq
vaqonlarda, uzun müddət yollarda ləngiyə-ləngiyə birtəhər gəlib çıxırlar. Yolda hər şeyi, o
cümlədən Leninə hədiyyə apardıqları alma, üzüm və başqa meyvələri oğurlamışdılar. Onlar
Moskvaya qışın lap sərt vaxtı cırıq-cındır paltarda, papaqsız, nazik geyimdə gəlib çatırlar. Güc-
bəla ilə Kremli tapıb M.İ.Kalininin yanında olurlar. Kalinin onları əsgər kazarmalarında
yerləşdirir və paltarla, yeməklə təmin etdirərək “Şərq zəhmətkeşləri universitetinə” qəbul etdirir.
1920-ci ildə atam təhsilini davam etdirərək Qızıl Ordunun Şərq və Qafqaz xalqlarının
nümayəndələrindən təşkil olunmuş polkunda qulluq edir. 1921-ci ildə o, Fəhlə-Kəndli bolşevik
partiyasının üzvlüyünə qəbul olunur.
Moskvada xidmət edən atam dəfələrlə Lenini görmüş və onun çıxışlarını dinləmişdir.
1924-cü ilin kədər dolu yanvar günlərində atam V.İ.Leninin tabutu önündə fəxri qarovulda
dayanmışdı.
Ağır uşaqlıq
və gənclik illəri, məsul vəzifələr atamın xasiyyətində öz əksini tapmışdı: o,
sərt, amma olduqca ədalətli və azdanışan adam idi. Atam öz işi və həyatı barədə çox nadir
hallarda söhbət salardı. Məsələn, bilirəm ki, o, iyirminci illərdə Moskva, Daşkənd və Buxarada
bir sıra mühüm partiya tapşırıqlarını yerinə yetirmişdi. Amma həmin tapşırıqların məğzinin və
atamın yerinə yetirdiyi vəzifənin nədən ibarət olduğu haqqında dəqiq heç bir şey deyə bilmərəm.
Atam 1924-cü ildə Ukrayna hərbi dairəsindən Perekop atıcı diviziyasının altıncı
korpusuna hərbi tribunalın üzvü kimi işə göndərilmişdir. 1926-cı ildə isə SSRİ Ali
Məhkəməsinin hərbi heyətinin sərəncamı ilə üçüncü Türkustan atıcı diviziyasının hərbi
tribunalının heyət üzvlüyünə dəyişdirilmişdir. Atamın bir neçə Şərq dillərini bilməsi, vicdanla
işləməsi, yüksək siyasi hazırlığı, prinsipiallığı, dəfələrlə dairə komandanlığı, SSRİ Ali
Məhkəməsi və Özbəkistan SSR Ali Soveti Rəyasət
Heyəti tərəfindən yüksək
qiymətləndirilmişdir. Otuzuncu illərin əvvəllərində atam Orta Asiya hərbi Dairəsi üzrə hərbi
Tribunalın sədri təyin edilmiş və o, ilk ədliyyə general-mayoru rütbəsi alanlardan biri olmuşdur.
Atam hər vaxt öyrənər, özünün ümumi və hüquqi bilik səviyyəsini artırmağa çalışardı. O,
xüsusi Ali Hüquq İnstitutunu bitirmişdi. Orta Asiyada vəziyyət mürəkkəb olduğundan onun, işi
həmişə çox olardı. Atam həyatın bütün ağır sınaqlarını - aclığı, soyuğu, ağır xəstəlikləri, vaxtsız
ölən oğul itkisini görmüşdü. Türküstan atıcı diviziyasında o, basmaçılara qarşı vuruşmuş, Sovet
döyüşçülərinin tərkibində İranda olmuş, Böyük Vətən müharibəsi illərində cəbhələrdə
vuruşmuşdu.
Dövlət sərhədlərinin qorunmasında və Sovet İttifaqının
müdafiə qüdrətinin
güclənməsindəki xidmətlərinə görə atam dəfələrlə Özbəkistan SSR Ali Soveti Rəyasət Heyətinin
fəxri fərmanları ilə təltif olunmuşdu. O, həm də Lenin ordeninə, iki Qırmızı Bayraq ordeninə,
Böyük Vətən müharibəsi ordeninə, bir sıra medallara və Sovet İttifaqı Kommunist Partiyasının
təsis etdiyi veteranlara məxsus qızıl döş nişanına layiq görülmüşdür.
İyirminci illərdə Moskvada oxuyanda, Ukrayna və Orta Asiyada hərbi xidmətdə olanda
atam bir sıra
görkəmli inqilab xadimlərini, İttifaq fövqəladə komitəsinin və hərbi tribunalların
təşkilatçılarını yaxından tanımışdı. Biz uşaqlar və sonralar isə nəvələri üçün onun Q.İ.Kotovski,
A.V.Lunaçarski, M.İ.Kalinin, İ.Y.Petrov haqqında söhbətlərinə qulaq asmaq çox maraqlı idi.
Vladimir İliç Lenin haqqında xatirələri isə onun üçün hər şeydən əziz və maraqlı idi. Atam çox
sadə geyinər, ancaq ən vacib əşyaları saxlar, bərbəzəkli əşyaları isə meşşanlıq sayardı. Uşaqların
tərbiyəsində ciddi və tələbkar idi. Körpələri də öz həyat tərzinə uyğun - özünün uşaqlığında
olduğu kimi tərbiyə edirdi.
103
1919-cu ildən sonra atam bir dəfə də olsun öz Vətəni Azərbaycanda olmamışdı. 1956-cı
ildə o, hərbi xidmətdən istefaya çıxdı. Daşkənddən Moskvaya köçdü və burada hərbi
vətənpərvərlik işində fəal çalışdı.
Ömrünün son illərində tez-tez Vətəni Azərbaycanı xatırlar, ata-anasından, ağır uşaqlıq
illərindən qəmli əhvalatlar söylərdi. Durub-oturub xəstəlikdən şikayət edərdi. Azərbaycana gedə
bilməməyinin səbəbi də xəstəliyi idi. Vaxtilə keçdiyi nəmli səngərlər, yuxusuz narahat gecələr
atamın sağlamlığını əlindən almışdı.
Ağır xəstəlikdən sonra atam Əjdər Xaspoladov 1986-cı ildə vəfat etdi və Kuntsevo
qəbiristanlığında dəfn edildi.
Atamla işləyən hər bir şəxs
onu həddən ziyadə təmiz, düzgün və sərt, amma ədalətli
xasiyyətə malik bir adam kimi xatırlayır. İndi onun işi bir sıra hərbi hüquqşünaslara nümunədir.
Özünün səksən beş illik ömründə atam iki dəfə evlənmişdi. İkinci dəfə o, həyat yoldaşının
vəfatından sonra 1956-cı ildə evlənmişdi. Onun üç övladı - bir oğlu, iki qızı olmuşdur. Oğlu
1941-ci ildə ağır xəstəlikdən vəfat etmişdir.
Qızı və qadını Moskvada yaşayır. Üç nəvəsi var. Onların ikisi oğlan, biri isə qızdır.
İndiyədək demək olar ki, adı heç kəsə bəlli olmayan, haqqında tədqiqat aparılmayan
xalqımızın bir general oğlu da sərkərdələrimizin sırasına qayıtdı. Onun haqqında qısa
da olsa
oxuculara məlumat verdik. Əlbəttə, bununla da ilk ədliyyə generalımız Əjdər Xaspoladov barədə
tədqiqatı dayandırmayacağıq. Moskvaya və Orta Asiya respublikalarına yolumuz düşəndə onun
ailəsi ilə yaxından görüşəcəyik. Vaxtilə Böyük Vətən müharibəsi illərində birgə vuruşduğu,
işlədiyi dostlarını axtarıb tapacağıq, oxuculara daha ətraflı məlumat verəcəyik.
İnanırıq ki, bundan sonra Azərbaycan tarixində və Azərbaycan Sovet Ensiklopediyasının
sonrakı nəşrində general-mayor Əjdər Xaspoladovun həyat və fəaliyyəti işıqlandırılacaq.
GENERAL KAMİL MƏMMƏDOV
Mart ayında çəkiliş qrupumuz Qubaya getmişdi. On iki yaşlı müharibə veteranı Maqsud
Musabəyov haqqında televiziya oçerki hazırlayırdıq. Söhbət azərbaycanlı generallardan düşdü.
Praporşik Firidun Cəfərov dedi ki, mənim orta məktəb yoldaşım Kamil iyirmi ildən çoxdur ki,
orduda xidmət edir. Hazırda Moskvada Baş Qərargah Akademiyasında işləyir, deyirlər artıq
general rütbəsi alıb. Praporşikdən Kamilin ünvanını, telefonunu aldım. Bakıya qayıdanda
Moskvaya zəng elədim. Həyat yoldaşı dedi ki, hazırda general vəzifəsindədir. Rütbə isə bu
yaxınlarda verilməlidir. Təltif olunan kimi sizə telefonla xəbər verəcəyik.
Şad xəbər gətirəcək telefon zəngini çox gözlədim. Hər dəfə xəttin o başından
“Darıxmayın, şad xəbər olan kimi özümüz bildirəcəyik” - deyirdilər. Nigarançılıq yaman şeydi.
Adam min cür fikrə düşür. Mərkəzin bizə münasibəti məlum olduğundan inamımı itirmişdim.
Tez-tez öz-özümə düşünürdüm təki bu xəbər düz olaydı.
Ancaq doğrusunu deyim ki, ürəyimin
dərinliklərində bir şübhə vardı və bu şübhə mənə rahatlıq vermirdi. Nədənsə eloğlumuza general
rütbəsinin veriləcəyinə tam əmin ola bilmirdim.
Nəhayət, səkkiz aydan sonra bu şad xəbər mənə Moskvadan yox, Qubadan çatdı. Rayon
qəzetinin əməkdaşı Nazim Əhmədov zəng elədi ki, həmyerlimiz Kamil Məmmədov general-
mayor rütbəsi ilə təltif olunub. İkicə günlüyə anası Hökumə xanımı görməyə gəlib. Ehtiyat yaxşı
şeydi. Ehtiyatlı oğulun anası ağlamaz, deyiblər. Fikirləşdim ki, Nazim jurnalistdir,
birdən hərbi
rütbələri səhv sala bilər. Ona görə də bir daha dəqiqləşdirmək üçün Quba rayon hərbi
komissarlığı ilə - praporşik Firidun Cəfərovla əlaqə saxladım. Firidundan soruşanda ki, öz
gözlərinlə Kamilin poqonunda general ulduzunu görmüsənmi? O, uşaq sadəlövhlüyü ilə, - bəli, -
dedi, elə indi təbrik edib gəlmişəm, hərbçi sözünə şəkk-şübhə etmədən təcili Qubaya yola
düşdüm.
Generalı evdə tapmadım. Anası Hökumə xanıma gözaydınlığa gələnlərə qoşulub mən də
təbrik etdim. “Bəs generalın özü hanı” sualıma ana şad bir təbəssümlə:
- ay oğul, Tahir
gözümdən oğurlayıb apardı, - dedi, - uşaqlıq dostu, qonşumuz Mövsüm kişinin oğlu Tahiri