GiGİyena-profilaktik təbabəTİN Əsasidir



Yüklə 268,04 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix22.03.2018
ölçüsü268,04 Kb.
#33161
1   2   3   4   5   6

http://www.amu.edu.az

16 sentyabr  2016-cı il

4

Sentyabr ayının 5-də Azərbaycan 



Tibb Universitetinin (ATU) Tədris 

Terapevtik Klinikasında yeni tədris 

ilinə həsr olunmuş iclas keçirilib.

İclası  giriş  sözü  ilə  açan  Klini-

kanın  direktoru,  dosent  Könül 

Xəlilova yeni tədris ilinin başlanma-

sı  münasibətilə  professor-müəllim 

heyətini təbrik edib, onlara işlərində 

müvəfəqiyyətlər arzulayıb.

K.Xəlilova  klinikaya  direktor  təyin 

edilməsinə  və  eyni  zamanda  ona 

göstərdikləri  etimada  görə  səhiyyə 

naziri Oqtay Şirəliyevə və Azərbaycan 

Tibb  Universitetinin  rektoru  Gəray 

Gəraybəyliyə minnətdarlığını bildirib.

K.Xəlilova  klinikaya  yeni  təyin 

olunmuş  baş  həkim,  nefroloq  El-

nur  Fərəcovu  da  iclas  iştirakçılarına 

təqdim edib.

E.Fərəcov çıxışında iclas iştirakçıla-

rını salamlayaraq, onlara yeni tədris 

ilində uğurlar arzulayıb.

K.Xəlilova iclasın davamında bu ya-

xınlarda 70 illik yubileyini qeyd edən 

klinikanın professoru Mehman Ağa-

yevi təbrik edib, ona can sağlığı ar-

zulayıb.

Daha sonra K.Xəlilova klinikaya di-

rektor  vəzifəsinə  təyinatından  son-

ra  görülmüş  işləri  və  eyni  zamanda 

qarşıda  duran  planları  professor-

müəllim  heyətinin  diqqətinə  çatdı-

raraq bildirib ki, klinikada xəstələrin 

rahatlığını  təmin  etmək  və  onla-

ra  göstərilən  xidmətin  keyfiyyətini 

yüksəltmək  üçün  yeni  işlər  görülür. 

Çünki  əhaliyə  yüksək  xidmət  bizim 

əsas  devizimiz  olmalıdır:  “Burada 

yüksək  səviyyəli  tibbi  təhsilə  nail 

olmaq,  həkim-mütəxəssislər  hazır-

lamaq  professor-müəllim  heyətinin 

üzərinə düşən əsas vəzifələrdən bi-

ridir. 

Biz  həm  də  klinika  əməkdaşlarını 



düşünərək,  onlara  tərəfimizdən 

edilən  endirimləri  artırmaqla  bağlı 

yeni planlar üzərində işləyirik”.

K.Xəlilova,  həmçinin,  klinikada 

fəaliyyət  göstərən  qəbul  şöbəsinin 

işində  də  yeniliklər  olacağı  barədə 

iclas iştirakçılarını məlumatlandırıb.

Klinikada  nizam-intizam  qaydala-

rına  əməl  edilməsinə  diqqət  çəkən 

direktor,  hər  kəsdən  buna  riayət 

etmələrini  xahiş  edib:  “Çünki  bura 

təkcə tibb ocağı kimi deyil, eyni za-

manda  təlim-tədris  mərkəzi  olaraq 

hər kəsin diqqət mərkəzindədir”.

Daha sonra çıxış edən pediatr-aller-

qoloq, professor Amaliya Əyyubova, 

pediatrik  profilli  xəstələrin  klinika-

ya  axınını  daha  da  artırmaq  üçün 

həkimlərin  ciddi  səylə  çalışdıqlarını 

vurğulayıb.

İclas cari məsələlərin müzakirəsi ilə 

işini yekunlaşdırıb.



Pərvin ARZUQIZI

Sentyabrın 2-də ATU-nun Tədris 

Cərrahiyyə Klinikasına yeni təyin 

olunan direktor, professor Surxay 

Hadıyev klinika heyəti ilə yaxından 

tanış olub.

Tədris  Cərrahiyyə  Klinikası-

nın  baş  həkimi,  dosent  Asiman 

Həsənov  klinikaya  direktor  təyin 

olunması  münasibətilə  professor 

Surxay Hadıyevi təbrik edib, daha 

sonra isə klinikanın şöbə müdirləri 

və əməkdaşlarını təqdim edib.

Professor  Surxay  Hadıyev  bildi-

rib ki, klinikada işlər ağır olsa da, 

klinika  heyəti  ilə  birlikdə  bütün 

çətinliklərin  öhdəsindən  gələcək 

və  klinikanın  daha  da  inkişafı 

üçün  çalışacaq.  Direktor  onu  da 

qeyd  edib  ki,  klinikanın  hər  bir 

şöbəsi ilə yaxından maraqlanacaq 

və  edilən  bütün  təkliflər  birlikdə 

müzakirə olunacaq.

Daha  sonra  baş  həkim,  dosent 

Asiman Həsənov görülən işlərdən 

danışaraq qeyd edib ki, ATU-nun 

Tədris  Cərrahiyyə  Klinikasında 

hər cür şərait, əməliyyat bloku və 

palatalar  mövcuddur.  O,  bundan 

sonra da universitet rəhbərliyinin, 

Səhiyyə 


Nazirliyinin 

qayğısı 


sayəsində daha çox nailiyyətlərin 

əldə olunacağını söyləyib.

Toplantının yekununda iştirakçı-

ların təklifləri dinlənilib, müəyyən 

qərarlar verilib.

Yeni tədris ilinə həsr olunmuş iclasda

Tədris Cərrahiyyə Klinikasının yeni direktoru 

klinika heyəti ilə tanış olub

u

 



    

Azərbaycan 

Ürək və Damar 

Cərrahiyyəsi 

Cəmiyyəti (AÜDCC) 

Dünya Ürək Günü ilə 

əlaqədar sentyabrın son 

həftəsini “Sağlam ürək 

həftəsi” elan edir.

 Həftə çərçivəsində sent-

yabrın 28-dən 30-dək pay-

taxtda yerləşən alış-veriş 

mərkəzlərində “Həyatına enerji 

qat!” şüarı altında aksiyalar 

təşkil olunacaq, ictimaiyyət 

nümayəndələri ilkin tibbi müayinədən 

keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib 

olan məlumatlardan hazırlanmış maarifləndirici 

məlumat kitabçaları paylanılacaq. Oktyabrın 

1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi 

Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Park 

İnn” hotelində yerli və əcnəbi kardioloq və 

kardiocərrahların iştirakı ilə beynəlxalq elmi 

konfrans keçirəcək.

AÜDCC-nin sədri, tibb elmləri doktoru, 

kardiocərrah Kamran Musayev bununla yanaşı, 

sosial şəbəkələr vasitəsilə geniş təbliğat kam-

paniyasının həyata keçiriləcəyini də bildirib: 

“Sosial şəbəkələr bu gün cəmiyyət həyatının 

ayrılmaz parçasına çevrilib. Bu 

məqsədlə bütün sosial şəbəkə 

istifadəçilərini aktiv olaraq 

təbliğat kampaniyasına qoşulma-

ğa səsləyirəm. “Həyatına enerji 

qat!” sağlamlıq həftəsinə qoşulun, 

sağlam ürək selfisi çəkərək sosial 

şəbəkə hesablarınızda #worldhe-

artday #dünyaürəkgünü #po-

weryourlife #həyatınaenerjiqat 

hashtag-larından istifadə edərək 

paylaşın və Dünya Ürək Gününə 

töhfənizi verin”.

Dünya Ürək Federasiyası-

nın təşəbbüsü ilə 2000-ci ildən 

etibarən hər il sentyabrın 29-u 

Dünya Ürək Günü kimi qeyd olunur. Dün-

ya Ürək Federasiyası dünyanın 100-dən çox 

ölkəsində ürək cəmiyyətləri və ürək fondla-

rının birgə səyi sayəsində 200 üzv təşkilatın 

birləşmiş icması vasitəsilə bütün dünyada ürək 

xəstəliklərinə qarşı mübarizə aparır. Dünya 

Ürək Gününün keçirilməsində məqsəd əhalini 

ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə 

məlumatlandırmaq, bu xəstəliklərin qarşısının 

alınması istiqamətində profilaktik tədbirlərin 

uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək 

Federasiyası Dünya Ürək Gününü hər il fərqli 

şüarla qeyd edir. “Həyatına enerji qat!” Dünya 

Ürək Gününün builki şüarıdır.

«AZƏRBAYCAN-TÜRKİYƏ ORTAQ HEPATOLOJİ KURSU» 

keçiriləcəkdir

 

1 oktyabr 2016-

сı il tarixində, saat 

09:30-da

 

ATU-nun 


Tədris Cərrahiyyə 

Klinikasının  konf-

rans zalında (-1) 

“AZƏRBAYCAN-

TÜRKİYƏ ORTAQ 

HEPATOLOJİ KURSU”

 

keçiriləcəkdir.



Bütün hepatoloqlar 

dəvətlidirlər.



“Sağlam ürək həftəsi” çərçivəsində 

Bakıda bir sıra tədbirlər təşkil olunacaq

Həkim və rezidentlərin

nəzərinə...

Sentyabrın 9-da  ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti 

konfrans keçirildi.

Konfransda  klinikanın  direkto-

ru, professor Surxay Hadıyev, baş 

həkim,  dosent  Asiman  Həsənov, 

eləcə də kafedra və şöbə müdirləri 

iştirak edib. Konfrans zamanı son 

6 aya dair şöbələrdə gedən işlər, 

əməliyyatlar haqqında hesabatın 

müzakirəsi oldu. Ümumilikdə di-

rektor kllinikanın işlərinin yaxşı-

laşdırılması üçün öz tövsiyələrini 

verdi. Sonda konfrans iştirakçıları 

tərəfindən də  müəyyən təkliflər 

irəli sürüldü.



Ulduz İBRAHİMOVA

Klinikanın 6 aylıq  hesabatı dinlənilib


Yüklə 268,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə